bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

avatar

Güzgüdür göstərən sənə hüsnünü,
Gözəllik ömürlük qalırmı məgər?!
Əgər yaratmasan ömür güzgünü,
Qadınlar da səndən küsər, inciyər.

Hansı gül əsirgər öz gülşənini,
İstəməz sən onda əkəsən çiçək?!
Bəlkə, təkəbbürün qoymayır səni,
Bəlkə, düşündürmür səni gələcək?!

Ömür güzgüsüsən öz anan üçün,
Ona baharından bir yadıgarsan.
belə bir güzgüdə özün də bir gün
Ötən gəncliyinə baxar, baxarsan.

Vaxtını qayğısız keçirsən, yəqin,
Öləndə özünlə ölər surətin

avatar

Güzgü sübut etməz qocalığımı;
Sənin gəncliyinlə uşan quşam mən.
Üzündə açanda illər şırımı
Bir anda bilərəm qocalmışam mən.

Olduğu sinədə döyünmür ürək,
Sevdiyi sinədə çırpınır hər dəm.
Qəlbimiz dəyişib yerini, gerçək,
Səndən necə yaşlı ola bilərəm?

Özünü mənimtək gözlə hər zaman, -
Düşərəm sənin çün qara, borana,
Könlünü saxlaram dərddən, bəladan
Körpəni beləcə qoruyar ana.

Köksümdə daima vurar ürəyin,
Ürəyim susanda susar ürəyin.

avatar
Çox sevdiyim gözəl bir mahnı. Səid Rüstəmova alqışlar.
avatar

Anamın da gəlinciklərlə bağlı gözəl xatirələri var. Deyir ki, onlar da taxtadan, düymələrdən istifadə edərək oyuncaqlar, gəlinciklər düzəldərdilər.


Bir üsul da var idi. Ayaqlarını bükər, dizlərinə şal örtər, ona göz, qaş, ağız, burun çəkərdilər və beləliklə öz dizlərindən gəlincik kimi istifadə edərdilər))


Həqiqətən də tərəziyə qoyanda görürsən ki, arada necə böyük fərqlər var.

avatar
«amma onlar kimi gülə biləcəyikmi? Bax əsas vacib məsələ məncə burasıdır.» — düzdür. Bu da bizim əlimizdədir. Biz nəfsimizə qalib gələ bilsək, pis, mənfi əməllər törətmək, ürəyimiz, niyyətimiz, həyatımız təmiz olsa niyə də gülməyək?! Biz özümüz özümüzü cəhənnəmə məhkum edirik.

Fatal error: Call to a member function getBlog() on null in /var/www/tural1988.47/data/www/kayzen.az/templates/compiled/alpha/fb0d9077586fe14534a9ba3f9894c80a7a5a49c2.file.comment_list.tpl.php on line 45