Zeynal
Reytinq
+72.58
Güc
170.44

Zeynal

Zeynal

Falkaonun süqutu

 

Dünya futboluna ulduz futbolçu istehsal edən “Porto” deyəsən bu futbolçuların bəzilərinə pul üçün yox, karyera oynamaları üçün dərs verməyib. Düzdür, Portuqaliya klubundan çıxan oyunçuların demək olar ki, hamısı “Porto”da Avrokubok qazanmaqla məhşurlaşıb. Amma elələri də var ki, böyük əziyyət çəkərək, yüksək ustalıq qabiliyyəti göstərərək, öz formalarının haqlarını veriblər.

Məsələn, kolumbiyalı Radamel Falkao. Braziliyalı Halkla birlikdə hücumda möhtəşəm tandem təşkil edən kolumbiyalı 2011-ci ildə 40 milyon avro qarşılığında İspaniyanın “Atletiko” klubuna keçdi. Klubla Avroliqa və UEFA Superkubokunu qazanan qoleador bir anda Avropanın bütün top-klublarının hədəfinə çevrildi. İngiltərədən “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yuneyted”, Almaniyadan “Bavariya”, İtaliyadan “Yuventus”, Fransadan PSJ, İspaniyadan “Real”, “Barselona” və s. Bu klublar, sözsüz, Avropada at oynadan VIP klublardır. Düşünmək olardı ki, ilk mövsümündəcə 24 qol vuran hücumçu bu klublarından birinə transfer olunacaq və “Atletiko” bu transferdən milyonlarca avronu xəzinəsinə qoyacaq.

Vəziyyət isə yaxşı idi. Falkao 2 il dalbadal Avroliqada qalib olmaqla özünəməxsus rekord müəyyənləşdirmişdi. “Atletiko”nun heyətində qələbədən qələbəyə qaçan qoleador tez bir zamanda bütün klub azarkeşlərinin qəlbində taxt qurmuşdu. 2012-ci ildə ÇL qalibi “Çelsi” ilə Superkubok matçında (4:1) het-trik edən futbolçu dünya futbolunu lərzəyə salmışdı. Həmçinin futbolçu UEFA Superkuboku tarixində het-trik edən ilk futbolçu kimi də tarixə düşdü.

Və… pula satılan o an. 2013-cü ildə Fransanın əslli-köklü klublarından sayılan “Monako” yenidən əsas liqaya vəsiqə qazandı. Klubun sahibi isə milyarder, rusiyalı iş adamı Dmitri Rıbolovlev idi. O iş adamı ki, qızına ad günündə 200 milyon dollarlıq yaxta almışdı.

Kluba milyonluq transfer sərmayəsi yatıran iş adamının ilk bombası məhz haqqında bəhs etdiyim Falkao idi. “Knyazlıq klubu” Falkao üçün ispanlara 60 milyon avro pul ödədi. Klubun rəsmi saytına müsahibə verən rus biznesmen Falkaonun kluba gətirdikləri üçün xoşbəxt olduqlarını və hücumçunun “Monako”da da uğurlu olduğunu qeyd elədi. Həmçinin onu da qeyd edək ki, Falkao 5 illik müqavilədən illik 16 milyon avro qazanacaqdı. Yəni 5 ilə 80 milyon.

İlk mövsümdə çıxdığı 20 oyunda 11 dəfə fərqlənən hücumçu fiaskoya uğradı. Düzdü, Falkao portuqal, ispan futbolundan sonra fransız futboluna öyrəşə bilməzdi. Amma bu ona haqq qazandırmır. Əsl qoleador geyindiyi formanın haqqını verməlidir.

Növbəti sezonda isə Falkao icarə əsasında İngiltərəyə köçdü. “Qırmızı şeytanlar” kolumbiyalını 1 illik icarəyə götürdülər. İngilislər bunun üçün qarşı tərəfə 6 milyon avro ödədilər. Müqavilədə qeyd olunmuşdu ki, ingilislər istəsələr 45 milyona Falkaonun tam satıaalma opsiyonu ilə birdəfəlik heyətinə qata bilərdilər. Amma sən saydığını say, gör Lui Van Qal nə sayır?

Heyətdə Van Persi, Runi kimi ustalar olan klubda Falkaonun işi daha da yüngülləşəcəkdi. Amma karyerasını “Monako”da aldığı və onu DÇ-2014-dən kənar qoyan ciddi zədə ilə öldürən futbolçu İngiltərədə də uğursuz oldu. 15 matç və 4 qol. Müqaviləsi bitər-bitməz Fransaya yollanan futbolçu hal-hazırda “Monako”nun futbolçudur.

Amma hər halda ümidini üzməsin. Bəlkə də onun taleyində “Monako” varmış və bu klubda nəsə edə.


Davamı →

Dünya futbolunun mühüm "come back" yəni geridönüşləri

  • Futbol

Qol futbolun bəzəyidi. Bəzi matçlarda qolsuz bərabərlik (0:0 hesabı — red.) rəqiblərə 1 xal qazandırsa da, azarkeşlərə bir o qədər də xoş təəssürat vermir. Bəzi matçlarda isə bir-birinin ardınca vurulan qollar stadiona gələn azarkeşləri coşdurur və stadionda əsl futbol abu-havası yaranır. Fan-klubların, oyuna tək gələn sadə amma qatı futbol azarkeşi olan insanlar belə qolları gördükcə coşurlar və bu qolları coşğunluqla qeyd edirlər.

Bu dəfə Sizlərə futbol arenalarında qeydə alınan, hələ də azarkeşlərin yaddaşlarından silinməyən «come back» yəni məğlub ola-ola sonradan qollar vuraraq matçın nəticəsini dəyişəcək oyunlardan məlumat verəcəm. 


Ardı →

Əvvəl uşaqların atası, sonra uşaqlar!

Hər bir qadın üçün əri — onun yavəri və dayağıdır. Heç kim də əri üçün arvadından daha vəfadar və ürəkyandıran olmaz. Qoymayın ki, mehribanlıq bağları başqa probelmlərə görə sarsılsın. Çünki bir gün görəcəksiniz ki, bu bağlar qılırmış və sizin aranıza böyük bir fasilə düşmüşdür.

Evliliyimizin ilk günlərində niyə bu qədər bir-birimizi başa düşür və bir-birimizə qarşı diqqətli oluruq? Çünki biz bir-birimizi tanımağa və bir-birimizi sevindirməyə çalışırıq. Ancaq həyatda başqa bir sevinclə üzləşən kimi həyat yoldaşımızı yaddan çıxardırıq. Soyuq olmaq, uzaqlaşmaq, bir-birinin yanında susaraq oturmaq yavaş-yavaş bizləri əlçatmaz yerlərə aparar ki, dönməsi çətin olar.

Əvvəl uşaqların atası, sonra uşaqlar! Uşaqlara ərindən daha diqqətli olmaq səhvini adətən qadınlar edir. Ancaq ərləri əksər hallarda analarını övladlarından üstün hesab edərlər.

Həyat yoldaşları ilə rabitələrinin necəliyi övladları ilə rabitəyə təsir qoyar. Hər nə qədər həyat yoldaşı ilə rabitəsi yaxşı olar, övladları ilə rabitəsi yaxşı olar.

Ancaq qadınlar belə deyildir. Dünyaya gələn körpəsi bir qadın üçün o qədər sevimli və əzizdir ki, onu ətrafdakı bütün insanlara qarşı biganə və laqeyd edir. Əlbəttə, övlad tərbiyəsi çox mühümdür. Ananın çox vaxtını alır. Ancaq bu amil bir qadının ərinə qarşı soyuq rəftar etməsinin səbəbi ola bilməz. Uşaqlar gərək öz valideynlərindən örnək alsınlar. Gələcəkdə layiqli həyat yoldaşı olsunlar.

Güman etməyin ki, əgər vaxtınızın hamısını uşaqlarınıza fəda etsəniz, uşaqlar ancaq sizi sevəcəklər. Həyat yoldaşınıza yer qalmayacaqdır. Və düşünməyin ki, bu zaman fədakarlıq etmiş olarsınız. Əksinə, bu yolla övladlarınızı özünüzdən asılı hala gətirərsiniz. Özünüz də bu hala adət etdiyiniz üçün, övladlarınıza gələcəkdə əlavə narahatçılıq yaradarsınız.

Onlar sizdən axır-əvvəl qaçacaqlar. Orta yaşa çatan zaman həsrət sizi bürüyər, peşman olarsınız. Övladlarınız evlənər, sizi sevmələrinə baxmayaraq, onların diqqəti yeni həyatlarında olar. Sizin yanınızda isə boş yerdən başqa bir şey qalmaz. Bəli, bu, sizin vəfasızlığınızın nəticəsidir.

Ona görə də ayıq olun və o zaman ki, hiss etdiniz ki, həyat yoldaşınıza səbriniz çatmır, bütün səylərinizi uşaqlarınıza verirsiniz, bir qədər dayanın və düşünün. Rəftarınızı düzəltməyə çalışın. Əgər rəftarınız dəyişərsə, bu zaman irəli gedə biləcəksiniz.

Səbəbsiz yerə həyat yoldaşınızda eyb axtarmayın. Bu eyblər əvvəllər də onda olmuşdur. Ancaq tənha olan zaman bu eyblərə çox da diqqət etmirdiniz. Həyat yoldaşınızdan soyumağınız sizi eyb axtarmağa vadar edir. Fərz edək ki, bəli, onun eybləri vardır, bəs bu eyblər onu buraxmağınıza gətirib çıxartmalıdırmı? Bu nə sizin xeyrinizədir, nə də övladlarınızın. Çalışın ki, məhəbbət və mehribanlıqla bu işi yoluna qoyasınız. Bu yükün altından qaçmayın.

Bəzən uşaqlarınızı bir yerə qoyub, həyat yoldaşınızla bir yerdə bayıra çıxın və evlilliyin ilk günlərində olduğu kimi bir yerdə addımlayın. Əgər həyat yoldaşın filmə baxırsa, yanında oturun, əgər boşdursa, üzbəüz oturub söhbət edin. Özünüz haqqında və keçmiş şirin xatirələrdən danışın.

Həyat yoldaşınızı yaddan çıxartmayın və onun üçün yaşamağa çalışın.


Davamı →

Çox düşündürücü hekayə

Bir gün bütün duyğular bir yerə yığılıb gizlənqaç oynayırdılar. Yəni Düşüncəsizlik, Xoşbəxtlik, Kədər və Eşq. Danışırlar ki kim birinci axtaracaq? Düşüncəsizlik heç düşünmədən deyir mən və saymağa başlayır. 98, 99, 100 açır. Hamı gizlənmişdi. Xoşbəxtlik suyun içinə girmişdi. Kədər ağaca çıxmışdı, Eşq özünə yer tapa bilmirdi. Artıq gec olduğunu görüb özünü tikanlığa atır. Düşüncəsizlik gözünü açır, xoşbəxtlik xoşbəxtlikdən suyun içindən çıxır tapılır, Kədər isə o qədər üzülür ki, ağacda dayana bilmir tapılır. Sıra gəlir Eşqə, çox axtarırlar Eşqi. Birdən bir qışqırıq səsi eşidirlər, hamısı qorxurlar, görürlər ki, səs tikanlıqdan gəlir. Hamısı qaçırlar tikanlığa tərəf. Görürlər ki, tikanlıqdan çıxan Eşqin gözlərindən qan gəlir, təmiz qanın içindədi. Nə oldu deyə soruşanda? Eşq: Tikan batdı deyə cavab verir. Düşüncəsizlik, düşünmədən deyir ki, mən sənin gözün olaram. Elə o zamandan Eşqin gözü kor olur, Düşüncəsizlik isə Eşq-in gözü olur. Ona gorə də insan çox zaman düşünmədən Aşiq olur.
Davamı →

Minnətdaram Allahım

Bir gün mən dükanların birində alış-veriş edirdim. Birdən bir uşağın kassanın önündə dayanıb satıcı ilə söhbətinin şahidi oldum. — "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" — satıcı uşağa deyirdi. Uşaq isə boynunu büküb yenidən pulunu əlində saymağa başladı. Mən kassaya yaxınlaşanda, «Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?» — deyə məndən soruşdu… Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, «Bəli əzizim, sənin bu kuklanı almağa pulun çatmır» dedim. Uşaq hələ də kuklanı əlində tutub dayanmışdı. Mən alış-veriş edib dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. «Sən bunu kimə almaq istəyirsən?» deyə soruşdum…
Davamı →

Həyata təkcə öz pəncərənizdən baxmayın

-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür… -Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?.. -Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi? -Bu necə sualdır,əlbəttə edirik. -Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü? -Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq.
Davamı →

Azərbaycan şəhidinin halvası

Azərbaycan xalqının 20-illlik problemi olan, lakin bu problemi görməzdən gələn Azərbaycan xalqının problemindən danışmaq istəyirik.


Hamı 20 ildir Qarabağ probleminin həlli yolunda “çıxış yolu” axtarır. Və indi mən də başlasam çıxış yolları göstərməyə, bu zaman 20-illik problemə görməzdən gələnlərdən birinə çevrilərəm.


Azərbaycan xalqına bir neçə sualımız olacaq. Biz Azərbaycan əsgəri üçün halva bişirib, qonşulara paylamışıqmı nə vaxtsa?


Bizim böyük problemimiz əldə olan imkanlardan doğru-dürüst istifadə etməməyimiz də deyilmi?


Ardı →