Voyager
Reytinq
+75.10
Güc
192.85

Voyager

Təqdimat mərasimi | İvan Kraus

Kitab yazan hər kəs əməlinə görə məsuliyyət daşıyır. Odur ki, öz kitabının dolub-daşan bazarda diqqətdən kənarda qalmaması üçün naşirinə kömək əli uzatmağa borcludur...

Təqdimat mərasimi geniş kitab mağazasında keçirilirdi. Mən kitablarımın, bir də zanbaq qoyulmuş güldanın yaraşıq verdiyi masanın arxasında oturmuşdum. Naşirimlə bu mağazanın xanım müdiri isə süfrəli masalara yaxın dayanmışdılar. O masalara şərab, şirniyyat, çərəz düzülmüşdü.
Qələm əlimdəydi, siqaret çəkirdim. Üçüncü siqaretdən sonra belə qərara gəldim ki, durub dükanı dolaşsam, daha yaxşı olar.
Davamı →

Öz şirəsində çiyələk

1 kq çiyələk üçün 250 qr şəkər tozu götürülür.

Hazırlanması:
Çiyələyi təmizləyin, yuyun, dəsmalın üzərində bir qədər qurudun.
Çiyələyi enli ləyənə tökün, üzərinə şəkər tozu səpin, axşamdan səhərə qədər saxlayın (8 saat).
Yarım l-lik bankaları yaxşı yuyun, buxarın üzərində və ya sobada sterilizə edin, qapaqları qaynadın.
Davamı →

Akrofobiya

Akrofobiya yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda butəbii qorxunu müəyyən dərəcədə hiss edirlər.

Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamatdüşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5faizi akrofobiyadan əziyyət çəkir.

Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “başgicəllənmə” sözü istifadə olunur (lakin səhvolaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdənbaxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər,lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil.
Davamı →

Gəlinlik seçərkən bunlara diqqət edin

  • Qadın
Gəlinliyiniz, həyatınızın ən əhəmiyyətli günü üçün alacağınız geyimdir və buna görə də mükəmməl olmalıdır. Doğru gəlinliyi seçmək üçün diqqət yetirməniz lazım olanlar…

Gəlin paltarı axtarışına nə vaxt başlamalıyam?
Əgər mümkünsə toyunuzdan səkkiz ay və ya bir il əvvəl bu mövzunu düşünməyə başlayın. Bu zamannan daha əvvəl başlamaq yeni kolleksiyaları qaçırmanıza səbəb ola bilər.

Gəlin paltarılarını primerka etməzdən əvvəl nə istdədiyimi təyin etməliyəmmi?
Danışdığınız satış məsləhətçisinə görüş təyin edərkən, mümkün olduğunca nə istədiyinizə dair məlumat verin. Əgər bilmirsinizsə narahat olmayın! Xoşunuza gedən modellərin şəkillərini yanınızda aparın amma yenə də sınaqlara başlayana qədər modellər mövzusunda açıq fikirli olun.

Gəlinlik seçiminə kimlə getməliyəm?
 Əgər gəlinlik seçiminə kimləsə gedəcəksinizsə bu inandığınız bir rəfiqəniz, ya da bir qohumunuz olmasına diqqət yetirin. Nə geyməniz lazım olduğu mövzusunda gərəyindən çox fikir eşitmək sizin fikirlərinizi qarışdırıb, canınızı sıxa bilər. Ayrıca seçdiyiniz gəlinliyi gizli tutmaq, böyük gününüzün sürprizi olaraq qala bilməsi baxımından da əhəmiyyət daşıyır.
Davamı →

Olsa | Əliağa Vahid

Ölməzdim əgər sən kimi bir dilbərim olsa,
Bir afəti-çan, şuxi-mələkmənzərim olsa.

Hər gun dolanıb başına qurbanin olardım,
Pərvanəsifət ucmağa balüərim olsa.

Mən də sevilərdim bütün aşiqlər icində,
Ahuləri Məçnun eləyən gözlərim olsa.
Davamı →

Ernest Seton-Tompson

Ernest Seton-TompsonXX əsrin ən böyük sənətkarlarından biri, görkəmli ingilis yazıçısı Ernest Seton-Tompson 1860-cı il avqustun 14-də İngiltərənin Saut Şilds şəhərində anadan olub, lakin 6 il sonra ailəsi Kanadaya köçüb. Atası fermer idi, və gənc oğlan tez-tez vaxtını meşədə qardaşları ilə oynamaqla keçirərdi. Gözəl mənzərə, təmiz hava, heyvanlar, quşlar və ovçuluq sənəti uşaqlıqdan yazıçının gələcək nailiyyətlərinə müsbət təsir etmişdi.

Seton — Tompson yalnız bir yazıçı deyildi, o, eyni zamanda istedadlı bir rəssam idi. 1896-cı ilə qədər o, 19 yaşında Torontodakı İncəsənət Kollecini bitirdikdən sonra London, Paris, Nyu York incəsənətini öyrənməyə başladı. 

Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq hisləri və əməllərinin əks olunduğu bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayəsidir. Yazıçı təbiətə sevgisi ilə oxucu qəlbini birdəfəlik fəth etdi. Ernest Seton-Tompsonun “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”nə “Balaca vəhşilər”, “Mənim həyatım” romanları və bir çox hekayələri daxil edilmişdir.
Davamı →

Kələm maskaları

Kələm maskaları üz dərisinə çox yaxşı təsir edir — nəmləndirir, ağardır, cavanlaşdırır, hamar və elastik edir, kiçik qırışları açır. 

— Yağlı dəri üçün maska: 1 iri kələm yarpağı, 2 x.q. yulaf yarması (gerkules), 1 ç.q. limon şirəsi. Kələm blenderdə xırdalanır, gerkules və limon şirəsi əlavə olunur, qarışdırılır. Maskanı təmiz dəriyə çəkin, 20 dəqiqə saxlayın, ilıq su ilə yuyub nəmləndirici krem çəkin.
Davamı →

Ləzzətli acika

Ərzaqlar: 
  • 3 kq qırmızı "ətli" pomidor
  • 1,5 kq qırmızı bibər
  • 200 qr sarımsaq
  • 100 qr acı bibər
  • 1 stəkan bitki yağı
  • 2 x.q duz
  • 1 x.q. şəkər tozu.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, blenderdən keçirin. Emallı qazana yığın, bitki yağı, duz, şəkər tozu əlavə edin, yaxşı qarışdırın. Vam odda 2 saat ərzində qaynadın.
Davamı →

Bürclərin 10 həyat prinsipi

Qoç
1. Ən yaxşısı mənimlə mübahisə etməyin.
2. Əvvəl edirəm, sonra düşünürəm.
3. Başqalarının tormoza basdığı yerdə, mən qaza basaram.
4. Əbədi gənc olacağam.
5. Mənim kimi et, onsuz da daha yaxşısını edə bilməyəcəksən.
6. Ən çətini həmsöhbətini sonadək dinləməkdir.
7. İnadkarlıq qüsur deyil.
8. Vəziyyəti nəzarətdə saxlamaq, hissləri idarə etməkdən asandır.
9. Bir qazanda iki Qoçun başı qaynamaz.
10. İlk hücum etmirəm. Vay o gündən ki mənə hücum edələr.

Davamı →