Voyager
Reytinq
+75.10
Güc
192.85

Voyager

Kirli realizm və Reymon Karver

  • Esse
Kirli Realizm 1970-80-ci illərdə Amerikada ortaya çıxan ədəbi cərəyandır. Reymon Karverin Kirli Realistlərin atası olduğunu demək olar, amma dövrün Amerikasında baş verənlərin ədəbiyyata olan təsiri Kirli Realizmi bir yazıçının üslubunu təqlid edərək yazılmış qısa ömürlü cərəyan olmaqdan çıxarır.

Cərəyanın geniş vüsət alması xəyallar ölkəsi Amerikanın Böyük Böhran, ardınca isə Vyetnam Müharibəsindən sonra öz reallıqları ilə üzləşdiyi dövrə təsadüf edir. Necə ki, İtmiş Nəsil bir növ Birinci Dünya Müharibəsinin təsiriylə formalaşmışdı, Kirli Realistlərdə də Vyetnam Müharibəsinin təsirini və bu savaşın əleyhinə olmaqlarının izlərini görmək olar. Buna görə bu ədəbi nəsil Yeni İtmiş Nəsil olaraq da tanınır.
Davamı →

Qadınlarda qocalma prosesindən xəbər verən əlamətlər

Alimlər qadınlarda qocalma prosesini göstərən bir neçə əlaməti açıqlayıblar. Sürətli qocalmanın təkcə 80 faizi xarici nizamlayıcı, 20 faizi isə hüceyrələrin genetikası ilə bağlıdır.

Qadın orqanizmində qocalma prosesinin başlanmasını xəbər verən 6 əlamət mövcuddur. Bunlardan heç olmasa birini özündə hiss edən qadın həyəcan təbili çalmalı və problemin həllini axtarmalıdır. Əks halda, mənfi nəticə zəncirvarı reaksiya verə bilər. Qadın orqanizmində ilkin pozulmalardan biri hormon zədələnməsidir.

Bu, özünü əsasən menstruasiya dövrünün qeyri-müntəzəmliyində, bu zaman baş verən qeyri-adi hallarda göstərir. Nazikləşmiş göz qapaqları qadının yuxusuzluqdan, yorğunluqdan əziyyət çəkməyindən xəbər verir. Saçların kütləvi tökülməsi endokrinoloqa müraciət etməyə məcbur edəcək.
Davamı →

Qüvvət məcunu

Bu məcunun çox adı vardır, məsələn, “məcuni-qüvvət”, “kişilik məcunu”, “əsmə məcunu” və s., çünki bu məcun bədən zəifliyi ilə gedən bütün xəstəliklərə şəfadır. Məcun kişilərdə cinsi zəifliyi, əllərin, ayaqların əsməsini aradan qaldırır, insanı sağlam kökəldir, solmuş bənizlərin rəngini yaxşılaşdırır, öskürəyi və bəlğəmi aradan qaldırır. Mən deyərdim ki, həqiqətən 1001 dərdin dərmanıdır.
Davamı →

Dəlidir | Əliağa Vahid

Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.

Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.
Davamı →

Mədəniyyət nazirinə məktub | İvan Kraus

Dəyərli nazir!
Bilirəm ki, sənə bir yığın adam çoxlu xahiş ünvanlayır, ona görə də qabağa düşmək üçün elə təyinatından dərhal sonra bu məktubu yazmağa qərar verdim. Nə vaxtsa biz vətənsevərlərdən də birinin nazir olacağını və əvvəllər (əlaqə kasadlığı ucbatından) həyata keçirə bilmədiyim planlarımı gerçəkləşdirməkdə mənə köməklik göstərəcəyini çoxdan gözləyirdim.

1. İlk növbədə, mənim yenicə (bu, məhz indi üçün önəmlidir) yazmağa başladığım kitabımın növbədənkənar, həm də sərfəli şərtlərlə (pulsuz çapından söhbət gedir) nəşri barədə üstüörtülü bir sərəncamı çox təqdir edərdim.

2. Əvvəllər bəzi-para həmkarlarımın olduğu kimi, indi də mənim kitablarımın vitrinlərdə gen-bol, həm də məxsusi yer tutmasına şərait yaradılsa, buna görə minnətdar olardım.
Davamı →

Uğurlu insan olmaq üçün 5 şərt

Amerikanın Standford Universitetində araşdırmaçı kimi fəaliyyət göstərən Emma Seppala uğur qazanmaq mövzusunda adı çəkilənlərin başında gəlir. O, məqalələrinin birində “Yüksək uğurların qazanıldığı çevrələrdə apardığım nəticələr məni belə bir qənaətə gətirdi ki, bir çox insan canı bahasına da olsa, uğur qazanmağın arxasınca düşür.

Bu məqsəd uğrunda xoşbəxt olmağı təxirə salan insanlar ancaq uğura çatdıqlarında xoşbəxt ola bilirlər. Bu zamana qədərsə həm özlərini, həm də ətraflarındakı insanları incidirlər” yazıb.
Davamı →

Qadın gücünün 5 unudulmuş sirri

  • Qadın
Keçmişdə insanlar qadın və kişinin vəzifələrini yaxşı bilir və buna görə də təbiətin qanunauyğunluğuna əsasən bütöv bir nəsil yetişdirməyə çalışırdı. Qadının rolu böyük idi – o, dünyanın sevgi və tarazlıq mənbəyi sayılırdı. Odur ki, qadın üçün ürəyinin saflığını, doğuşdan gələn həssaslığını və yardımsevərliyini qorumaq vacib idi. Təəssüf ki, bu məqamlar müasir dünyanın xaosunda öz əhəmiyyətini bir qədər itirib.

1. Qadın şərəfi
Ailədə qız doğulanda insanlar inanırdılar ki, o, evə özü ilə birlikdə sevgi və sevinc gətirib. Qızı ruhun təcəssümü, oğlanı isə ruhun əksi hesab edirdilər. Yəqin ki, buna görə də qadın təbiəti əvvəlcə özünü daha ahəngdar göstərir: Qızlar həmişə itaətkar, çalışqan və kişilərdən daha əzmkardır. Onlar həmişə ətrafda gözəllik yaratmağa can atır və başqalarına qarşı daha qayğıkeşdir. Tərbiyənin əsas vəzifəsi onun saflığını və sağlamlığını qorumaq idi. Əcdadlarımız inanırdılar ki, qadının məhz şərəf və ləyaqəti onun üçün amulet (qoruyucu) rolunu oynayır və bütün nəslinin qoruyucusu hesab olunur. Qızlara əl qaldırmaq və ya səsini ucaltmaq yasaq idi. Qadın keyfiyyətlərinin inkişafını gücləndirmək üçün onları uşaqlıqda ağır cəzalar tətbiq etmədən mülayim şəkildə tərbiyə edirdilər.
Davamı →

Pərqu gödəkçələrin yuyulması

Havalar soyuduqca daha qalın və rahat geyimlər seçməyə çalışırıq. Payız və qış aylarının ideal üst geyimi isə artıq uzun illərdir, pərqu (quş tükü) materiallı gödəkçələrdir. Lakin zaman keçdikcə bu geyimlər də çirklənib, ləkələnir. Xüsusən yağış, xanımlara tanış olan tonal krem və s. ləkələrdən sonra gödəkçələrin ilk günkü görünüşündən əsər-əlamət qalmır.

 Kimyəvi təmizləmə xidməti isə çoxumuzun cibinə uyğun deyil. Odur ki, sizə pərqu materiallı gödəkçələri evdə yumağın qaydalarını təqdim edirik. Bunun üçün aşağıdakı ardıcıl 7 qızıl qaydaya əməl etmək lazımdır.
Davamı →

Təbii çörək mayası

Bugün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanmış kimyəvi bir maddədir. Bu, maya deyil. Süni maya ilə hazırlanmış çörəklə təbii maya ilə bişirilmiş çörək arasında böyük fərq vardır. Süni maya ilə biz öz ömrümüzü qayçılayırıq, belə ki, süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya bunun tam əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur.

Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə, indi artıq çox insanlar təbii mayanın necə hazırlanmasını bilmir. Mən bir neçə üsul yazıram, bu üsulların hansı sizə səmərəlidirsə istifadə edə bilərsiniz.
Davamı →

Sevgi hormonları

  • Sevgi
Sevgi 5 hormonun təsirindən yaranır. Bu hormonları yaratmaqla istənilən insanın sevgisinə nail olmaq olar.

Sevginin və hormonların sirlərini açıqlayan terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, sevgi orqanizmdə gedən hormonal prosesdir. «Sevgidə əsas 5 hormon iştirak edir: dofamin, serotonin, adrenalin, oksitosin, vazopressin. Bunlardan əlavə, hormon və maddələr də sevgi hissi ilə müşayiət olunur».

H.Mehdiyev bildirir ki, insan ilk sevməyə başladığı anlarda onun orqanizmində dofamin əmələ gəlir. «Bu hormon adrenalin və noradrenalinin sələfidir. Bu, müəyyən məqsədə çatmaq hormonudur. Sevərkən insan müəyyən arzulara qovuşmaq istəyir ki, bunun da nəticəsində dofamin hormonu artmağa başlayır. Nail olduqlarının nəticəsindən razı qaldıqda, bu hormonun miqdarı daha da çoxalır».
Davamı →