Rene
Reytinq
+339.02
Güc
1188.05

Rene

İnsan gözü haqqında bunları bilirdinizmi?

* İnsan orta hesabla dəqiqədə 12 dəfə — gün ərzində təxminən 10000 dəfə göz qırpır.

* İnsan gözü 2 milyondan çox işlək hissədən ibarətdir.

*Gözümüz 576 mega pikseldir!!!

 * Gözün buynuz təbəqəsi qan tələb etməyən yeganə toxumadır.

* İnsan gözü saatda 36000 bit məlumatı işləyə bilər.

* Göz almasının çəkisi təqribən 28 qramdır.

*Kişilər arasında daltonizmə qadınlardan 10 dəfə çox rast gəlinir.  

*Açıq gözlə asqırmaq mümkün deyil.

 

Mənbə: google

İngilis dilindən tərcümə olunub.


Davamı →

İslamda qadının əri üzərindəki haqları

Ailəni ədalətlə idarə etmək: Kişi öhdəsinə götürdüyü böyük məsuliyyətin bir qarşılığı olaraq ailə rəsiliyi məqamına sahibdir. Çünki o, fiziki cəhətdən daha qüvvətlidir və ailəni idarə etmək üçün daha güclüdür. Qadın eynilə gül kimidir: gül yandırıcı günəşə, küləyəvə qasırğaya dözə bilmədiyi kimi, qadın da ağır və usandırıcı məsuliyyətlərə dözə bilməz.

Bu bir həqiqətdir ki, dövlətlərdə, millətlərdə, iş yerlərində, ailələrdə əmin-amanlığın, sakitçiliyin olması üçün son sözü bir nəfərin söyləməsi lazımdır. Hər ağızdan bir səs çıxanda əmin-amanlıq, sakitçilik olmaz. Allahu Təala (c.c.): “Kişilər qadınların üzərinə hakimdirlər, qadınların idarəçisi və qoruyucusudurlar. O səbəblə ki, Allah (c.c.) onlardan kimisini bəzi xüsuslarda  kimisindən üstün qılmışdır. Bir də kişilər öz mallarından xərcləməklə infaq etməkdədirlər.” (Nisa surəsi: 34-cü ayə)

“Qadınların da vəzifələrinə uyğun bəlli haqları vardır. Ancaq kişilər qadınlara nisbətən ailə rəsiliyindən ibarət olan bir dərəcə üstünlüyə sahibdirlər. Allah Əzizdir, Hakimdir.” (Bəqərə surəsi: 228-ci ayə)


Ardı →

Təbəssüm

Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il sonra xəstəxanaya yeni bir həkim gəldi...

Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan, ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il keçməmiş hamı ona dua etməyə başdalı.

Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı belə möcüzə saymaq olardı...

Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı. Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk gündən… Ancaq yenə də eyni gülərüzlülüyü ilə:

- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın kənarlarını plastik əməliyyat etdirdim, — dedi.

 

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Söz yarası

Bir gənc var idi. Tündxasiyət olduğu üçün heç kimlə yola getmirdi. Atası oğlunun yersiz dava-dalaşlarından cana doymuşdu. Bir gün atası ona mismar dolu bir kisə verdi və “Hər dəfə biri ilə sözün tərs düşəndə bu taxta qapıya bir mismar vur”. – dedi. Gənc elə ilk gün qapıya 30 mismar vurdu. Ancaq get-gedə özünü ələ almağa başladı. Günlər keçdikcə mismarların da sayı azalırdı. Nəhayət bir gün o, qapıya bir dənə də olsun mismar vurmadı. Gedib bu xəbəri atasına çatdırdı. Atasın onu yenə qapının yanına gətirdi və: “Bu gündən dava-dalaşsız keçirdiyin hər gün üçün qapıdan bir mismar çıxar”, — dedi. Günlər keçdi və bir gün qapıda mismar qalmadı. Atası onu əvvəlcə təbrik etdi, sonra qapını göstərib nə vaxtdır demək istəyi bu sözləri dedi: “İndi bu qapıya diqqətlə bax. Gör üstündə nə qədər mismar izi var. Artıq istəsən də, o, əvvəlki kimi görünməyəcək. Birinə hirslənəndə, birinin xətrinə dəyəndə  də belə olur. Ürəyində sağalmaz yaralar açılır. Nə qədər sağaltmağa çalışsan da, sağalmır ki, sağalmır.”

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Yarış

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri, “Boş yerə zəhmət çəkirsiniz. Onsuz bu qalaya çıxa bilməyəcəksiniz”, — deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar yorulub bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa… O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.” Sonra da yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!..

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə, qulaqlarınızı da bağlayın.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz - Məhəmməd Füzuli

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.

Can bağışlardı ləbin izhari-göftar eyləyib,
Vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz.

Səcdəgah etmişdi eşq əhdi qaşın mehrabını,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.

Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
Cism ilə can irtibatı olmadan möhkəm hənuz.

Əşk sərf eylər fələkdən kam hasil qılmağa,
Bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz.

Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.

Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
Bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz.


Davamı →

Kim daha uğursuzdur?

Hökmdar adamları ilə səhər tezdən ova çıxmışdı. Qarşıda hökmdar, arxada isə adamları gedirdilər. Bu vaxt qarşılarına yoxsul bir adam çıxdı. Hökmdar bu adamı görər-görməz atından yıxıldı. Qalxar-qalxmaz bu əmri verdi:

-          Dərhal bu adamın boynunu vurun.

Yoxsul adam hörmətlə diz çökdü və hökmdardan:

-          Ölümə layiq olmaq üçün nə etdim? – deyə soruşdu.

Hökmdarın cavabı isə qısa və konkret idi:

-          Çox güman ki, sən pis və uğursuz adamsan. Çünki səni görər-görməz atımdan yıxıldım. Bu qədər uğursuz adam ancaq ölümə layiqdir.

Yoxsul adam yenə hörmətlə hökmdara dedi:

-          Siz də mənim kimi səhər tezdən yola çıxdınız. Sizin gördüyünüz ilk adam mən idim, mənim gördüyüm ilk adam isə siz idiniz. Siz məni gördükdən sonra atınızdan yıxıldınız. Mən isə sizi gördükdən sonra öldürüləcəyəm. İndi siz deyin, kim daha uğursuzdur, siz, yoxsa mən?

Hökmdar adamın bu cəsur və ağıllı sözləri qarşısında qəhqəhə çəkdi və ona bir kisə qızıl verərək yola saldı.

Mənbə: «Ailəm» jurnalı


Davamı →

Sərt Adam

Həyatda çox sərt adam görə bilərsiniz. Amma heç biri Nüman bəy kimi ola bilməz. Ən sərt adam Nüman bəyin yanında mum kimi yumşaq olar.

Belə deyirlər ki, Nüman bəy qırx yaşına qədər cibində tapança gəzdirərmiş. Təsbeh çəkən adam kimi tapançanın tətiyi ilə oynayarmış. Yenə belə deyirlər ki, o bir neçə adama atəş də açıbmış, amma vura bilməyibmiş. Nişançılığına söz yoxdur. Amma gözləri çəp olduğundan hədəfi düz vura bilmir Nüman bəy. Əlbəttə siz bilirsiniz ki, bütün tüfənglərin, tapançaların quşqulu çəp olmayan gözlər üçün düzəldilmişdir. Hər hansı bir tapança zavodu əgər Nüman bəyin çəp gözlərinə uyğun olan quşqullu bir tapança düzəldə bilsə, o zaman Nüman bəy uçan milçəyi gözünün bəbəyindən vurar. O elə usta nişançıdır ki… Məsələ bundadır ki, tapançalar anormal gözə, Nüman bəyin gözləri də normal tapançaya uyğun olmadığından, o heç cür hədəfi vura bilmir. Nüman bəyin sağ gözü baxdığı yerin on bir dərəcə şimal-şərqini, sol gözü də baxdığı yerin səkkiz dərəcə, yeddi saniyə cənub-qərbini görür. Yəni ki, büsbütün ölçüsüz. İki gözü də müxəlif çəplikdə olduğundan ona ikilüləli bir tapança lazımdır. Onun tapancasının gülləsindən canını qurtaranlar:


Ardı →