Voyager
Reytinq
+56.24
Güc
142.55

Voyager

Mənə naz et | Əliağa Vahid

“Yansın dilim ağzımda, desəm nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.

Əvvəl baxışında məni heyran elədin sən,
Bir incə gülüşlə ürəyim qan elədin sən,
Sonra məni bir lütf ilə xəndan elədin sən,
Kafər qızı, axır məni Sənan elədin sən.
“Yansın dilim ağzımda dəsti nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.
Davamı →

Yumşaq oyuncaqları necə təmizləmək olar?

Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki, qışda həyata keçirəsiniz, çünki bu zamanoyuncağı bir müddət şaxtada saxlaya bilərsiniz. Körpə və ya bir az böyük uşaqlar yumşaq oyuncaqları çox sevirlər.

Oyuncaqların çoxu təzə olsa da, onlardan bəziləri onlara valideynlərindən, böyük bacı qardaşlarından qalır. Buna görə valideynlər bu oyuncaqları tozdan və gənələrdən daim təmizləməlidir. Sizə yumşaq oyuncaqların təmizləməsinin ən təsirli metodlarını təqdim edirik.

Maşında yuma. İlk olaraq parçanın və oyuncağın içinin tərkibi ilə tanış olmaq lazımdır ki, onu maşında yumağın mümkün olub olmadığını aydınlaşdırasınız. Yun və xəzdən olan oyuncaqları paltaryuyan maşında yumaq məsləhət deyil.
Davamı →

Genital estetika

Genital orqanlardaki estetik və funksional pozuntular başqaları ilə asandlıqla bölüşülməyən, eyni zamanda qadının psixologiyasının pozulmasına gətirib çıxaran bir problemdir. Genital estetika genital bölgədə olan anadangəlmə və ya qazanılma deformasiyaların düzəldilməsi məqsədi ilə icra olunan müdaxilələrdir. Genital bölgədəki forma pozulmaları qadının cinsi həyatına və gündəlik yaşamına mənfi təsirini göstərərək zamanla onun cinsi soyuqluğunu artırır.

Estetik cərrahiyyə qadının xarici genital orqanlarını bərpa etməyə imkan verir. Xarici genital orqanlara — mons pubis dediyimiz göbək altındakı sümük üstü qisim, labia major (bayırda yerləşən böyük dodaqlar), labia minor (içəridə yerləşən kiçik dodaqlar), klitoris (labia minorların üst bitişmə yeri) daxildir. Bu sadaladığımız nahiyələrdə həm anadangəlmə, həm də qazanılma problemlər yarana bilər. Bu problemlər daha çox doğuşdan sonra müşahidə olunur.
Davamı →

Qış salatı

Ərzaqlar:
2 ağ turp
2 kök
şüyüd, göy soğan (zğvqə görə digər göyərtiləri də əlavə edə bilərsiniz)
100 qr xama (və ya mayonez)
duz, istiot.

Hazırlanması:
Turp və kök sürtgəcdən keçirilir, göyərtilər xırda doğranılır, hamısı qarışdırılır.
Duz, istiot, xama əlavə olunur, qarışdırılır. Nuş olsun!

Uşaqlarda cırtdanboyluluq

Uşaqlarda cırtdanboyluluq haqqında geniş yazılar dərc olunsa da çox qeyri-adi və effektli bir resepti nəzərinizə çatdırmaq istəyirəm.
Hətta həftədən-həftəyə uşağın boyunda artımı sürətləndirən bu resept qanazlığından, iştahasızlıqdan, yorğunluqdan əziyyət çəkənlər üçün də faydalıdır.

Böyüklər üçün yarım stəkan, uşaqlar üçün üçdə bir stəkan güldəfnə toxumu götürülür, 1 gün adi suda isladılır, suyu süzülərək dayaz boşqaba yayılır (səməni kimi), üstünə 3-4 qat qatlanmış yaş tənzif sərilir. İki gündən sonra toxumlar cücərir. Cücərmiş güldəfnə toxumları axar su altında yuyulur və gün ərzində acqarına yeyilir. Bunu 1 ay müddətində hər gün yemək lazımdır.
Davamı →

Sevir | Əliağa Vahid

Bəxtiyar aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünu öz güli-xəndanı sevir.

Mən o zülfün azı yüz dəf`ə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfi-pərişanı sevir.

Etibar olmaz özün göstərən aşiqlərdə,
Əhsən ol aşiqə cananını pünhanı sevir!
Davamı →

Bərəkallah ustadına

Bağdad xәlifәsinin qardaşı Bәһlul Danәndә sәһrada gәzәndә bir yolçuya rast gəldi. Yolçu qabağında bir yüklü eşşәk gedirdi. Bәһlul bu kişidәn xәbәr aldı:
– A kişi, nә satırsan?
Kişi dedi:
– Kişmiş satıram.
Bәһlul dedi:
– Mәnә kişmiş ver, әvәzindә sәnә һikmət öyrәdim.
Yolçu dedi:
– Mәn razıyam.
Yolçu Bәһlula bir qədәr kişmiş verdi. Bәһlul dedi:
– Birinci, bir mәclisә gedәndә yerini tanı, sonra otur.
Davamı →

Zəy maskası


Zəy çox effektli kosmetik vasitədir. Zəy dərini daha sağlam və hamar edir, iltihabları azaldır, rəngini yaxşılaşdırır. Zəy maskası yağlı, məsaməli dəri üçün uyğun gəlir.

1 yumurtanın ağı (kənd yumurtasını istifadə edin) bir qədər çalınır. 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy, az miqdarda su əlavə olunur, yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Prezidentlərin yemək sirləri

2016-cı ildə dünya ölkələri prezidentlərinin şəxsi aşpazları Hindistanın paytaxtı Dehlidə keçirilən qurultayda bir araya gəlmişdilər. Qurultay öncəsində Hindistanın baş naziri Narendra Modi özü şəxsən Obamanın baş aşpazı Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da olduğu baş aşpazları salamlamışdı.

“Dünya liderləri G-20 sammitlərində onsuz da tez-tez bir araya gəlir, görüşürlər. Mən də qərar verdim ki, baş aşpazlar arasında niyə G20 zirvəsi yaratmayaq?!” – Narendra Modi demişdi.
Bu isə bizə prezidentlərin yemək zövqü barədə sualları cavablamaq üçün bir fürsət oldu. Bəli, onlar nə yeyib-içirlər, yemək zövqləri nədir? Hansı aşpazların xidmətindən istifadə edirlər?
Davamı →

Krevetkalı "Sezar"

Tərkibi (2 pay):
kahı
20 ədəd kral krevetkası (dondurulmuş)
0,5 ç.q. dijon xardalı
1 yumurtanın sarısı
0,5 st. + 1 x.q. zeytun yağı
1 ç.q. soya sousu
6 iri çerri pomidoru
1/3 limonun şirəsi
parmezan
sarımsaqlı çörəklər (zövqə görə)

Sous:
Yumurtanın sarısını kasaya qoyun. Xardal əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Nazik axınla zeytun yağını əlavə edərək çalın. Limon şirəsi, soya sousu əlavə edərək yenə çalın.
Davamı →