DREL
Reytinq
+53.46
Güc
125.24

DREL

Tural

Qəbirdə yaşayan adam


O, artıq 15 ildir ki, qəbristanlıqda yaşayır. Məzarlar məkanı doğma yeri, həmin qəbirlərdən biri isə evidir.Vaxtilə inşaatçı işləmiş 43 yaşlı Bratislav Stoyanoviç evsiz qalandan sonra qəbristanlığa köçüb.

Ardı →

Bir acı qəhvənin min bir faydası vardır...

Cənub-Şərqi Anadolu Bölgəsinin ən əhəmiyyətli içkilərinin başında gələn «Mırra» (Acı qəhvə) çox sayda faydasının yanında diqqət toplamaqda da təsirli olur. Harran Universiteti (HRÜ) Qida mühəndisliyi Müəllim Prof. Dr. İbrahim Hayoğlu, mövzuya bağlı olduqca əmək xərclənərək hazırlanan mırranın hal-hazırda özündən uzaqlaşmağa başladığını, istehlak nisbətinin düşdüyünü ifadə etdi.
Mırranın əsl ləzzətinin istehsal mərhələsindəki zəhmətinə gəldiyini vurğulayan Prof. Dr. Hayoğlu, bunları qeyd etdi:
«Mırra sağlamlıq üzərində müsbət təsirlərə sahib. Xəbərdarlıqçı təsirə sahib olduğu üçün diqqət toplamaqda və konsentrasiya artırmada əhəmiyyətli bir vəzifə boynuna götürür. Həddindən artığa qaçmadan istehlak edilən mırra, baş ağrısına, selülit və qaraciyər xəstəliklərinə yaxşı gəlir. Mırranın, ayrıca xəbərdarlıqçı, canlandırıcı və yorğunluq aradan qaldırıcı təsirinin yanında çəkəminin də verdiyi fərqli bir həzz var. „

Davamı →

Хəstəliklərdən qorunmaq üçün faydalı...

 Heyva şirəsi yüksək mineral və bol vitamini ilə bir çox xəstəliyə qarşı qorumanı təmin edir.
Müalicə müddətini sürətləndirməyə kömək etdiyini bildirən bir sıra mütəxəssislər, xüsusilə qış aylarında ortaya çıxan öskürək, bronxit kimi üst tənəffüs yolu ilə keçən infeksiyaların müalicəsində heyva suyu içilməsini tövsiyə edirlər.
Heyva suyu tərkibindəki C vitamini, kalsium, dəmir, zülal və karbohidratlar ilə bir çox xəstəliyə qarşı qoruyucu vəzifəni yerinə yetirir.
Heyva suyunun, qış xəstəliklərindən əlavə, tərkibindəki vitamin və mineralların köməyi ilə ürək -damar xəstəliklərinə, ishal, həmçinin həzmsizlik problemlərinin müalicəsində təsirli olduğu da bildirilir
Davamı →

Bədənimizdəki elektrik sistemi

Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları, hüceyrənin bölünməsi, ürəyin döyünməsi elektrikdir Əslində, bütün kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.
Ardı →

Tutuquşu sahibini ölümdən qurtardı...

Tutuquşu sahibinin həyatını xilas etsə də, özü həlak oldu.

Cənubi Uelsdə ev tutuquşu yanğın zamanı öz sahibinin həyatını xilas etsə də, özü həlak olub. Yataq otağında yanğın başlayanda korella cinsli Kuki ləqəbli tutuquşu vanna otağına uçaraq 17 yaşlı sahibi Ben Risi xəbərdar edib.
Qeyd edək ki, Ben evdə tək olub. O, yataq otağında ətirli çubuğu yandıraraq duş qəbul eləməyə gedir. Xoşbəxtlikdən tüstünün iyini hiss edən quş sahibin arxasınca uçur. O, bərk çığırışlarla sahidinin diqqətini cəlb edir, gənc də yanğını görərkən əvvəlcə özü söndürməyə çalışır, bundan bir şey çıxmadığını görüb, özünü evdən bayıra atır. Xilaskar quş isə təəssüf yanğından qurtula bilmir.
Yanğınsöndürənlər yanğın bütün evə yayılmadan söndürə bilirlər.
Ben Risi sevimli tutuquşusunu heç vaxt unutmayacağını deyib.
Davamı →

Yumruqla tərbiyə olarmı? (Araşdırma)

Fiziki zorakılıq körpədə valideynə qarşı nifrət yaradır
Son zamanlar mətbuatda azyaşlı, hətta bir neçə aylıq uşaqların dayələri tərəfindən vəhşicəsinə döyüldüyünə dair məlumatların şahidi oluruq. Belə dayələrin işgəncəsindən uşağı valideynlər xilas edərək körpəsinə şiddət tətbiq edən dayəni cəzalandırırlar. Bəs öz övladını döyməklə tərbiyə edən valideyndən körpəni kim xilas etsin?
“Tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır...

Ardı →

Günəşdən böyük təhlükə gəlir!

Günəş qasırğası hər yüz, bəzən də hər 200 ildən bir təkrarlanır. Sonuncu dəfə bu hadisə 1859-cu ildə qeydə alınıb. O zaman planetdə teleqraf sistemi sıradan çıxmışdı. Bəşəriyyətin elektrik cihazlarından daha çox asılı olduğu ındiki vaxtda isə təhlükənin daha yüksək olacağı bildirilir. Belə ki, sözügedən qasırğa nəticəsində bütün elektrostansiyalar fəaliyyəti dayanacaq, sistem əlaqələri ,naviqasiya sistemləri, kompüterlər sıradan çıxacaq, bütün planetdə texnogen qəzalar müşahidə ediləcək. Bütün bunlar bir neçə saniyənin içində baş verəcək. Günəşdə baş verəcək ən güclü sıçrayış nəticəsində yaranan radiasiya axını Yerin maqnit sahəsini dəyişəcək ki, bu da qiyamət deməkdir. Ən dəhşətlisi isə odur ki, günəş qasırğasının yerə nə zaman təsir edəcəyini yalnız yarım saat öncə demək mümkündür.
 Ardinda videoyaziya da baxa bilərsiniz.

Ardı →