Diamonds
Reytinq
+130.21
Güc
415.26

Diamonds

Aristoteldən qiymətli kəlamlar

Aristotellə iki sual verirlər. Birinci sual:
— Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz? 
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Ardı →

Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü

Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi.

Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?

Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.
Ardı →

Yeni əsər kəşf etməli

Mənə elə gəlir ki, əksər kayzençilər eyni zamanda da möhtəşəm kitab qurdlarıdı. Olmama ehtimalı çox azdı, çünki kitabların içində üzməyi sevməyən, hər kitabı bitirdiyində səbəbsiz xoşbəxtlik yaşamayan, oxuduğu əsərə görə bəzən günlərcə susqun ola bilməyən kayzençi məncə az ola. Əlbəttə Kayzendə hər gün kiçik topiklərlə yeni məlumat qazanırıqsa, yeni kitabla yeni bir dünya kəşf etmiş oluruq.

Amma sizdə də yəqin eyni hal olur, insan hamının bildiyi, hamının oxumuş olduğu, haqqında yüzlərcə insanın fikir söylədiyi əsərlərdənsə təsadüfən ya kitab mağazasında gəzinərkən, ya internetdə tapdığı kitabları daha çox sevir. Yalnız sənə məxsusmuş kimi, şablonlardan uzaqlaşmış kimi hiss edir insan özünü. Əlbəttə klassikləri, dünyaca məşhur əsərləri oxumaq vacibdi, fəqət eyni kitablara bağlı qalmaq da doğru deyil məncə. Sırf o məşhur kitablara hədsiz önəm verildiyindən kitab mağazası rəflərində kəşf edilməyən yüzlərlə kitab var.

Əminəm ki, hər birinizin oxumuş olduğu elə bir əsər var. Bəlkə bir-birimizlə paylaşaq həmin əsərləri?  Mən oxuduğum, lakin çox da tanınmayan və sizlərin də oxumanızı istədiyim bəzi kitabları yazmaq niyyətindəyəm və ümidvaram ki, siz də şərhlərdə mənə öz oxuma tövsiyələrinizi verəcəksiniz (əsas da bir-iki user var onlar).

1. Nikos Kazancakis — Zorba.

Həyat eşqi aşılayan bir kitab. Oxuduqdan sonra insanın psixikasında dərin iz buraxmağı bacarır və dəyişmək arzusuyla alışıb yanırsan. Gündəlik həyatda nə qədər mənasız şeylərə vaxt xərclədiyini, əsl həyatın bu olmadığını əminliklə görürsən. Azərbaycanca tərcümə edilməyib deyəsən bu kitab, türkcə tərcüməsi çox gözəl idi.

2. İvan Qonçarov — Adi əhvalat

Həqiqətən də çox möhtəşəm ad seçimidi, tam mətnə uyğun. Amma səbəbini bilmirəm (bəlkə də yeniyetməlik çağımda oxumuşdum deyə) bu əsər məni olduqca təsiri altına aldı.

3. Viktor Hüqo — Edam məhkumunun son günü

Nə Səfillər, Nə Paris Notr-Dam kilsəsi nə də digərləri. Təkcə bu kiçik əsəri oxumaqla Hüqonu sevmək mümkündür. Hətta oxuduqdan sonra mənə nədənsə elə gəldi ki, bu əsər Kamyunun «Yad»ına da təsirsiz ötüşməyib.
 4. Fyodor Dostoyevski — Bəyaz gecələr Qısa ama kitabı yerə qoyduqdan sonra nə hiss keçirəcəyimi bilmədiyim, dəqqiqələrcə hadisə haqda düşünüb doğru qərar verməyə çalışdığım əsər idi.

5. Və sizə ümümən Per Lagerkvistin və Henrix Böllün əsərlərinə dalmağı məsləhət görərdim.
Davamı →

DiKaprionun həyat qaydaları

  • Kino

Aktyorların çoxundan fərqli olaraq mənim taleyim uşaqlıqdan müəyyən edilməmişdi. Mən Hollivudun xarabalıqlarında böyümüşdüm. Elə bilirdim böyüyəndə dəli olacam.

Baxmayaraq ki, mən Hollivudda doğulmuşdum, 13 yaşıma kimi mənə elə gəlirdi ki, aktyor olmaq genlərə, qana, masonluq kimi qohumluq əlaqələrinə bağlıdır. Nədənsə mənim ağlıma gəlmirdi ki, özünə bir agent tutmaq və sınaq çəkilişlərinə yollanmaq lazımdır.

Məktəbi sevmirəm. Orda səni öyrənmək istəmədiyin şeylərə diqqət ayırmağa məcbur edirlər.

İlk öpüş mənim həyatımda ən iyrənc xatirələrdən biridir. O qız ağzından mənə o qədər tüpürcək ötürdü ki, düz iki rüb tüpürə-tüpürə gəzdim.

Mən gey deyiləm.

Məni inadkar adam adlandırmaq olmaz, amma faktlar əksini deyir. 15 yaşım olanda mən bəlkə də 160-dan çox sınaq çəkilişinə getmişdim və heç bir rol almamışdım.

Şöhrətin gətirdiyi sevinc hissi tez keçib gedir. Sən başa düşürsən ki, mükafat küçədə insanların səni tanımağı deyil, mükafat çəkildiyin filmlərin səndən sonra da yaşamağıdır.

Yəqin ki, tənha olmaq çox çətindir.


Ardı →

Məşhur filmlərdən seçilmiş sitatlar

  • Kino

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən.  “P.S. I Love You”

— Kimi seçirəmsə seçim, biri yenə xoşbəxt olmayacaq...
— Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən?  “The Notebook”


Ümidini tamamilə itirmək azadlıqdır. “Fight Club”


Ardı →

Dəmlikdə qalan çayla nələr edə bilərsiniz?

Çay dəmlədiniz amma hamısını içə bilmədiniz, qalan çayı tullamadan əvvəl yaxşı fikirləşin.
Dəmlikdə qalan çayla nələr edə bilərsiniz? Dəmlikdə qalan çayın faydaları saymaqla bitmir. Şiş gözlərə yaxşı təsir etməsindən əlavə, daha bir çox faydası var.

Saçınız cansızdırmı?
Saçınızı şampunladıqdan sonra son su olaraq bir çaydan ilıq çayla durulayın. Saçlarınız parıltı əldə edəcək.

Ayağınızmı iy verir?
İlıq çay dolu bir ləyənə ayaqlarınızı salın və hər axşam yatmazdan əvvəl 10 dəqiqə saxlayın.

Boğaz ağrılarında
Çayı süzüb, soyuyan dəmi boğaz ağrılarında qarqara olaraq istifadə edə bilərsiniz.

Dəriniz çoxmu yağlıdır?
Duşdan çıxmazdan əvvəl son su olaraq bir çaydan çay ilə bədəninizi ovuşturun, dəm balzam vəzifəsini yerinə yetirəcək.

Dərinizdəki yaraların təmizlənməsi
Çayı, dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsir göstərməsi üçün pambıqla tətbiq edərək istifadə edə bilərsiniz.

Əliniz balıq və ya soğanmı iy verir?
Balıq təmizlədiz, əllərinizi sabunla yudunuz və əliniz balıq iy verir. Ya da soğan soydunuz, soğan iy verir. Əlinizi dəmli çayla yuyun.

Ardı →

Rihanna

Robin Rihanna Frenty 1988-ci il fevralın 20-də ABŞ-da yerləşən kiçik bir ada ölkəsi olan Barbadosun Saint Michael bölgəsində anadan olmuşdur. Rihannanın ailəsi 5 nəfərdən ibarətdir — anası Monica Frenty, atası Ronald Frenty və özündən kiçik qardaşları olan Rorrey və Rajad. Rihanna Charles F.Broome Memorial məktəbini bitirib. Daha sonra ölkənin məşhur məktəblərindən birinə — Combermere məktəbinə daxil olur. Sonralar iki sinif yoldaşı ilə orada ilk musiqi qrupunu yaradır.

2004-cü ildə «Miss Combermere» gözəllik yarışmasında birinci olur və «Combermere məktəbinin rəngləri» festivalında səhnəyə çıxaraq Mariah Careynin «Hero» mahnısını ifa edir. Rihanna ilk böyük addımını hələ 15 yaşındaykən bir dostunun vasitəsi ilə musiqi prodüseri Evan Rogers ilə tanış olmaqla atır. Rogers həmin anda həyat yodaşı ilə istirahət edirmiş. Bacarıqlı produser və onun iş ortağı olan Carl Sturken Rihannanın ilk səs yazılarına kömək etməyə qərar verir.

Rihannanın bu səs yazıları Amerikanın bir çox şirkətinə göndərilmişdi. Bu yazılardan biri də Jay-Z-yə çatmışdı. Jay-z Rihannanı müqaviləyə imza atması üçün «Def Jam Records»la bir araya gətirir.
Ardı →

Yumurta qaynatdığınız suyu atmayın


Yumurta qaynatdığınız su mineral və kalsium baxımından olduqca zəngindir.Qaynadılmış yumurta suyunu necə dəyərləndirə biləcəyinizlə bağlı məsləhətləri təqdim edirik:

Evinizdə olan çiçəklərinizi bu suyla sulayaraq daha canlı hala gətirə bilərsiniz.

Saçınızın daha parlaq və canlı görünməsini təmin edir: Suyu saçınıza tökün, zülal baxımından zəngin olan yumurta suda qaynadılınca zülal suda həll olur və saçınızın daha canlı görünməsinə səbəb olur.

Yumurtanın qabıqlarını da qablardakı ərpi təmizləmək üçün istifadə edə bilərsiniz. Qablardakı ərpi təmizləmək üçün qabın içinə yumurta qabıqlarını atıb qaynadın və ya bir miqdar sirkə töküb qaynadın. Ərpin yox olduğunu görəcəksiniz.
Davamı →

Şkaf | Gi de Mopassan

Söhbət yava qadınlardan düşmüşdü, çünki nahar fasiləsindən sonra, həm də sırf kişi məclisində başqa nədən danışıla bilər ki?
 Aramızdakılardan birisi:
  — Heç bilirsiniz mənim başıma necə qəribə əhvalat gəlib? – deyə soruşdu.
Bunun ardından isə belə bir əhvalat nağıl elədi:

— Keçən il qış axşamlarından birində bütün varlığımı sarsıdacaq qədər güclü bir kimsəsizlik və tənhalıq hissi mənə hakim kəsildi. Yəqin ki, eyni hissləri çoxunuz yaşamısınız. Öz otağımda tənhalığımla baş-başa oturmuşdum və birdən mənə elə gəldi ki, bir az da beləcə yalqız qalsam, bu təklik axırıma çıxacaq, çünki belə qorxunc yalqızlıq hissi gec-tez adamı intihara qədər gətirib çıxara bilir.

Nə edəcəyimi dəqiq bilməsəm də, paltomu geyinib evdən çıxdım. Bulvara yetişəndən sonra bu cansıxıcı axşama çox da məhəl qoymadım və müştəriləri nisbətən seyrəlmiş gecə kafelərinin qabağında bir xeyli dolaşdım. Adama elə gəlirdi ki, bu aramsız yağan narın yağış nəinki adamın əyin-başını, belə getsə, hətta iliklərini də islatmağa qadirdir. Əlbəttə, bu yağış islanmaqdan qurtulmağa can atan adamları evlərin daldalanacaq yerlərində gizlənməyə vadar edən güclü nisan (aprel — A.Y.) yağışlarından fərqlənirdi və ayrı-ayrılıqda bəlkə də gözə görünməyən damlalardan ibarət tül pərdə kimi, fasiləsiz olaraq göydən yerə səpələnir, əyin-başı islatması bir yana, hələ bir adamın canına üşütmə də salırdı.

Küçədə o baş, bu başa var-gəl edərək birtəhər bu iki saatımı öldürmək üçün «Hara gedim?» deyə düşünürdüm və onda, ilk dəfə öz-özümə etiraf etdim ki, gecələr dərd-qəmdən yaxa qurtarmaqdan ötrü bu boyda Parisdə bir dənə də olsun gediləcək yer yoxdur. Nəhayət ki, daha çox qadın ticarəti ilə ad çıxaran Foli-Berjerə tərəf üz tutmalı oldum.
Ardı →