asel
Reytinq
+207.63
Güc
1291.19

asel

Ev üsulu lahmacun

Tərkibindəkilər:

Xəmiri:
250 qram un
1 stəkan yarım su
1 çay qaşığı maya
1 çay qaşığı duz

İçliyi:
200 qram qiymə
2 ədəd pomidor
1 ədəd böyük soğan
2 ədəd yaşıl bibər
Cəfəri
4 diş sarımsaq
1 çay qaşığı tamad

Hazırlanması:
İçliyi hazırlamaq üçün soğan, sarımsaq, pomidor, cəfəri, bibəri çəkin sonra qiyməyə əlavə edib qarışdırın.


Ardı →

Qan azlığını aradan qaldıran içki

Qan azlığı ilə mübarizədə kərəviz və ispanaq suyu çox effektli nəticə verir. Belə ki, Türkiyənin tanınmış mütəxəssisi Saraçoğlu ispanaq və kərəviz suyu ilə bir çox xəstəni müalicə edib.

Ərzaqlar və hazırlanamsı: 
250 qram təzə ispanaq və 200 qram qabığı soyulmuş kərəviz

Qaynamış və xlorsuz olan 1 l suyun içinə 200 qram nazik doğranmış kərəvizi atın və ağzını bağlayın. Az odda 10 dəqiqə qaynadın. 10 dəqiqədən sonra üzərinə 250 qram ispanağı əlavə edib yenə ağzını bağlayın və 5 dəqiqə gözləyin. Sonra soyumasını gözləyin. 

Soyuduqdan sonra suyunu süzün və şüşə qaba boşaldın. 
Səhər ac qarına və ya səhər yeməyindən bir saat sonra bir stəkan için. Bu suyu 15 gün ərzində səhər və axşam hər gün için. 15 gündən sonra 10 gün fasilə verin. 10 gündən sonra yenə 15 gün səhər və axşam ispanaq və kərəviz suyunu içməyə davam edin.

Müalicə müddəti 30 gündən sonra bitir. 
Kərəviz-ispanaq suyu 15 gün fasilə vermədən tətbiq edilməlidir. İşlətdiyiniz şüşəni mütləq soyuducuda saxlayın. Heç vaxt 1 litrdən çox hazırlamayın. Çünki 1 l iki gün üçün nəzərdə tutulub və müalicəvi təsiri 48 saatdan sonra itir. 


Davamı →

Üzdəki qara nöqtələr və ləkələrin çarəsi

Qara nöqtələr və üz bölgəsində yaranan ləkələrdən qurtulmaq üçün təbii mənşəli maskalar öyrənmək istəyirsinizsə, xəbərin ardını oxuyun…
Üzümüzdəki məsamələrdə yaranan qara nöqtə və ləkələr tamamilə təbii üsullarla hazırlayacağınız üzə qulluq maskası ilə yox olacaq. Üz bölgəsində yaranan qara nöqtə və ya ləkələr üçün hazırlaya biləcəyiniz təbii maska reseptini təqdim edirəm:
Bir çay qaşığı qatığa 8-10 damcı limon sıxıb, bu qarışığı üzünüzə maska kimi sürtün. 1-2 saata qədər üzünüzdə qatığın qurumasını gözləyin və qatıqlı maska üzünüzdə quruduqdan sonra ilıq suyla üzünüzü durulayın. 

Bu qarışıq həm qara nöqtələr üçün, həm də ləkələr üçün çox təsirli və tamamilə təbii bir vasitədir.


Ardı →

Möcüzəvi vasitələrlə saçlara qulluq

Yazda saçlarınız tökülürsə, bu qidalardan mütləq istifadə edin. Onlar sayəsində həm gözəlliyinizlə insanları valeh edə, həm də sağlam saçlara qovuşa bilərsiniz. 

Bal: bal dəri və orqanizm üçün faydalı olduğu kimi saçlar üçün də faydalıdır. Bal saçdakı nəmi artırır və saça hopur. Yuduqdan sonra saçınızın nə qədər yumşaq olduğunu özünüz də görəcəksiniz.

Düyü: uzaq şərq mətbəxinin zəngin qidası olan düyü, saçları dolğunlaşdırır. Bir qab düyünü suda isladın və səhərə kimi saxlayın. Səhər suyu süzdükdən sonra bir sprey qaba tökün. Saçınızı qurutduqdan sonra bu spreydən sıxın. 

Alma sirkəsi:  Alma sirkəsi möhtəşəm parladıcı təsirə malikdir. Şampunla saçınızı yuduqdan sonra saçınızı bir qədər alma sirkəsi ilə durulayın. Saçlarınız çox parlaq olacaq. Lakin bunu boyanmış saçlara etmək olmaz. 

Nanəli çay: 5 ədəd nanaəli çay paketini dəmləyin. Soyumağını gözləyin. Sonra isə saçınızı şampunlayıb yuyun. Sonda isə saçınıza nanəli çayı tökün. Nanə saçınızdakı artıq yağ miqdarını ortadan qaldıracaq. 

İtburnu çayı: İri və dolğun saçlara sahib olmaq üçün itburnu çayını dəmləyim və üzərinə eyni miqdarda zeynut yağı əlavə edib yaxşıca qarışdırın. Alınan məhlulu boş şampun qabına əlavə edin. Səhər bu qarışığı saçınıza çəkib darayın. 10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Saçlarınız həm dolğun, həm də dalğalı olacaq.
Davamı →

Zebra keksi

Tərkibi:
4 yumurta
1 stəkan (250 qram) şəkər tozu
1 stəkan (250 millilitr) süd
1 stəkan (250 millilitr) bitki yağı
2  stəkan (250 qram) un
1/3 çay qaşığı vanil tozu
1 çay qaşığı soda
2 xörək qaşığı tünd kakao tozu


Ardı →

Dəriyə qulluq | Maskalar

Normal və qurumağa meyilli dəri üçün:maskalar
1 şirniyyat qaşığı bal və 2 qaşıq qaymağı möhkəm qarışdırıb gözlərinizin ətrafına və üzünüzə vurun. 20 dəqiqə saxladıqdan sonra yuyun.

Qırışlar üçün:
1 çay qaşığı balı, 1/2 hissə kökü, 1 ədəd yumurtanın sarısını və 1 qaşıq badam yağını bir yerdə qarışdırıb üzünüzə vurun və yarım saat gözlədikdən sonra yuyun.

Dərini canlandırmaq üçün:
1 ədəd qaynadılıb əzilmiş kartof, azca təzə süd və 1 ədəd yumurtanın sarısını qarışdırıb püre halına gələnədək ilıq halda üzünüzə sürtün və 20 dəqiqədən sonra yuyun.


Ardı →

Namaz haqqında 40 incəlik

1-Namaz behiştə gedənlərin tacıdır.
2-Namaz qeyb aləminə açılmış bir pəncərədir.
3-Namaz yerdən göy aləminə pərvaz etməkdir.
4-Namaz insanın Allahın rəhmət süfrəsində oturmasına səbəb olur.
5-Namaz dini abadlaşdırır.
6-Namaz xoşbəxtlik iksiridir.
7-Namaz insanı xilqətlə eyni ahəngdə edir.
8-Namaz yerlə göy arasında bir körpüdür.
9-Namaz Allahla dostluğu davam etdirməkdir.
Ardı →

Maraqlı elmi mübahisə

İmam Sadiqlə (ə) hindistanlı bir nəfərlə tibb barədə söhbəti.

Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, hindistanlı kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdullah! Mənim yanımda olanlardan bir şey istəyirsən?

Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var.

Soruşdu: O nədir?

Buyurdu: İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu əncam verirəm. Bilirəm ki mədə bütün dərdlərin evi və pəhriz etmək təkcə dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm.

Hindistanlı kişi dedi: Bəs tibb bundan başqa bir şeydirmi?

İmam Sadiq (ə) soruşdu: Bəs güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm?


Ardı →

Gözəl çanağa sahib olmaq üçün

Siz öz çanağınız və ombanızın ölçüsündən razısınızmı, əziz xanımlar? 
Razı deyilsinizsə, iki həftə ərzində onları bərk və elastik etmək üçün bu topikdəki pəhrizə əməl edin. 
Ombaları bərk etmək üçün qida rasionunuzdan spirtli içkiləri, qəhvəni və yağlı qidaları çıxarmalısınız. Meyvələrə keçin, xüsusilə qarpızdan istifadə edin. Hər gün yarım qarpız və yaxud yemiş yeyin və buna 3 yüngül qəlyanaltını əlavə edin: 150 qram  qızardılmış balıq, 1 soyutma kartof, qarışıq salat; yaxşı qızardılmış pomidorla 2 bifşteks, 1 xörək qaşığı qarğıdalı dənəsi; 50 qram istənilən şirinləşdirilməmiş lopalar, 1 pəhriz yoqurtu.

Məşqlər: kürəyi üstə uzanın, əllərinizi bədən ətrafında ovcunuz yerə tərəf olmaqla uzadın. Sol ayağınızı yuxarı qaldırın, dizdən bir balaca bükün və dizinizin döşəməyə dəyməsi şərti ilə onu sağ tərəfə aparın. Dizinizi asta – asta açaraq başlanğıc vəziyyətə qayıdın. Eyni məşqi sağ ayağınızla da edin. 10 dəfə təkrarlayın. Cinslərdən də ifrat dərəcədə istifadə etməyin, onlar bədən quruluşunu korlayır. 

Ardı →