asel
Reytinq
+207.63
Güc
1291.19

asel

Güzgülər

1.Hamilə, zahı qadınlar güzgüyə yalnız səhər və günorta baxa bilər.Axşam qəti olmaz ,yoxsa şər qüvvələrin hücumuna məruz qalarsız...


2.Yeni doğulmuş körpəni altı aylığına kimi güzgüyə yaxınlaşdırmağa icazə vermirlər ona görə ki… uşağın bəsirət gözü o vaxta kimi açıq,aura qatı zəif olur. Uşağın ruhunu güzgü apara bilər,yaxud da uşaq gec dil açıb,gec yeriyər…
Ardı →

Bəs niyə unuda bilmirəm səni?

 

Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?

Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?

Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.

Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.

Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.

                                                 Xuraman Vəfa
Davamı →

Bayraqla düzmü davranırıq?

Ətrafda bayrağımızın rəngləri ilə bəzədilən hər nə desən görmək olar. Dirəklər, səkilər, hətta skamyalar.

     Elə hey aydınlaşdırmağa çalışıram ki, bu, üçrəngli bayrağa olan məhəbbətin ifadəsidir, ya yox. Xalq Artisti Aygün Kazımovanın yayımlanan klipindən sonra bu məsələ mənim üçün daha da anlaşılmaz oldu. Futbolu təbliğ edən klipdə rəqqasə qızlar Azərbaycan bayrağından bir qarış paltar geyinib, o ki var tullanıb düşürlər.Bayraq müqəddəsdir. Bizim üçün ələlxüsus. Çünki biz onu 70 illik əsarətdən sonra yenidən ucalda bilmişik.


Ardı →

Ay təzə gəlin

 

Qədəmin xoş olsun,ürəyin təmiz
Qəlb açsın söhbətin ay təzə gəlin.
Başı uca etsin,ürəyi məğrur
Qayğın,məhəbbətin ay təzə gəlin!

Gün kimi aydın ol,sən parla,yaşa
Baharsan,həmişə baharla yaşa.
Qeyrətlə, qürurla,vüqarla yaşa
Deyilsin ismətin ay təzə gəlin!



Həyatı,sevgini sanma oyuncaq.
Yaşa öz eşqinlə,andınla ancaq.
Bizim qədirbilən bu qədim ocaq
Qoy olsun şöhrətin ay təzə gəlin!

Sev ürək dostunu,can sirdaşını
Ana ol bu evdə ağart başını.

Görək yüz yaşını,yüz on yaşını
Olmasın möhnətin ay təzə gəlin!  

 
                                                                                                                          Adil Babayev.


Davamı →

Kişi kimi kişi

         “Qadının yanında söz danışmayın? Hulqumu yoxdur”. Anlaşılan dillə desək, xanımlar emosionaldır. Hər hansı hissə qapılıb sözünü saxlaya bilmir. Keçmişdə belə deyərdilər. İndi  tam fərqlidir. 

        Emosionallıq da, hulqumsuzluq da indi kişilərin azarına çevrilib. Üstəlik qeybət edən, gileylənən, xəbər daşıyan kişilərin də sayı artıb.Qısacası, qadınların başı ailə saxlamağa, bəzi kişilərinki isə söz-söhbət yaymağa qarışıb. Hərdən adam xoflanır. Cəmiyyətdə dəyişkənlik baş verir? Qohum-əqrəbada küsülünü barışdıran, ehtiyacı olana əl tutan, yetimə yiyəlik edən, bir kəlməsi ilə qan bağlayan buxara papaqlı, əli təsbehli kişilərimiz niyə yoxa çıxıb?  Yerini araqızışdıran,  ev yıxan, yetimin malına göz dikən “kişilər” tutub. Yoxsa bu da avropalaşmaqdır? Əgər belədirsə, onda vay bizim halımıza. Çünki böyüyən uşaqlar əsl Azərbaycan kişisinə xas keyfiyyətləri yadırğayacaqlar. Axı, onlar böyüdükdə ucqar rayonlarda qalan tək-tük buxara papaqlı, sərtbaxışlı, sözü kəsərli kişilər də qalmayacaq. Onda doğrudan da halımız xarab olacaq. Övladlarımız kimə baxıb tərbiyələnəcək? Kimi təqlid edib böyüyəcək?Düşünək. Və çalışaq ki, hərəmiz evimizdə heç olmasa bir kişi kimi kişi böyüdək. Buxara papağı olmasa da olar. Əsas odur ki, aslan kimi ürəyi olsun. Ürəyi olsun ki, ürəklərdəki torpaq həsrətini söküb ata bilsin. Bax, bizim belə kişilərə ehtiyacımız var. Əgər hər şeyi Qərbin, Avropanın ümidinə qoysaq, onlar bizə özləri kimi kişi tərbiyə edəcəklər. Elə kişi ki, bir məsələyə iki yanaşma sərgiləsin, elə kişi ki, bir yox, bir neçə üzü olsun. Elə kişi ki, söz xətrinə söz desin. Necə ki, illərdir  Qərbin müxtəlif statuslu, müxtəlif rəngli kişiləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kəsəri olmayan min bir bəyanat səsləndirirlər.  Bizə kişi kimi kişi lazımdır!
Davamı →

Hörmət edinki hörmət görəsiniz!

Buyurun, əyləşin! “Çox sağ ol, oğlum” və ya “Allah razı olsun, qızım”. Yaxın keçmişdə bu ifadələri tez-tez eşidirdik.İctimai nəqliyyatda daim kiçiklər böyüklərə yer verərdi. Mənzərə isə belə olardı. Böyüklər oturur, kiçiklər isə ayaq üstədir.Son vaxtlar daha çox başqa mənzərəni müşahidə edirəm: Kiçiklər oturur, böyüklər ayaq üstədir.

Heç qulağıma “buyurun, əyləşin”, ”çox sağ ol, oğlum və ya qızım” sözləri də dəymir. Nə baş verir? Niyə gənclərimiz ayaq üstə, ayıq-sayıq yox, yarıyuxulu oturaqlı vəziyyətdədir? Bəzən elə ən böyük problemlər xırda hesab edilib diqqət ayrılmayan məsələlərdən doğur; ciddi xəstəliklər adi soyuqdəymədən, böyük oğurluqlar kiçik yalanlardan, pis vərdişlər əhəmiyyət verilməyən alışqanlıqlardan qaynaqlanır.


Ardı →

Həyatımızın tarazlığı

Bəzən xırda bir əngəl həyatımızın tarazlığını poza bilir. O qədər çarəsiz bir vəziyyətdə ola bilərik ki, burdan çıxış yolu tapa bilmərik.Əslində isə o kiçik maneənin bizim həyatımıza, altına girdiyimiz yükə dəxli yoxdur. Sadəcə ondan asılı olduğumuz üçün yaranan situasiya bizi çaş-baş qoyur.
 
 “Nu poqadi” cizgi filmində belə bir epizod var: canavar özünə güvənərək ağırlığı qaldırmağa cəhd edir. Nəticədə, o, bunu bacarır. Lakin haradansa uçub gələn və ağırlığın üstünə qonan kəpənək ona mane olur, tarazlığı pozur. Bu zaman canavar gülünc vəziyyətə düşür. Artıq onun üçün ağırlıq yox, haradansa gəlib çıxan kəpənək önəmli yer tutur. Böyük işin altına girdiyinin fərqində olmadan  canavar özünü çıxılmaz bir vəziyyətin pəncəsinə atır. Artıq onun üçün uğurun tək səbəbi kəpənəyi oradan uzaqlaşdırmaqdır. Canavarın seçimi bizə gülünc gəlir. O, kəpənəyi uzaqlaşdıraraq ağırlığın öhdəsindən gələcəyini düşünür və nəticədə güc-bəlayla qaldırdığı ştanq əlindən düşür. Kəpənək isə artıq işini bitirmiş kimi oradan uzaqlaşır.
Ardı →

Qadın haqları

İslam dinində qadın və kişiyə insan yönümündən yanaşılır. 

Bu barədə Nisa surəsinin 32-ci ayəsində yazılır: 

“ Allahın birinizi digərinizdən üstün tutduğu, birinizə digərinizdən artıq verdiyi şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandiqlarından öz payı vardır “.


Ardı →

Səhər yeməyinin QARA SİYAHISI

   Bəzən olur səhər yeməyini yemirik, bəzənsə düzgün olan qidanı qəbul etmirik. Bu gün rastladığım bir məlumatı sizinlə paylaşmaq istəyirəm. 

İnsanın səhərlər yediyi qidalar onun sağlamlıq vəziyyəti baxımından mühüm rol oynayır. Dietoloqların fikrincə, səhərlər acqarına yeyilməsi qadağan olunan məhsulların «qara siyahısı» mövcuddur. 


Ardı →