Ramil
Reytinq
+886.67
Güc
1658.68

Ramil

Ramil

Kaş olmayaydı

      Ölümə nə var ki, birdəfəlikdi,

      Sevib ayrı düşmək, kaş olmayaydı.

      Nəğmələr quş kimi qanadlananda,

      Gözlərdən süzülən yaş olmayaydı.

 


Ardı →

Xeyirxahlıq

      Günəş öz odlu arabasında göy üzündə səyahətə çıxmışdı. O, şən və vüqarlı idi, şüalarını səxavətlə hər tərəfə səpələyirdi. Ətrafdakılar da şən idilər. Təkcə bulud hirsli-hirsli günəşə baxaraq söylənirdi:

      — Çox bədxərcsən! Səpələ, səpələ işığını! Görək axıra nəyin qalacaq!

      Üzümlüklərdə isə hər bir üzüm giləsi günəşin şüasını udub sevinirdi. Elə bir ot, böcək, çiçək yox idi ki, günəşdən öz payını almasın.


Ardı →

Əxlaqi normalar

      Təəssüflər olsun ki, nikah anlayışı artıq çoxdan təhrif olunmuş, həyat yoldaşlarının vəzifələri haqqında təsəvvürlər zəifləmiş və ər-arvad münasibətlərinin müqəddəsliyi alçaldılmışdır. ALLAHIN insandakı surəti bu cür təhrif olunur və əzablar və şər üçün qapılar açılır.

      Əxlaqsızlıq indiki dünyada baş qaldırmış başlıca günahdır.İndiki kimi heç vaxt əxlaqsızlıq öz mənfur başını bu cür kobud şəkildə qaldırmamışdır. Görünür, insanlar çaş-baş vəziyyətdədirlər və xeyirxahlığı sevənlər əxlaqsızlığın kobudluğu, gücü və vüsəti qarşısında aciz qalmışdırlar.
Ardı →

Tapdım səni

      Dedin:   Səni sevindirim! 

      Dedim:  Necə?

      Dedin:   Ölüb, bu dünyadan köçə-köçə.

                   İcazə ver, gözlərini qəbir seçim,

                   İcazə ver, gözlərindən dolum, keçim.

      Dedim:  Səni itirərəm, gözlərimə dolsan əgər,

                   Səni sənsiz ağlayanda, gözlərimdə olsan əgər.

                   İtirərəm ən qiymətli inci kimi,

                   İtirərəm gözümün sevinci kimi.

      Dedin:   Onda, icazə ver, saçlarında ağa dönüm,

                   Gecə kimi qara teldə, bir yanar çırağa dönüm.

      Dedim:   İtirərəm səni, qara tellər ağaranda,

                   Ağır olar, mənə ağır, səni belə axtaranda.

      Dedin:   Bəlkə ürəyinə dolum sənin?

                   Ömrüm boyu əbədiyyən olum sənin?

 

                   Susdum, Daha söz tapmadım,

                   Tapdım səni, tapdım bu an.

                   Gör, səni necə, nə yaman

                   Ürəkdən dəyişib zaman!

 

            Müəllifin kimliyini bilmirəm.

 


Davamı →

Ailədə sərbəstlik və intizam

Sizin ailənizdəki vəziyyətə uyğun gələn variantı seçin. Valideynlərin müsbət cəhətdən həmfikirliliyi ailədə sərbəstlik və intizamın yaranmasına səbəb olacaqdır.

      1. Evimizdəki intizam qaydalarının tələbləri ilə ikimiz də razıyıq. (Tez-tez, hərdən, heç vaxt).

      2. Qoyulmuş intizam qaydalarına əməl etməyə çalışırıq. (Tez-tez, hərdən, heç vaxt).

      3. Uşaqlarım evdən kənarda özlərini pis aparan zaman, onları alçaltmadan hər şeyi yoluna qoymağı bacarıram. (Tez-tez, hərdən, heç vaxt). 

      4. İcazə verilən hərəkətlərin sərhəddi əvvəlcədən təyin olunmuşdur və onlara sözsüz əməl edilir. (Tez-tez, hərdən, heç vaxt).

      5. Mən yalnız yerinə yetirə biləcəyim şeylər üçün söz verirəm və sözümün üstündə dururam. (Tez-tez, hərdən, heç vaxt).

      6. Hətta uşağım özünü pis aparan və pis əhval-ruhiyyədə olan zaman, mən yenə də ona hörmətlə yanaşıram. (Tez-tez, hərdən, heç vaxt).


Ardı →

Ailə tərbiyəsinin prinsipləri

Hər bir ailədə qayda-qanun hökm sürməlidir, valideynlər öz sözləri və davranışları ilə uşaqlara əyani şəkildə qiymətli nümunə olmalıdırlar.

      Uşaqlara və gənclərə özlərinə hörmət etməyi, ALLAHA sadiq olmağı, öz prinsiplərinə sədaqəti saxlamağı öyrədin; onlara ALLAH Qanununa hörmət etməyi və əməl etməyi öyrədin. 

      Ailə münasibətlərini ALLAH özü təyin etmişdir. Onun Sözü — uşaqları idarəetmə işində yeganə təhlükəsiz bələdçi ola bilər. İnsan fəlsəfəsi ALLAHIN bildiyindən daha çox şey açıqlaya bilmir və Rəbbin uşaqlar üçün nəzərdə tutduğu plandan daha müdrik plan irəli sürə bilmir. Uşaqların ehtiyaclarını onları Yaradandan daha yaxşı kim bilə bilər? Uğrunda canını qurban Verəndən daha çox kim onların yaxşı güzəranının qayğısına qala bilər? Əgər valideynlər ALLAHIN Sözünü diqqətlə tədqiq edərək, sədaqətlə əməl etsəydilər, nadinc uşaqların pis davranışlarından irəli gələn qəlb ağrıları daha az olardı. 
Ardı →

Valideynlərə münasibət

      Uşaqlar başa düşməlidirlər ki, dünyaya göz açandan onların qayğısına qalan və xəstələnən zaman onlara qulluq edən valideynləri qarşısında borcludurlar. Onlar həm də başa düşməlidirlər ki, valideynlər onlardan ötrü narahat olurlar.

      «Ata və anana hörmət et ki, ALLAHIN Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun» (çıx. 20:12). Bu qanunda əhd də verilmişdir. Uşaqlar da, gənclər də, orta və ahıl yaşlı adamlar da bu qanunu yerinə yetirməlidirlər. Həyatda elə bir dövr yoxdur ki, uşaqları valideynlərə hörmət etmək məcburiyyətindən azad etmək mümkün olsun. 

        Valideynlərə məhəbbət. Valideynlərin başqa heç bir insanın layiq olmadığı dərəcədə məhəbbət və hörmətə haqları çatır. ALLAH özü buyurmuşdur ki, uşağın ilk yaşlarında valideynlər onunçün ALLAHI əvəz etsinlər. Öz valideynlərinin qanuni haqlarını rədd edənlər ALLAHIN hakimiyyətini də rədd etmiş olurlar.
Ardı →

Kiçik köməkçilər

      Uşaqlarınızın ailənin tam hüquqlu üzvləri olduqlarını və buna görə də ailədə öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli olduqlarını onlara başa salın. Valideynlər uşaqlarını yedizdirməyə, geyindirməyə və tərbiyə etməyə, onların qayğısına qalmağa, uşaqlar isə öz növbələrində ev işlərinin bir hissəsini görərək və ailəyə xoşbəxtlik gətirərək, sevinc və səmimi sədaqətlə valideynlərinə kömək etməyə borcludurlar. 
Ardı →

Kiçik yaşlı uşaqlara qayğı

      Körpə üçün ən yaxşı qida təbiətin ona bəxş etdikləridir. Bu imkanı gərəksiz hesab edərək, rədd etmək lazım deyil. Uşağı yedizdirmək kimi vacib vəzifədən şəxsi rahatlığı naminə boyun qaçırmaq ananın insafsızlığını göstərir. 

     Uşağın xarakteri müəyyən dərəcədə anasından aldığı qidadan asılıdır. Buna görə də ananın körpəni yedizdirərkən şən olması və eyni zamanda özünü ələ ala bilməsi çox vacibdir. Uşaqla ünsiyyət zamanı ananın sakit, təmkinli davranışı körpənin əqlinin formalaşmasına müsbət təsir göstərəcək.
Ardı →

Valideyn olmağa hazırsınızmı?

      Aşağıdakı fikirlərdən hər birini diqqətlə oxuyun və sizin hisslərinizə daha çox uyğun gələn cavabı qeyd edin. 

      1. Körpələri müşahidə etmək və qucağıma almaq xoşuma gəlir. (Bəli, xeyr, hərdən).

      2. Həyat yoldaşımın köməyi olmadan da uşağın qayğısına qala bilərdim. (Bəli, xeyr, hərdən).

      3. Mən öz emosiyami büruzə vermədən gecə qalxıb ağlayan körpəni sakitləşdirməyə hazıram. (Bəli, xeyr, hərdən).

      4. Uşağın qayğısına qalmaqla bağlı ənənəvi işləri görməkdən xoşlanıram: onu çimizdirmək, alt paltarlarını dəyişdirmək, yedizdirmək, yırğalamaq və s. (Bəli, xeyr, hərdən). 

      5. Uşaq öz davranışına görə sevgiyə layiq olmasa da, onu sevməyə hazıram. (Bəli, xeyr, hərdən). 

      6. Uşağımın xarici görünüşü nə cür olsa belə, onu qəbul etməyə hazıram. (Bəli, xeyr, hərdən). 

      7. Bizim ailə gəlirlərimiz uşağı vacib olan hər şeylə təmin etməyə imkan verir. (Bəli, xeyr, hərdən). 

      8. Dostlarımla görüşə getmək əvəzinə xəstə uşağımla evdə qalmağa hazıram. (Bəli, xeyr, hərdən). 

      Bu suallara cavab verərkən öz fikrinizi həyat yoldaşınızla bölüşdürün. Əgər övlad dünyaya gətirmək üçün qərar vermisinizsə, məsləhət və müdriklik üçün ALLAHA üz tutun, O, böyük məmnunluqla sizə kömək edəcəkdir.
Davamı →