TAE
Reytinq
+34.44
Güc
49.87

TAE

Ozal

Avrokuboklarda kimlər iştirak edəcəklər?

2010-11 mövsümü yekunlaşmaq üzrədir. Artıq bir çox ölkələrdə qaliblərin adlarına aydınlıq gəlib. Biz bu yazıda qitəmiqyaslı turnirlərdə ölkələri kimlərin təmsil edəcəklərini və yarışa hansı mərhələdən qoşulacaqlarını qeyd edəcəyik.

Ardı →

Məhəbbət düsturu

  • Sevgi

Oxşardır sevginin tarixçələri.
Yatmışdıq yuxudan ayıldıq,əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq,çıxaq məhəbbət.


Ardı →

Yalqız ağac əfsanəsi

ÇOX-çox qədim zamanlarda  ordubadın Nüs-nüs  koyunde bəşir adli bir kasıb kişi yaşayırdı.Odunculuqla məşğul olar, dağlardan,köyün yuxarı bağlarından odun qırıb satmaqla ailəsini dolandırırmış. Odunçu Bəşirin bir qiz övladı var idi. Adını Sərvinaz çağirardilar. Sərvinaz köyün qızlar bulağından su içib gözəl bir qız olmuşdu. Uca boylu, qoşa höruklu, ağ bənizli, qara gözlu, çatma qaşlı, əsmər yanaqlı, bal dodaqlı, ay qabaqlı, gül camallı,ürkək yerişli, cingiltili gülüşlü bu xanim adamı valeh edən bir nazənin idi. Bu qızı çox yerdən istəyirdilər.Kəndin dəliqanlı cavanları Sərvinazı gorəndə süstləşirdilər, dil-ağızları tutulurdu.

Ardı →

Allahsız professor və ağıllı Tələbə

Professor dərsdə tələbənin birinə sual verir:
— Hər nə varsa, Allah yaradıb?
-Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.
-Allah hər şeyi, həəər şeyi yaradandır?
-Əlbəttə, ser.
O zaman professor belə dedi:
— Deməli əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?
Ardı →

Kapitan Kustonun gördüyü həqiqətlər

Quranın ALLAHIN sözü olmasını sübut edən müxtəlif möcüzəvi yönləri vardır. Quran ALLAH sözü olmasını dəfələrlə isbat etmişdir. Dünyanın bir çox tanınmış elm adamları Quranın bu möcüzəsini aşkar edən kimi müsəlman olmuşlar. Bunlardan biri də İslamın nurlu yoluna gələn məşhur okeonoloq Kapitan Kusto (Jacques-Yves Cousteau) Quranın möcüzəsi qarşısında baş əyənlərdən olmuşdur. O, Cəbəllütariq boğazında birləşən Atlantik okeanı ilə Aralıq dənizinin sularının arasında maneənin olmasını kəşf etmişdir.
Ardı →

Xocalı faciəsi

En dehshetli facielerimizden biri — Xocali
1992-ci il fevralin 25-den 26-na kechen gece ermeni silahli desteleri SSRİ dovrunde Xankendi (Stepanakert) sheherinde yerleshdirilmish 366-ci motoatici alayinin zirehli texnikasi ve herbi heyetinin komekliyi ile Xocali sheherini zebt etdiler. Hucumdan evvel, fevralin 25-i axsham chagindan sheher toplardan ve agir zirehli texnikadan shiddetli ateshe tutulmaga bashlamishdir. Neticede sheherde yanginlar bash vermish ve fevralin 26-i seher saat 5 radelerinde sheher tam alova burunmushdur.
Ardı →

Xoşbəxtliyi Nədə Görürsünüz?!

Mene ele gelir ki, 3 ifadenin en onemlisi ali insan olmaqdir. ALILIK-gozel aglin olmasi demekdir. Bu ifadeye aydinliq getirmek ucun bir hekaye danismaq isteyirem.
Bir kisiye ALLAH coxlu var-dovlet verir. Var-dovlet o qeder cox olur ki, butun memlekete paylayir, qurtarmir. Bir gun Allah oz elcisini bu adamin evine yollayir. Elci hal ehval tutur. Varli adam cavabinda deyir:
-Allaha deyersen ki, bu var dovleti bir az azaltsin, yerlesdire bilmirem.
Varli adamin bir gelini olur. Gelin qacaraq Allah elcisine deyir:
-Men de bu evin sakiniyem, Allaha catdirarsiniz ki, neinki var-dovletimizi azaltsin hetta tamam olmamasina da raziyam. Birce aglimizi elimizden almasin.
Elci butun bunlari ALLAHA catdirir. ALLAH cavabinda deyir:
-Gedib o xanima catdirarsan ki, onlarin varinin uzerine bir o qeder de var elave etdim. Cunki men birinci insanin aglini elinden aliram, var oz-ozune dagilacaq.
Men xosbextliyi agilli ve ali insan olmaqda gorurem. Bes siz?
Davamı →

İmamın Hekayəti

Londondakı məscidə yeni bir imam göndərilmişdi. O, şəhərə getmək üçün hər dəfə eyni avtobusa minir və çox zaman da eyni sürücü ilə rastlaşırmış. Bir gün, bilet alarkən sürücü yanlışlıqla 20 qəpik artıq qaytardı. İmam yanlışlığı oturub pulunu sayınca bildi. Öz-özünə «20 qəpiyi geri verimmi sürücüyə?» deyə düşünürdü. Amma içindən bir səs deyirdiş ki "çox gülünc bir puldur bu və sürücünün vecinə də olmaz. Avtobus şirkəti onsuz da çox pul qazanır… Sadəcə 20 qəpik onlara bir şey etməz. Bu pulu saxlaya bilərəm" deyə düşünmüş, «Allahdan gələn bir hədiyyə, lütf kimi»...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və fikrini dəyişdirdi, enməmiş sürücünün yanına gedib, 20 qəpiyi geri verdi və dedi ki: «Pulu artıq vermisiniz.»
Sürücü gülümsədi və cavab verdi: «Siz məscidin yeni imamısınız, elə deyil mi? Əslinda uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, islamı öyrənmək üçün. Bu səbəbdən bilərək sizə pulunuzu artıq qaytardım. Necə reaksiya verəcəyinizi öyrənmək istədim.»
Avtobusdan düşərkən imam artıq ayaqlarını hiss etmirdi, yerə yıxılacaqdı, bir dirəkdən tutundu və özünə gəlməyə çalışdı. Gözlərindən yaşlar tökülərək dedi:
Allahım, az qala İslamı 20 qəpiyə satırdım.

Davamı →

Men haqqımı halal etmişdim,amma

Vaxtilə Qələndəriyyə yoluna mənsub bir dərviş, nəfslə mücadilə məqamının sonuna gəlir.Üsullara görə bundan sonrakı mövqe qələndərilik mövqesidir. Yəni hər cür bəzəkdən, nümayişdən təmizlənəcək, varlıqdan imtina edəcək. Lakin içi yamaqlı bir jilet geyməkdən ibarət deyil. Hər cür görünən bəzəkdən təmizlənməsi lazımlıdır… Saç, saqqal, bığ, qaş nə varsa hamısından. Dərviş, üsula uyğun hərəkət edər, bunun üçün bərbərə gedir.
— Vur ülgücü bərbər qardaş, deyər.
Bərbər dərvişin saçlarını qırxmağa başlar. Dərviş aynada özünü izləməkdədir. Başının sağ qismi tamamilə qazınmışdır. Bərbər tam digər tərəfə ülgücü vuracaqkən bir qoçu girər içəri. Düz dərvişin yanına gedər, başının qazınmış möhkəm bir şillə ataraq:
— Qalx ayağa balqabaq, qalx da üzümüzü qırxdıraq, deyə kükrəyər.
Dərvişlik bu… Söyənə dilsiz, vurana əlsiz gərək.Qaydanı pozmaz dərviş. Səs çıxarmaz, yavaşca qalxar yerindən. Bərbər xəcalətli, lakin qorxmuşdur. Səs çıxara bilməz.Qoçu kresloya oturar, bərbər təraşa başlar. Lakin həyasız qoçu təraş əsnasında da alçaldar dərvişi, lağ edər:
Balqabaq aşağı, balqabaq yuxarı...
Nəhayət təraş bitər, qoçu dükandan çıxar. Hələ bir neçə metr getmişdir ki,bir at arabası yoxuşdan aşağı sürətlə üzərinə gəlir. Qoçu özünü itirərək yol ortasında qalır. iki atın ortasına tarazlıq üçün yerləşdirilmiş uzun iti dəmir qarnına girər. Qoçu oraya yıxılar, qalar. Ölmüşdür. Görənlər qışqırmağa başlar.Bərbər isə çaşmış, bir mənzərəyə, bir dərvişə baxar, özündən bi-ixtiyar soruşar:
— Bir az ağır olmadımı dərviş əfəndi?
Dərviş qəmli, düşüncəli cavab verər:
— Vallah, kin saxlamadım ona. Haqqımı da halal etmişdim. Gəl gör ki, balqabağın bir sahibi var.O acıqlanmış olmalı!
Davamı →

Üç növ məxluqat

Məxluqatın bir hissəsi ağıl, elm və comərdlikdən ibarətdir. Bunlar mələkdir. Allaha səcdədən başqa bir şey bilmirlər. yaradişlarında hərislik, ehtiras, şövq yoxdur. onlar mutləq nurdur və Allahın eşqiylə yaşayırlar.
Digər bir hissə elmsizdir… Heyvan kimi ot yeyib-kökəlirlər. onlar mal tövləsindən və otdan başqa bir şey görməzlər. Pislikdən də qafildirlər, ucaliqdan və yaxşiliqan da…  
Məxluqatın üçüncü hissəsi isə Adəm oğullarıdır, insanlardır. Bunlar yarailiş baxımıdan yarıməlk-yarıheyvandır. insanların yarısı alçaqlığa,yarısı da ağila meyl edir.İlk iki hissə mələklərvə heyvanlar ziddiyyətən, savaşan  uzaqdır, rahatliq və sakitlik içindədir.Lakin üçuncü hissə insan ikisinədə müxalif və əzab içindədir
Davamı →