bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

avatar

«Sözün ən gözəli — söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür.»


Sözün qüdrəti böyükdür. Keçən dəfə mikrotopikdə də yerləşdirmişdim, təkrara yol versəm də burda da qeyd edim: Sözlərin gücünü anlamadınsa, insanların da gücünü anlaya bilməyəcəksən.(Confucius). Sözün qüdrəti o qədər böyükdür ki, insanı göyə də qaldırar, yerə də batırar. Bu yerdə çox düz deyiblər ki, çöhrəsindən gül də yağsa, insan ki ağzını açdı, bilirsən ki, bu necə insandır, qabında nə var. Sədi də çox düz buyurub: «Nə üçün söylədim» deyə sonda peşman olmaqdansa, lazımdır ki, əvvəlcəddən «nə söyləyim» deyə düşünəsən. (Sədi)

avatar

İndi Google-in tərcümə saytında da baxdım. Orda «denim» sözü rus dilinə belə tərcümə olunur:


1. джинсовая ткань


2. джинсы


3. грубая хлопчатобумажная ткань


4. комбинезон


Azəricə tərcümədə elə «denim» getdiyi üçün rusca yazdım. Bura yerləşdirəndə isə ruscadan tərcümə də etmədim ki, orda necə yazılıb, burda da elə qeyd edim. Qüsura baxmayın.

avatar
Ola bilər. Amma, mən bir çox tərcümələrə baxdım, hamısında «denim», «cins» kimi tərcümə olunur. Hətta, rus dilində bir jurnalda belə həmin şüarda «cins» qeyd olunmuşdu. İKnternetdə də baxmışdım, orda da eləcə. Amma ola bilsin ki səhvdir. Bu haqda daha geniş maraqlanacağam.
avatar
Bəli düzgün yazmadıqları üçün bu ayıb sayılacaq bir haldır. Amma mən düşünmüşdüm ki, onlar bunu sadəcə olaraq insanların dilindən qeyd ediblər. Yəni necə tələffüz olunur, elə də yazıblar. Və ya bəlkə də siz deyəndir, bəlkə də bilmədiklərindən elə yazıblar. Amma axı bir iş gördüyün zaman o işə gərək ciddi yanaşasan, bilməsən də axtarıb, araşdırıb, dəqiqləşdirəsən. Yenə də mənə elə gəlir ki, onlar bilmədiklərindən yox, sadəcə xalqın dilində necə səslənir, elə yazıblar.
avatar
Elə buna görə də o kitabda onun adı başda hallanır. Kaş ki, Məhəmməd Peyğəmbərin böyüklüyünü anlamayanlar da anlayaydılar, biləydilər.
avatar

Müdrik qadın bunları onsuz da bilməlidir.


Deyilənlərlə razıyam. Amma bir şey var ki, deyirsiz ki, «Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır.» Bu fikirlə tam olaraq razılaşa bilmirəm. Qoy qalib olsun, qoy qazansın, qoy qələbə onun olsun! Bəli, qadın hər zaman maraq doğurmalıdır. Bu başqa məsələ. Amma məgər kişi bilsə ki, mənim qəlbimi, sevgimi qazanıb — bu zaman o gedib, başqa sevgi, başqa maraq axtaracaq? Belə olan halda mən o sevginin təmizliyindən, möhkəmliyindən, ümumiyyətlə sevginin özündən belə şübhə edərəm.

avatar

Maraqlıdır))


Deyərdim ki, bu ola bilsin ki, ayının fikirlərinin insan tərəfindən dilə gətirilməsidir ki, «ay camaat bu hevanlardan əl çəkin».  Yəni, heycvan dilə gəlsəydi belə deyərdi. Kiminsə fikri kiməsə çatdırılır, amma ayının adından. Lakin bunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yayımlanması da ayrıca maraq doğurur. Əgər düşündüyüm kimidirsə bunu birbaşa olaraq da demək olardı..

avatar
Tamamilə haqlısınız. Təəssüf ki, bizdə tərbiyə anlayışı tərbiyəçi sayılacaq insanlar tərəfindən də səhv başa düşülür və bu zaman tərbiyədə yalnışlıq təşkil edir. Çünki elə ailələr var ki, bu ailədə kişi zənn edir ki, uşağın tərbiyəsi yalnız qadına- anaya məxsusdur. Amma bu çox yalnış fikirdir.
avatar

Narı çox sevirəm. Amma turş nar yeyə bilmirəm, ancaq şirin..


Nar əvvəllər uzunömürlülüyün rəmzi sayılırdı.


Nar da öz növbəsində minerallarla, vitaminlərlə zəngindir. Düz qeyd elədin ki, çayı  antiseptik qarqara kimi xeyirlidir. Belə ki, əməliyyatdan sonra, ifeksiya xəstəəliklərində, mədə ağrısında da narın suyundan istifadəyə böyük üstünlük verilir.

avatar

Kitab oxumağı sevən və oxuduğu zaman fikrini ancaq o kitaba həsr edən M.K.Atatürk belə deyir:


Bir millətin əsgər ordusu nə qədər güclü olsa da, qazandığı qələbə nə qədər uca olsa da, əgər o millət elm ordusuna malik deyilsə, demək ki, döyüş meydanlarında qazanmış olduğu zəfərin nəticəsi olmayacaqdır...

avatar
Hər sözü bir ulduz, bir şəffaf almaz,
Mənalar dünyası qaranlıq deyil.
Bu böyük kitablar yaranır az-az,
Çünki ömürlükdür, bir anlıq deyil. (Səməd Vurğun)
avatar

İnşallah.


Bilirsənee misalı hardan çəkəsən))) mmm...pendirlə qarpız super. Hmm… bu dolma balıqdan mütləq dadmalıyam.

avatar
Qarpız ilə? maraqlıdır.
avatar
Ləzzətli görünür, gərək bişirim))
avatar

1990-cı ildən etibarən xeyriyyəçi bir orqanizasiya olan Common Ground tərəfindən irəli sürülən ideyaya əsasən hər il İngiltərədə «Alma günü» (Apple Day) qeyd olunur. Bu gün almalara, meyvə bağlarına həsr olunur və həmin şənlikdə insanlara min cür alma sortları, almadan hazırlanan təamlar təqdim edilir. İnsanlar bütün bunlardan dadırlar. Orda, hətta elə almalar olur ki, hansı ki onlara adi mağazalarda rast gəlmək qeyri-mümkündür.


Orda mütəxəssislər də iştirak edirlər, hansı ki, sizin bağınız barəsində, meyvə ağaclarınız, almalarınız barəsində olan suallarınıza cavab verirlər. Bundan başqa həmin gün almalarla əlaqədar müxtəlif oyunlar da keçirilir, nağıllar, hekayələ də danışılır.


Həmin gün keçirilən ən maraqlı yarışlardan biri də budur ki, sən alma qabığını elə uzun soymalısan ki, heç kim o uzunluqda soya bilməsin. Hətta soyulmuş ən uzun alma qabığı Ginnesin Rekordlar Kitabına düşüb. 1976-cı il oktyabr ayının 16-da Nyu-Yorkda Kathy Walfer almanı düz 11 saat 30 dəqiqəyə soyaraq 52 m. 51 sm. uzunluqda alma qabığı əmələ gətirib və bununla da rekordlar kitabına düşüb.


Bəzi yerlərdə almayla fala da baxırlar.

avatar

Araşdırmalardan çıxan nəticəyə görə gündə cəmi 2 dənə alma qəbul etmək qanda xolesterinin səviyyəsini 16%-ə endirir. Bundan əlavə elə bu iki almayla bərabər gün ərzində bir soğan və 3-4 fincan yaşıl çay içmək də infaktın yaranma riskini də aşağı salır. Alma ürək xəstəliklərinin dərmanıdır. Eləcə də xərçəngin.


Alma həzmi də normallaşdırır; elə qədim zamanlardan bəri deyirlər ki, alma mədə pozğunluqlarına qarşı təbii dərmandır. Hətta mədədə qaynama zamanı da alma yeməyi məsləhət görürlər.


Alma immun sistemini də gücləndirir və müntəzəm olaraq qanda şəkərin  səviyyəsini də normal saxlayır.


Atam həmişə deyir ki, «ay bala almanı qabığıyla yeyin, soymayın!» Belə ki, almadakı bir çox faydalı maddələrin səviyyəsi məhz onun qabığında yüksəkdir.

avatar

DAva-dalaş hər toyda olmur. Elə toy var ki, sakit keçir. Amma, məsələyə ümumi spektrdan baxsaq, burda sadalananların doğruluq payı var və əlavələr də etmək olar… Maraqlısı budur ki, əslində bunları deyirik, amma, fikir vermisinizsə nədənsə indiyənədək bunlardan danışanların da toyu belə keçib və keçməkdədir. Bəlkə də əksi var, kimsə bütün bunlara qarşı da çıxıb, istədiyi kimi də toy edib, amma, mən görməmişəm. Hamı narazılıq edir, lakin, narazılıq etsən də çoxluğun qarşısını alıb istədiyi kimi toy edənlər azdır; Necə deyərlər azlıq çoxluğa tabe olur.

avatar
Yaxşı deyək ki, «kəntoş», «kəndçi» deməklə biz kənddə doğulanları nəzərdə tutmuruq. Amma, yənə də insanları səviyəsinə, əxlaqına, mənəviyyatına görə adlandırılası çox adlar var, elə deyilmi?  Nə üçün bu adların kökündə «kənd» sözü dursun ki? Fikrimiz tamam başqa olsa da qurulan söz düzgün deyil. İndi deyəcəksiniz ki, dilimizdə məcazlar var. Amma, hər kəsi öz adıyla da çağırmaq olar: alçaq adama alçaq, axmağa axmaq, əxlaqsıza əxlaqsız, keyə key, düşüyə düşük, ağıllıya ağıllı, savadlıya savadlı və s. və i.a. Nə üçün mənfi mənada işlətdiyimiz sözün kökündə «kənd» olsun ki?
avatar
Nə üçün belə düşünülür ki, kənddə doğulanların mədəni, əxlaqi səviyyəsi aşağı olur? Bunu kim ölçüb? mizantrop? Nə deyirəm ki, hər kəsin bir fikri var, amma, mən bu fikirlə heç razı deyiləm. Bir tərəfdən də düşünürəm ki, bəlkə mən «kəntoş» sözünün nə anlama gəldiyini düz-əməlli bilmirəm.
avatar

Uşaqlıqdan bir söz işlədirdik, yastığa pətöşkə deyirdik)) Sonra bir az böyüyüb, ağlım kəsəndə və rus dilini də başa düşməyə başlayanda bilmişəm ki, bu pətöşkə demə «poduşka»ymış.


Bir də məndə maraq doğuran söz bu olub: qarabaşaq (qreçka)