Elsamir
Reytinq
+0.52
Güc
17.62

Elsamir

Samir Elyazlı

Sakura-28 mart turniri

1. Vilhelm Rentgen,Vant-Qoff,Emil fon Berinq,Fransua Arman Prüdom...Məhz bu adamlar o siyahiya başçılıq edir. Hansı siyahıya?
Cavab: İlk Nobel mükafatı laureatları
2. Yapon dilində «incəsənət adamı» deyin.
Cavab: qeyşa
3. yunan dilindən tərcümədə «döşsüz» olsa da,biz azərbaycanlılar(xüsusilə də qızlar) onlarla fəxr edirik.
Cavab: amazonka
4.Bu ingilisin bir xarici laboratoriyaya gəlməsinin şərəfinə əvvəlcədən hər yeri silib-təmizləyirlər. Bu şəxs gəlib tərtəmiz laboratoriyanı görüb deyir: "Əgər mən belə yerdə işləsəydim,indiki şöhrətimi qazana bilməzdim".Söhbət kimdən gedir?
Cavab: Penisillini kəşf etmiş Aleksandr Fleminq
5. Skeptik bir insanın dediyinə görə…. -riyaziyyatı zəif bilən insanlar üçün vergidir. Nə?
Cavab: lotoreya
Ardı →