Nur2020
Reytinq
+93.42
Güc
224.81

Nur2020

Qadın-kişi bərabərsizliyi

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.


Ardı →

Möhtəşəm yaradılış örnəkləri

Bu möhtəşəm sənət əsərləri təbiətdə mövcuddur. Heç bir insan əli dəymədən, qüsursuzca işlənib bu əsərlər. Heç bir insan burda gördüyümüz mənzərələri, nə də onların bir parçasını, məsələn bir ağacını, ya da yarpağı yarada bilməz. Ancaq təbii ki bunları yaradan var. Öz-özlüyündən, təadüfən belə mükəmməl əsərlər ortaya çıxmaz. Bu möhtəşəm təbii əsərlər əslində bunları çəkən Rəssamın möhtəşəmliyindən xəbər verir. Təbiətimizdə Allahın Sani (Sənətkar) ismi təcəlli edib. Allahı tanımaq istəyən bizlər elə yaşadığımız dünya həyatında yaratdığı əsərlərə baxaraq Onu tanıya bilərik. 

Ardı →

İşin yoxsa mənəviyyatın?

 

Peşə psixologiyası ilə yaşamaq insana heç də xoşbəxtlik gətirmir. Bu psixogiyadan qurtulmaq lazımdır. Çünki bu, insanların həyatda itirənlərdən olmasına səbəb olur.

Düşüncələr fərqli ola bilər, xarakterlər də həmçinin. Lakin hədəflər hər zaman eynidir və ya oxşardır. Yaşadığımız cəmiyyətdə hər xarakterdə, hər düşüncədə insana rast gəlmək olur. Bu insanların hədəfləri isə demək olar ki, eynidir: yaxşı ali təhsil, karyera, gözəl ailə həyatı, özünə cəmiyyət içində hörmət qazanmaq və s. Bunların hər biri çox gözəl hədəflərdir. Lakin yanlış olan odur ki, insanların bu hədəfləri onların psixologiyalarının mənfi mənada formalaşmasına təsir edir. Məsələn, hədəfləri gözəl ailə həyatı qurmaq olan insanlar həddindən artıq həssas psixologiyada olurlar. Ya da karyera hədəfində olanlar qəribə peşə psixologiyasını mənimsəyirlər. Elə bu yazımda da peşə psixologiyasından bəhs etmək istəyirəm. Əlbəttə ki, karyera hədəfində olan bütün insanlara burda yazdıqlarım aid deyil. Amma bəzi insanlar var ki, iş həyatları, peşələri ilə şəxsiyyət qazanacaqlarını zənn edirlər. Elə buna görə də sahib olduqları peşələrinə uyğun xarakterləri mənimsəyirlər. Yəni ki, peşələrinə uyğun obrazlara bürünürlər. Hər zamanki rəftarlarını iş yerində göstərmirlər.


Ardı →

Birlik istəyirəm

Birlik istəyirəm...Fələstində, Suriyada, İraqda, Əfqanıstanda, Kərkükdə su yerinə axan müsəlman qanının dayanması üçün, atasız-anasız qalan uşaqların fəryadını eşitməmək üçün, hər an ölmək qorxusu ilə yaşayan, əzilən, təhqir edilən müsəlmanların hüzura, rahatlığa qovuşması üçün Birlik istəyirəm… Məsum insanların çəkdiyi maddi-mənəvi əzabların sona çatması üçün Birlik istəyirəm… Dinc yaşamaq üçün, sevgi və etibarın, sülhün, qardaşlığın, bərabərliyin hakim olduğu həyat tərzi üçün Birlik istəyirəm...

Bu birlik olmalıdır. Bizim hal-hazırda görəcəyimiz ən vacib iş bu olmalıdır. Çünki birlik olan yerdə həmişə dirilik olur. Mütəfəkirlərdən biri belə deyib: “Bir olaq, iri olaq, diri olaq”. Uca Rəbbimiz Allah da bütün müqəddəs kitablarında insanlara bir olmağı əmr etmişdir.  Nə qədər ki, aramızda birlik yoxdur, bizi hələ çox bəlalar gözləyir.


Ardı →

Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Ötən aylarda müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır. Elə insanlarımızın heyvanlara olan münasibəti onların düşüncəsinin, dünyagörüşünün nə qədər dar və kasad olduğunu göstərir. «Yeməyini ye, yoxsa it aparacaq», «yatmasan, it gəlib səni yeyər» və s. kimi ifadələrlə hələ kiçik yaşlardan etibarən uşaqlara heyvanlara qarşı nifrət təlqini aşılanır və bunun nəticəsidir ki, heyvanı vəhşi, aşağı varlıq kimi görən gənc vəhşicəsinə, işgəncə verərək bu aciz, dilsiz-ağılsız varlığı vurub öldürür. Hələ bu az deyilmiş kimi, iyrənc qəhqəhələr ataraq etdiyindən ləzzət aldığını nümayiş edir. Biz Tv-də bu xəbəri görəndə: «Yazıq itin başına nə oyun açdı», — deyərək onu öldürən gənci qınadıq. Lakin o cür vəhşiliyi ona təlqin edən, heyvanlara qarşı nifrəti, qəddarlığı ona öyrədən cəmiyyəti, yəni özümüzü qınamalıyıq. İti öldürən gəncə 500 manat cərimə kəsməklə onu «ağıllandıracağımızı» və «başqalarının gözünün odunu alacağımızı» zənn etdik. Lakin belə bir cəza gəncimizi, o cümlədən, eyni psixologiyada olan digər gənclərimizi mənəvi çöküşdən xilas edəcəkmi?

Ardı →

Dua Allahın nemətidir

Dua Allahın insanlara lütf etdiyi ən gözəl nemətlərdəndir. Allah qullarının Özünə yaxın olmasını istəyir. Bunun üçün də duanı xüsusi olaraq yaratmışdır və səmimi şəkildə istənilən gözəl şeylərə dua vasitəsilə qarşılıq verir. İnsanı sadəcə bir su damcısından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir insanın duasına cavab vermək çox asandır. İnsan bunu bilməli və inamla, səbirlə, səmimiyyətlə Allahdan istəməlidir.
Ardı →

Düşüncə dərsi

SEVGİ NAMİNƏ

Həyatın qayəsi, özülüdür sevgi...Allah kainatı, insanları da sevgi ilə yaratmışdır. Bu həqiqət  hər şeydə özünü büruzə verir. Kainatımızın bu qədər ehtişamlı və sanki sənətkar əlindən çıxmış sənət əsəri kimi gözəl olması, təbiətdəki estetika, heyvanların, bitkilərin gözəlliyi Allah'ın insanlara lütfündəndir.


Ardı →

Düşüncə dərsi

Nəfsin yoxsa Rəbbin?

Nəfsin yoxsa Rəbbin? İkisi arasında seçim etmək üçün əvvəlcə hər iki anlayış üzərində dərindən düşünmək lazımdır. Hər şeyin mükəmməl açıqlandığı Qurani-Kərimdə Allah nəfsimizi bizə belə tanıdır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

Ona günahları və Allah’dan qorxmağı təlqin edənə!

Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)


Ardı →