bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

avatar
Əslində xəyanət elə bir şeydir ki ona səbəb çoxdur. Mənim sadaqladıqlarım isə sadəcə qadına xas olan bir qismidir.
avatar

Deyəsən burda aləm bir-birinə qarışıb, çaşdım lap. Məncə saytda bu budaq-budaq olan şərh sistemini yığışdırsalar əla olar. Hamı sadəcə olaraq şərh vasitəsilə kimə nə demək istəsə adını çəksin və desin, yoxsa belə adam çaşır. 2010-cu ilin ardınca 2011-in şərhi ardınca da yenə 2010-da kiminsə qeyd elədiyi başqa bir şərh...və beləcə uzanaraq davam edir; insanı bir az çaşdırır və gözü yorur.


P.S. Birincisi, Rene məndən nə üçün üzr istəyirsiniz? İkincisi də cavabında isə Cavid yazır ki «problem deyil» ))))))


Ay camaaat burda nə baş verir?

avatar
Bir də ki kimsə statusda hansısa faciəvi bir hadisəni, xəbəri paylaşır. Camaat da onu «like» edir. Yəqin ki bunu bəyənən həmin adamın bu hadisəni paylaşmasını bəyənir, amma mən belə statusdakı «like»-ları görəndə birtəhər oluram. Elə bil ki bunu bəyənənlər baş vermiş bu hadisəni bəyənirlər. Axı nəyini «like» edirsiniz?!
avatar

Belə insanlar və onların atdığı addımlar mənə daim güc verir.


Əlişir Nəvainin gözəl bir cümləsi var. Deyir ki, «səbri olan yarpaqdan ipək düzəltməyi və çiçəkdən bal çıxarmagı bacarar.» Bura «inamı və məqsədi olan» kəlməsini də əlavə etsək lap yerinə düşər.

avatar

Hamının şəxsi işinə qarışanları; uşağı olmayanları harda görsə bu haqda sorğu suala çəkənləri; qazanacağı pul naminə xəstəyə müqavilə bağladığı bir firma dərmanını yazan həkimləri; vaxtı keçmiş ərzaqları satanları və buna göz yumanları; mağazada paltar geyinib əgər bəyənmirsənsə sənə ağız-burun əyən, davranışında həddini aşan satıcıları; əsgərlikdə gənclərin, qardaşların ölməsinə, intihar etməsinə gətirib çıxaran səbəbləri; çox kök olan qadınların ifrat dərəcədə, pis görünən dar şalvar və qısa köynək geyinməsini; süniliyi üstün tutanları və s, və i.a.… qınayıram, qınayıram, qınayıram!

avatar
Tamamilə düzgün deyilib…
avatar
avatar
Bunu başa düşmək, dərk eləmək lazımdır. Bizlər bir çox şeylərdən ötrü özümüzü parçalayır, hətta çox vaxt bəxtimizin gətirmədiyindən, uğursuzluğumuzdan dolayı gileylənirik. Amma, xoşuma gələn bir fikir də var ki, əlində olmayanlar üçün üzülməkdənsə, əlində olanlar üçün sevinməli, şükr etməlisən!
avatar
Adamın dünyanı gəzəsi gəlir…
avatar

Azərbaycan dünyavi dövlətdir və dünyavi bir dövlətdə belə məsələ baş qaldırmamalıdır. Çünki dünyavi bir dövlət hər bir sakininin haqqını qorumaq məcburiyyəindədir. Belə bir məsələ isə onu göstərir ki, ortada haqq pozğunluğu var.


Bu gün hicaba qarşı olan rəyləri eşidəndə dəhşətə gəlirsən. Elə danışırlar ki, elə bir əxlaqsız bir məsələ müzakirəyə qoyulub. Təəssüflər.

avatar
Tərəflər bir-birlərinin qədrlərini bilsələr, ailənin də qədrini bilmiş olarlar. Dəyərlər (mənəvi dəyərlər) məhv olub gedir. Bunu anlamaq lazımdır.
avatar
Təbriklər...

Tətil, istirahət məni öz xoşumla kompüterdən, internetdən uzaqlaşdırdığı üçün yazılarım, işlərim hamısı təxirdədir. Hələ ki, kompa yaxın durmaq, internetdə dolaşmaq, yazmaq kimi həvəsim yoxdur. Dincəlirəm))) Bir az havalar sərinləşsin, inşallah o zaman yenə də yazacam…
avatar
«Gündə 2 stəkandan artıq çay içmək olmaz»   — evdə bir nəfəri kökəltmək istəyirəm, amma çətin ki o çaydan əl çəkə və bir də ki yumurta yeyə))
avatar
«500 bal toplamış uşaqların kənarda qalması ədalətli deyil məncə.» 
 
— Həm də heç ədalətli deyil. Pullu qeyd edənlər daxil olur, pulsuz qeyd edənlər isə qalır belə. Bu sistemlə heç razı deyiləm. 400-500 bal- bu lap yaxşı nəticədir ki, abituriynt tələbə adını qazanıb, ali təhsil ala bilsin.
avatar

İlk dəfə Peterburqda olandan orda gördüyüm növbə mənzərəsi məni elə heyrətləndirmişdi ki… Nə yalan deyim- içimdə hətta paxıllıq da yaranmışdı. Orda hər nə üçün olursa olsun mütləq növbə var. Mağazasından tutmuş, xəstəxanasına kimi. Avtobus dayanacaqlarında, metroda həmin «jeton doldurmaq» işi və s., və i.a. — hər yerdə sıra. Hər yaxınlaşan da soruşur ki, «sonuncu kimdir».


Hətta metroda vaqonların qapısı açılan zaman çöldəkilər kənara çəkilirlər ki, içəridəkilər rahatca çıxa bilsinlər. Bizdə isə təəssüf ki, belə hallara nadir hallarda rast gəlinir. Növbəllər yoxdur, camaat bir-birini əzib keçir. Çox üstəyrdim ki, bizdə də belə səliqə-səhmana fikir verilsin, insanlar birini əzməyib, bir-birlərinə yol versinlər. Növbələr olsun. Çox istədim, çox..

avatar

Xeyir. Mənim ali təhsilim yoxdur. Heç orta ixtisas da. Amma peşə litseyini orta ixtisasa aid etmək olarmı bilmirəm. Məncə yox. O peşədə təhsil aldığım sahə isə mühasibatlıqdır. Arzulamadığım bir sahə...


Hər halda öz üzərimdə çalışıram və istəyirəm ki, gələcəkdə bütün istədiklərimi həyata keçirmiş olum. Nə isə… hər kəsə arzu edəriəm ki, istədiklrinin ardınca getsinlər, mən yaxşı başa düşürəm ki, bu çox önəmlidir.

avatar

Hmm..nə olsa da heç nəyi geri qaytarmaq mümkün deyil. Amma Turala da qoşuluram, yenidən təhsil almaq, istədiyin sahyə yiyələnmək isə mümkündür. Oxumaq heç vaxt gec deyil.


Amma bilirsinizmi bəzən nə düşünürəm? Heç bir ixtisasa sahib olmamaqdansa arzu etmədiyin sahə belə olsa — bu yolda bilik artırmaq faydalıdır, xeyirlidir. Hər halda insan istəyirsə özünü daha da artıra bilər.


Bəlkə də uğur qazanmaq üçün universitet heç də şərt deyil. Amma təhsil, bilik heç vaxt ziyan verməz ki, xeyir gətirər. Biliyi isə insan istərsə qazana bilər. Universitet oldu, olmadı. Nə bilim, bəlkə də yanılıram… Bir həqiqətən var ki, nə istədiyini çox yaxşı bilməlisən.


P.S. Mənə çox maraqlıdır ki, sizcə mən hansı ixtisasa yiyələnmişəm?

avatar
Təəssüf, çox təəssüf ki, bu deyilənlər bu gününün həqiqətləridir. Bu işdə olanlar buna diqqətlə yanaşmalıdılar. Səhvlərdən, qaçmalıdılar, nə dillər topuq vurmalıdır, nə də yazılar səhv yazılmamalıdır. Xəzər TV-də xəbərlərdə Anarın aparcılığını bəyənirəm, amma orda bəzən alt yazılarda səhvlər olur. Amma 5-10 dəq sonra düzəldirlər. Silen_ce demişkən, bunlara əvvəlcədən göz gəzdirmək belə çətin işdir ki?
Ləhcə, bilməməzlik, «akcent» və nəticədə diqqətsizlik nitqə qarışdığı zaman böyük fəsadlara yol açır. O fəsadlar ki, cəmiyyətin diqqətinə buraxılır. Biyabırçılıq.

Mən özüm də jurnalistlərin, aparıcıların işləri haqqında bəzən yazılar yazıram. Ya öz fikrimi, ya da «Jurnalistikanın 10 qızıl qaydası» kitabından. Yeri gəlmişkən bu sahədə olan, dünən yerləşdirdiyim yazım: Aparıcının nitqi
Admin 2010-07-04 19:12:58 redakte edib
avatar
Təəssüf…
avatar
))) həə anladım, anladım))