Nur2020
Reytinq
+93.42
Güc
224.81

Nur2020

Düşüncə dərsi

Şirk təhlükəsi

 

Şirk Allahın Quranda bağışlamayacağını bildirdiyi ən böyük günahdır. Bəzi insanlar elə zənn edirlər ki, şirk sadəcə taxtadan yonulmuş bütlərə sitayiş etməkdir və buna görə də özlərini bu günahdan çox uzaq görürlər. Əslində isə şirk Allahdan başqasına ilahlıq vəsfi vermək, Onun uca sifətlərini yaradılmış varlıqlara aid etməkdir və hər kəs bu təhlükə ilə üz-üzə ola bilər. Şirkin nə demək olduğunu bəzi örnəklər üzərində izah edək. Məsələn, gözəl qadın gördükdə nə düşünürsünüz? Gözəlliyin qadının özünə aid olduğunu düşünürsünüzsə deməli həmin qadına ilahlıq vəsfi vermisiniz. Çünki gözəl (Camal) olan əslində Allahdır. İstədiyi varlıqlarda bu sifəti ilə təcəlli edir. Və yaxud çox zəngin bir insan təsəvvürünüzə gətirin. Allah həmin insanda Qəniyy (zəngin) sifəti ilə təcəlli etmişdir. Bunun əksini, zənginliyin insana aid olduğunu düşünmək isə şirkdir.  


Ardı →

Problemlərin əsl həll yolu

Bu məqaləmdə hər kəsin ehtiyac duyduğu bir mövzudan danışmaq istəyirəm. Məlumdur  ki, çatışmazlıqları olan bir dünyada yaşayırıq. Nə qədər zəngin, sağlam, gözəl, ağıllı, çox müvəffəqiyyət qazanan olsaq da, hər birimizin zaman-zaman ona sıxıntı verən, beynini, zehnini məşğul edən müxtəlif problemləri olur. İnanırıq ki, bu problemləri həll etmək, istəklərimizi həyata keçirmək və sıxıntılarımızı sona çatdırmaq üçün mütləq müəyyən şərtlər olmalıdır. Düşünürük ki, bu şərtlər mövcud olanda biz problemlərdən qurtulacaq, bizi sıxan məsələdə rahatlığa qovuşacağıq.


Ardı →

Fərqli düşünməyimiz mehriban yaşamağımıza mane olmasın!

Kainat ağlasığmaz dərəcədə böyükdür. Bu böyüklük qarşısında insan beynindəki “böyüklük” anlayışı aciz qalır. Lakin kainat bu qədər ucsuz-bucaqsız olduğu halda, bizim sadəcə bir Dünyamız var və hamımız bu dünyada yaşamaq məcburiyyətindəyik...

Təxminən 7 milyard insan, hal-hazırda bu tək Dünyanı bölüşürük. Lakin bu bizə bəzən sıxıntı verir.

Bəs bölüşmək bu qədər çətindirmi? Bölüşə bilmədiyimiz nədir? Dünya çoxmu dardır? Yoxsa biz çox şey istəyirik?

Hər kəsə bir-bir bu sualları versək, o qədər çox mövzu ortaya çıxar ki, danışmaqla, yazmaqla bitirə bilmərik. Lakin bütün bu minlərlə mövzunun, minlərlə problemin tək həlli var:


Ardı →

Gözəl söz söyləyin!

“Danışın ki, tanınasınız, çünki insan öz dilinin altında gizlənmişdir.” (Hz. Əli)  Həqiqətən də danışmaq insanları tanımaqda çox böyük rol oynayır. Bir insanın qəlbində hiss etdikləri, zehnində gizlədiyi düşüncələri, arzuları, xəyalları, inancları, qorxuları –bunların hamısı insanın danışığı ilə üzə çıxır. Belə ki, insanların ruhi vəziyyətlərinin necə olduğu, necə ağla və vicdana sahib olduğu sərf etdiyi sözlərlə anlaşılır. Bir insanın səmimi, yoxsa saxtakar, etibarlı və ya pis niyyətli, doğru sözlü, ya da yalançı olduğu danışıq üslubu ilə dərhal bilinir. Bir sözlə, danışıq  insanın ağlının, mənəviyyatının, şəxsiyyətinin ölçüsünü ifadə edir. Səmimi insanlar hər zaman gözəl, hikmətli, doğru danışır və buna görə də ruhən rahat olurlar. Qeyri səmimi, saxta insanlar isə ürəklərində gizlətdikləri xəbis niyyətlərin üzə çıxmasından narahat olurlar.

Lakin bunu da ifadə etmək istərdim ki, gözəl danışaraq, gözəl sözlər istifadə edərək insan hər zaman xeyir qazana bilər. Gözəl sözlü olmaq həm də Allahın bəyənəcəyi bir xüsusiyyətdir. Bir quran ayəsində Allah gözəl sözü gözəl ağaca bənzədir. Necə gözəl ağac kökü möhkəm, budaqları göydə, hündür, yamyaşıl, barlı-bəhrəli olursa, gözəl söz də hər zaman insana xeyir-bərəkət gətirir. Əksinə pis sözlər, pis danışıq isə nə insanın özünə, nə də başqalarına fayda vermir.  Allah pis sözü kökü yerdə sabit durmayan, qoparılıb qurumuş ağaca bənzədir.

 


Ardı →

Xurafat kirindən təmizlənək!

Xurafat dində olmayan, lakin din kimi göstərilən batil hökmlərə deyilir.  Bu batil hökmlər dini çətinləşdirərək insanların Allahın yolundan uzaqlaşmasına, hətta nifrət etməsinə gətirib çıxarır. İslam dininə də sonradan bir çox xurafatlar daxil edilmişdir. Təəssüflər olsun ki, bu xurafatlar müsəlmanlara çox zərər vurmuş və hələ də vurmağa davam edir. Halbuki, İslam dini asanlıq dinidir. Rəbbimiz Ona yönəlməyimiz üçün dini bizim üçün asanlaşdırmışdır. Lakin bədxah şəxslər İslamı bilərək təhrif edir, özlərindən çıxardığı uydurma hökmlərlə insanları dindən uzaqlaşdırırlar. Onlar Allahın halal buyurduqlarını haram, haram buyurduqlarını da halal edərək dini əslindən uzaqlaşdırmağa çalışır və öz azğın inanclarından ibarət batil din ortaya çıxarırlar. Bu gün insanların əksəriyyəti İslam zənn etdikləri həmin batil dinə sitayiş edirlər.  Qurandakı ayələrdən və Peyğəmbərimizin həyatından xəbəri olmayan insanlar batil dinə sitayiş etdiklərini anlamır, bu şəxslərin təlqinlərinə aldanır və şüursuzca onların arxasınca gedirlər.  Belə ki, Allah adına hökm qoyanlar özləri ilə birlikdə başqalarını da günaha və üsyana sürükləyirlər. Onlar gətirdikləri saxta hökmləri Allah adına çıxmaqla həm də Allah qarşı böyük böhtan atırlar.  
Ardı →

Vicdanını dinlə və xilas ol!

Sonsuzluq içindəki bir aləmdə yaşayırıq. Doğuluruq, yaşlanırıq və ölürük. Elə bilirik ki, artıq hər şey bitdi. Öldük və son… Lakin elə deyil. İnsanın doğulduğu andan etibarən onun üçün sonsuzluq başlayır. Həyat bu dünyada başlayır və əbədi axirət yurdunda sonsuza qədər davam edir.  İnsan bu dünyada orta hesabla 60-70 il yaşayır. Bundan sonra isə axirət həyatı başlayır. Çoxları axirətin varlığına inanmasa da, bu mövcuddur və axirət həyatının necə olacağı bu dünyadakı həyat tərzimizdən asılıdır. 60-70 illik zaman ərzində insan vicdanının səsini dinləyib-dinləməməsi mövzusunda müxtəlif imtahanlardan keçir.

İnsan bu qısa, lakin çox mühüm zamanı özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Axirət həyatının olmadığına, həyatın təkcə bu dünyadan ibarət olduğuna, güclülərin hər zaman qalib, zəiflərin, məzlumların isə məğlub olduğuna özümüzü inandırmaq nə həqiqəti dəyişdirə bilər, nə də ki, Allah və vicdanımız qarşısındakı məsuliyyətlərdən bizi xilas edər.

İnsanın həqiqətlərdən qaçması onun öz əleyhinədir. Vicdanını örtərək həqiqətləri görməzdən gələn, Allah qarşısındakı məsuliyyətlərdən qaçan insan daha sonra bu ağılsızlığına görə çox peşman ola bilər. Buna görə də, insan şüuru açıq bir şəkildə və diqqətlə bu həyatdakı insanlıq vəzifələrini yerinə yetirməlidir. Bunlar insana çətin gələ bilər. Çünki biz azad və sərbəst, çərçivələrsiz həyat yaşamaq istəyirik. Amma bunu da bilməliyik ki, azad olmaq heç də düşüncəsiz olmaq deyil.

Hər an vicdanımızın səsini dinləməliyik. Hər keçən saniyə ölümə və hesab gününə bir az da yaxınlaşırıq. Bütün davranışlarımızın və ağlımızdan keçən bütün düşüncələrin yox olmadığını, hər şeyi görən Allah tərəfindən yazıldığını bilmək və buna uyğun hərəkət etmək  ən gözəl və ən doğru yoldur.

Bunu da bilməliyik ki, hər insanda vicdan eynidir. Lakin vicdanını istifadə etməsinə görə insanlar müxtəlifdir. Bəziləri vicdanından istifadə edir, bəziləri isə etmir, qulaqlarını tıxayır, gözlərini yumur.


Ardı →

Diqqətli olaq: Şübhə sevgini yox edən səbəblərdəndir

Şübhə insana psixoloji  zərər vuran ən əsas amillərdən biridir. Bu elə gizli təhlükədir ki, insanı daxilən yeyib-bitirir, qəlbini, beynini məşğul edərək, ətrafına qarşı sevgisizlik və güvənsizlik yaradır, pessimizmə sürükləyir.  Şübhə hər zaman və hər mövzuda ortaya çıxa bilər və ən geniş yayılan növlərindən biri, insanın özünə duyulan sevgidən şübhə duymasıdır. Bəs bu nədən qaynaqlanır? İnsan hansı hallarda ona göstərilən sevgidən şübhə duyur?


Ardı →

Əsl sevgi

Bütün insanların ortaq bir arzusu var:  xoşbəxt olmaq.  Hər kəS xoşbəxt olmaq istəyir. Xoşbəxtliyin sirri isə əsl sevgidə gizlənmişdir. Həyatdan almaq istədiyimiz çox şey olsa da, əslində bizi xoşbəxt edəcək tək şeyin əsl sevgi olduğunu bilirik. Bu gözəl duyğunu yaşamaq istəsək də, bir çoxumuz buna heç vaxt nail ola bilmir. Çünki əsl sevgi bizi Yaradan Allah çox sevildikdə yaşana bilər. Qəlbində zərrə qədər Allah sevgisi olmayan bir insan nə qədər cəhd etsə də, məqsədinə çatmaz. Əsl sevginin ləzzətini duya bilməz. Əsl sevgi Allah sevgisidir. Bir qadına, körpə uşağa, gülə-çiçəyə, ümumiyyətlə gözəl varlıqlara yönəldilən sevgi təməlində Allah sevgisi yoxdursa, heç nə ifadə etmir.

 Allah'a səmimi inanan insanın qəlbində Allah sevgisi olur. Bu sevgi tərtəmizdir, məsumdur. Səbirlidir, güclüdür, səbəblərə görə dəyişmir, azalmır, zəifləmir. Getdikcə artır...

Sevgi çox böyük nemətdir, bu gözəl neməti insanın qəlbinə ilham edən isə Allah'dır. Fitrətimiz sevgi üzərində qurulmuşdur. Buna görə də sevgini sevirik. İnsanın bütün hüceyrələri Allah sevgisinə görə yaradılıb. Buna görə Allah aşiqlərinin üzündə onları başqalarından fərqləndirən nur olur.  Baxışları donuq, cansız, təbəssümləri belə süni görünən, ruh kimi gəzən insanlar isə həqiqətən Allah sevgisini yaşamayan bədbəxt insanlardır.  


Ardı →

RUHUMUZUN SEVGİYƏ EHTİYACI VAR, NİFRƏT İLƏ ÖZÜMÜZƏ ZÜLM ETMƏYƏK

Bütün insanlar fitrətən sevgi ilə bərabər doğulurlar. Allah sevməyi və sevilməyi sevdiyi üçün bizi də sevgi ilə yaradıb. İnsan dünyaya gəldikdə fitrətində sevgi olduğu üçün tərtəmiz və məsum olur. Uşaqlara diqqət etdikdə bunu daha yaxşı anlayırıq. Kin, nifrət nədir, qəzəb nədir bilmirlər. Sadəcə ətrafa sevgi saçırlar. Böyüdükcə isə insan nifrəti, zülmü, önmühakiməni, kini, düşmənçiliyi öyrənir. İnsana zərər verən, ruhunu qaraldan bu hissləri ona öyrədən şeytandır.


Ardı →

Düşüncə

BƏDƏNİMİZDƏKİ MÖCÜZƏVİ TƏMİRÇİLƏR

 

Dərinizin üzərində kiçik yara olanda, qısa müddət sonra qanamanın öz-özündən dayandığı mütləq diqqətinizi çəkmişdir. Bu, çox qeyri-adi vəziyyətdir. Çünki normal şərtlərdə açılan dəlikdən mayenin axması öz-özünə dayanmır. Bunu daha yaxşı başa düşmək üçün bir örnək verək: Əlinizdə içi su ilə dolu olan şar olduğunu düşünün. Şarı iynə ilə deşib kiçik dəlik açdıqda, içindəki su dərhal sızmağa başlayacaq. Sizcə, suyun axışı bir müddət sonra siz heç bir şey etməsəniz, öz-özlüyündən dayana bilər? Əlbəttə ki, bu mümkün deyil. Şarın içindəki su, qurtarana qədər dəlikdən axmağa davam edər. Bu vəziyyət qapalı yerdəki bütün mayelərə aid edilir.


Ardı →