TabrizAli
Reytinq
+8.43
Güc
23.01

TabrizAli

Təbriz Əli

Insan nankor varlıqdır. Gəlin 1 günlük ömrü olan kəpənəkləri bənövşələrə qurban verməyək.




Kəpənəyin arxasınca qaçırsan hələ,
Boğaz göynəyir, nəfəs daralır.
Bilmədən torpağa ayaq basanda,
Bənövşələr ayaqlar altında qaldı!


Bir günlük ömrü olan kəpənək bəzən insanı ona  davamli olaraq aludə olmağa, arxasınca qaçmağa sövq edir, nəticədə bənövşələri əzməklə kəpənəyi əldə etmək olur. Insan nankor varlıqdır. Gəlin 1 günlük ömrü olan kəpənəkləri bənövşələrə qurban verməyək.  Təbriz Əli
Davamı →

Təbriz Əli - Bu təkcə laylay deyil!




TƏKCE LAYLAY DEYIL, VƏTƏNIMIN SƏSIDIR!!!
Gecənin bu çaginda, qar-tufan boraninda,
Gözəl Laylay səslənir, ananin ocağında,
Bu təkcə Laylay deyil…!
Vətən, torpaq, cəngidir,
Qayasında hər bitən çiçəklərin rəngidir,
Bu körpə damarında,
Qan deyil, Kür-Arazdır.
Əsrlər arxasından bizə gələn ayazdır,
Mavi alov saçan Xəzərimin səsidir,
Qayaları hayqıran Kəlbəcərin səsidir,
Dağı,daşı,mamırı
Laləsi yalqız qalan, Laçınımın səsidir.
Bu təkcə Laylay deyil! Qarabağın səsidir.
Xarı Bülbül səsidir, Üzeyirin səsidir.
Tənqidləri dağ yaran Sabirin nəfəsidir.
Bu təkcə Laylay deyil! Tarımın,Kamanımın,
Ürəkləri oxşayan Turanımın səsidir.
37-di qurbanı Müşviqimin səsidir.
Əsrlərin övladı Xəlilimin səsidir.
Torpaq üçün şəhid olan,
Adı ürəkdə qalan, Mübarizin səsidir.
Sorma kimdir O ANA?!
Südü qarışar qana, sevgi dolu insana,
Bütün Bəşər bir yana, mənim Anam bir yana,
Çünki Vətən bir Ana!!!
Bu təkcə Laylay deyil! Vətənimin Səsidir!
Vicdanımın səsidir!
Ləyaqətin bayrağı, cəsurların rəmzidir.
Bu Təbrizin səsidir!!!
 
Davamı →

Təbriz Əli-Nəyin bahasına olursa olsun

Müəllif: Təbriz Əli
Bu hekayə, həyatda baş verən hadisələrdən götürülərək qələmə alınıb. Fiziki cəhətdən əngələ sahib olan insanlara əsl örnək olabiləcək bir hekayədir.
 
Nəyin bahasına olursa olsun
Gecəni bütün günü yerimdə oyaq şəkildə meyit kimi uzanmışdım. 18 yaşıma çatana qədər bilirsiz necə yaşamışam? Hislərimi cilovlayaraq. Həyatın mənim üçün bundan sonra önəmli olmadığını hiss edirdim. Amma nədənsə kiçicik ümidlər məni  həyata bağlayırdı. Kimə lazımam ki, bu həyatda! Sağlam insanlara yer vermirlər, qaldi ki, mənim kimi şikəst birisinə. Əvvəllər elə zənn edirdim ki, universitetə girmək bütün həyatımı dəyişəcək, amma bu, zəhirmara qalmış universitet də mənə xoş gəlmirdi. Sevinə-sevinə universitetə getdiyim gün yalnız sentyabrın 15-i olmuşdu. Sözün açığı cəmiyyətdən uzaq qalaraq, tək yaşamağı üstün bilirdim. Qolumun birinin olmamağı məni pis vəziyyətə salmışdı. Evdən çıxıb hər hansı bir yerə getdiyim zaman; metroda, avtobusda, parkda, bulvarda bir sözlə hər yərdə hər kəsin mənə baxaraq acıması məndə narahatcılıq yaratmışdı… Yenə acığım gələn xüsusiyyətlərdən biri olan oğrun-oğrun baxışlar, yazığı gəlir kimi mənə yer vermələri… Bəzən bir neçə dəqiqə güzgü qarşısında dayanıb sadəcə özümə baxırdım. Allah həqiqətən də məni gözəl yaratmışdı. Bircə sağ qolum. Sağ qolum yox idi. Metroda, avtobusda hər hansı bir qıza baxanda özümü  narahat hiss edirdim. Fikirləşirdim ki, qolumun protez oldugunu bilib yəqin mənə baxıb acıyırlar. Daha çox özümə qapanıb bəzən tək qalaraq heç kimin olmadığı bir yerdə şokoladlı siqaretdən bir dənə çəkib, bütün əsəblərimə sakitlik gətirirdim.                                                                                                                       
            Beləcə, səmimi şəkildə desəm həyat mənim üçün mənasız keçirdi. İmtahanlar da yaxınlaşırdı. Heç bilmirdim neyniyəm? Hər müəllim gəlib özünü tərifləyib, universitet vaxtı nə qədər əziyyət çəkməyindən danışırdı. Axı bunun bizə nə dəxli var idi? Bunu başa düşə bilmirdim. Axırda da öz qiymətini deyirdi. Sanki elə bil fahişədir. Əslində mən, müəllim olan bir insanı bütün pis xüsiyyətlərə zidd olan bir varlıq kimi təsəvvür edirdim. Bu kağız parçası nə qədər önəmlidir ki, hətda müəllimi belə dəyişib?- Bəli önəmlidir. Bu kağız parçasına görə müvəqqəti olaraq işləmək üçün getmədiyim yer qalmamışdı.Hamsı qoluma baxıb acıyaraq deyirdi ki — Bala, bu ölkədə sağlam bir insana iş yoxdur, qaldı ki şikəstə.
Günlərin bir günü yuxudan durub, əl-üzümü yuyub, bir şey yedikdən sonra protezimi taxıb universitetə yollandım. Bu gün, bəlkə mənim günüm idi. Bir gün deyə heç vaxt ümidsiz olma. Bəzən insanın həyatın bir gün də dəyişə bilər. Bəli necə deyərlər bir gün bəs edir ki, insanın həyatını dəyişər. Elmlər Akademiyası metrosunda vaqondan təzəcə düşmüşdüm ki, cavan bir gəncin çiynimə dəyməsi ilə geriyə döndüm. Onsuz da necə gündür əsəbi idim, çevrilib ciddi şəkildə reaksiya vermək istəyirdim ki, oğlan məndən üzr istəyib, bir az da yaxına gəldi.
— üzr istəyirəm, bilmədən oldu.
— eybi yox — dedim
— fikir verdim ki, onun da bir qolu yoxdur. Üstəlik mənim kimi protez taxmışdır. Çiynində bir idman çantası var idi ki, bundan əlavə idmanla məşğul olduğu da zahirindən hiss olunurdu.
— mənim də bir qolum yoxdur. Bəlkə də Allahın bir lütfüdür ki, biz rastlaşdıq .- oğlan mənə dedi.
Nə deyəcəyimi bilmirdim. -Dediyinizdən heç nə başa düşmədim!?-deyə cavab verdim.
-Mən isə sizi daha yaxşı başa düşürəm. Çünki mən də sizin kimi bir idim.
-Daha sonra bəs nə oldu?
-İdman həyatımı dəyişdi. Əgər sənin hər hansı bir məşğuliyyətin yoxdursa,  idmanla məşğul ola bilərsən.
-Hansı idmanla məşğul olursuz?
-Mən taekvando üzrə əlillər yığma komandasındayam. Sizi komandamızıda  görmək istərdim. — xüsusü mimika ilə mənə təklif etdi.
Duruxub qalmışdım. İdman hara, mən  hara? Heç ağlımdan belə keçirtməzdim ki, mənə nə zamansa belə bir təklif edən ola. Eləcə baxırdım. — deyəsən bir az fikirləşməli olacam. — dedim.
-mən sizə həm öz, həm də məşqçimizin nömrəsini verim, istəsəniz əlaqə saxlayarsınız. Həqiqətən də məncə bundan yararlansaz, pis olmaz. — dedi.
Məşqçinin nömrəsinin yazıldığı vərəqi oğlandan alıb, təşəkkür edərək ondan ayrıldım. Həmin gün dərsə belə getmədim. Universitetin yaxınlığında yerləşən bir parkda oturub özüm özümlə danışmağa başladım. Mən kiminləsə toqquşurum. O şəxsin özüm kimi fiziki cəhətdən əngəlli olduğunu görürəm.Daha sonra o mənə idmanla məşğul olmağı təklif edir. Burda nəsə var. Görəsən mən idmanla məşğul ola bilərəm? Mən bacara bilərəm mi? Niyə də ki bacarmayım, o oğlan da mənim kimi qolunun biri yox idi. Bunu gərək evdə oturub valideynlərimlə məsləhətləşməliydim. Metroya minib evə yollandım. Metrodan çıxıncaya qədər bir əlimde gənc oğlanın verdiyi nömrələr olan kağız və hey qatar boyu yerə zillənən gözlər....
Evə çatıb baş verən hadisəni valideynlərimə danışdım. Əvvəlcə bir söz deməsələr də onların baxışlarında narazıçılıq görürdüm. Mən nədənsə özümə inam yaranmışdı ki, mən onlara özümü inandıra biləcəm. Atam qərara aldı ki, oranın məşqçisi ilə danışıb hər bir məsələni aydın öyrənsin. Beləcə o məşqçi ilə zəngləşib hər məsələni öyrəndi.
Uzun sözün qısası valideynlərimin razılığı olduqdan sonra mən məşqlərə başladım. Dayanmadan həftə içi məşqlər getsəm də digər yandan  universitet dərsləri məni boğaza yığmışdı. Nəyin bahasına olursa olsun mən özümü bu idmanda göstərməliydim. O qədər yorğun olurdum ki, evə gəlib yemək yeyib ancaq yatmaq haqqında düşünürdüm.  Beləcə ilk döyüş vaxtım açıqlanana qədər çox əziyyət çəkdim. İlk döyüşümü Dagıstanda keçirtdim. Bu döyüşdə uduzmağım demək olar ki, qolumun olmamağından sonra mənə ikinci böyük zərbə idi. Artıq heç nəyin öhdəsindən gələ bilməyən, yarıtmaz biri kimi özümü hiss eləməyə başlamışdım. Bu çox qəddar duyğulardır. Lazımsız və  yarıtmaz biri olmaq məhv olmağa bərabərdir.      Dərslərə də başım ağrımasın, qayıb yığılıb qalmasın deyə gedirdim. Arxa oturacaq mənim sevimli yerimə çevrilmişdir. Sözün açığı uşaqların çoxunu heç bəyənmirdim. Sanki hər biri çox xoşbəxt, ya da xoşbəxt kimi görüntülər. Arada uşaqlar arasında gedən +18 söhbətlər mənim üçün o qədər də maraqlı deyildir. Kimisi hər hansı bir qızla tanışlığından, kimisi topazda qazandığı kupondan, kimisi isə geyindiyi brend maldan. Hər kəs özündən başqa nə iləsə — Mən varam — demək istəyirdi. Mənim üçün əsas maraqlı məsələ mənim gələcəyim idi. Mən xoşbəxt bir insan kimi ailəmə və cəmiyyətimə xeyirli bir fərd kimi yetişmək istəyirdim. Amma sözün doğrusu hələ bunu bacarmırdım. Bəlkə də atılan ilk addımlar həmişə belə uğursuz olur. Nə deyim, başımı itirmişdim.
Qarşıda növbəti bir yarış məni gözləyirdi. Bu yarışda da məşqçim məni qalib gələcəyimə inandırırdı. İlk məğlubiyyətdən sonra yenidən məğlub olmaq yaxınlarım arasında yenə də məni pis vəziyyətə salacaqdır. Bu yarışmada qalib gəlmək üçün demək olar  bütün işlərimi bir kənara qoyub əzmlə məşq etmək, ilk məğlubiyyətimdən sonra qələbə çalmaq demək olar ki, mənim həyatımı xilas edəcək bir qələbə olacaqdır. Hər bir çətinliyin asan tərəfi də vardır. Həyatı çətin olub, amma bunu öz xeyrinə dəyişən Stiven Kingdən, Çarlz Dikkensın həyat və yaradıcılıqlarından oxuduqdan sonra onları özümə motivator olaraq görürdüm.Yalnız cılız şəxs olduğum halda ən kiçik maneələrin keçilməz olduğunu hesab ede bilərdim. Mən bacarmalıydım və buna görə də çalışırdım.
Bir gün yenə yorğun-arğın məşqdən çıxıb evə gəldim. Bir az yemək yedikdən sonra özümü divanın üzərinə atdım. Televizoru açdım ki görüm nə verirlər. Televizor açılan kimi verilişin adını oxudum .“Həyatımı dəyişdirən iki kitab”. Daha da dikilib gözümü ekrana zillədim. Hansısa xarici yazarın həyatı haqqında danışırdılar. Sənədli filmdən bunu anladım ki, adı yadımda qalmasa da bu yazıçının bəxti həyatda heç gətirməmişdi. Tam mənim kimi. Baxarkən məlum oldu ki, onun həyatını dəyişən iki kitab olub, onu da həyat yoldaşı(qadın) evlənən zaman onu cehizlik olaraq gətirmişdi. Gətirməyə heç bir cehizi olmayan bu xanımın gətirdiyi bu iki kitab ərinin həyatını müsbətə doğru dəyişmişdi. Gözləyirdim ki nəhayət bu iki kitabın adını desinlər. Elə mən gözləməyimdə oldum. Zəhrimara qalmış işıqlar söndü. İnsan bunu əsəbləşməsin neynəsin? Mətbəxə keçib su içəcəkdim ki birdən işıqlar yandı. Mətbəxdən güllə kimi zala keçib ekranın qabağında əyləşdim. Aha...Kitabların adlarını deyirlər. Artur Dentanın “Sadə İnsanın Cənnətə yolu” və Luyis Beylinin “Düzlük Praktikası”. Bu kitabları o qədər təriflədilər ki, səhər dərsdən çıxandan sonra kitab mağazalarına baxmağı özümə öhdəlik bildim. Kitabsatanların heç birinin bele  yazıçıları və əsərlərini tanımdıqlarını dedilər. Özümdə şübhə yarandı. Bəlkə də yuxuda görmüşəm.Yox, olub keçənlər hamsı yadımdadır. Nə qədər axtardımsa bu kitabları tapa bilmədim. Yalnız xarici saytlarda qısa olsa da bu kitablar haqqında məlumat topladım.
Nəhayət yarışın zamanı gəlib çatdı ki, bu yarış mənim ilk beynəlxalq nailiyyət üçün şansım idi. Yarış Moskvada keçirilirdi; bu yarışımın birinci döyüşünü  ilk döyüşümdə məğlub olduğum idmançı ilə çıxacaqdım. Lənətə gəlmiş bu rus dığasının mənim ümidlərimi puç etməsinə icazə verə bilməzdim. Əlbbəttə onun üzərində qələbə çalmaq mənim üçün çox vacib idi. Allaha təvəkkül edərək döyüşə atıldım. Sanki ayaqlarım havada rəqs edər kimi rəqibə ardıcıl zərbələr endirirdim. Və nəticədə arzu etdiyim qələbəyə sahib oldum. Bu qələbə mənim nailiyyət yoluma işıq saldı. Daha sonra isə digər idmançılarla da qalib gələrək Avropa çempionu oldum. Boynuma qızıl medal salınanda gözlərim yaşardı. Mədənlərdə qızıl axtaranlar kimi qızılı çirkab palçığın altından çıxartdığı kimi mən də həyatın mənasını, çətinliklər ortaya çıxan kimi başa düşdüyümü həmin an anladım. Bu mənim üçün demək olar ki hər şey idi. Qələbədən sonra özümü çox güclü hesab edirdim. Həyatda ilk dəfə idi ki, özümü nəyinsə öhdəsindən gələn bir insan olaraq görürdüm. Mən bacardım. Bundan sonra mən yığma heyətin üzvinə çevrildim. Davamlı olaraq məşqlərimlə yanaşı dərslərimi də oxuyurdum. Daha sonra Dünya çempionatına hazırlaşdım və bunun da öhdəsindən gəldim. Müntəzəm məşqlərdən sonra əzmlə çalışmağımın nəticəsi olaraq Dünya çempionu oldum!!! Ailəm, yaxınlarım, dostlarım mənimlə fəxr edirdi. Yerimdə sakit şəkildə uzanıb qaldığım o günlə bugünümü müqayisə edəndə çox fərqin olduğunu, yaşam keyfiyyətinin dəyişdiyinin fərqinə vardım.
Sonda anladım ki, dünya milyonlarla insanın iştirak etdiyi bir yarışdır, gərək bu yarışdan  kənarda qalmayasan. İnamla ve inadkarlıqla dayanmadan mübarizə apararaq həyatının ən yüksək mükafatını əldə edəsən. Mənim bu əngəlim olmasaydı, mən bu  nailiyyətləri əldə etməzdim. Sıradan biri olardım. Olub-bitənləri saf-çürük edərək nəticə çıxardım ki, istənilən uğursuzluq bizləri inanılmaz uğura yaxınlaşdıran möhtəşəm planın bir hissəsidir.
Davamı →