MuSHviG
Reytinq
+2497.28
Güc
6650.25

MuSHviG

MusHviG

Dünyanın ən nəhəng heyvanları

Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:

Ən böyük öküz

Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.


Ardı →

“Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”.

“Kim Tərtərçay dərəsini  seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”.

Bu sözləri Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında deyib.

Bakıdan təxminən 450 km qərbdə, Bərdə — İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşən bu şəhərin yalnız təbiəti insanları heyran etmirdi.

Mübaliğəsiz deyə bilərik ki, hər qarış torpağı qızıl qiymətində olan bu rayon haqqında ən azı sakinləri qədər bilgiyə sahib olanlar Kəlbəcəri işğal etməklə bizi bu əsrarəngiz sərvətdən məhrum etdilər.


Ardı →

Pyotr Velyaminov

  • Kino

62 yaşında əsl məhəbbətini tapan aktyor günahsız yerə doqquz il həbsdə yatıb, şəxsi həyatında uzun müddət arzuladığı xoşbəxt, sakit həyata qovuşa bilməyib. 62 yaşında bu arzusuna çatan aktyorun yaradıcılığında da bahar bir filmlə — “Kölgələr günorta yox olur”la başlayıb. Söhbət Rusiyanın Xalq artisti Pyotr Velyaminovdan gedir. 

Pyotr Velyaminov 1926-cı il dekabrın 7-də Moskvada anadan olub. Anası Tatyana Divnova çox səbirli ev xanımı idi, çalışırdı ki, evdə həmişə hüzur, sakitlik olsun. Sonralar uşaqlığını yada salan aktyor deyərmiş ki, o da ailəsində həmişə sakitlik, rahatlıq olmasına çalışacaq.
Atası Sergey Velyaminov isə XIX əsrin məşhur generalları İvan və Aleksey Velyaminovların nəslindən olub. Anasından fərqli olaraq, atası çox səbirsiz insan olub və bunun da ağrı-acısını yaşayıb. 1930-cu ildə onu antisovet təşkilatına qoşulmaq ittihamı ilə həbs ediblər. 1936-cı ildə həbsdən azad edilən Sergey Velyaminov 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Ancaq bu dəfə də onu tutub sürgün ediblər. Hətta Pyotru da 1943-cü ildə, 17 yaşında ikən, guya o da atası kimi antisovet təşkilatına qoşulduğuna görə, həbs ediblər. Sonralar bu haqda danışan Pyotr özü isə bildirib ki, qonşuluqda yaşayan, bir məktəbdə oxuduqları qızla dostluq edib, tez-tez onlara qonaq gedib. Qızın Moskva Mühəndisləri İnstitutunun dosenti olan atası bilinməyən səbəblərə görə həbs ediləndən sonra onu da günahı olmadan tutublar. Pyotr Velyaminov 1952-ci ildə həbsxanadan buraxılsa da, onu Moskvada yaşamağa qoymurlar. Ailəliklə Sibirin Abakan şəhərinə köçürlər. 


Ardı →

Dünya dilləri

Dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların bir çoxu barədə maraqlı fakt söyləmək olar.
Məsələn: 
—  Eston dilində ismin 14 halı var.
—  Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.
—  Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.
—  Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
—  Çin yazısında heç bir durğu işarəsi yoxdur.
—  Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.
—  İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.
—  Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. 
— İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı.
- İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.
Ardı →

Dadlı və faydalı səhər yeməyi

Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər yeməkləri üçün ən yaxşı variantdır. Müsli tez mənimsənilir, vitamin və mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, mübadilə proseslərini tənzimləyir.

Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl müalicəvi effekt verir ki, bağırsaqları “işləməyə” vadar edir. Bu xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.

Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf, darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları, çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!

Ərik və alma ilə müsli

3 stol qaşığı yulaf yarması (“gerkules”) bir qədər ilıq qaynanmış suda isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼ stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz ləpəsi əlavə edib yaxşı qarışdırın.


Ardı →

“Visbadenli avanqardlar”

Almaniyada beynəlxalq fırıldaqçıların məhkəməsi bütün dünyada səs-küyə səbəb olub. Söhbət rus rəssamlarının əsərlərinin saxtalarını yaradıb, onları baha qiymətə satan dəstədən gedir. Tapılan saxta əsərlərdən əldə olunan gəlir 19 milyon dollara bərabərdir.

Neftin qiymətinin düşdüyü böhran dövrlərində bu “şedevrlər” daha da bahalaşır və sahiblərinə daha çox gəlir gətirir. Buna görə də ilbəil əsərlərin saxta versiyasının istehsalı artır. Beləliklə, qlobal incəsənət bazarında ağalığı saxtakar rus avanqardları edir.   Rəsmə baxın – bu, Kandinskidir!   Rus korifeylərinin iri tablolardan miniatür eskizlərinə qədər saxtakarlıqla təkrarlanan əsərləri dünya kolleksiyaçıları tərəfindən elə böyük maraqla qarşılanır ki, heç boyası qurumamış satılır. Gəlir – milyardlarla dollar. Amma risk də böyükdür.   

Hazırda bu işlə məşğul olan Vasili Kandinskinin, Kazimir Maleviçin, Aleksey Yavlenskinin, Natalya Qonçarovanın və digər məşhur rəssamların işlərini təkrarlayıb satan qrup Visbadendə mühakimə olunur. Məhkəmə qarşısına çıxarılan şəxslərin əməlləri dünya mətbuatında böyük ajiotaj yaradıb.   “Visbadenli avanqardlar”ın ilkin izi İsraildə tapıldı. İsrail polisinin yaydığı bəyanatdan sonra Almaniya polisi əldə olunan izlərlə qrupu tapmağa müvəffəq oldu və “sehirbazlar”ı həbs etdi.


Ardı →

Qəsidə - "Olursa"

Müavin mana ol Sübhan olursa,

Bədəndə ruhi-qüdsi can olursa,

Tutam ömrüm kimi zülfün ucun bərk,

Nigara, vəslinə dərman olursa.

 

Çü cövhər dür saçam ol dəm gözümdən,

Xəyalin lütf edüb mehman olursa.

Necə etsün qərarı can saçınla

Ki, sir nə əhdü, nə peyman olursa.

 

Sən ol sultani-cansan, ey diləfruz

Ki, qapında sığar, min xan olursa.


Ardı →

Somnambulizm - yuxuda gəzmək və önləmə tədbirləri.

Valideynlərin bir çox hissəsi uşaqların yuxuda danışmağı ilə üzləşir.

Uşaq yuxuda sözlər, cümlələr deyir. Adətən bunun səbəbi gün ərzində keçirilmiş streslər, yorğunluq, yuxunun az olmasıdır. Bu hal heç bir xüsusi müalicə tələb etmir və valideynləri narahat etməməlidir.

Belə hesab olunur ki, somnambulizm (yuxuda gəzmək) uşaqların 10-30%-də heç  olmazsa 1 dəfə qeyd olunur. Oğlanlarda bu hala qızlarla müqayisədə daha tez-tez rast gəlinir.

Kənardan baxan insan üçün somnambulizm kifayət qədər qorxunc görünür. Yuxuya getdikdən 1-3 saat sonra uşaq ayağa qalxır, gəzməyə və ya hər hansı hərəkətlər etməyə başlayır (paltarını geyinir, oyuncaqların yerini dəyişir, soyuducunun qapısını açır və s.). Bu zaman uşaq dərin yuxuda olur, ətrafdakılara heç bir reaksiya vermir. Uşağı oyatmaq çox çətindir. Əgər bu mümkün olursa, uşaq özünə gələ bilmir, ətrafda olanları başa düşmür, heç nə xatırlamır.     
Yuxuda danışmaq və gəzmək kimi hallar irsiyyətlə bağlıdır. Əksər hallarda somnambulizm da heç bir xüsusi müalicə tələb etmir və uşağın 14-16 yaşına kimi keçir.


Ardı →

Səhra gəmiləri

Dəvə dedikdə beynimizdə müdriklik, müqəddəslik, qəribəlik  və möcüzə kimi müxtəlif anlayışlar haqqında minlərlə rəngarəng təəssürat canlanır. Özünəməxsus xüsusiyyətləri ilə bütün heyvanlardan fərqlənən və “səhra gəmiləri” də adlanan dəvələr bizim üçün ekzotik görünüşlü, maraqlı bir heyvan olduğu halda, bəzi ölkələrdə nəqliyyat növü, qida mənbəyi kimi insan həyatının əsas bir hissəsini təşkil edir. İri cüssəli olmasına baxmayaraq,  həssas və tabe olmağı bacaran dəvə onun kimi çöldə yaşayan heyvanlardan çox fərqlənir. Xarici görkəmi nahamar, iri, boynu əyri, ayaqları uzun olmasına baxmayaraq, “səhra gözəlləri” yumşaq, həlim və hamıya qarşı lütfkardır. İri gözləri olan dəvələrin baxışları isə bəlkə də dünyanın ən mərhəmətli və mehriban baxışlarıdır…

Dəvələrin vətəni

Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbis-tan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar hesab olunur. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhürgüclü (dromoder), ikihürgüclü (bakterian) və hürgücsüz. Hürgücsüz dəvə birhürgüclü ilə ikihürgüclünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır. Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük, həm minik vasitəsi kimi istifadə olunur, həm də əti, südü, yunu və dərisindən yararlanırlar.


Ardı →

Zəngin Ərəblər

“The Arabian Business” işgüzar nəşri dünyada ən varlı 50 ərəbin – istər ayrı-ayrı şəxslərin, istərsə də bütöv ailələrin siyahısını dərc etmişdir.

2007-ci ildə ərəb dünyasında ən varlı adam Səudiyyə şahzadəsi Əl-Valid bin Təlal əl-Səud hesab edilmişdir. Onun var-dövləti 29,5 milyard dollar məbləğində qiymətləndirilmişdir.

Onun ardınca 24 milyard dollar var-dövləti olan səudiyyəli Əl-Raci ailəsi gəlir.

2005-ci ildə qətlə yetirilmiş Livanın Baş naziri Rəfiq Həririnin ailəsi siyahıda üçüncü yerdədir. Nəşrin məlumatına görə, ən məşhur Livan ailəsinin aktivləri 17,8 milyard dollar dəyərində qiymətləndirilir.

Xırda mağazalar şəbəkəsinin sahibi küveytli Nasir əl-Hərafi siyahıda dördüncüdür (12 milyard dollar).
Ardı →