bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

avatar

Həə, heç o «onsuz da» sözünə fikir verməmişdim.  Belədir dəə, hər işdə mütləq bir səhv buraxmalıyıq. Amma, əslində belə işlərə imza atılırsa bunu dəqiqliyi ilə etmək lazımdır. Əgər nədənsə əmin deyilsənsə yoxlamaq lazımdır, çünki, bunu cməyyət qarşısına qoyuruq.


Mən özüm də yazılarıma fikir verəndə görürəm ki, bəzən çox səhvlər burxıram. Amma, bu daha çox diqqətsizliyimdən irəli gəlir, hansı ki, buna görə özümü çox qınayıram. Hər-halda çalışıram ki, sözlərdən düzgün istifadə edəm.


Əvvəllər mənim danışığım beləydi. Misal üçün: Davay zavtra gedək gəzməyə… və s. Bir cümlədə sözün yarısını rusca, yarısını azəricə deyirdim. Özü də ki, mən nə rus bölməsində oxumuşam, nə də ki, rusam. Amma, insan ünsiyyətdə olduqca buna öyrəşir. Sonralar isə özümü düzəltməyə başladım. Ya o dildə danış, ya bu dildə. Daha doğrusu öz dilində. İndi də nitqimdə bəzən səhvlər buraxıram, amma, çalışıram, çalışıram ki, buna yol verməyim. Elə yazının adını da özümdən götürdüm: Artıq «uje» demirəm.


Yazılarımda da səhvlərim olsa bəri başdan üzr istəyirəm.

avatar
Yaxşı, bir şeyi başa düə bilmədim ki, niyə ən sondakı qeyd «uruscax» yazılıb?
avatar
Mövzudan kənar olsa da demək istəyirəm: «Balqabaq» sözü eşidəndə adətən bir yanıltmac yadıma düşür: ağ balqabaq boz balqabaq (bu sözləri dayanmadan təkrar edin))))gülməli alınır)
avatar
Hqlısınız. Ağacları kəsirləre- budaqlarını, müəyyən hissələrini, qalanı isə yetişə-yetişə getməlidir… Ehtiyac duyulursa belə kəsilir. Amma, biri də var ki, hansısa iş naminə, proekt naminə bütün meşəni talayıb, yanğına verirsən ya da ağacları kökündən kəsib tökürsən.
avatar

Çox təəssüflə dediklərinizə qatılıram.


Mənə dizayn sahəsində işləyən əziz biri danışır ki, onlara sifariş üçün hər cür insanlar gəlir. Onların içində xaricilər -amerikanlar, ingiləslər də var. Hansı ki, onlar Azərbaycan dilində danışır və öz sifarişlərini də Azərbaycan dilində deyirlər.  Deyir ki, çox maraqlı bir aksent alınır, amma, qulağa o qədər xoş gəlir ki… O qədər təmiz, dəqiq danışmağa çalışırlar. Bunları eşidəndə həm sevinir, həm də üzülürəm. Xarici gəlib mənim elimdə mənim dilimdə danışır, özümüzünkü isə öz elimdə öz obamda yad dildə danışır. Dil bilmək pis deyil, hətta, çox yaxşıdır, amma, öz dilini də qiymətləndirməlisən.

avatar
Seyfəddin Yazıçı deyir: İman açıqda yanan lampaya bənzəyər.Lampanın sönməməsi üçün şüşə örtüklə qorunması lazımdır. Əgər lampa bu şəkildə qorunmaz və açıqda yanmağa davam edərsə, o zaman xəfifcə əsən bir küləyin təsiri ilə sönə bilər. İman da qəlbinizdə yanan bir işıqdır, qoruyucusu isə ibadətlərdir. Namaz, oruc və digər ibadətləri etməklə həm Allah qarşısında borclu olduğumuz vəzifələri yerinə yetirmiş, həm də imanımızı qorumuş oluruq.… İmanın yox olması müsəlmanı ən qiymətli varlığı olan cənnətin açarını itirməsi deməkdir.
avatar
Elə filmin marağı da mənası da bundadır. O həmin sualların hər birinin cavabını həyatdan öyənmiş olur.
avatar
«firma dərmanlarını yazıb xəstəliyinizdən çox cibinizi yüngülləşdirəcəklər.» — afərin, çox yaxşı dedin…
avatar
bir çoxları da ofisantlıq edirlər.
avatar

Hmm..Vallah dərindən bir ah çəkdim..


Al-ver- camaat indi pul qazanmağı daha çox hallarda bu yolda görür. Hərə özünə bir yer götürür vəssəlam, keyfiyyətli, keyfiyyətsiz malı tökür ora ki pul qazansın..


O ki qaldı toylara, israfçılıq dinimizdə də günhadır. Amma, bizlər o qədər israfa yol veririk ki — alırıq, yığırıq, doldururuq, tökürük, yeyirik, içirik — partlayanacan… Amma, belə olmamalıdır.


 

avatar
təəssüf ki((
avatar
Həmişə gərək «Bismilllah» deyəsən. Allah özü kömək olar, inşallah…
avatar

Həə ola bilər ki, hansılarısa yazmayam. Çünki, təəssüflər olsun ki, bəzilərini özüm də bilmirəm. Bəzilərində olmuşam, bəzilərində yox. İnşallah hamısında olmaq istərəm.


Xahiş edirəm yazmadığım başqa muzeylərimiz varsa bilənlər yazsın ki biz də bilək.

avatar
Dior mən də sənə qoşulub, Allaha şükr edirəm və bundan sonrası üçün də dua edirəm ki, yolumuzu azmayaq. Amin.
avatar
Beşikdən qəbirə kimi ağacın üstündəyik, amma, ona qiymət vermirik((
avatar

...Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!


Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyala cumuram, özümdən soruşuram ki:


— Mənim anam kimdir?


Öz-özümə də cavab verirəm ki:


— Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.


— Dilim nə dilidir?


— Azərbaycan dilidir.


-Yəni vətənim haradır?


— Azərbaycan vilayətidir.


Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan viayətidir...


C. Məmmədquluzadə -«Azərbaycan» məqaləsi.

avatar
şəhər doludur bunlarla, dolu...((
avatar

Türkəl sizi başa düşürəm və haqq qazandırıram ki futbol azarkeşləri də həddlərini aşıblar.


Siz deyirsiniz ki, musiqiçilərdən də kimlərinsə fanatı olmusunuz və onlara görə özümü və ya kimisı öldürmək, və ya xəsarət etmək. nə bilim nə, heç ağlınızdan da keçməyib — bunu başa düşürəm. Amma, axı bütün fanatlar bir deyil. Siz özünüz də — sadə azarkeş və fanat — bunlar arasınad fərq qoydunuz. Mən demirəm ki, siz sadə azarkeş idiniz yox, sadəcə olaraq fanat o demək deyil ki hamısı eyni düşünən, eyni hərəkət edən insanlardılar. Bunlar hamısı fərqli psixikaya məxsus insanlardılar.


Maykl Cekson üçün özünü öldürənlər oldu axı… Hələ-hələ Müslüm Gürsəs üçün bədənlərini lezvalarla kəsik-küsük edənləri demirəm.


Həm də mən demirəm ki, bütün fanatlar belədir. Nə olsun bizim hər birimizdə hardasa bir fanatlıq var, amma, daha bu həddini aşmır və bizi dəlilik dərəcəsinə gətirib çıxarmır şükr Allaha.


Qısaca deyərdim ki, futbolda olduğu kimi musiqidə də ölümə gətirib çıxaran hallar olub. Təəssüf ki..

avatar
Bu mikroblardan elə qorxuram ki… İnşallah «gözümə bir çöp düşməz». Allah hamıya şəfa versin və canlarını salamt etsin.
avatar

Bilmirəm xəbərlərdə izləmisiniz ya yox, Gəncədə bir əncir ağacı var ki, ilin bütün fəsillərində bar verir. Çox maraqlıdır. Hətta Qurani Kərimdə «Tin» ("əncir") adlı surəsi də var. Allaha qurban olum, elə nemətlər bəxş edib ki..


Əncir mürəbbəsini çox xoşlayıram, amma, özünü qəti şəkildə yeyə bilmirəm. Heç xoşlamıram. Halbuki xeyirli meyvədir. Dərmandır, dərman.


Bir əncir növü var ki, hansı ki, o xərçəng xəstəliyinin də dərmanı hesab olunur. Əncirin tərkibi xeyirli maddələrlə doludur, belə ki, onda olan dəmir, kalsium, liflərin miqdarı çox yüksəkdir və bu da adi meyvəni sidik kisəsinin, mədə, bağırsaq xərçənglərinə qarşı istifadə olunan şəfalı bir meyvəyə çevirir.