Shemsi_Genceli
Reytinq
0.00
Güc
0.00

Shemsi_Genceli

Şəmsi

Для возможности оставлять записи на стене необходимо зарегистрироваться.
Shemsi_Genceli
Qaranlıq gecədir, işıq saçır ay,
Əlimdə siqaret, tüstüsü lay-lay.
Ləzzətli, ətirli, tünd rəngli bir çay,
Əlimdə qələmim ilahi bir pay –
Muncuq tək düzülür misralar tay-tay.
Shemsi_Genceli
Acından ölsəm də artıq yemərəm,
Belim əyilsə də dilim əymərəm.
Həqiqətpərəstəm, haqqa bağlıyam,
Dərimi soysalar – allah – demərəm!
Shemsi_Genceli
Həyatı mənalı, şərəflə yaşa,
Atalar sözüdür göndər yaddaşa:
Etdiyin yaxşılıq quma yazılır,
Şər işlər döyülür, həkk olur daşa.