bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

avatar
Tamailə razıyam. Təəssüf ki belədir. İnşallah hər kəs nə istədiyini yaxşı bilər və ailə üçün də, ixtisas üçün də öz istədiyinin dalınca gedər.
avatar
Maraqlıdır. Həyat çox maraqlıdır və maraqlı olan bu həyatda inkişaf da mütləqdir.
avatar
Birinci yer: Bakı üçü birində?! yazısı
avatar
6-cı yer də var idi. Bu yeri tutanlar mükafatlandırılmırlar. Bu yerə düz 6 yazı düşmüşdü, dediklərinə görə hər birində də 0.2 balı çatmırdı ki, beşliyə düşsün. Mənim yazılarımın ikisi də 6-cı yerdəydi. Düzünü desəm beşlikdə yer ala bilməsəmdə o qədər istifadəçi, o qədər yazı içində yazılarımın ikisinin də yer tutması məni sevindirdi.
avatar
xeyirli yağlardan da əlavə etmək olar.
avatar

Sizi başa düşürəm, amma vallah içki içmədiyi halda belə elə rəqs edənlər var ki, içənlər onların yanında qələt eləyər.


Bəli musiqi dinləməklə rəqs eləmək başqa başqa şeylərdir, amma sən ya bu musiqinin təsiindən, ya içkinin təsirindən ya da nə bilim hər nəyinsə təsirindən edirsən də bu rəqsi. Bu halda isə həmin "çərçivə məsələsi" meydana çıxır. (burda içgi istisnadır) Əslində çox şey insanın özünü necə aparmasından, ağlından, düşüncəsindən asılıdır. Ağlı olan öz rəftarına da, hərəkətinə də, rəqsinə də fikir verəcək.


Hər halda maraqlı fikirlərdir, hamınıza bölüşdüyünüz üçün minnətdaram, çünki bu məsələ mənim özümə də qaranlıqdır və bu haqda insanların fikrini bilmək və ən əsası da dərin bilgilərə sahib olmaq istərdim. Mənə qaranlıq qalan mövzulartda mənim də yalnışım ola bilər. Bunalara görə də yazılarımda, fikirlərimdə bir yalnışım, bir səhvim olarsa qüsuruma baxmayın.

avatar

Şadlıq sarayları və restoranlar...çox haqlısınız, bunda bizə çatann olmaz, nə şadlıq sarayında nə də ki, onun reklamında.


Hamısı da eyni tipli. Dəvətnamələri də mütləq eyni tipli olmalıdır. Dəvətnamələrdə mütləq maşın şəkli, zalların şəkilləri, süfrələr reklam olunmalıdır. Bir dəfə bir dəvətnamənin dizaynı üçün bir şadlıq sarayının sifarişi olmuşdu. Onun üçün çox gözəl, müasir, maşının şəkli, zalların şəkli olmayan dəvətnamə hazırlanmışdı. Amma onu qəbul eləməyib, mütləq ora şadlıq sarayının binasının şəklini də saldırdılar.


P.S. «bloqçu,Nolub az syə?» -anlamadım))

avatar
Hamınız çox sağ olun ki, yazılarımı qiymətləndirisiniz. Buna görə çox sevinirəm və minnətdaram.
avatar

Papatürkü təbrik edirəm :)


Məni də bu ayda da dəyərləndirdiyiniz üçün çox sağ olun, minnəttdaram. Ümumiyyətlə, reytinq, fəallıq, pul bir yana əgər yazılarım həqiqətən də maraqlı sayılırsa bu məni çox sevindirir. İnşallah yazmağa mənfi mövzular olmasın və bizlər də ancaq yaxşı mövzulardan bəhs edək… Hamıya uğurlar və xoş tətillər.

avatar
Bir sözlə, biyabırçılıq…
avatar
Azərbaycan zəngndir. Respublikamızın kimya sənayesi bol neft-qaz, xörək duzu, əlvan metal filizləri kimi xammal bazası əsasında inkişaf edir. Kimya sənayesi çox böyük ekoloji problemlər yaradaraq təbiəti ən çox çirkləndirən sənaye sahəsi olsa da bundan qaçmaq olmur. Çünki, bu da çox vacib sahədir. Hər halda siz demişkən zavodlarda müasir təmizləyici texnoloji avadanlıqları quraşdırmaqla bu problemləri həll etsələr lap yaxşı olar.
avatar
Həbsdəykən Ervinə icazə verilmişdi ki, vida üçün o xanımı Lyusi və oğlu Manfredlə görüşsün və bu görüş zamanı Ervin xanımı ilə vidalaşaraq deyir: «15 dəqiqə sonra mən ölmüş olacam!»
avatar

Allah hamıya gözəl, bərk ailə nəsib etsin və xoşbəxt eləsin.


«Tez-tez doğan və sevən qadınlarla evlənin.» — Allah hər bir yuvaya da övlad nəfəsi, övlad səsi bəxş eləsin. O qədər insanlar var ki, övlad dünyaya gətirə bilmirlər. Bu onlar üçün çox çətindir, amma yenə də ümidlərini itirmirlər. Övladsız ailəni yuvanı yuva adlandırmaq olmur. Hər bir evdən o şirin, o təmiz körpələrin qığıltısı eşidilsin, inşallah!

avatar
Məncə şərt deyil ki, kosmetikadan istifadə edilsin. Qadın təmiz olsun, səliqəli olsun, təravətli olsun — bu kifayət edər. Bəzi qadınlar saçlarına daraq çəkməyə belə ərinirlər. Halbuki bu nə böyük işdir ki belə?!
avatar

Bəzən bir çox hallar bizim qanunu, konstitusyamızı bilməməyimizdən irəli gəlir. Problem yaranmasın deyə qanunu oxumaq lazımdır.


«Azərbaycan respublikasının İnsan Hüquqları üzrə müvəkkilindən (Ombudsman)» həbs olunmuş şəxslər üçün qeyd olunan bu yazısında da belə görünür ki, açıqlığa gətirərək agah etmiş olurlar.


İnsan hüququnu bildikdə heç kim onun hüququnu tapdalaya bilməz. Əks hada isə qanun pozuntuları meydana gəlir, iş də xarab olur.

avatar

Ax bu viruslar, viruslar.


Bir ara kompüteri antvirus proqramı olmadan işlədirdim və bu zaman dizaynla əlaqədar çoxlu yükləmələrim olurdu. Ola bilsin ki, kompüterə viruslar da bunlardan dolayı düşmüşdü və komp tamamilə çökmüşdü. Heç bir proqramı işlədə bilmirdim. Nə Adobe Photoshop, nə də ki Adobe İllustrator… Bir işi görüb, qutarınca zülm çəkirdim. Çox donurdu, çox ilişirdi. Bəzən elə olurdu ki, saatlarla gördüyüm işi dayandırmaq məcburiyyətində qalırdım və onu vaxtında yaddaşda saxlamamağım mənim üçün problem yaradırdı. Bu viruslar sinəmə dağ çəkib, dağ))) İndi şükür ki, antivirusla işlədirəm.

avatar

Yazılası o qədər şeylər var ki...Ən əsası da yazmaq bir yana həll olunası.


O ki qaldı dəyər verməyə, fəxr etməyə mən dilindən, dinindən, irqindən, rəngindən, millətindən asılı olmayaraq haqqa dayanaraq dəyərləndiriləsi nələr varsa onları dəyərləndirir, fəxr edləsi nələr varsa onlarla fəxr edir, təəssüflənəsi nələr varsa onlara təəssüf edir, üzüləsi nələr varsa onlara üzülür və nifrət ediləsi nələr varsa onlara da nifrət edirəm. Bacardığım qədər də bunları postlarmda çatdırmağa çalışıram.


 

avatar
Düzdür.

Bu gün yaşanan problemlər o vaxtda da var idi. Sadəcə bu günkü kimi işıq üzündə deyildi və xalqın mənafeyini düşünən, maariflənməsini istəyən dahi şəxslər  problemlərin aradan qalxması üçün az səy göstərməyiblər. Amma nədənsə insan övladı heç nəyi dəyərləndirmir, heç nəyi düşünmür — nə keçmişi nə də gələcəyi…
avatar
Dərk etdin suçunu, yanma atəşdə;
hər bir qızılgüldə tikan var, şəksiz.
Tutulur, qaralır ay da, günəş də,
Bulaq qumsuz olmur, çiçək böcəksiz.

Mən də səhv əlində dustağam, dustaq,
Məndəki qüsurlar yoxdur heç kimdə;
Sənin nöqsanını bağışlayaraq
Günaha batıram hər sətirimdə.

Əqlin məhkəməsi qurulan zaman
Sənə həm qəniməm, həm də ki vəkil.
Məhəbbətlə nifrət qəlbimdə hər an
Çarpışır, vuruşur, düşmən kimi bil.

Əziz oğru məni soydunsa nə qəm,
Suçunla, cəzanla hər vaxt şərikəm.
avatar
Həqiqətən də maraqlıdır, üzücüdür və əsəbləşdiricidir. Televizor kimi vasitələr bu günkü həyatımızda çox önəm daşıyır. Əyləncə demirəm, xəbərlər, məlumatlar, elanlar, sənədli filmlər və s. bunlar hamısı maariflənmə yolunda görülən işlərdir. Televiziya, radio, internet bunlar təbliğatda çox güclü vasitə növlərdir. Yaxşı biz o zaman bu vasitələrdən belə istifadə etsək, bunun nə xeyri?  Biz nəyi öyrədir, nəyi yayır, nəyi təbliğ edirik axı? Buna görə də bu gün o zombiləşmə, manqurtlaşma prosesinin qurbanlarına çevrilirik. Hər halda, belə götürəndə hər kəsin bir ağlı, düşüncəsi var. Ağlımız başımızda olandan sonra, qorxusu yoxdur. Amma təbliğat, reklam- bunlar elə şeylərdir ki, bir çoxları bunların təsirindən yan keçə bilmirlər.