HTML
Reytinq
+82.17
Güc
221.26

HTML

Fuad

Kompüter texnikasının tətbiq sahələri

İlk elektron hesablama maşınları təxminən 60 il bundan öncə meydana çıxıb. Ötən dövr ərzində kompüterlərin və onlar üçün proqramların istehsalı texnologiyası böyük inkişaf yolu keçib. Şübhəsiz, kompüterlər bütövlükdə yaşadığımız cəmiyyəti dəyişdirib. Maliyyə, kargüzarlıq, sənaye, elm, səhiyyə, təhsil və başqa sahələri bu gün kompüterlərsiz təsəvvür etmək qeyri-mümkündür. İndi informasiyanın emal olunduğu hər yerdə kompüterlərdən istifadə olunur.
Ardı →

Elektron hesablama maşınları

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) beş nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına,  texniki və istismar  göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.
Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır və 1945-1950-ci  illəri əhatə edirlər. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Bu nəsil EHM-lərə misal olaraq: “Ural”, “Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik.
İkinci nəsil EHM-də  elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla  əvəz olundu. 1948-ci ildə tranzistorun ixtira edilməsi, bir neçə il sonra, təxminən 1955-ci ildə tranzistorlar üzərində qurulmuş ikinci nəsil elektron hesablama maşınlarının yaranmasına gətirib çıxarmışdır.
Bu nəsil  EHM-lər daha  yüksək hesablama məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi),  əməli yaddaşa malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi.  Bu cür EHM-də alqoritmik dillərin tətbiqi geniş  vüsət aldı və  məsələlərin maşında həlli qaydaları sadələşdi. Bu nəsil  EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. misal göstərə bilərik.
Ardı →

Proqramların hazırlanması

Proqramlaşdırma nəzəriyyəsi ilə praktik proqramlaşdırma paralel inkişaf etmişdir. İnkişafın ilk mərhələsində informasiya emalının riyazi nəzəriyyəsi hazırlanmış və elə həmin dövrdə də proqramların düzgünlüyünü yoxlayan vasitələr və səmərəli translyatorların yaradılması prinsipləri işlənib hazırlanmışdır. O zamanlar proqramçılara çox yüksək ixtisaslı işçilər kimi baxılırdı. Bu, nadir peşələrdən idi, proqramların istehsalı isə hələ kütləvi xarakter daşımırdı.
Kompüterlərin sonrakı inkişafı və yayılması ağırlıq mərkəzini tətbiqi sahəyə keçirdi. Proqramçıların, eləcə də proqramların sayı artaraq, milyonlarla hesablanmağa başladı.
Ardı →

Ethernet

Ethernet Earth(yer kürəsi)+Net(tor, şəbəkə) sözlərinin birləşməsindəndir. Ethernet texnologiyası 1973-cü ildə Bob Metcalfe tərəfindən yaradılmışdır və DEC, İntel, Xerox firmaları(DİX birliyi kimi tanınır) tərəfindən işlənilib hazırlanmışdır. Metkalf əvvəl Alto Aloha Network adlanan sistemin adını 1973-cü ildə «Ethernet» adlandırdı. Bununla o texnologiyanın sadəcə Alto kompüterlərində deyil, bütün kompüterlərdə çalışa biləcəyini vurğulamaq istəyirdi. Metkalf-ın texnologiyası bütün sistemlərlə məlumat bitlərini göndərə bilirdi və bütün siustemlərnən işləyə bildiyi üçün nəticədə «Ethernet» yaranmış oldu.
Ardı →

Proqramlar

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki, kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır.  Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.


Ardı →

Yüksək səviyyəli dillər

Assembler dili mnemonik olsa da, dövrünün başlıca kompüter istifadəçiləri olan alimləri qane etmədi, çünki, artıq yuxarıda da qeyd olunduğu kimi, maşın koduna yaxın olduğuna görə onu öyrənmək çətindir. Bundan başqa, hər prosessorun öz assembleri olur və deməli, bir neçə maşında işləyən şəxs bəzən “bir neçə ayrı-ayrı assembler dilini” bilməlidir. Nəhayət, assembler dilində proqramlaşdırmaq üçün bütün prosesi ən kiçik detallarınadək təsəvvür etmək, mürəkkəb düsturları ayrı-ayrı əməllərin ardıcıllığı şəklində göstərmək lazımdır. Proqramçı isə beynində daha ümumi kateqoriyalarla işləyir: “düsturu hesablamalı”, “ədədi ekrana çıxarmalı”, “əməliyyatı 10 dəfə təkrarlamalı” və s.
Ardı →

Porno videoların gələcəyi

İnternetin inkişafı pornodan asılı olub. Yaranan dövrdən internetdə çoxlu pornoqrafik kontent (porno filmlər,erotik şəkillər,onlayn seks sifarişi) istifadəçiləri cəlb edib. İnternet traffikin böyük hissəsi məhz pornonun hesabına düşür.
Lakin indi porno-industriya gərgin durumdadır. Onlayn porno saytların gəlirləri 30-50% aşağı düşüb.Savanna Ştern (Savannah Stern) adlı porno-ulduz şikayətlənir ki onlayn seks videoları üçün əvvəllər hər çəkilişə görə 1000 dollar alırdısa indi 700 dolları güclə alır.
Məsələ burasındadır ki internetdə olan porno kontent yalnız 20-30 % leqaldır. Qalan porno videoların hamısı pirat şəkildə yerləşdirilir ki bu da porno istehsalçılarına böyük ziyan verir.
Davamı →

Cəmiyyətin informasiyalaşdırılması və informatika tarixi

Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə, informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı. İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı. İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.
Ardı →