Gülnar
Reytinq
+246.80
Güc
922.30

Gülnar

avatar
Makiyajaltı əsas sözündən xoşum gəlmir. Baza və ya primer qalsa daha yaxşı olar.
Bu il rəngli dodaqlar, kontursuz, təbii görünümlü üz dəbdədir. 
avatar
Eger bir insan normal insanin elde ede bileceyi her şeye sahibdirse (mes, aile iş, övlad, normal dolanişiq ve s.), mecburiyyet qarşisinda qalmadan, heyatinda hansisa facie baş vermeden heyata marağini itirirse, bu onda tamahin, eqonun olmadiğini, daha yaxşi yaşamaq, daha çoxa sahib olmaq, her şeyi istemek dalğasindan uzaq olduğunu gösterir. Hansi ki, teqdirelayiqdir. Geniş yayilmiş fikrin eksine, belelerinin zeif yox, çox güclü olduqlarini düşünürem.  
Amma özünü öldürmeni seçmemek lazimdir çünki, bu oyundan vaxtindan evvel çixmaqdi ki, bu da oyunun qaydalarini pozur.
avatar
«Albalı dadı»dan nə baş açmısan? Səncə ölmək yaxşıdı, olmaq?
avatar
Yəqin xoşbəxt olar. Arzusuna çatıb, dincəlib.
avatar
Oğlunu, oğlunun bədbəxt arvadını və iki uşağını şikəst edib. Və o uşaqların da gələcəkdə uğurlu həyat qurmaları hələ sual altındadır.
Hazırda həmin ər-arvad qeyri-rəsmi boşanıblar. Uşaqlar ana ilə kirayədə qalır. Ata da imkanı olandan aliment ödəyir. Uşaqlar yarımçıq psixologiya ilə böyüyür.
Səbəb? Heç bir məntiqə və vicdana sığmayan ənənələr, saxta, riyakar ailə münasibətləri və uşaqların həmin əfəl, manqurtlaşmış atası.
avatar
Öz həyatını yaşaya bilməyən bədbəxt yaşlılar gənclərin həyatını zəhərləyir.  Dərd orasıdır ki, belələrinin böyütdüyü gənclər də deffekt olur.
Qızını ərə verməyə tələsən analar, ərinin ona yaşatmadığı qadın xoşbəxtliyi boşluğunu, gəlininin həyatını zəhərə döndərməklə dolduran "şizofrenka" qayınanalar:)
Real olmuş hadisədir: Bir nəfər arvad, əri öləndən sonra kravatına benzinli parça bağlayıb, onunla bir evdə yaşayan,evli oğluna, gəlib mənlə bir otaqda yatmasan həmin gün özümü yandıracam deyib.
avatar
Saydıqların çox mühümdür məncə də. Amma maksimum vaxt keçirməyi çıx. Maksimum vaxt yox, o vaxtı necə keçirmək vacibdir.
avatar
Məsələn, bir  insanın əzizinin ölməsi və ya başına bədbəxt hadisə gəlməsi onun özünün hansısa mənfi emosiya və ya hərəkətilə bağlıdı sizcə, yoxsa bu da taledir. Ya bəlkə sınaq?
avatar
Görəsən, musiqi zövqünün formalaşmasına da təsiri var?
avatar
Bilirsən nə düşünürəm? Mən fikrimi ifadə edə bilmirəm, yoxa sən tənqiddən əsəbiləşdiyindən razılaşa bilmirsən. Hərçənd ki, razılaşmaya da bilərsən.
Xırdalıq barədə məncə son iki şərhindən sonra sus, pascal:) 
Tibb və türkəçarə barədə yazdıqlarında isə day sözüm tükənib, şərh bildirmirəm.
Qanun təkcə zəiflər üçündür — bəli bu reallıqdır demək olar ki. Amma bunu bu şəkildə ifadə eləmək olmaz. Hüquqşünas gözüylə Ədalətin etirazı fiaskodu. 
İndi xırdalıyıram: 
«Yəni dövlətin idarə edənlər, başında dayananlar tərəfindən, güclülər tərəfindən yazılan qanunları deyirsiz də? Niyə bu qanunları yazarkən məndən heç nə soruşmadılar, amma tələb edirlər onların yazdıqlarına əməl edim?» 
Qanunu Milli Məclis qəbul edir, deputatı da xalq seçir. Yəni vətəndaş dolayı yolla qanunun qəbulunda iştirak edir. Hə seçki ədalətlidirmi- bax budu məsələ. Yəni hünərin var seçkiyə etirazını elə. Seçmədiyin deputatın qanunların qəbul olunmasında iştirakına mane ol. Mane ola bilmirsənsə gedib oğurluq etməlisən ki, qanunu mən də poza bilərəm? Hakimiyyətdə kimsə qanuna əməl etməməsi sadə vətəndaşın əməl etməməsinə haqq qazandırmır.Və bir də qanunların əksəriyyəti vətəndaşın hüququnu çox yaxşı qoruyur. Qorumayan hakimiyyətdirsə bu siyasi mübarizədir. Yoxsa hakimiyyət qanunu pozur, qanun elə Ədalətə çatanda qanundur, onda mən də pozacam, bu çayxana söhbətidi. 
«Bəs onlar öz yazdıqları qaydalara əməl etməsələr, qeyri-qanuni hərəkət etsələr necə? Onları kim cəzalandıracaq?»
Yenə də başıbəlalı hüquq qanunlara hamının əməl etməsi prinsipini qoyur, hamı ən yuxarıdakılar üçün belə qanunu pozsa cəza və müvafiq tədbirlər nəzərdə tutulub. Deyə bilərsən amma işləmir axı. Hə, amma yenə də bu artıq hüquqi deyil siyasi şikayətdir və Ədaləti məsuliyyətdən azad etmir.  Mənim demək istədiyim bu idi.
«Dövlət necə yarandı?İnsanlarda təbəqələşmə başladı, acgöz, hakimiyyətpərəst, hər şeyin onların olmasını istəyən adamlar peyda olmağa başladı, bu da bərabərsizliyi gətirdi»
 Bu isə dövlətin yaranmasının sadəcə bir nəzəriyyəsi olan marksist nəzəriyyəyə oxşayır bir az. Sinfi yanaşmadı. Onlarla başqa nəzəriyyələr var döv.n yaranması barədə. 

Ədalətin çorək oğurlaması və s. isə hazırkı halda bizə məlum deyil. Bir fakt məlumdur — oğurluq edib. Yüngülləşdirici, ağırlaşdırıcı hallar nəzərdə tutulsaydı bu barədə danışardıq.  
avatar
Doğrudan da, onun filmlərində personajlarla empatiya qurur adam, bunu mən də hiss eləmişdim
avatar
Məsələn, pulla insan sınayan olub burda? 
Offtop: Sayt ölübe. Apollonun köçürmələrindən ibarət duzsuz, mənasız hala gəlib :(
avatar
Yadımda qaldığı qədərilə siz kifayət qədər tənqid olunmusuz. Onları tam həll etdiz ki əlavə tənqid istəyirsiniz?:) 
Aşağıdakı fikri mexaniki yox həqiqətən başa düşüb yazmısınızsa bu barədə öz fikrilərinizdən ibarət məqalənizi saytda oxumaq istəyərdim.
 Qismət və ya taleh deyilən şey yalnızca bizim seçə bilmədiklərimizdir, ailəmiz, dəri rəngimiz və s. Ama başımıza gələnlər hamısı bizim öz etdiyimizlərdir, müsbət və mənfi emosiyalar ilə etdiyimiz hərəkətlər.   
avatar
:) Yazıda söhbət qanunun icrasından getmir. Bu prostoy vətəndaş iddia edir ki, qanun olmamalıdır. Ürəyindən də keçir ki, cəmiyyəti Robin Qudlar, Polad Alemdarlar filan idarə etsin.
Ədalətin niyyətinin vicdanlı olduğunu başa düşürəm. Amma üslubu səhvdir, hüquqi cəhətdən əsassız şikayətdir. 
Çünki hüquqi dil son dərəcə dəqiqlik tələb edir. Siyasi hakimiyyətdən, vəzifəli şəxslərin qanunsuz hərəkətindən şikayət etmək istəyəndə hüququ, qanunu baltalamaq olmaz axı:)
Bu ona oxşayır ki, məsələn, Ədalət həkimlərin savadsızlığından, xəstəyə səhv diaqnoz qoymasından narazıdır, şikayət etmək istəyir amma durub hansısa dərmanın, müalicə metodunun, ümumiyyətlə tibbin lazımsız şey olduğunu, xəstəxanaların başdan nahaq yerə yaradıldığını iddia edir. 
Bir də ki, Ədalətə deyən gərək, oğurluq etmisən cəzanı çəkməlisən də, elə bil çox müqəddəs bir iş görürdü qanunlar onun hüququnu pozub:)
avatar
Maraqla oxudum, öz yerində. Məni bir sual maraqlandırır. Apollon, siz öz «copy paste» elədiyiniz yazıları oxuyursunuz? Heç şərh yazmaq, müzakirələrə qoşulmaqla aranız yoxdu. Ona görə, məndə belə fikir yaranır ki, köçürdükləriniz barədə heç bir fikriniz yoxdu. Ümumiyyətlə, köçürmə əməliyyatından sonrakı mərhələ sizin üçün mənasızdır :) 
 
avatar
Sizə elə gəlmir, inkişaf var:)
Bəs karma haqda eşitmisiz, necə izah edərdiz? 
avatar
Tərs-mayallaq işlədirlər:) Yəni, qanunda problem yoxdur. Düz «işlətmir», yəni düz tətbiq və ya icra emirlər.

avatar
Belə görünür ki, hamı təcrübə ilə öyrənir:)
avatar
Nə maraqlı sorğudur:) Bu sorğu və reytinqin hazırkı vəziyyəti (70 % — I variant) bizim cəmiyyətin güzgüsüdür təkcə filkmdə yox bir çox şeydə. 
avatar
Ədalət yoldaş hüququ, qanunçuluğu, hüquqi dövləti, vətəndaş cəmiyyətini, dövlətin yaranmasının ictimai müqavilə nəzəriyyəsini «basdırdı» :)
Qanun həmişə ədalətlidir (nadir hallarda istisna olur) və heç də yalnız güclünün mənafeyini qorumur. 
Ədalətin şikayətləndiyi hallar qanunun tətbiqi və icrasında yaranır :)