Sufi_tabrizi
Reytinq
+5.95
Güc
9.73

Sufi_tabrizi

Arif Muradlı

Fırtına

Fırtına

Hər dəfə belə külək əsəndə o anı xatırlıyram...
yaxın binanın uzaqdan gələn radio səsini, gələn bu kəlimələri heç zaman unutmadım...
Bakü`de fırtına ikazı üzerinden yayınımızı tam veremiyoruz ve sizlere...
yayım kəsilir, bəlli ki 20 dəqiqə öncə edilmiş xəbərdarlıqla Rusya şimalından gələn fırtına böyüyəcəkdi. Bu yayın`a nə olduğunu anlamadım, görəsən, yayımın kəsilməsinin sonbahar fırtınası ilə bir əlaqəsi varmı deyə düşünərkən veriliş bərpa olundu zarafat elədiklərini və kəsintinin səbəbinin fırtına olmadığı və zarafatyana ajataj yaratmaq olduğunu türçə dedilər
1993 ilinin payızı bitmək üzrədir, çoxdan anlamışdım ki bu şəhərə boş yerə küləklər şəhəri deməyiblər, noolsun ki 3 tərəfdən dənizlə sərhədlənib?! adada olan şəhərlər də var, və bu gələcək fırtına mənı çox şey deyəcəkdi, ya da dərin mənalı az şey olacaqdı...
13 dekabr həftənin birinci günüdü bir neçə aydı ki nəinki həftəyə dünyada və həyatımda olan bir yeniliyə həvəslə baxmıram.
Bu uzun binadan uzaqlaşdıqca türkçə yayımlanmaq xatirinə açılmış qısaömürlü mənasız verilişin səsi itərək məni xatirələrimlə tək qoyurdu...
Artıq fırtına xəbərdarlıqlarına öyrəşmişdim və təxminən 1 saat sonra güclü külək əsirdi sadəcə çox güclü külək....
mən isə fırtına öncəsi belə səssizlik olmayan şəhərdə qaranlıq küçələrlə bəlkə də gələcəkdə gözəl bir parka çevriləcək ama indi çox pis bir yer olan əraziyə gedirdim… niyə? dəqiq deyə bilmərəm ama sanki 6 aydır məni bura nə isə bağlıyır, gəlirəm bura… son zamanlar insanlarla danışmasam da əvvəllər mənə deyirdilər ki bura gəlməyim. Sovetlər Birliyi dağılandan sonra bura Amon adlanan hərbi birləşmənin yuvası sayılırdı. Bakıda silah tutan hər kəs kimi bunlar da özlərini ölkənin taleyini həll edən, və buna görə kefi istədiyini eləməyə haqlı olduğunu düşünən sərxoş yığını idi düşüncəmə görə ama insanlar bunların yaxşılıqlarınnan da ağız dolusu danışırdılar...
Ümumiyyətlə hər kəsi danışmağa ağzı dolu idi birzamanlar...
həmin yerə qədər bir neçə uzun bina uzanırdı və bu saat 10 qaranlığında burda insan görmək çətin məsələ olsa da qarşıdakı iki binanın arasından qara geyimli, qara çadralı bir büzüşmüş qarı gördüm. Bu yaşlı qadını da bu böyük imperiyanın böyük uçurumu çökdürüb bəlkə, bəlkə də o da ölkədəki saysız hesabsız övladını və ya övladlarını itirmiş analardan biridi. Başını aşağı salıb və və elə bil bu dünyada deyil, görəsən, fırtına xəbərdarlığını almıyıb? bəlkə o da bu gecə öləcək, ya acınnan, ya müharibədən, ya dərddən, ya da elə fırtınadan bu birdən-birə peyda olmuş azadlıq qışqırmaq illərində ölənlər kütləsinə qoşulacaq...
Hərhalda bu yaşlı qadın marağıma səbəb oldu boşluq aylarımda. Getdikcə bu uzun binanı tez yeriyib bitirib irəlidəki binanın bu tərəfə olan küncündə oturmuş qarıya çatmaq istədim, qarı isı tərpənmirdi, mən yaxınlaşdıqca külək də artırdı, ama yaxınlaşdıqca elə bil qarı böyümürdü, yəni miqysın məsafə qanunu elə bil təsir eləmirdi, uzaqdan necə görürdümsə yaxınnan da elə idi, ama ona yaxınlaşdıqca hər dəfə daha çox şey xatırlıyıram, əvvəlcə mitinqlər dalğasına qoşulamağım daha sonra baş verən dəhşətli hadisələr, ölkəmizin bütün sütunlarının birər-birər gözümüzün qarşısında məhv olması və buna qarşı heç nə edə bilməməyimiz, sonra ən doğru yolun qərbdə, Qarabağda olduğunu düşündüm və ora savaşa getdim...
Artıq iki binanın arasındayam burda insan adlanan məxluqdan daha iki dənəsi var: Bir oğlan, bir qızla mazaqlaşır, sanki, bu qadını görmürlər, qəribədi bu altı ayda mən insanlara fikir vermirdima ama indi onlar mənə fikir vermirlər şəhvətdən, ama bu qarı da tərpənmir, başını aşağı salıb.
Və burda üçlük olaraq bir-birimizə fikir vermirik, görəsən fərqli səbəblər var ya elə eyni səbəbdiki nəzər yoxdu bir-birimizə.
Görən bunu istəyirdim? Külək şiddətlənir, burda neçə dəqiqədiki qaldığımı bilmirdim, anidən qarı başını qaldırıb üzümə — düz gözlərimin içinə baxdı.
O an çox pis oldum, bu baxışlar mənə çox dəhşətli şeylər deyirdi. Dərhal uzaqlaşmalı olduğumu düşündüm, Qarı ilə baxışdığım andan etibarən Yağmur başladı, mən uzaqlaşdıqca daha da pis olurdum və yağmur da güclənərək, kələ-kötür yolda gölməçələr yaratmağa başlamışdı. Dəhşətli idi, mən addımlarımı sürətləndirdikcə arxama baxmasam da qarının da arxamdan gəldiyini hiss eləyirdim, daha arxadan isə qız və oğlan gəlirdi və bu dəfə onlar tam hissiz gəlirdilər qarının arxasıyca əvvəlki şəhvət duyğularını sanki şiddətli yağmur yuyub aparmışdı, arxama baxmasam belə onların gəldiyinə əmin idim...
Mən kiməm? beynimə ildırım kimi suallar yağmağa başladı, Burda nə işim var? hardan gəlib hara gedirəm? son aylarda baş verənlər niyə mənim üçün baş vermədi? Şüurumda partlayış baş verdi… qaçmağa başlamışdım ki, gölməçəyə yıxıldım dizlərim üstünə çökdüm. Birdən qızın səsi beynimin bütün hüceyrələrini cingildətdi: SƏN YOXSAN!!!
Mən əyilib gölməçədə əksimə baxmaq istədim ama əksim yox idi, şüurum dondu sanki, altı ay öncə Qarabağda baş verən dəhşətli hadisəni xatırladım: Bir neçə həftə idi ki könüllü kimi aramıza qatılan alçaq məni kürəyimdən vurdu və cəsədimi sürüyüb ermənilərə 120 dollara satdı. Sonra Bakıya qayıtdım, O an dizlərimin üstündə qalmışdım, anam arxadan gəldi və mənnən qabağda arxası mənə tərəf(məni görmürdü) diz çökdü, və adımı çəkib növbəti dəfə fəryad elədi...
İllər keçdi, anam da öldü, ama mən hələ də burda diz üstə çöküb, 80ci illərin sonunda nələrin baş verdiyini dərk eləməyə çalışıram: Bu adi bir pislik deyildi, nəhəng dövlətimizi elə məhv elədilər ki bir tozu da qalmadı, Bizə niyə belə düşmənçilik elədiklərini anlamıram, bu sadəcə pul üçünmü idi? Böyük adamlar başımıza elə bir oyun açdılar ki, Günahımız nə idi düşünürəm...
çox şey düşünürəm ama bu saysız hesabsız ölkələrdə ölən saysız hesabsız uşaqların günahı nə idi?
İllər keçir, dünya çox qəribə olub. Burda Nefçilər metrosunun yanında keçmiş qorxulu Amon düşərgəsində park salınıb, çox az adam məni görür, danışır, cavab vermirəm… hələ də oturub düşünürəm…
Davamı →