BaRLeLiTa
Reytinq
+1354.53
Güc
1690.69

BaRLeLiTa

Xədicə

Xoşbəxtliyin sirri

Sosial şəbəkələrdə yayılan bu video insanlar tərəfindən böyük maraqla qarşılanıb. Kadrlarda ata və oğuldan ibarət bir ailə təsvir olunur. Filmin birinci hissəsində oğulun ataya qarşı olan hissləri əks olunub: O, atasını sevmir, kasıb olduqları üçün ondan utanır. Bir dəfə atasından soruşur ki, niyə biz də zəngin deyilik. Atası deyir ki, insan aldıqları ilə deyil, verdikləri ilə xoşbəxt olar. Bunu unutma.

Gənc bu sözlərin mənasını illər sonra anlayır. Artıq atası yoxdur. Evə gəldikdə öz adına gələn çoxlu təşəkkür məktubları görür. Orada əlil uşaqlara pul köçürdüyü üçün minnətdarlıq sözləri əks olunmuşdu. Gənc burada yanlışlıq olduğunu düşünür və həmin ünvana yollanır. O zaman  əlil insanlarla qarşılaşır. Öyrənir ki, illər uzunu kasıb olduğunu düşündüyü atası, istəsəydi zəngin həyat sürə bilərmiş. Lakin o, bunun yerinə insanlara xeyir verməyi seçib. Sən demə, o, uzun illər «yoruldum» demədən işləyərək, aldığı məvaciblə kasıblara, möhtaclara maddi dəstək göstərməklə kifayətlənməmiş, hətta əlil və dünyadan küsmüş uşaqlar üçün tamaşalar göstərərək, onları həyata qaytarırmış.


Ardı →

Pişiklər dünyanı belə görür

Bir çoxlarımız pişiklərin dünyaya necə baxdığını bilmək istəmişik. Sən demə onlar demək olar ki, bizim gördüklərimizi, bəzən isə bizdən də yaxşı görürlər. Onlar  binokulyar görmə qabiliyyətinə malikdirlər və dünyanı 3 ölçülü qəbul edə bilirlər. İnsanların görmə arealı 180 dərəcə olduğu halda, pişiklərdə bu göstərici 200-dür.

Sadəcə bu heyvanlar uzağı görmürlər, onlar yüz metr uzaqda olanlara adətən fikir vermirlər. Pişiklər ən yaxşı göy və yaşıl rəngi seçirlər, qırmızı, narıncı və qəhvəyi rənglə isə onların problemləri var: bu rəngləri  boz, yaxud bənövşəyi kimi qəbul edirlər.

Rəssam Nikolay Lam Heyvanların Görməsi Klinikasının mütəxəssisləri və aparıcı oftalmoloqlarla məsləhətləşəndən sonra, yuxarıdakı bilgilərdən yararlanaraq hazırladığı fotoları dərc edib.

Dünyaya pişiklərin gözü ilə baxmaq istəyənlər buyurun bir yerdə baxaq.


Ardı →

Hiperrealist şəkillər


Milandan olan  italyan illüstrator və qrafik dizayner Marçello Barenyi adi əşyaların elə hiperrealist şəkillərini çəkir ki, bunların adi rəsm əsəri olduğuna inanmaq çətindir. Maraqlıdır ki, rəssam rəsm üçün standart dəstdən istifadə edir. Hər bir əsər reallıq çərçivəsindən keçir. Şəkillər 3 ölçülü hiss yaradır, bəzən şəkillərin həqiqətən də əllə çəkildiyinə inana bilmirsən: hər bir xırda qırış, hər bir bükük qeydə alınıb.

Ardı →

Molla Nəsrəddin lətifələri

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:

-Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız-qələm götütüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də.. .

Teymur deyir:

-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?

Molla deyir:

-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.

Teymur deyir:

-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?

Molla deyir:

-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.

 


Ardı →

3D Rəsmlər

Küçədə 3D rəsmləri daha çox Amerika Birləşmiş Ştatlarında və Almaniyada məşhurdur. Bəlkə də Nikolay bu səbəbdən Almaniyaya köçüb.

Rusiyalı rəssam Nikolay Arndt küçədə yeriyərkən  boz yeksənək  küçə daşlarının altından hansı dünyaların gizlənə biləcəyini təsəvvür edir. Onun bu fantaziyaları nəinki küçələrə əlavə gözəllik verir, həmçinin insanlarda xoş əhval-ruhiyyə yaradır.


Ardı →

Fədakarlıq

“...özləri еhtiyyac içində olduqları halda onları (ehtiyaclıları) özlərindən üstün tutarlar (qabağa salarlar)...”

Bir ayənin hekayəti...

Türkiyəli kinorejissor Murat Aslanın “Ümid” adlı filmini izlədim bu gün. Çox qəddar filmdir. Amansızdır. “Getmək zamanı indi” cümləsi ilə başlayır melodram. İkinci cümləsi: “səndən sənin üçün imtina edirəm”...

Yəqin ki, anladınız; filmin leytmotivi fədakarlıqdır; Həbsdən illər sonra çıxan Yılmaz ilk öncə xəstə olan həyat yoldaşını itirir. Oğluna qovuşur amma o sevinci yaşaya bilmir, çünki oğlu da xəstədir. Cəmisi 5-6 yaşı olan Ümidə (uşağın adı belədir) “ilik nəqli” əməliyyatı gərəkir. Bunun üçün isə nə az, nə çox, düz 400 min avro lazımdır. Amma hardadır Yılmazda bu qədər pul?! Xəstəxanada Yılmaz təsadüfən bir nəfərlə tanış olur. O, Yılmaza deyir ki, böyrəyini satıb oğlun üçün uyğun ilik ala bilərsən, mənim tanışlarım var, gəl sənə kömək edim. Yılmaz razılaşır. O adam Yılmazla müştərini görüşdürür. Uzun söhbətdən sonra müştəri ona lazım olan üzvün hansı olduğunu dedikdə Yılmaz şoka düşür. Sən demə müştərinin xəstəsi üçün böyrək deyil, ürək lazım imiş. Beləliklə Yılmaz seçim qarşısında qalır, ya özünün ya oğlunun həyatı davam etməlidir. Həyat bahasına həyat yəni. Bir müddət düşündükdən sonra qərarını verən Yılmaz onu müştəriyə belə açıqlayır: “şərtim budur ki, birinci oğlumu həyata döndərəsən ki, rahat olum”. Razılaşrlar. Yılmaz Ümidinin yaşaması üçün öz həyat arzusundan keçə bilir yəni.


Ardı →

Balqabaq üzərində oymalar

Merilin Sanderland əslən Kolumbiyadan olan, Amerika rəssamıdır. Onun hər bir işi möhtəşəm sənət əsəridir. Rəssam təbiəti mükəmməl bir şəkildə balqabaq üzərində əks etdirir. Balqabağın üzərində yarpaqların, çiçəklərin, ağacların, balıqların, kəpənək və quşların fiqurları əks etdirilərək, bu adi tərəvəz bitkisini möcüzəvi bir şəkilə salır. 


Ardı →

Dobri baba

O hər gün səhər tezdən durub, öz kəndindən 10 km uzaqda yerləşən paytaxt şəhərə piyada gedir. Dobri babanı çoxları zahid, günahsız mələk, keçmişdən gelən qəribə Allah adamı da adlandırırlar. Amma insanların çoxunun bu xeyirhaq babanın əsl insanlıq məqsədindən və etdiyi yaxşılıqlardan xəbərləri belə yoxdur. 2011-ci ildə Dobri babanın 97 yaşı tamam olub. Bu insan, öz yaşına baxmayaraq yenə də var- dövlətini, xeyirxahlığını və insanlığını ətrafındakı adamlara bölüşməkdə davam edir. Artıq uzun illərdir ki, Dobri baba bolqar kilsələrinin bərpası və yoxsul insanlara kömək üçün dilənçilik edir. Bu böyük insanı nə aclıq, nə soyuq hava qorxutmur. Onu yeganə qorxudan və üzən insanalrın başqalarının aclıq və xəstliklərinə biganəliyidir.


Ardı →