Farid_Abdullah
Reytinq
+170.12
Güc
425.06

Farid_Abdullah

Fərid Abdullah

Yaşamaq arzu barədə hekayə

 
  Bir dəfə uzunqulaq quyuya düşdü və yardım çağırmaq üçün yanıqlı-yanıqlı anqırmağa başladı. Onun qışqırıqlarını eşidən sahibi qaçaraq gəlir və əllərini [çarəsizlikdən] yana salır — Axı, uzunqulağı quyudan çıxartmaq mümkün deyildi.

Bu zaman uzunqulağın yiyəsi bu cür götür-qoy etdi: «Uzunqulağım artıq qocadır və ömrünə də çox qalmayıb. Onsuz da, mən cavan uzunqulaq almaq istəyirdim. Həm də, bu quyu da çoxdan quruyub və mən bunu doldurub, yenisini qazmaq istəyirdim. Elə isə, niyə görə bir dəfəyə iki dovşanı birdən vurmayım — quyunu dolduraram, bununla bərabər uzunqulağı da basdıraram.»

Ardı →

Dünyada ən nadir göz rəngi!

  
 Bənövşəyi göz rəngli insanlar, əsl adı «Aleksandriya mənşəli» olan genetik mutasiyaya mübtəla olublar. Anadan olduqları zaman bu insanlar adi göz rənginə malik olurlar — göy və ya boz. Lakin yarım ildən sonra gözün rəngi bənövşəyi rəngə doğru dəyişməyə başlayır. Bu proses 6 ay müddətini çəkir. Cinsi yetkinlik zamanı gözün rəngi tünd-bənövşəyi və ya bənövşəyi-göy rənginə qədər tündləşir və bu cür qalır.
Ardı →

Əgər azad seçimimiz varsa, nə üçün bəzi şeyləri seçdikdə Cəhənnəmə düşməliyk?

  Keçən məqalədə biz, “Əgər alın yazısı mövcuddursa, nə üçün mühakimə edilməliyik?” sualı barədə qısa da olsa fikir mübadiləsi aparmışıq. İndi isə, bu sualın əvvəl hissəsinin dəyişilişmiş, lakin nəticəsi eyni olan variantına cavab vermək istəyirik.

Birinci sualda məcburiyyət və nəticəsi mühakimə idi. İkinci sualda isə əvvəli muxtariyyət və nəticəsi mühakimədir. Bu sual, əslində, cavab verilməsə də, bir cavabdır. Elə isə, qısa da olsa, cavab verməyə çalışaq.

Azad iradə nədir?

Azad iradə bildiyimiz seçim azadlığıdır. Bu azadlıq Allah tərəfindən bizə verilmiş bir lütfdür ki, yaratdığı bir çox məxluqa onu verməmişdir. Misal üçün, mələklər icbari bir məxluqdur. Yəni, onların azad seçimləri yoxdur, onlar proqramlaşdırılaraq, sırf onlara təhkim olunmuş işi görürlər. Həm də, onların ən ali məşğuliyyətləri ibadət, Allahı zikr, təqdis etməkdir. İkinci və məşhur olan digər məxluqlar heyvanlardır ki, onlar da proqramlaşdırılmış məxluqlardır. Misal üçün, qoyunlar bizim əsrdən də əvvəl mələyərək, tövlədə yaşayıb, ot yemişlər. Elə indi də həmin yaşayışı davam etdirirlər. İnsan isə, həm əqlə, həm də nəfsə malik məxluqdur. O azad seçimi ilə ya mələkdən yuxarı ola bilər (çünki, azad seçimi ilə ixtiyari surətdə düzgün yolu tutur), ya da nəfsə qulluq etməklə heyvandan aşağı enə bilər (çünki, bunu da o, ixtiyari surətdə edir). 
Ardı →

Əgər alın yazısı varsa, nə üçün əməllərimizdə məsuliyyət daşıyırıq?

  

Əgər qədərimiz və ya alın yazımız qabaqcadan yazılıbsa, aldığımız qərarlara görə nə üçün məsuliyyət daşıyırıq? 

Bu sual insan beynini qarışdıran suallardan hesab olunur. Həm də aktual və tez rast gəlinən suallardandır. Qısa və konkret cavab verməyə çalışaq

Sualdan belə anlaşılır ki, insanın taleyi qabaqcadan hesablanıb və yazılıb. Bir sözlə, proqramlaşdırılmış insan öz əməli sərhəddindən çıxmaqda acizdir və o nə edirsə, günahkar sayılmır. Bütün məsuliyyət onun proqramındadır. Misal üçün biz, Hitleri qınaya bilmərik (bu suala əsasən), çünki o bu cür yaradılıb və həyatda tutduğu missiyası qabaqcadan bəlirlənib.  


Ardı →

Xacə Nəsirəddin Tusi ilə Fəxr Razinin “Allahı görmək” mövzusunda fikir ayrılığı

Fəxr Razi özünün “Muhəssəl”, “Ərbəin” və “Məfatihul- ğeyb” kimi bəzi əsərlərində Allahı görməyin mümkün olduğunu iddia etmişdir. Xacə isə İmamiyyə etiqadına uyğun (olaraq)  Allahı görməyin (mümkünlüyü fikrini) inkar edərək Fəxr Razinin bu mövzuda dəlillərini rədd etmişdir. İlk öncə bu mövzuda hər birinin  dəlillərini qeyd edib sonra isə təhlil edəcəyik.

         Fəxr Razi “Muhəssəl” əsərinin Allah taalanın sifətlərinə aid bölməsində “Allahı görmək olar, yoxsa yox?” məsələsi barəsində deyir:


Ardı →

Həyatın mənasını itirmişəm (Suala dini və psixoloji cavab)


19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı… Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq… Zəhmət olmasa, mənə məsləhət verin.

Dini baxışdan cavab: 

Bir çox insanda zamanla bu cür hisslər baş qaldırır. Bu dönəmlərdə mütəmadi olaraq Quran və dini kitabları mütaliə etmək lazımdır. Nə qədər dini daha çox yaxına buraxsaz, bir o qədər onun çağırışına bağlanacaqsız və təbii ki, həyatın anlamını axtarmağa lüzum qalmayacaq, çünki hər bir inanclı insanın həyatının mənası Yaradanının ondan razı olmasıdır. Allahın razılığını qazanmaq üçün, onun qanunlarına, dininə (İslam) riayət etmək lazımdır. Allaha tez-tez dua edin:


Ardı →

Bir insan Allahı sevmək məcburiyyətindədirmi?

Somalili bir uşaq və ya kor bir insan Allahı niyə sevsin ki?Qarşımıza belə bir sual çıxır: “Bir insan Allahı sevmək məcburiyyətindədirmi? Misal üçün, Somalidə bir uşaq və ya kor bir insan nə üçün Allahı sevməlidir ki?” Bəzən bu cür suallar ağlımıza gəlir, lakin verməyə qorxuruq. Belə sualları verməkdən çəkinməmək lazımdır. Sözsüz ki, hər bir sualın tam və dolğun cavabı vardır. 

Bu sual İslam ideologiyasının ilkin mərhələlərilə tanış olduqdan sonra verilə biləcək bir sualdır. Bu mərhələdə Allah və Ona qarşı sevginin duyulub-duyulmaması müzakirə mövzusudur. 

Sevgi anlayışı mücərrəd və hissi bir məfhumdurki, onun vahid bir tərifi yoxdur. Hər bir insan sevgini öz təxəyyülü və düşüncəsi formasında təcəssüm etdirir. Həzrət Süleymanın (ə) buyurduğuna görə, heç bir şey məhəbbət qədər şirin deyil. Məhəbbət o qədər şirindir ki, həyatın bütün ağrı-acılarını onunla şirinləşdirmək, ictimai və fərdi çatışmazlıqları onunla həll etmək olar. Həqiqətən, sevgi bir çox çətinlik, problem, məşəqqətləri aradan qaldırmağa malik bir qüvvədir. Bunu özünətəlqin kimi qəbul etmək səhvdir. 
Ardı →

Ədalət və müsavatın fərqi nədir?

Çağdaş zamanımızda düşündürücü və tez-tez rast gəlinən suallardan biri də ədalətlə müsavatın fərqidir. Bəzən beyinlərdə yaranan bu sual insanların düşüncələrini qarışdırır. Elə zənn olunur ki, müsavat və ədalət eyni şeydir. Bəzən də müsavat anlamı insanın ürəyinə daha çox yatır. Çünki, adətən insanlar müsavat tələb edirlər (Baxmayaraq ki, insanların çoxu qəlblərində bu fikirə ziddir). Yalnız məsələyə siyasi istiqamətdən baxış keçirtməmək lazımdır. Bu məsələdə ideoloji nəzər daha əvvələ keçirilməlidir. İlk əvvəl ədalətin nə olduğuna nəzər salaq.


Ədalət nədir?

Ədalət ərəb sözüdür. İnsaf, ədalət; haqq, qərəzsizlik, üzgörməzlik, doğruluq, düzlük və s. mənaları özündə cəm edir. İşlədilmə yeri isə fərqlidir. Ədalət məfhumunu iki əsas yerə bölə bilərik:

1. «Hər şeyin öz yerində olması» 
Cəmiyyətdə ədaləti bərpa etmək həmişə çətin məsələlərdən olmuşdur. İnsanlarda fitrətən ədalətə qarşı sevgi olsa da, özləri bu sifətdən qorxmuş və qorxuları onları ədalətə qarşı çıxmağa vadar etmişdir. Bəli, nə qədər acı olsa da belədir. İnsan ədalətdən qorxur. Ədalət həkimin fəhlə, fəhlənin həkim olmasının qarşısını alır. Cinayətkarı azadlıqdan məhrum edir, dürüst insanları azadlığa qovuşdurur. Kainatda nizam-intizamın hökm sürməsi də, ədalətin bariz nümunələrindəndir. Hər şey öz yerindədir. Əgər öz yerində olmasa, nizam intizam pozula bilər. Sual oluna bilər ki, bəs təbii anomaliyalar, insanlarda olan əlillik və ya yoxsulluq bu dünyadakı ədalətsizliyin bariz nümunəsi deyilmi? Xeyr, bu belə deyil. Şikəst doğulmuş uşağın niyə şikəst doğulmasını araşdırdıqda, səbəbini valideynlərində və ya onun şikəst doğulmasına səbəb olan ətraf mühitdə görəcəyik. Yoxsulluq isə, insanların cəmiyyətdə balansı pozmalarından irəli gəlir. İnsanlar ədalətə riayət edib hər şeyi öz yerində qərar versələr, dünya barış içərisində yaşayar. Xülasə, dünya bu günkü durumundan çıxar. Bəs, hər şeyi öz yerində qərar vermək nədir? İlk əvvəl qeyd edək ki, ədalətin əksi zülmdür. Ədalətə riayət edən adil (ədalətli), etməyən isə zalımdir (zülmkardır). Gülə su vermək ədalət, tikana su vermək zülmdür. Bu barədə şair də gözəl demişdir:
Ardı →

Əbu Əli Sinanın musiqi sahəsində olan məharəti

Əbu Əli Sina musiqi sahəsində də öz ustalığını (məharətini) göstərmişdi və bu barədə dastanlar nəql olunub ki, onlardan biri budur:
Deyirlər, Əbu Əli bir şəhərdən başqa bir şəhərə getmək üçün bir karvanla yola düşdü.
Karvan əhlinin onu tanımadıqlarını anlayıb, o da özünü təqdim etmədi.
Gecə vaxtı, bütün karvan əhlinin şirin yuxuda olduqları zaman, ayağa qalxdı və dəvələrin zınqırovlarını açdı. Onları yenidən elə bağladı ki, o günün səhəri, karvan əhli yuxudan durub yola düşdüklərində,  onların hamısı zınqırovların həzin səsindən dəvələrin üstündə yuxuya getdilər.
 
İkinci gecə, yenə də karvan əhlinin yuxuda olduğu zaman o, dəvələrin zınqırovlarını açıb yenidən elə bağladı ki, bu dəfə getdikləri zaman zınqırovların səsindən karvançıların hamısı şadlanmağa başladı, əl çala-çala ayaqlarını (yerə) vura-vura gülməyə başladılar.
Əbu Əli üçüncü gün də həmin işi təkrar gördü.
Lakin bu dəfə zınqırovları açaraq elə bağladı ki, onların hamısı yola düşən zaman kədərlənilər və hətta qəlbi kövrək olanlar ağlamağa başladı.
Bu işdən bütün karvan əhli təəccüb etdi və bu işin div və pərilərin əməli olduğunu güman etdilər.
Lakin dəqiq şəkildə araşdırdıqda, anladılar ki, bu, onlarla birgə səfər edən bir nəfərin işidir və o Əbu Əli Sinadır.
Onu tanıdıqdan sonra, ona qarşı mehribançılıq göstərdilər.


«Fars dili» — T. Rüstəmova
Tərcümə etdi: Fərid Abdullah

Davamı →