Nur2020
Reytinq
+93.42
Güc
224.81

Nur2020

İntihar çıxış yoludurmu?

Bu il başlayandan bir çox intihar hadisəsi oldu. İntihar edənlər, intihara cəhd edənlər...

İntihar səbəbləri haqqında yazmadan öncə statistikaya nəzər salmanızı istəyirəm:

 Statistikaya görə hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir. Gün ərzində 3.000 insan intihar yolu ilə yaşamlarını sonlandırırlar. Başqa sözlə, hər 40 saniyədən bir 1 insan intihar edir. Bu gün ən çox intihara üstünlük verən insanlar Yaponlardı. Belə ki, Yaponiyada gündəlik 150-200 insan intihar edir. Bilməmiş olmazsınız, Yaponiyada “İntihar meşəsi” adlanan yer var, hər il bu meşədən 70-100 cəsəd tapılır.


Ardı →

Əxlaqi degenerasiya

Bu yazımla dövrümüzdə baş alıb gedən əxlaqi degenerasiya, onun səbəbləri və bu bəladan xilas olmaq üçün düşündüyüm subyektiv çıxış yollarını sizlərə təqdim etmək istəyirəm.

Son dövrlər əxlaqi degenerasiya ən yüksək həddə çatıb. Səbəb nədir? İnsanların özlərini tam müstəqil və məsuliyyətsiz hesab etmələri… Artıq  iş o yerə gəlib çatmışdır ki, insanlar əxlaqsızlığı müasirlik, müstəqillik kimi qələmə verirlər. Bir neçə on il bundan əvvəl insanların ağızlarına belə almağa çəkindikləri şeylər təəssüflər olsun ki, artıq normal qəbul edilir. Edilən əxlaqsızlıqlar cəmiyyətin hər təbəqəsinə, xüsusilə də saf gənclərə müasirlik və mədəniyyət kimi təlqin olunur. Kişilərin özlərini qadın kimi aparmaları, qadın üslubu ilə geyinmələri və qadın kimi danışmaları bu təlqinin nəticəsidir. Ya da evlilikdən kənar qeyri-qanuni münasibət, narkotik maddə istifadə etmək məşhurlar tərəfindən “dəbə” mindirilmişdir. Savadsız insanlar da bu şəxsləri özlərinə örnək götürüb onların danışıq və geyim tərzindən tutmuş həyat fəlsəfələrinə qədər hər şeylərini təqlid edirlər. Cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq örnəklərini daha ətraflı şəkildə təhlil edərək  onların səbəblərini və hansı üsullarla qarşısının alınacağını təqdim etmək istəyirəm.

 

Birinci bəla: Narkomaniya

Bugün narkobiznes virus kimi bütün dünyada sürətlə yayılır. Bəzi insanların və ya qrupların sırf pul qazanmaq istəyi insanları məhz narkomaniya bataqlığına sürükləyir. Lakin təkcə səbəbkarları qınamaq doğru deyil. Çünki hər kəsə Allah istifadə etmək üçün ağıl və şüur vermişdir. Bir insan narkotik maddənin zərərlərini bilə-bilə qəbul edirsə deməli, bu onun iradəsizliyinin və şüursuzluğunun nəticəsidir. Hər kəs bilir ki, narkotik maddə insanın səhhətinə çox zərər vurur. Eynilə zəhər kimidir. Beyin və sinir sistemini sıradan çıxarır. Dəlilik,  tez qocalma, şüur və hafizəni itirmə,  yuxusuzluq və qarabasma narkotik istifadəçilərini rahat buraxmır. Narkotik maddə istifadə edən insanın sosial həyatı da məhv olur. İşləyib pul qazanması, ehtiyaclarını təmin etməsi get-gedə çətinləşir. Bir tərəfdən də, narkotik maddə almaq üçün pul tapmalıdır. Buna görə də narkomanların əksəriyyəti oğurluq, fırıldaqçılıq, cinayət törətməklə, qanuna zidd üsullarla pul tapmağa çalışırlar. Bugün narkobiznesi və istifadə şəklini aradan qaldırmaq üçün istifadə edilən üsullar heç də həll yolu gətirmir. Narkomanları məcburi xəstəxanalara yerləşdirirlər, müalicə etməyə çalışırlar. Yaxud da həbs edirlər. Bir müddət sonra şəxs xəstəxana və ya həbsdən çıxanda yenə köhnə vərdişinə “qaldığı yerdən” davam edir. Narkotik istifadəçisini düşdüyü bataqlıqdan xilas etməyin tək yolu ona iradə qazandırmaqdır. Bir insana sarsılmaz iradə verən şey səbir, təmkin və sevgi ilə ona verilən dəstəkdir.

 
Ardı →

Sevgisizlik xəstəliyinə tutulmuşuq…

Hər gün yolda, iş yerində, televizorda, internetdə rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz donuq, mənasız, boş, hüzünlü və davakar üz ifadəsinin ardında sevgisizlik ruhu gizlənmişdir. Sevgisizlik əvvəl insanın qəlbində bir tənhalıq arzusu, hüzursuzluq, bikefliklə özünü göstərir, sonra da stres, depressiya, laqeydlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, aqressivliyə qədər gedib çatan bir xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bəziləri “inteligent”, millətə üstdən aşağı baxan, çox bilmiş, lovğa-lovğa danışan, heç kimi bəyənməyən, heç kimi sevməyən, hər kəsə ağıl verən insanlardır. Belə düşünək: bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşlığı təqdir etdiyinə, bir insana hörmət göstərib könül aldığına, gözəl sevgi cümlələri istifadə etməsinə rast gəlmək mümkün deyil. Ruhları təkəbbürdən, eqoizmdən bərkimişdir. Amma həmin insanlar qəzəbə, nifrətə, kinə gələndə özlərini bu hisslərə ən yüksək səviyyədə qapdırırlar.


Ardı →

Keyfiyyətli insan və cəmiyyət...

Keyfiyyətli insan modelini təqdim etməzdən əvvəl bəzi insanların niyə görə keyfiyyət əskikliyindən əziyyət çəkməsini araşdıraq. Bəzi insanların əxlaq pozuntusu yaşaması onların zövq və davranışlarına ciddi mənfi təsir edir. İnsanlardan uzaqlaşır, xoş söhbət etmirlər, başqalarını tərifləmirlər. Musiqi dinləmir, rəsm əsərindən xoşlanmır, özlərinə qapalı olurlar. Ya da aqressiv və ya pessimist olur, hadisələrin ancaq mənfi tərəflərini görürlər. Bu düşüncələrinə görə həyatlarının hər anında keyfiyyətsizlik yaşadıqlarından həyata tamamilə küsürlər. Keyfiyyətsizliyin çöküntüsünü yaşadıqlarından evlərinin içi, özləri, hətta yaşadıqları şəhərlər belə keyfiyyətsiz olur. Küçələrdə rəngsiz, ağacsız, çiçəksiz mühit, yerə atılmış zibil, zibilin yaratdığı iyrənc qoxu, estetikadan uzaq binalar, köhnə evlər insanın içini qaraldır. Hər insan çalışmalıdır ki, keyfiyyətli insan modelini öz üzərində cəmləsin. Keyfiyyət davamlı inkişaf etdirilməlidir. Bir insan «Mən mükəmmələm» deyə bilməz. Deyirsə, deməli keyfiyyətsiz insandır.
Ardı →

Allahı göylərdə axtarmayın, O, hər yerdədir...

Bəzi insanlar özləri də daxil olmaqla kainatda gördükləri hər şeyi mütləq varlıq zənn edirlər. Allahı isə bu mütləq varlıqları əhatəyə alan xəyal kimi təsəvvür edirlər. Allahı gözləri ilə görə bilmədikləri üçün “Yəqin ki, Allah bizim görə bilməyəcəyimiz bir yerdə, kosmosun və ya göylərin uzaq bir guşəsindədir” deyirlər. Bunların hamısı böyük bir qəflətdir. Çünki Allah sadəcə göylərdə deyil, hər yerdədir. Allah tək mütləq varlıq olaraq bütün kainatı, bütün insanları, yerləri, göyləri, bir sözlə, hər yeri əhatəyə alıb və Allah bütün kainatda təcəlli edir. Yanınızda bir şəxs əllərini göyə qaldıraraq Allaha dua etsə və Allahın göydə olduğunu düşünsə, Cənub qütbündə başqa bir insan da eyni şəkildə Allaha yönəlsə, Şimal qütbündə də bir insan əllərini göyə qaldırsa, Yaponiyadakı, Amerikadakı bir insan da həmçinin əllərini göyə qaldıraraq Allaha yönəlsə, bu vəziyyətdə hər hansı bir sabit yöndən bəhs etmək mümkün deyil.
Ardı →

Televizor və internet texnologiyasından necə istifadə etmək olar?

İnternet və televiziya texnologiyası yaşadığımız dövrün ən gözəl nailiyyətlərindəndir. Əgər bunlar olmasaydı, insanlar üçün hər şey necə də çətin olardı. Həqiqətən də, onların varlığı həyatımızda çox böyük bir rahatlıqdır. İstədiyimiz vaxt dünyanın istənilən yerindəki hər hadisəni, yeniliyi ən qərəzsiz, dəqiq şəkildə öyrənir və də görüntülərinə nail ola bilirik. Evimizdən çölə belə çıxmadan dünyanın dörd bir guşəsini, sanki oradaymış kimi seyr edə, dünyanın bütün gözəlliklərindən, sosial fəaliyyətlərindən faydalana bilirik. Getmədiyimiz yerləri, görmədiyimiz insanları, bilmədiyimiz mədəniyyətləri tanıya bilmək imkanı tapırıq. Sadəcə öz ağlımız, məlumatımız və mədəniyyətimizin hüdudları çərçivəsində yaşamaq məcburiyyətində qalmır, bizdən kənarda minlərlə fərqli mədəniyyətdən, minlərlə fərqli elmə sahib olan minlərlə fərqli ağlın gücündən istifadə edə bilirik. Sadəcə öz xəyal gücümüzü deyil, milyardlarla insanın xəyal gücünü, təxəyyül məhsulunu istifadə edirik. Sadəcə öz zövq anlayışımızla kifayətlənmir, dekorasiyadan geyimə, saç modellərindən yemək çeşidlərinə qədər dünyanın ən tanınmış dizaynerlərinin, mütəxəssislərinin zövqlərindən yararlanırıq. Bütün bunlar həyatımıza böyük rəng və gözəllik qatır.


Ardı →

Əsl sevgi və "sevgi"

Sevgi insanın sahib ola biləcəyi ən böyük, ən gözəl nemətdir. Çünki xoşbəxliyin sirri sevgidə gizlənib. Xoşbəxt olmaq da insanın yaradılış fitrətinə uyğun olaraq həyatda tək istəyəcəyi şeydir. Hər kəs xoşbəxt olmaq istəyir. Həyatdan almaq istədiyimiz çox şey olsa da hər birimiz bilirik ki, bizim xoşbəxtliyimizin açarı sevgidir. Bizi xoşbəxt edəcək tək şey budur. Bunun üçün hər birimiz axtarışdayıq. Hər birimiz axtarırıq və tapırıq. Lakin bəzilərimizin tapdığı əsl sevgi olur, bəzilərimizinki isə “sevgi”. Müxtəlif səbəblərə əl atırıq. Məsələn, götürək evlənmək anlayışını. Bununla sevgini, yəni bizi xoşbəxt edəcək tək şeyi əldə edə biləcəyimizi zənn edirik. Evlənmək insanın həyatında ən mühüm hadisələrdən biridir. Bu mərhələ gənc qadın və kişinin müəyyən yaş həddinə çatması ilə başlayır. Evlənərkən insanlar müxtəlif səbəblərə sarılırlar. Təbii ki əsas səbəblərin önündə xoşbəxt olmaq, yəni insanların tək yaşlanmaq istəməmələri, gözəl ailə sahibi olmaları, valideyni razı salmaq, cəmiyyət və ailə qarşısındakı borc dayanır. Bunlar çox gözəl səbəblərdir. Bəs evlənəcəyimiz insanları necə seçirik? Biri ilə evləniriksə, onun hansı xüsusiyyətləri bizi cəlb edir ki, bütün həyatımızı onunla paylaşmaq istəyirik?!


Ardı →