Qiyasli
Reytinq
+520.09
Güc
1433.33

Qiyasli

Qədim Hind mədəniyyəti

Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Davamı →

Qədim ərəb mədəniyyəti

VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik ki, cahilliyyə (nadan­lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası nümunələrində də Ərəbistan sakinlərinin özlərini ərəb adlandırmasına dair elə bir məlumat yoxdur.
Davamı →

Şahmat haqda

Şahmat sözü Hindcə «Sandregn» sözündən gəlir. Şahmata, İngiliscədə «Chess», Fransızcada «Echecs» deyilir.
E.ə.3000 illərində şahmat kimi bir oyunun Misir və Hindistanda oynanıldığı düşünülür. 1913-cü ildə Murretin yazdığı "Şahmat tarixi«ndə, bu oyunun 570 illərində Hindistanda oynandığını ifadə edir. Aparılan araşdırmalara və ələ keçən kitabələrə görə, şahmat 600 illərində Hindistandan İrana keçmişdir. Bəzi sənədlərə görə, Ərəb tacirlərlə qərbə daşınan şahmatın orta əsrlərdə, xüsusilə XI əsrdən XVI əsrə qədər Türklər və Ərəblər tərəfindən yaxşı oynandığı bilinməkdədir. Bunu sübut edən ən gözəl nümunə də, Harun-Ər-Rəşidin „'Charlemang“-a hədiyyə etdiyi şahmat dəstidir.
Davamı →

Kişilər, kişilər...

Marqaret Dürasın «Məşuq» povestinin təsirindən tez çıxsaydım və homoseksualla xoşbəxt həyat sürən yazıçının indi yazacağım fikirləri ilə rastlaşmasaydım, heç bu yazını da yazmayacaqdım. Madam Düras müsahibələrinin birində belə deyib: «Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, bağlandığım, nə inkar, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, sadəcə mənə həyatın mənasını və oğlum Janı bağışladı.»
Davamı →

Mesopatamiya memarlığı

Qədim dövür memarlığının ən əhəmiyyətli mərkəzlərindən biri Mesapatamiya ərazisi olmuşdur  (Akad, Şumer, Babilistan, Asuriyadakı tikililər). Mesapatamiyanın (indiki İraqın ərazisi) cənub hissəsində qədim dövlət. Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə  düşmüşdür.Babilistan ərazisi “Şumer və Akkad” adlanırdı. Mesapatamiyadakı mərkəzləşmiş dövlətlərin inkişafı ilə əlaqədar olan bu dövrün memarlığın hündür səkilər (platforma) üzərində tikilmiş əzəmətli saray kompleksləri (II Sarqonun sarayı, e.ə.712-707), məbədlər (Təll-Uqayrda məbəd, e.ə. 4-cü minilliyin sonu), zikurratlar (Ur şəhərində, e.ə. 22-21 əsrlər)  və s.  ilə təmsil olunur.
Ardı →

Qazan xanlığı

XV əsrin I yarısında Orta Volqaboy Qızıl Ordadan ayrıldı, Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi. Xanlığın qərb sərhəddi Moskva knyazlığına çatırdı. Buradan Qafqaza, Xəzər dənizi sahilinə, Mərkəzi Asiyaya ticarət yolları gedirdi.

Hələ VIII-X əsrlərdə Volqa və Kama sahillərində məskunlaşmış bulqarlar yerli əhali ilə qaynayıb qarışmış, nəticədə Volqa Kama bulqarları formalaşmışdı. Monqolların hücumundan sonra (XIII əsr) Qazan türklərinin etnik bir xalq kimi formalaşmasi. XVI əsrdə başa çatdı. Bulqar tayfalarından biri qazan adlanırdı. Onlar Cənubi Qafqazda da yayılmışlar. Qazançı, Qazanzəmi onların adı ilə bağlı ola bilər.


Ardı →

Əlifba

Əlifba — İnsan danışığındakı hər bir səsin qrafik xətlə qeydləri sistemi.
Əlifba sözü ərəb dilindən alınmadır. Ərəb dili əlifbasının birinci iki hərfinin adları əsasında düzəlmişdir: əlif+ba. Yunanlarda əlifba anlamında alfavita işlənmişdir. Bu da yunan əlifbasının birinci iki hərfinin adının birləşməsidir: alfa+vita. Sonralar vita hərfinin adı dəyişərək beta olmuşdur və buradan da alfabeta (alfa+beta) termini meydana gəlmişdir.


Ardı →

XX əsrin II yarısında iqtisadi böhranlar

Azad bazar iqtisadiyyatından doğan silsilə böhranlar ikinci dünya müharibəsindən sonra da səciyyəvi hal almışdı. Müharibədən sonra 1948 — 1949, 1953 — 1954, 1957 — 1958, 1960 — 1961, 1969 — 1970, 1974 — 1975, 1979 — 1982, 1990 — 1991- və XX əsrin son illərində iqtisadi böhranlar baş vermişdi. Onlardan 1974 — 1975-ci illər böhranı daha dərin və əhatəli olmuşdu.
Bu böhran ABŞ, İngiltərə və AFR-də başlamış, eyni vaxtda bütün kapitalist ölkələrini əhatə etmişdi. Böhranın belə əhatəli olması müharibədən sonra dünya iqtisadi inkişafında baş vermiş yeni meyllər ilə əlaqədar idi. Belə ki, ikinci dünya müharibəsindən sonra elmi-texniki tərəqqi nəticəsində kapitalizm dəyişilmiş, istehsalda beynəlmiləlləşmə artmış, beynəlxalq əmək bölgüsü və ixtisaslaşma dərinləşmişdi.
Ardı →

İranda Məşrutə inqilabı

XX əvvəllərində İranda da sosial ziddiyyətlər kəskinləşmişdi. O, feodal və yarım müstəmləkə zülmündən əziyyət çəkirdi. Əhali, xüsusən mülkədarlar, tacirlər və sələmçilər Şah hakimiyyətinin məhdudlaşdırılmasını, mülkiyyətlərinin toxunulmazlığının təmin olunmasını, valilərin və xanların özbaşınalığına son qoyulmasını, İranlı sahibkarlara xarici sahibkarlarla bərabər hüquqlar verilməsini tələb edirdilər. Onların bu tələbləri ruhanilər tərəfindən də müdafiə olunurdu.
Ölkənin ağır vəziyyəti əhalini cana doydurmuşdu. O, mövcud rejimə qarşı çıxmağa başlamışdı. 1905-ci ilin dekabrında Tehran və ölkənin digər şəhərlərini bürüyən kütləvi nümayişlər inqilabın başlanmasından soraq verirdi. Dekabrın 14-də ali ruhanilərin çağırışı ilə beş mindən artıq nümayişçi Tehranın Şah Əbdüləzim məscidində bəstdə oturmuşdular. Şahın səylərinə baxmayaraq ruhanilərin bəsti dayandırılmadı.
Ardı →

Meksika inqilabı

XX əsrin əvvəllərində dünyanın təlatümlü bölgələrindən biri də Latın Amerikası idi. Bu dövrdə Latın Amerikası ölkələrində azadlıq hərəkatında yeni mərhələ başlamışdı. Bu mərhələdə başlıca səciyyəvi cəhət azadlıq hərəkatında xalqın bütün zümrələrinin iştirak etməsi idi. Azadlıq hərəkatı siyasi hakimiyyətdə və iqtisadiyyatda hakim mövqe tutan mülkədar latifundiyaçılarla xalqın ağır istismarında iştirak edən xarici inhisarların ittifaqına qarşı çevrilmişdi. Bu mübarizədə milli iqtisadiyyatın inkişafında marağı olan yerli burjuaziya və daha çox istismara məruz qalan fəhlə və kəndlilər aparıcı rol oynayırdılar.
Ardı →