Farid_Abdullah
Reytinq
+170.12
Güc
425.06

Farid_Abdullah

Fərid Abdullah

Reyçel Korri və "Fatimə günləri"


Diqqətinizə çatdırım ki, İslam tarixində mübariz və müqavimət göstərən qadınlar kifayət qədər çox olub. Elə İslam dini uğrunda mübarizə apardığına görə ilk şəhid olanlardan biri də qadın olub (Əmmar Yasirin anası Süməyyə). Bu silsilə peyğəmbər qızının mövcud sistemə qarşı mübarizəsi ilə daha da qabardı və demək olar ki, bu prosesdə Həzrət Fatimənin mübarizliyi elə dəqiqliklə tarixə həkk oldu ki, bu günlərdə də bu qəhrəmanlıqdan söhbət açılmaqdadır. Bu müqavimətin sonu şəhadətlə bitmədi. Peyğəmbər qızı ölümüylə belə, mübarizə və müxalifətçiliyini biruzə etdi. Belə ki, indiyə qədər o xanımın məzarı gizli olaraq qalır. Bunun səbəbini  öyrənmək istəyən hər bir kəs, mübarizənin əsaslarını, müqavimət və dayanışı, dözümlü, mətanətli, rəşadətli olmağı o Həzrətdən öyrənməyi özünə vəzifə bilir. Bu şəhadət əsrlər boyu o xanımı tarixin əbədiyyətinə həkk etdirdi ki, müsəlmanlar indilərdə də o xanımın əziz xatirəsini yad edir və «Fatimə günləri»ni qeyd edirlər. 

Daha sonra bu proses çox ictimailəşdi. Bu qədər tarixi fakt olduğu halda, İslam dininin qadının hüquqlarını tapdalayıb, onu xanəneşin və ər köləsi etdiyini deyən insanlar çox təəssüf ki, indi də var. Axı, nə üçün bir kəs Peyğəmbər reyhanəsinin həyatına baxmır?


Ardı →

Oxucunun tələbləri

А. Ümumi: 

1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir. 


B.Maariflənmək üçün oxunan zaman:


2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir. 


3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu. 


4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et. 

5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir. 

Ardı →

Təşəkkür etmədiyimiz təkcə Odur (İbrətamiz hekayə)

 Bu həyatda hər şey bizə Onun əmanəti və onun xatırlatmasıdır.
Deyirlər ki, bəzən insanın həyatında baş verən qəfil hadisə unutqanlıq və qəflət yuxusundan diksindirib oyatma qabiliyyətinə malikdir. İkiəlli insanın çiyinlərindən yapışıb onu silkələyib oyatmaq bəzən bizim borcumuz olur. Bəzən özümüz kimisə ayıltmağa çalışdığımız zaman özümüz məstlik içərisində oluruq. Bu məstlik qəflət şərabıdır ki, ayılmağa cəhd etmədikcə, insanı çox dərin məstliyə salır və xülyalar içərisində yaşamağa məcbur edir. Bu hekayə bu yuxudan qəfil oyanmış Nazilə haqqındadır. İsti yay günlərinnən biri idi. Çöldə sanki bir canlı gözə dəymirdi. Kimisi bir kölgəliyə çəkilmiş, kimisi isə, evdə ona sərinlik verən kondisioner altında uzanmışdı. Sanki hamı axşamı gözləyirdi. Bu axşam onlara yenidən həyata atılmaq üçün ümüd verirdi. Lakin Naziləni nə isti, nə də sərinlik maraqlandırırdı. O bu gün həkim qəbuluna gedib, protez dişlərinin son yoxlanılması prosedurundan keçməli idi. Onun üçün bu çox vacib idi. Qonşu rəfiqələrinin “Ay Nazilə, inan ki, taxma dişlərin çoxu heç də fərli çıxmır.” – kimi ifadələrinə məhəl qoymayaraq, yenə də məqsədində israrlıydı.
Ardı →

Cüzdan (hekayə)

 Arabir gecə vaxtları atamın yatdığından istifadə edərək ciblərini eşələyir, maşınının açarını götürürdüm. Sonra sakitcə həyətə enərək maşına minib, Bakının yatmış halından istifadə edərək, sakit və işıqlı yollarla ora-bura şütüyürdüm. Daha sonra maşını yenidən yerində saxlayıb, açarları şalvarın cibinə qoyurdum. Hələ ki, bir dəfə də olsun atam tərəfindən tutulmamışdım. Mənə elə gəlirdi ki, kişinin bundan xəbəri var idi, sadəcə olaraq səsini çıxartmırdı. Çünki, əsgər getməyimə sayılı günlər qalırdı. Bu günlər mənim üçün Cənnət dəqiqələri idi. Buna görə səhərlər yastığımın altında bir neçə dəfə pul da tapırdım. Bilirdim ki, kişinin işidir.Bu dəfə də şəhərdə maşın sürmək fikrinə düşdüm. Yenə də həmişəki kimi etdim. Açarları sakitcə götürərək aşağı endim, mühərriki işə salıb yola düşdüm. Yarım saat olardı ki, sürürdüm. Birdən restoranların birindən kök bir kişinin çıxıb mənə əl edərək "Əəə, saxla, saxla!" — deyə qışqırdığını gördüm. Onsuz da evə qayıdırdım, bəlkə taksi bilib məni? Eyibi yox, 5-10 manat qazanıb sonra gedərəm evə — deyə öz-özlüyümdə fikirləşdim.
Kök kişi maşının qapısını açıb güc bəla ilə salonda özünə yer etdi. Ağzından "Şampanzavod" iyi gəlirdi. Ürəyim də lap ağzıma gəldi. Ay rəhmətliyin oğlu, adam da bu qədər içki içər? Bir az da qorxurdum ki, qaytarıb edər, sonra mən nə edərəm?
— Buyur dayı, hara gedirsən?
— Bala, buralarda yaxın mehmanxanaların birinə apar məni.
— Baş üstə!- deyib yola düşdük. Əlli metr sürmüşdüm ki, 
— Əəə bir az yavaş sür — deyib üstümə çığırdı. Axı mən normal sürətlə sürürdüm. Olmaya kişinin gözünə görsənir?
Ardı →

Puç olmuş yaxşılıq

Tural Fransadan yenicə qayıtmışdı. Çətin günlər keçirərək təhsil alırdı orda. Bir yandan da umacağı yer yox idi. Gözünü yalnız, alacağı tələbə təqaüdünə dikirdi. Kirayə evdə yaşayıb, ömrünü mütaliə, elmin dərin sirlərinə yiyələnməyə sərf edən özünü tənha hesab edən bu oğlan, hər gün ona xoş olmayan hadisələrlə rastlaşırdı. Lakin özünü pessimistliyə qapatmaq istəmirdi. O uşaqlıqdan yaxşı bir cəmiyyət içində yaşamağı arzu edirdi. Müəllimi dəfələrlə ona, istedadını xalqı, vətəni üçün sərf etməsinin gərəkliliyini xatırladırdı. Tural da sanki, sonsuz sayda artmış zülmə qarşı sinəsini sipər edəcəyi düşüncəsində idi.

İndi o Bakıdadır. Uzun yorğun bir yol qət etmişdi. Hər gün səmimiyyət və gülərüzlülük göstərən, bihudəçilikdən uzaq kollektivdən ayrılmışdı. Boya başa çatdığı vətəni ona yenidən qollarını açıb, ağuşuna almışdı. Lakin qəfil mühit dəyişərək, keçmiş məhlə həyatına dönməsi onu sıxırdı. Özünə yer tapa bilmirdi. 
Ardı →

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →

Bir uşağın gözündə zənginlik

Bir dəfə zəngin bir ailənin atası insanların nə dərəcədə kasıb ola biləcəyini göstərmək üçün kiçik oğlunu kəndə, fermaya aparmaq qərarına gəlir. Onlar gündüzü və gecəni çox kasıb bir ailənin fermasında keçirdirlər.Evə qayıtdıqları zaman ata öz oğlundan soruşdu:
— Səyahət necə, xoşuna gəldi?
— Bu olduqca gözəl idi, ata!
— Gördünmü, insanlar nə dərəcədə kasıb ola bilir? — deyə, ata soruşdu.
— Bəli.
Ardı →

Təyyarələrdə uçmaqdan qorxuram (dini və psixoloji cavab)

Sual: Son zamanlarda təyyarələrin qəzaya uğraması haqqında çox eşidirik. Təyyarəyə minmək qəsdən özünü ölüm təhlükəsi ilə üzbəüz qoymaq sayılmırımı? Həlak olan şəxs özünə qəsd etmiş hesab ediləcəkmi? Mən ümumiyyətlə təyyarəyə minməkdən qorxuram. Bu normal haldırmı? Öz qorxumla mübarizə etmək lazımdırmı və ya bunu ölüm təhlükəsindən qorunmaq üçün İlahi bir vergi kimi qəbul etməliyəm?
Cavab: 
Dini cəhətdən:
Özünə qəsd etmək bilərəkdən, qəsdən özünü həyatdan məhrum etmək sayılır və ya gec-tez ölümlə nəticələnəcək bir işi yerinə yetirmək də eyni qəbildəndir. Təyyarə nəqliyyatından istifadəni heç cür özünəqəsd adlandırmaq olmaz. Müasir təyyarələr indiki zamanda elə quraşdırılmışdır ki, onlarla hərəkət etmək, avtomobilə minmək riskindən azdır. 
Düzdür, əgər insan qabaqcadan bilsə ki, təyyarə qəzaya düşəcək, ya buna dair insanın böyük ehtimalı olsa (məsələn maksimal eksplutasiya müddəti keçib, hava gəmisi texniki baxışdan keçməyib və s.) bu zaman ona minmək qadağa hesab edilir. Əgər sizlərdə şüurlu hallarda qorxu hissi yaranırsa və çox az bir insan onu qorxu hesab etməzsə, əlbəttə bunu İlahi bir nemət hesab etmək lazımdır.
Ardı →

Qara pişik (hekayə)

 O gün toy günümüzün səkkizinci ildönümü idi. Qərara almışdıq ki, bunu evdə deyil, gözəl bir yerdə keçirək. Həm də, bütün texniki vəsaitləri evdə buraxmaq şərtilə. Nə telefon, nə maşın. Heç nə. Eynən universitetdəki dönəmlərimizi yada salmaq üçün. Yenə də sərsəri kimi küçədə sevincimizdən uşaq kimi atlanıb-düşməyimizi yada salmaq naminə. Təki, səkkiz il keçməsinə baxmayaraq, yenə də təzə tanış olduğumuz günləri yenidən yaşayaq. Yenidən bir-birimizə vurulaq!

Yadıma gəlir, Banunun bir qəribə xasiyyəti var idi. Hər zaman mistik fikirlərə qarşı həssas idi. Bu adət-ənənələrə qarşı olan inanc ona güc gəlmişdi. Hər nə qədər ona başa salsam ki, bunlar boş şeylərdir, inandıra bilmirdim bu qızı. O da, bəzən mənimlə saatlarca mübahisə edərdi. Amma öz aramızdır, mənim də onu qıcıqlandırmaqdan xoşum gəlirdi. 
Ardı →

Gəlincik və ağ qızılgül

Bir dəfə dükanda satıcı ilə balaca bir oğlanın danışığının şahidi oldum:
— Təəssüf edirəm, amma bu gəlinciyi almaq üçün sənin pulun çatmır.
Bu zaman oğlan üzünü mənə çevirib dedi:
— Əmi, doğrudanmı pulum çatmır?
Pulları saydım və dedim ki, həqiqətən pul çatmır.
Bazarlığın xərcini ödədikdən sonra uşağa yaxınlaşdım. O hələ də gəlinciyi əlində tutmuşdu.
Soruşdum:
— Bu gəlincik sənin nəyinə lazımdır?
— Bu gəlinciyi mənim bacım arzulayırdı. Bunu ona hədiyyə etmək istəyirdim. Lakin indi gəlinciyi anama verməliyəm ki, bacımın yanına gedəndə ona versin.
Gözləri çox qəmgin idi.
— Bacım Allahın yanına gedib. Atam dedi ki, anam da tezliklə onun yanına gedəcək.
Ardı →