GencAlimler
Reytinq
0.00
Güc
0.00

GencAlimler

Gənc Alimlər

Haqqında

GƏLƏCƏK GƏNCLİYİNDİR!
Gələcək gəncliyindir! Biz- müxtəlif məkanlarda olsaq da və fərqli sahələrdə çalışsaq da, Astaranın gənc alimləri olaraq bu gələcəyə doğru inamla gedirik!
Şübhə yoxdur ki, gənclər dövlətin gələcəyidir və ümidləridir. Bu da o deməkdir ki, bir dövlətin ən əsas vəzifələrindən biri məhz gənclərinin inkişafına dəstək vermək, fəaliyyətini stimullaşdırmaq və fərdi və ictimai olaraq özünü doğrultmasını təmin etməkdir.
«2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq biz-Astaranın gənc alimləri- ictimai həyatda, xüsusən də təbii ki, rayonumuzun sosial və mədəni həyatında, idarəçiliyində daha fəal iştirak etmək və öz töhfəmizi vermək üçün səylərimizi gücləndiririk. İctimai nəzarət- bir qurumun və cəmiyyətin təkamülü baxımından çox önəmlidir. Biz də aktiv gənclər və alimlər olaraq, cənab prezidentin gənclər üçün müəyyən etdiyi fəaliyyət proqramı çərçivəsində, rayonumuzda baş verən siyasi-ictimai və mədəni-sosial proseslərdə bundan sonra öz nəzarətçi və tənzimləyici funksiyamızı daha fəal şəkildə yerinə yetirəcək və yeri gələndə nöqsan və çatışmazlıqlara diqqət ayırıb, aktual problemləri mətbuatda və cəmiyyətdə qabardıb, ölkə rəhbərliyinin işini daha da asanlaşdırmağa töhfəmizi verəcəyik. Xüsusən də bu günkü dövrdə, texnikanın və sosial mediyanın verdiyi imkanlar və informasiyanı cəmiyyətə çatdırmaq vektoru yetərincə böyükdür və səhifəmiz də elə bu anlayışın nəticəsidir.
Elm və texnika artıq o qədər inkişaf edir ki, savadlı və mədəni olmaq mütləq meyara çevrilməkdədir və artıq savadsız, qeyri-mədəni insanlara yer qalmaqdadır. Xüsusən də dövlət başçısının qarşıya qoyduğu müvafiq məqsədin və son zamanlar da aşkar şəkildə praktiki təsdiqini tapan siyasətin nəticəsi elə bu olacaq ki, istedadlıların və layiqlilərin önü tam açılır, yetərli əhliyyətli və bacarığı olmayan kadrların önü kəsilir, qeyri-normal vasitələr-korrupsiya, „tanışlıq“ və s. kimi qeyri-təbii vasitələr tarixə qovuşmaqdadır. Dünya dəyişir, Azərbaycan da dəyişir və bu dəyişikliyin lokomotivini məhz ELM, BİLİK, BACARIQ VƏ LƏYAQƏT təşkil etməkdədir. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi: „Qüvvət elmdədir ancaq; başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz!“

Fərdi

Cins: Kişi
Doğum tarixi: 24 mart 1984
Məkan: Азербайджан

Aktivlik

Qeydiyyatdan keçib: 27 aprel 2019, 10:53
Son vizit: 15 may 2019, 11:46

Dostlar (1)

  • Apollon