ORIGINAL
Reytinq
+986.66
Güc
1480.26

ORIGINAL

Azər

Qadınlar əslində nə istəyir?!

  • Qadın

Qadınlar səmimi və düzgün olmağınızı istərlər əziz kişilər. Amma bunu da unutmayın ki,  qadınlar qulaqları ilə sevdiyindən şirin yalanları da rahatlıqla qəbul edərlər.
Qadınlar özlərinə qarşı diqqətli olmağı istərlər. Amma diqqətsizliyinizi də onlardan əsirgəməyin, çünki qadınlar kişinin diqqətindən çox diqqətsizliyinə daha həssasdırlar.


Ardı →

Möhtəşəm Motivasiya

İngilis dilində olan möhtəşəm motivasiya edici videodan tərcümənin yazısını və azərbaycanca subtitr əlavə edib redaktə etdiyim videonu sizə təqdim edirəm.

Sənə onsuzda bildiyin bir şeyi başa salım
Dünya həmişə günəşli və göy qurşağılı deyildir.
Dünya çox çətin və pis bir yerdir.
Sənin necə düşündüyün onun heç vecinə də deyil. O səni diz çökdürmək istəyir.
Ona icazə versən səni yerə sərəcək.


Ardı →

WhatsApp-da sizi gizli izləyən nömrələrin təyini

Xoş gördük.Söz verdiyim kimi WhatsApp-da kontaktnızda olmuyan nömrənin belə sizi izlədikdə təyin edilməsi yolunu video bloqla izah etməyə çalışacaqdım.İnanıram ki,bu video daha böyük maraq dairəsinə sahib olacaq və populyarlaşacaqVideoda qeyri-peşəkarlığa görə üzr istəyirəm.İnanıram ki,faydalı olacaq.
Ardı →

Hər hansı şəkilin yerini necə müəyyən etmək olar?

İlk maarifləndirici video bloqmu paylaşıram.Bu videoda şəklin yerini harda çəkildiyini asan yolla təyin etmək yolunu başa salmağa çalışmışam.Digər bloqlarımda Whatsapp-da hansısa nömrəni rahatlıqla izləməyi,Facebook-da profilinə kimlərin baxdığını və dostluğundakıların kimləri dostluqdan çıxardığını və s. funksiyaları başa salmağa çalışacam.Dediklərim realdı,Ümid edirəm nəyəsə xeyri olar.
Ardı →

Ana və uşaq

Ana, bilsən nə xoşbəxtəm, hər gün bir damcı boy atıram. Böyüməyimdən xəbərin olsa da, burada hansı hisslər keçirdiyimdən xəbərsizsən. Fikirləşirsən ki, bir tikə canımla nə düşünə bilərəm. Düzdür, heç nə görməsəm də hər şeyi duyuram — məni əzizlədiyini, əllərinin istisini, hətta hirsləndiyini də… Göz açıb böyüyəndə nəyə hirsləndiyini mütləq səndən soruşacam. Nədisə son günlər yaman ağlayırsan. Ağlama ana, onda mən də burada kövrəlirəm!
Ardı →

Məhəmməd Əli haqqında maraqlı faktlar

*  «Hollywood Walk of Fame» (Hollivud Məşhurlar Xiyabanı) ABŞ Kaliforniya əyalətinin Los Anceles şəhərində məşhurların adlarının yazıldığı piyada (səki) yoludur. 
2002-ci ildə isə Məşhurlar Xiyabanı rəsmiləri öz ənənələrini pozaraq İslam dinini qəbul edən amerikalı boksçu Məhəmməd Əlinin adını divara yazıb.
Ardı →

Sevgilim | Kazımlı Kamran

Bu gün hərbi xidmətini təzəlikcə başa vuran sinif yoldaşım Kazımlı Kamranla görüşdüm.Əsgərlikdə olan xatirələrindən danışdı və təsadüfən nömrə olan bloknotunu cibindən çıxararəkən qeyd etdi ki,boş-bekar olanda uşaqlarla şeir yazırdıq.Dedim ver oxuyum və oxudum çox maraqlı gəldiyindən sizlə də paylaşmaq qərarına gəldim.
Ardı →

Özünə öyrətmə məni | Aygün Rəhimli

Arxandan ağlayan, göz qalacaqsa,
Qəlbimi dağlayan, söz qalacaqsa,
Bir də, alışmayan, köz qalacaqsa,
Sən Allah, özünə öyrətmə məni.

Arzularım donacaqsa gözümdə,
İzin qoyacaqsa, həsrət üzümdə,
Durmayacaqsansa, və'dən-sözündə,
Sən Allah, özünə öyrətmə məni.
Ardı →