Dr_Həkim
Reytinq
+498.27
Güc
1241.72

Dr_Həkim

Dr.Həkim

Sağlam olmaq üçün məsləhətlər

1. Optimist olun: Optimist olmaq yaşamağın yüzdə əlli faiz uzanmasına səbəb olur.
2. Çox yatmayın: Gün ərzində çox yatmağı sevirsinizsə,bundan təcili imtina edin. Çünki araşdırmalar nəticəsində məlum olmuşdur ki,çox yatmaq insan ömrünü qısaldır.Ancaq az yatmaqdan da qaçmalısınız.Əgər 4 saat və 4 saatdan az yatırsınızsa,bu artıq erkən ölümün çox yaxında olduğuna işarədir.Ən ideal yuxu saatı 6 ya da 7 saat olmalıdır.
3. Heyvan sahibi olun: Heyvan sahibi olanların olmayanlara nisbətən  yüzdə 12 % daha uzun bir həyata sahib olduqları ortaya çıxdı. Xüsusilə  də itlərə sahib olanlar. Heyvanlar insanların bədbəxtliyini,kefsizliyini azaldır.Eyni zamanda  insanı özünü  tənha hissetməsindən uzaqlaşdırır.
Davamı →

Kaktusun bilmədiyimiz faydaları

Kaktusun faydalarıKompüterin zərərli şüalarından qoruması keyfiyyəti ilə daha çox tanınan kaktus əslində sağlamlıq baxımından cox önəmli bir qidadır. Kaktus tək kompüter şüasından qorumur, yemək kimi də yeyilir. Bəs kaktusun bilmədiyiniz faydaları nələrdir, kaktusu yemək olarmı?
 
Vitamin və mineral baxımından olduqca zəngin olan kaktusun yarpaqları özəlliklə Latın Amerikasında salatlar və yumurta ilə yeyilir.
 
 
Xolesterolu aşağı salır
 
Vyana universiteti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, kaktus yarpaqlarının xolesterolu aşağı saldığı təsbit edilib. Fransada aparılan digər araşdırmaya görə isə, kaktus trigliserti səviyyəsini aşağı salır və ürək xəstəlikləri riskini azaldır.
 
 
Şəkər xəstəliyinə faydalıdır
 
Kaktus yarpaqları qandakı şəkər miqdarını azaldaraq piylənmə və şəkər xəstəliyindən qoruyur. Qan şəkəri səviyyəsini 11% azaldır.
 
 
Kaktus yarpağı xərçənglə mübarizə aparır
 
Antioksidan özəlliyi olan kaktus yarpaqları hüceyrədə fəsadlara səbəb olan və xərçəngə zəmin yaradan sərbəst radikallara qarşı sağlam hüceyrələri qoruyur.
 
 
Həzmi dəstəkləyir
 
Kaktus yeməyin həzmə yaxşı təsir etdiyi deyilir. Bağırsaq hərəkətlərini sürətləndirir, bədəndəki köpü azaldır və sellülitə qarşı da effektlidir.
 
 
Arıqladır
 
Az kalorili kaktus yarpağının 100 qramı 16 kaloridir. Arıqlamaq istəyənlər istifadə edə bilər.
 
 
Beyin hüceyrələrini qoruyur
 
Kaktus meyvəsinin və köklərinin beyindəki neyronları qoruyan flavanoid tərkibli olduğu bilinir.
 
 
İltihabı azaldır
 
Əzələ, mədə-bağırsaq yolundakı və damarlardakı yanmanı azaldır. “Kuersetin” adlı flavonoid sayəsində hüceyrə fəsadını azaldır və ağrıkəsici kimi təsir edir.
 
 
Kaktus necə yeyilir?
 
Kaktusu yemək üçün tikanlarını yaxşı təmizləyin. Salata doğraya, ya da zeytun yağı ilə ovduqdan sonra qızardıb bişirə bilərsiniz. Yumurta və pendir ilə omlet kimi hazırlamaq olar. 
 
Mənbə: aile.lent.az
Davamı →

Baş ağrılarından xilas olmağın təbii yolları

Baş ağrıları
Baş ağrısı insanın həyatı və yaşayışına mənfi təsir edən tibbi simptomlardan biridir. Elə isə bəs baş ağrılarından xilas olmaq və ya azaltmaq üçün nə etməli. Baş ağrılarının yüksək təzyiq, miningit, başın içində baş verən zədələnmələr, beyin şişləri kimi müxtəlif və çox ciddi səbəbləri var. Lakin baş ağrılarının 90 faizi miqren və gərilmə ilə bağlıdır. Həkim bildirir ki, miqren və gərilmə tipli baş ağrıları ilə tez-tez rastlaşanlar aşağıdakı məsləhətlərə əməl etsələr, bu narahatlığın öhdəsindən gələ bilərlər.
 
Yaxşı yatmaq və yuxu almaq vacibdir
 
Qaranlıq və səssiz bir otaqda fasiləsiz yatsanız, səhəri günü baş ağrılarınız azalacaq. Qaranlıqda və yuxuda ifraz edilən melatonin və böyümə hormonları həm metabolizmanı nizamlayır, həm də immunitet sistemini yaxşılaşdırır. Daha az baş ağrısı üçün yaxşı yuxu vacibdir. Buna görə də gecə ən geci saat 23:30-da yatağa girin və ən tez 06:30-da oyanın. Minimum 6, maksimum 8 saat yuxu kifayətdir. Əgər çox yatsanız, paradoksal olaraq baş ağrısı yarana bilər.
 
 
Düzgün qidalanın
 
Düzgün qidalanma da baş ağrısı yaşamamaq üçün ən azı yuxu qədər vacibdir. Əgər insulin müqavimətiniz və ya şəkəriniz aşağı düşürsə, uzun müddət ac qalmaq baş ağrılarına səbəb olur. Buna görə də aclıq hiss etdiyiniz an bədəninizə düzgün qidalarla cavab vermək lazımdır. Burada da qan şəkərini sürətlə yüksəltməyən qidalar seçilməlidir. Məsələn, qlisemik indeksi aşağı olan qidalardan turş meyvələr, süd, qatıq, ayran, quru paxlalılar, bulğur və qara çörək yemək olar.
 
 
Spirtli içkiyə “yox” deyin
 
Yüksək miqdarda spirtli içki baş ağrılarının yaranmasına səbəb olur. Spirtli içki həm susuzluğun yaranmasına, həm də şəkərin aşağı düşməsinə səbəb olur, bununla birlikdə beyin damarlarını genişləndirir və baş ağrılarının yaranmasına gətirib çıxarır. Spirtli içki içmək istəyirsinizsə, spirt dərəcəsi aşağı olan pivə, şərab seçməniz daha doğru olar. Spirtli içkidən sonra bədəndə susuzluq yaranır, bu da qan dövranına təsir etdiyi üçün 2 litrə qədər su içməyə ehtiyac yaranır. Əgər başınız tez-tez ağrıyırsa, spirtli içkini həyatınızdan çıxarın.
 
 
Kofein tərkibli içkilərdən uzaq durun
 
Həddən artıq kofein tərkibli içkilərdən (kofe, çay və s.) uzaq durmaqda fayda var. Kofein hər nə qədər damarlarda qısılma yaradaraq baş ağrılarına yaxşı təsir etsə də, gündə 3-4 fincandan çox qəhvə içmək bədəndə su itkisinə və onun dövranına, eləcə də yuxusuzluq yaradaraq baş ağrılarının şiddətlənməsinə yol açır. Tez-tez qəhvə içmək və ya ondan birdən-birə tamamilə imtina etmək də baş ağrılarına səbəb olur.
 
 
Süfrədən duzu götürün
 
Gündəlik duz qəbulunu azaltmaq baş ağrıları riskini azaldır. Gizli duzu yüksək olan qidalardan (duzlu pendir, biskvitlər, konservləşdirilmiş qidalar, çərəzlər və s.) uzaq durun. Süfrələrdə duzlu qidaları azaldın.
 
 
B vitamini və maqnezium qəbul etmək vacibdir
 
B qrup vitaminləri ilə zəngin formada qidalanmaq da baş ağrısını azaldır. Xüsusən də B2 vitamini bu mövzuda daha təsirlidir. Qatıq suyu B2 vitamini baxımından çox zəngindir. Bununla birlikdə, ət, süd məhsulları, yumurta və yaşıl yarpaqlı tərəvəzlər süfrələrdən əskik edilməməlidir.
 
Maqnezium nisbəti yüksək olan qidaların da əzələləri bərkitdiyi və sinir sisteminə yaxşı təsir etdiyi məlumdur. Quru paxlalılar, yağlı toxumlar, banan və yaşıl yarpaqlı tərəvəzlərin kifayət qədər yeyilməsi bədən sağlamlığına yaxşı təsir edir və baş ağrısı təhlükəsinin qarşısını alır.
 
 
İdman edin
 
Yaxşı metabolizma üçün düzgün qidalanmaq qədər hərəkət etmək də vacibdir. Yaxşı yatmaq üçün bədənin yorulması lazımdır. Eyni zamanda, ürək ritmini yüngül sürətləndirən məşq və idman hərəkətlərinin gündə 30-45 dəqiqə arasında edilməsi məsləhətdir. Bu, bədəndə beyin daxil olmaqla bütün hüceyrələri qoruyur. Buna görə də hər gün 30 dəqiqə sürətli yerimək lazımdır.
 
Qeyd:
 
  • Bütün bunlara baxmayaraq, tez-tez güclü baş ağrısı ilə rastlaşırsınızsa
  • Baş ağrılarınız başınızın arxa tərəfində başlayıb sıxıcı bir formada bütün beyninizi əhatə edirsə
  • Yeni başlayan və şiddətlə davam edən baş ağrınız varsa
  • Baş ağrısına ürək bulanması və qusma da yoldaşlıq edirsə
  • Başınızın içində “bomba var” kimi ağrı hiss edirsinizsə, demək, baş ağrılarınızın  yaranmasına daha ciddi səbəblər var.  
 
Buna görə də mütləq həkimə müraciət edin!

 

 
Mənbə: aile.lent.az
Davamı →

Oturaq həyat tərzi keçirənlərə məsləhətlər

Müasir dövrün əsas problemlərindən biri də ofis şəraitində, oturaq işdə, kompüter önündə çalışan insanların həyat tərzidir. Zehni fəallıq tələb edən ağır iş günündən sonra insanların çoxu tez evə gedib yatmağı düşünür. Bu isə onların kökəlməsi, bel, boyun sümüyünün passivləşməsinə gətirib çıxarır. Mütəxəssislər bu cür insanların tezliklə həyat tərzlərini dəyişmələrini məsləhət görürlər. Xüsusən də evdə oturaq həyat tərzi keçirən xanımların kökəlmək riski daha çoxdur.
Davamı →

Azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsi

İslam insanların yaddaşına uyğun olaraq göndərilən bir dindir. Qurana və Həzrəti Peyğəmbərin hədislərinə nəzər salsaq, bu uyğunluğu aydın şəkildə görə bilərik. Uyğunsuzluq kimi qələmə verilənlər isə sonradan din adına ortaya atılan mövhumat və xurafatlardır ki, bunların da İslamla heç bir aidiyyatı yoxdur. Bu gün əfsuslar olsun ki, İslama məxsus olmayan məsələlərdən biri də azyaşlı uşaqların evləndirilməsi və ya ərə verilməsidir. Bəzi valideynlər müxtəlif məqsədlərlə, xüsusilə də kiçik qız uşaqlarını ərə verərkən buna dindən və adət-ənənələrdən bəhanə axtarıb taparaq özlərinə bəraət qazandırırdılar. Bəs, bu bəhanələr nədən ibarətdir? İslamın bu məsələyə münasibəti necədir?
Ardı →

Sellülitə fərqli baxış

Kim deyib ki, selülit bu qədər qorxulu bir şeydir?
Hər bahar, hər yay eyni kabusu görməyə başlayırıq. Havalar istilənəcək, bikinilər geyiləcək və bu selülitlər necə görünəcək? Əvvəl özünüzü, sonra sevgilinizi selülitlə barışdırın.
1. Selülit xəstəlik deyil: Nə qədər bəzi tibb mütəxəssisləri televiziyalara, jurnallara çıxıb selüliti dövrün vəbası yerinə qoyub saatlarla şərhlər versələr də, əslində selülit xəstəlik olaraq qiymətləndirilmir. Selülit bir dövran pozuqluğu və yalnız virtual bir problemdir. Tamamilə kosmetika sektorunun yaratdığı bir gözəllik silahıdır. Təbii ki, kosmetika sektorunun açdığı yolda maqazin sektoru da tam irəli gedir. Bir düşünün, selülit deyə bir anlayış olmasa, maqazin jurnalları səhifələrini nə ilə doldurar. ‘Gözəlliyini selülit kölgədə qoyub!' kimi xəbərlər etməyincə nə edəcəklər? Amma nə qədər şokedici olsa da eriraf edək ki, selülit az və ya çox bütün qadınlarda var.
2. Bundan yalnız bir neçə əsr əvvəl qadınların ətli budlu olması xüsusi seçilərmiş. Arıq qadına kasıb, xəstə gözüylə baxılarmış. Bu gün isə hamımızın bildiyi kimi nə qədər arıqsansa, o qədər gözəlsən. Köhnədən ağ bədənli olmaq zənginlik göstəricisiymiş. Çünki bürüncləşənlər tarlada işləyən qadınlar olarmış. Amma bu gün bürünc olmaq cazibədar olmanın ən əhəmiyyətli şərtlərindən biridir. Yəni zamanla birlikdə bəyənmələr və zövqlər dəyişir. Demək ki, yaxında bir gün selülit də dəbdə olacaq.
3. Qadın kimi qadın istəyirsinizsə selülitə razı olacaqsınız: Kişilər son zamanlar qadınların kişiləşməsindən şikayət edirlər. Qadınların iş həyatındakı müvəffəqiyyətini, əlaqələrindəki azadlıq anlayışını qısqanıb ‘kişi kimi qadın istəmirik' deyə qiyam qaldırırlar. Yaxşı qadın kimi qadın olmanın ən əhəmiyyətli dəlillərindən birinin selülit olduğunu söyləsək necə? Selülitin kişilər deyil, qadınlarda görülməsinin səbəbi məhz budur. Çünki kişilik hormonu selülitin meydana gəlməsinə maneə törədir. Qadınlıq hormonu olan estrogen isə tam tərsinə selülitə səbəb olur. Yəni kişilərə xəbərdarlıq: əgər ətraflarında heç selülitsiz bir qadın varsa bilsinlər ki, kişi kimi bir qadınla qarşı-qarşıyadır.
Davamı →

Makiyaj sirləri

İnsanların fərdi qulluğa verdikləri əhəmiyyətin artdığı indiki vaxtda, qadınların zamanını ən çox makiyaj alır. Qadınlar makiyajla özlərini daha yaxşı hiss edir, hər gün paltarlarına görə makiyaj edirlər. Yaxşı, makiyajı nə qədər bilirik? Nələri doğru edirik, nələri səhv?
Pudra istifadə edərkən dərinizin təbii görünməsi üçün dəri tipinizi yaxşı tanıyıb, doğru məhsuldan istifadə etməlisiniz. Quru bir dəriniz varsa dərinizə nəm təmin edəcək sıxışdırılmış pudra istifadə edin. Yağlı bir dəriniz varsa şəffaf toz pudradan istifadə yağlanmaya qarşı daha təsirli olacaq.
Yumru bir üzü incə və uzun göstərmək üçün almacıq sümüklərinizin altından gicgahlarınıza doğru və gicgahlarınıza da ənlik çəkin. Onu yumşaq və dairəvi hərəkətlərlə çəkin.
Kiçik gözlərdə açıq rəngləri seçərək gözlərinizi daha iri göstərə bilər, iri gözlərdən narahatsınızsa, tünd rəngli tuş və qələmlə istənilən görünüşə çata bilərsiniz.
Dodaq boyası tətbiqində istifadə edilən rəngli kosmetikanın altına kölgənin köməyi ilə dodaq şəklinizi kamuflyaj edib istənilən dodaq formasını meydana gətirə bilərsiniz.
Kirpik üçün tuş çəkərkən göz qapaqlarınıza tuş bulaşdırmamaq üçün başınızı yuxarı qaldırıb tuşu ayna qarşısında çəkin.
Hər dodaq şəklinə hər tonda dodaq boyası tətbiq olunmamalıdır. Dodaqlarınız incədirsə açıq rəngli pomada çəkin, beləcə daha dolğun bir görünüş əldə edərsiniz, dodaqlarınız qalındırsa tünd rəngli pomadalar daha incə göstərəcəyi üçün açıq rəngdən qaçmanız lazımdır.
Davamı →

Evlilik?

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın.
Ardı →

Mikayıl Abdullayev

Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.


Ardı →

Yerli keyləşdirici maddələr

Yerli anasteziya edici maddələr o maddələrə deyilir ki,onların məhlullarını dərialtı toxumalara yeritdikdə və ya selikli qişalara hopdurduqda müvəqqəti olaraq həmin nahiyədə ağrı hissiyatı itmiş olsun.Bu baxımdan yerli anesteziyaedici maddələrin cərrahiyədə böyük əhəmiyyəti vardır.Belə ki,həmin maddələrin köməyi ilə narkoztörədici maddələrdən istifadə etmədən bir sıra cərrahi əməliyyatlar aparmaq mümkündür.Bədənin ayrı- ayrı nahiyələrinin keyləşdirilməsinin ümumi narkoza nisbətən bir çox üstünlükləri vardır,çünki bu zaman xəstənin bütün orqanizimi dərman maddəsinin təsirinə məruz qalmır və onun təsiri yalnız tətbiq edildiyi nahiyyədə meydana çıxır.Yerli anesteziya edici maddələrdən aşağıdakıları misal gösdərmək olar:
Davamı →