SHATENKA407
Reytinq
+49.45
Güc
231.86

SHATENKA407

marina

Meyn balıqçısının "bəxti"

Bir vaxtlar Meyn balıqçısı adlı bəxti ilə məşhur olan bir adam var idi. Çünki bu adam nə vaxt balığa çıxsafisher boat with sunset(hətta Meyn sahillərində balıq çox az olsa belə), səbət-səbət balıqla qayıdırdı. Çox keçmədi ki, adam bu yolla həm varlandı, həm də dillərdə dastan oldu. Hətta o qədər ki, birinin bəxtindən danışanda «Meyn balıqçısı kimi bəxti var» demək adətə çevrildi…


Ardı →

Qanaxmalar zamanı ilk yardım

Bədbəxt hadisələr nəticəsində qanaxmalar əmələ gəlir.

Belə hadisələr istehsalatda, məişətdə, nəqliyyatda, idman meydançalarında və. S baş verə bilər. Bütün zədələnmələr arasında əsas yeri uşaq zədələnmələri tutur ki, bu da daha çox uşaqların nəzarətsiz qalıqları üçün olur.


Ardı →

Xoşbəxt sevginin 11 qaydası

Psixoloqlar sağlam həyat sürmək üçün əvvəlcə özəl həyatı qaydasına salmaq lazım olduğunu deyir.

Gündəlik stress və gərgin iş şəxsi həyata təsir edir. Psixloqlar qeyd edir ki, sağlam həyat yaşamaq üçün əvvəlcə şəxsi həyatı qaydasına salmaq lazımdır. 
Ardı →

Sirr | Ronda Bern

Ronda Bern Diqqətinizi çiçəklənməyə doğru yönəldin.
 Daxildə nə varsa, xaricdə də odur.
 Bu kitab sizə həsr olunur.
 Qoy, bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin!
 Mən bunu sizə və bütün dünyaya arzu edirəm...
                                                                                    (Ronda Bern)
                                                                                       

 
Bir müddət bundan əvvəl oxuduğum, çoxdandı haqqında paylaşmağı düşündüyüm kitab — Sirr.  Əvvəlcə onu deyim ki, kitab dünyada 19 mln nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmişdir. Ümumilikdə psixoloji kitabdı və insana ancaq pozitiv enerji verir.(tam da ehtiyacımız oln şey)
2007-ci ildə çap olunan bu kitabın müəllifi Ronda Berndir. Kitab Azərbaycan dilinə çox tez 2012-ci ildə tərcümə olunub (buna da şükür).

Kitabda söhbət həytımızın birbaşa asılı olduğu və əslində özümüzün də xəbərsiz olduğumuz Sirrdən- cazibə qanunundan gedir. Kitaba görə, sizinlə baş verən hər bir hadisəni, əslində siz öz həyatınıza cəzb etmisiniz. Sizin həyatınız sizin düşüncələrinizdir.
Əvvəlcə insana qəribə gəlsə də dayanıb keçmişə nəzər salanda görürsən ki, Ronda Bernin sözlərində həqiqət var. Ona görə də əziz kayzençilər, pozitiv düşünək ki, hər şey yaxşı olsun!
Ardı →

Bərəkət.

 Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :

 -Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin.Neyləyim ki, var- dövlətim getdikcə azalsın?


Ardı →

Oynaq çıxıqları zamanı ilk tibbi yardım

Oynaq çıxıqları, travma zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir.

Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir.

Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır.

Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə (sınıqçılara) müraciət etməyə cəhd etməyin!Travmadan sonra ilk 1-2 saat ərzində (!) zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.


Ardı →

Süni tənəffüs

Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır! 

Süni tənəffüs hərəkətlərini yerinə yetirmək üçün:

1.
 Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyurlar.


Ardı →

Elektrotravma zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir. Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır.


Ardı →

Subay xanımlara 9 məsləhət

  • Qadın

yaxşı duşunun«Subayam, ailə həyatı qurmaq istəyirəm» deyirsinizsə, bu tövsiyələr məhz sizin üçündür. 
Ailə həyatı quracağınız insan necə olmalı? Hansı kişilərlə ailə həyatı qurmaq olmaz? İndi sizə bunları bir-bir açıqlayacam.

Elə insanlar var onlarla ailə həyatı qurmaq olar, elələri də var ki, onlarla evlilik haqqında hətta düşünmək belə olmaz. Subaykən verəcəyiniz yanlış bir qərar irəlidə sizi üzən, zəiflədən bir münasibətə, hətta evliliyə səbəb ola bilər. Bu səbəbdən bir insanla uzunmüddətli münasibət qurmağı düşünürsünüzsə, evlilik qərarı vermədən öncə düşünün.
Subay xanımlar, bu məqalə məhz sizin üçündür! Bu tövsiyələri oxumadan ailə həyatı quracağınız adamı seçməyin.

1. Dostu olmayan adamla əsla ailə həyatı qurmayın
Bu, onun sosiallaşma və ya insanlarla ünsiyyət problemi olduğuna işarədir. Zaman keçdikcə sizin dostlarınızdan da bezərək sizi onlardan uzaqlaşdırmaq istəyə bilər. Üstəlik, bir həyat yoldaşında ən önəmli özəlliklərdən biri sizə ən yaxın dost olmağı bacarmasıdır. Dolayısıyla, dostluq edə bilməyən birinin yaxşı həyat yoldaşı olması olduqca uzaq bir ehtimaldır. Həm də dostları ilə vaxt keçirməyən bir kişi hər zaman sizin yanınızda olmağı istəyər: «Nə olar ki, bir yerdə olanda daha gözəl vaxt keçiririk» deyənlər də olur. Öncələri sevdiyiniz insanın sizinlə daha çox vaxt keçirmək istədiyinə sevinsəniz də, əmin ola bilərsiniz ki, bir müddət sonra bu vəziyyət sizi çox bezdirər.


Ardı →

Deyl Karnegidən 12 məsləhət

Deyl KarnegiYer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb. Belə ki, təhsil haqqını ödəyə bilməyən Deyl anasının məsləhəti ilə diskussiya dərnəyinə daxil olub, nitq mədəniyyətini öyrənir. Və müxtəlif mövzular üzrə çıxışlar edərək pul qazanmağa başlayır. Yaxşı natiq kimi tanınan Deyl təhsilini başa vurduqdan sonra ticarətlə məşğul olmağa başlayır. Bu sahədə işləri pis getməsə də o, natiqlik sənətinin ardınca getmək qərarına gəlir. Və bu məqsədlə Nyu- Yorka yollanır.

Nyu-Yorkda natiqlik sənəti üzrə kurslar aparan Deyl insani münasibətlərlə maraqlanmağa başlayır. 1936-cı ildə işıq üzü görən «Dostu necə qazanmalı və insanlara necə təsir etməli?» adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı.


Ardı →