Dr_Hamdi_Koçer
Reytinq
+11.86
Güc
20.22

Dr_Hamdi_Koçer

Süd vəzisi müalicəsinin diaqnostikası

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.


Ardı →

Süd vəzisi xərçənginin simptomları

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:


Ardı →

Süd Vəzisi Xərçəngi Nədir?

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.


Ardı →

İrsən keçən süd vəzisi xərçəngi

Qadınların bəzilərinin süd vəzisi xərçəngi xəstəliyi keçirmiş gohumları ola bilər. Lakin, ailəsində bu xəstəliyin olmamasına baxmayaraq bəzi gadınların da qarşılarına bu xəstəlik çıxa bilər , Ata və ana tərəfində bir neçə nəfərdə süd vəzisi xərçəngi olan gohunmların  olması ailənin gadınlarında uzun müddətli süd vəzisi xərçənginə imkan yaradan xətalı gen olduğuna işarə sayılır. Ailədən gələn süd vəzisi xərçəngi adlandırılan bu vəziyyət bütün  süd vəzisi xərçəngi arasında qadınların sadəcə %5'də rast gəlinə bilər. Belə xətalı geni olan ailənin bütün qadınlarının həkim tərəfindən təyin olunan qan testlərindən keçirilməsi vacibdir.
Ardı →

Fibroadenom

Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilir. Bütün cəmiyyətdə 10% rastlanır.


Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.


Ardı →

Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.


Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.


Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.


Ardı →

Döş Ağrısı və Rastlanma Tezliyi

Döş ağrısı qadınlar arasında çox tez-tez rastlanan bir şikayətdir: hər 3 qadından 2-si arada bir döş ağrısı çəkir.  Xəstələrin bir çoxu həkimə getmir, ancaq üç nəfərdən biri ginekologa və ya döş xəstəlikləri üzrə mütəxəssis olan ümumi cərraha müraciət edir.


Döş ağrıları kontraseptiv dərmanlar istifadə edən qadınlarda daha az problem yaradır,  siqaret çəkənlərdə, çox qəhvə içənlərdə və davamlı stres altında yaşayan qadınlarda isə daha tez-tez rastlanır. Xəstələrin az bir hissəsi müalicəyə ehtiyac ola biləcək dərəcədə ağrı çəkir. Həkimə müraciət edənlər daha çox xərçəng qorxusu ilə gəlirlər. Xərçəng olmadığının ortaya çıxması belə xəstələrin bir çoxunun rahatlamasına və şikayətlərini daha az hiss etmələrinə səbəb olur.


Ardı →

Mastopatiya

Mastopatiya (Kistalar, makrokistalar, fibrikistalar, fibrokistik mastopatiya)

Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan torbaladır. Bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.

Süd vəzisi kistaları qadınların doğa bileceyi dövrdə, yəni ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olurlar. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlanır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlar və döşlərdə genişlənmiş süd vəzisi və kanalları normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibrokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.

Ardı →