aran
Reytinq
+17.18
Güc
38.85

aran

avatar
Konfutsi: Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəli.
avatar
Müəəlim şagirdlərinə yenu heç nə verə bilmədikdə və uşaqların nüfuzunu qazana bilmədikdə həmişə sinifdə səs-küy baş verir. Belə olan halda kim isə daha aktiv olmalıdır və vəziyyətdən maksimum istifadə edir və özünü digər şagirdlərin gözündə qəhrəman kimi göstərir. İlk növbədə zəiflik həmin müəllimdədir. Artıq əlindən heç nə gələ bilməyən müəllim öz dxilindəki qəzəb və emosiyanı o sözü deməklə boşaldır. Amma, elə də ola ki, şagirdlərin çoxu bir müəllimin fənnini zəif bilər, müəllim peşəsinin ustası olanda, şagirdlərin hörmət və nüfuzu qazananda müəllim 45 dəqiqəni ələ ala bilir vəziyyət tamam başqa olur. Qızın gələcəkdə nələrə nail olması bir ümiddir. Məktəb illərində dələduz, pis oxuyan, heç nə ilə fərqlənməyən o qədər şagirdlər olub ki, sonradan nələrə nail olduğunu hamımız eşitmişik. Müəllimin, ondan çox şey gözləyən öz qızına, öz bacısı, qardaşı, qnşusu, qohumu… qızına belə söz deməsi yaxşı hal deyi. Müəllim də bu cəmiyyətdən çıxıb, göydən düşməyib. Bu cəmiyyətdə yaxşı da, pis də hamısı bizimdir. Sərhəddən kənardan baxanlar bizi bir gözlə görürlər.
avatar
Müəllimlik peşəsi ən çətin peşələrdən biridir. Hər bir dərsi maraqlı etmək üçün gərgin çalışmaq lazımdır. Müəllimin vəzifə borcu Azərbaycan üçün vətəndaş yetişdirməkdir, «qoyun» yetişdirmək deyil. Açıqlanmadı o müəllim ö işinin öhdəsindən necə gəlirdi. Şagirdlər müllimin zəif yerini hamıdan tez tutr. Təkcə həmin qız, yaxud hamı öz «işində» idi. Hər bir müəllim həm öz tələbəsinə, həm də öz müəliminə qarşı daim hörmətlə yanaşmalıdır. Qabaqcadan proqnoz vermək çox çətindir gələcəkdə həmin giz hansı peşənin sahibi olacaq, yaxud necə ana olacaq, hansı azəri övladlarını tərbiyə edəcək. Gələcəkdə həmin qız da öz növbəsində düşünə bilər ki, həmin müəllim öz işinin öhdəsindən gələ bilmədi, bizə nə elmdən, nə də mənəviyyatdan heçnə verə bilmədi?
avatar
Referat yazmaqda biza çox köməyi dəydi. Sağ olun! Bizim üçün stolüstü kitabçaya çevrilib.
avatar
Hətta bitkilərə də musiqinin təsiri olduğu müəyyənləşdirilmişdir. Elə bitkilər var ki, bitki üçün «xöş» musuqi onların məhsuldarlığına müsbət təsir təsir edir. Bitkilər üçün də «xoş» olmayan müsiqilər də var.
avatar
Hətta bitkilərə də musiqinin təsiri olduğu müəyyənləşdirilmişdir. Elə bitkilər var ki, bitki üçün «xöş» musuqi onların məhsuldarlığına müsbət təsir təsir edir. Bitkilər üçün də «xoş» olmayan müsiqilər də var.
avatar
Məncə narahatçılığın və uğursuzluğun səbəblərindən biri də pessimist olmaq və ümidi itirməkdir. Optimist admlar həmişə ən çətin vəziyyətdən çıxış yolu axtarır, çıxış yolunu da tapır. Bütün bunlar burada cox aydın yazılmışdır.
avatar
Texniki səhv: İnsan ürəyi gundə orta hesabla 100000 dəfə döyünür. 75x24x60=108000
avatar
Mən belə qənaətə gəldim ki, adam birinci hər şeyə ruhən hazırlaşmalıdır. Ruhu daha çevik olmalıdır. Ruhi ətalətlilikdən çıxmaq lazımdır. Sağlamlıqdan başqa nə var-dövlətin, karyeran varsa onu da itirməyə hər gün hazır olmalısan. Onlar haqqında fikirləşmək lazım deyil. Yalnız, bu günkü işi haqqında düşünməli və onu mükəmməl görməyə çalışmaq lazımdır. Hər gün belə etsən yenidən hər şey özü səni tapacaq.
avatar
Fikirləşməyin ki, şərh yazılmırsa sizin yazı oxunmur və ondan heç kəs istifadə etmir. Sadəcə əlavə ediləcək söz tapılmır. Davamını gözləyirik.
avatar
Qızın ayaqqabısı hər ikisi sol tayıdır və ayaq pəncəsi də sol pəncədir. 
avatar
2ral tamamilə siz haqlısınız. Artıq bizdə (.....) bütün bərk gedən vəzifələr bir obaya məxsusdur. Həmin obanın başçısı yuxarıda çox yüksək yer tutur. Hər şeyi yalnız o həll edir. İstedad, bacarıq, səriştə heçnə kömək etmir. Başqaları heç o yerləri yuxuda da görə bilməz.
avatar
Əsrlərin sınağından çıxan kitablar da var. Heç də onu çoxları oxmur.
avatar
Sözün düzünü zarafla deyilər…
avatar
Dünən bir yuxu, sabah isə bir şans…
Kiminsə bu mövzuya müraciət etməsini çoxdan ğözləyirdim. Ardını səbirsizliklə gözləyirəm! 
Məndə rus dilində var. Azərbaycan dilində də oxumaq istəyirdim.
avatar

İnsan münasibətləri sahəsində Amerkikanın ən görkəmli mütəxəssisi Deyl Karneginin şərhi:


Əgər sizdə uşaqları… tənqid etmək arzusu meydana çıxarsa, elə düşünürsünüz ki, mən deyəcəyəm: tənqid etməyin. Ancaq mən belə etmirəm. Sadəcə olaraq demək istəyirəm: siz uşaqları tənqid edərkən Amerika jurnalistikasının klassik əsərlərindən biri olan “Atanın peşmançılığı”nı oxuyun.


“Atanın peşmançılığı” səmimi ruh yüksəkliyi dəqiqələrində yazılmış, böyük miqdarda oxucunun ürək tellərinə toxunan kiçik əsərlərdən biridir və tez-tez çap olunur. Kiçik əsərlər bəzən ağılasığmaz müvəffəqiyyət qazanır. “Atanın peşmançılığı” məhz belə olmuşdur.
Əgər ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə,  heç kimi tənqid etməyin.
avatar
Deyilənə görə hərdən təmiz araq az miqdarda sağlamlığa ziyan getirmir. Qan damarlarını genəldir, qan  dövranını yaxşılaşdırır. Həzm prosesinə də yaxşı təsir edir. Düzdü, spirtin yanması nəticəsində qanda karbon qazının miqdarı artır. Yaxşı araqları bizdə çətin tapmaq olar. 15-20 manatdan ucuz araqlar zərərlidir. Arağı yaradanlar məsləhət görürlər ki, arağı dana ət və duza qoyulmuş xiyar tuşusu ilə içmək lazımdır. Hətta az miqdarda araq içməyi xeyri barədə təcrübə aparan həkimlər də var. Elə düşünməyin ki, mən araq aludəsiyəm. Amma kiçik dozada sağlam adama zərər verməz.
avatar
Franklin Delano Ruzvelt ABŞ-ın yeganə Prezidentidir ki, 4 dəfə seçilib.
avatar

Maraqlı mövzu olduğuna görəadam yenidən bu mövzu haqqında danışmaq istəyir.
Rezerford atomun planetar modelini kəşf etmək üçün on ildən çox vaxt sərf etdi. Alfa sərrəciklərinin qızıl folqadan səpilməsi təcrübəsinin 20 minəyaxın foto şəkilini çəkdi vəaraşdırdı. 1900-cu ildəbaşladığı işi 1913-cü idətamamladı. Bu xidmətinəgörəNobel mükafatına layiq görüldü.Adamda nə qədər inadkarlıq olarmış?



avatar
Yazılarınız həmişə məni düşündürən, narahat edən fikirlərdir. Oxumaq çox xoşdur. Lakin, öz ideyalarını əzmkarlıqla həyata keçirən hər bir adam bir çox sadə və həmçinin iş admları ilə münasibətdə olmalıdır. Uğur qazananların bir şəxsi keyfiyyətlərini qeyd etmək istərdim. Onlar həmçinin insanlarla münasibət qurmağın da qaydalarını biliblər. Məsələn Avraam Linkiln gəncliyində İndiana ştatındakı Picon-Krik vadisində yaşayarkən ətrafdakıları nəinki tənqid edirdi, həm də onları lağa qoyan məktublar yazıb yollara səpələyirdi.
Linkol 1842-ci ilin payızında «Sprinqfid cornel» qəzetində dərcolunmuş imzasız məktubunda şöhrətpərəst siyasətçi Ceyms Şilds adlıirlandiyalını çox qəzəblə lağa qoydu. Bütün şəhər qəhqəhə çəkdi. Şilds məktub müəllifini müəyyənləşdirdi və Linkolunu duelə çağırdı.Linkolun savaşmaq istəmirdi. Lakin çağrışdan yayına bilmədi. Əlləri çox uzun olduğu üçün süvari qılıncını seçdi və qılıncı işlətmək barədə bir necə dərs aədı. Lakin onların şahidləri son dəqiqədə işə qarışıb dueli dayandırdılar.
Bu, Linkolunun həyatında ən kədərli epizod olmuşdu və adamlarla rəftarda onun üçün əvəzsiz dərs rolunu oynamışdır. Bundan sonra sonra Linkoln heç vaxt heç kəsi nədən ötrüsə tənqid etməmişdir.