bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Aparıcının nitqi

Ara-sıra sizin də gördüyünüz kimi “Jurnalistikanın on qızıl qaydası” kitabından maraqlı saydığım yazılardan yerləşdirirdim. Bu dəfə isə isəyirəm Erik Fichteliusun sözlərindən, fikirlərindən yox, efirdə danışan aparıcılar haqqında öz fikrimi bildirmək istədim.

Bəzən aparıcılar efirə çıxdıqlarında mikrofon və ya kamera qarşısında danışdıqları zaman çox səhvlərə yol verirlər. Belə çıxır ki, özlərinə sadiq ola bilmirlər, halbuki olmalıdır. Fikir vermişəm ki, aparıcılar bəzən çox tez-tez kağıza baxır, elə olur ki, sən onun gözlərini düz-əməlli görə də bilmirəsən. Bu zaman düşünürsən ki, daha burda efirlik nə xəbər oldu ki? Axı dinləyici, yaxud tamaşaçı mətni kağızdan oxumaq yox, onun la danışmağa səy göstərmək lazımdır.


Ardı →

İstədiyini əldə et

Geriyə boylananda” adlı bir yazı yerləşdirmişdim.  Əslində ordakı məğzdən yola çıxaraq çox misallar çəkmək olardı və bu gün burda yazacağım yazını da qısaca olaraq orda qeyd etmək olardı, amma istədim ki bunun barəsində ayrıca mövzu olsun. Belə ki, biz məktəb bitirərkən düşünürük ki, ali təhsil ocağına sənəd verək, imtahanlardan uğurlu nəticələr əldə edək və qəbul olaq. Çoxları artıq nəyi istədiklərini çox yaxşı bilirlər, çoxları isə yox. İkinci halda olanlar üçün əsas olan universitetə qəbul olmaqdır. Hansı qrupun, hansı sənətin olması önəmli deyil. Əsas odur ki, qəbul olsunlar. Özü də ən maraqlısı da budur ki, oxumayanlar bir yana, oxuyan uşaqlar içində də belə hallara çox rast gəlinir.

Qəbul olmama qorxusu, keçid balının çoxluğu, valideynin təkidi və ya indi hansı sahədə yaxşı pul var və s. səbəblərdən dolayı hara gəldi qəbul olmaq istəyirlər. 


Ardı →

Dinimizin musiqiyə münasibəti

Yadınızdadırsa keçənlərdə "musiqi canın dərmanıdır" deyə bir yazı yazıb, yerləşdirmişdim. Amma, bu dəfə də musiqi barəsində başqa bir məqama toxunmaq istərdim.

Görəsən islamın şənliklərə münasibəti necədir? Çünki bəzən eşidirəm ki, islama görə musiqi dinləmək, çağlı alətlərinin ifasına qulaq asmaq və ya çalmaq labüddür və ya əksinə..  Bu günah sayılıb-sayılmaması barəsində fərqli-fərqli fikirlər dolanır. Bir çox alimlər deyir ki haramdır, bəziləri şübhə ilə yanaşırlar. Elələri də var ki, bunun günah olmadığını iddia edirlər.

Çıxarılan nəticələrdən, deyilənlərdən, oxununanlardan yola çıxaraq deyərdim ki, dinimizə görə ifası cinsi arzular doğuran musiqilər, insanda mənfi coşğunluqlar yaradan rəqslər, ifalar, cinsi həyatı nəzərə tutan, qadını hər şeydən üstün sayaraq Allahı, Peyğəmbərini inkar edən şerlər, əsərlər haram hesab edilirmiş. Əgər belədirsə bu zaman biz insanlar nə qədər çox günaha batmış oluruq. Bu günkü günü musiqisiz təsəvvür etmirik, bu gün musiqi hər yerdədir. Hətta bu gün xəstəlikləri belə musiqi terapiyaları ilə sağaladırıqsa, bir tərəfdən də deyirlərsə ki, cavanların müxtəlif hissiyatlarını oyadan musiqi haramdır – adam bu işin içində çaşıb qalır.


Ardı →

Geriyə boylananda...

Deyirlər ki, şairlər, yazarlar otuzundan (30 yaşından) sonra daha gözəl əsərlər yaradırlar. İndi bilmirəm bu nə dərəcədə doğrudur, nə dərəcədə yox, hər halda bir fikirlə razılaşmamaq mükün deyil ki, insan yaş ötürdükcə həyatdan daha çox şey öyrənmiş olur. Bilik qazanır, dünya görüşü artır, maraq dairəsi genişlənir və beləliklə insan daima öz zövqünü də tərbiyələndirmiş olur.

Keçənlərdə 3-4 il bundan öncə getdiyim bir toyun video çəkilişinə baxırdım və özümü görəndə istəyirdim ki, o kaseti tez dayandırıb, yox edim. Halbuki həmin toy anbaan xatirimdədir. O taya elə hazırlaşmışdım ki… Geyimim, saç düzümüm- bunların hamısına zövqlə, xüsusi həvəslə yanaşmışdım və o vaxt elə zənn edirdim ki, çox gözəl görünürəm. Amma indi o görüntülərdən dolayı özümə o qədər gülürəm ki…


Ardı →

Dil mədəniyyətini qorumalı

Dünya sənin səsinlə danışanda sən kim olduğunu bilməlisən. (Britt Edval)


Qəzetçilərə nəzərən radio – televiziya jurnalistləri öz materiallarının son versiyaları üzərində daha çox hakimiyyətə malikdirlər. Qəzetin redaktoru və ya məsul katibi bir və ya bir neçə abzası atmaqla, sərlövhəni dəyişməklə, öz mülahizəsinə uyğun şəkillər seçməklə bəzən jurnalistin məqaləsini tanınmaz hala sala bilər. Radio və televiziyada isə reportyorun efirdə səslənən nitqini dəyişdərmək mümkün deyil. Mətnin dinləyicilər və tamaşaçılar tərəfindən qavranılması və başa düşülməsi materialın necə təqdim olunmasından çox asılıdır.

Elektron vasitələrində yaxşı effect alınmasında səs mühüm rol oynayır. Səs və intonasiyanın köməyi ilə reportyor öz hisslərini verə bilir, öz mətninidə ən vacib olan şeyi nəzərə çarpdıra bilir. Radioda səs qrafikadır. Nitq və səs televiziyada da cox vacibdir. Səslənmənin özü, əlbəttə, məşq etməkdən və səsi cilalamaqdan asılıdır, ancaq reportyorun özünə inamı və peşəkar hazırlıq səviyyəsi heç də az əhəmiyyətli amillər deyildir. Bunu etiraf etmək nə qədər ağır olsa da, efirdə işə başlamaq həmişə çətindir. Gözəl, ürəyəyatan səs heç də müvəffəqiyyətin rəhni deyildir. 


Ardı →

Reklam

Bu reklam “çıxardanı” o qədər söyənlər olub ki? Yaşlılar, nənələr, babalar, atalar, analar, hətta bir verlişə maraqla baxdığı zaman onun bölündüyünə əsəbləşən gənc nəsil belə.

Reklam televiziya, qəzet, radio, internet, kino, verliş və s. xasitələrin yolu ilə müxtəlif malların və xidmətlərin insanlara tanıdılmasıdır. Təbii ki, burda məbləğ söhbəti də böyük rol alır. Peşəkar, bir sfera saılmasa da reklam yayılma, tanıdılma sahəsində böyük qüvvəyə malikdir. Reklam alıcıya öz seçimində çox geniş təsir gücünə malikdir.

Bizlər bir filmi və ya verlişi izlədiyimiz zaman onu reklam böləndə nə qədər əsəbləşsək də xeyri yoxdur. O reklam bu gün var, sabah da olacaq,hətta artacaq da. Müxtəlif firmalar verlişlərə sponsorluq edərək öz mallarını insanların diqqətinə buraxaraq reklam edirlər və bu da öz növbəsində geniş tanıtıma səbəb olur. Təbii ki, o firmalar da bu yolla uduzmurlar. Yoxsa reklam günümüzdə bu qədər önəmli yer tutmazdı ki.


Ardı →

Bazar siyasəti

Ya təzə üsul meydana gəlib, yada mən bundan yeni xəbər tutmuşam. Deməli, getmişdim bazara və orda gördüm ki, tərəvəzlərin üstündəki kağızlarda qeyd olunub ki, 3 kilosu və ya 4 kilosu 1 manata. Yaxınlaşıb baxıram, yaxşı görünürlər. Pomidor da, kartoflar da normal vəziyyətdədilər. Dedim ki, “nə yaxşı, onda bunlardan alım!”. Elə bu yerdə yoldaşdan bir “paket” istəmişdim ki, yoldaş mənə sərt-sərt baxıb, qışqıra-qışqıra deyir ki, “seçmək olmaz, özümüz yığırıq, bəyənmirsiniz almayın...” Necə yəni olmaz? Bəlkə mən özüm yığmaq istəyirəm.


Ardı →

Nahaqdan danışıb haqqı danmayaq

Hər cəmiyyətin öz qaydası, hər mədəniyyətin öz sözü! Amma, dəyişməz bir şey var ki, o da insanlıqdır. Bəzən otururam və düşünürəm. Bizi və digər xalqları tərəziyə qoyuram. Pisliklər və yaxşılıqları ölçürəm. Bundan sonra da düşünürəm ki, görəsən biz nahaq danışaraq çoxmu haqsızlıq törədirik?

Misal üçün götürək ailəni və valideyn-övlad münasibətlərini. Bəzən bu hadqa uzun-uzadı çox danışırıq və çox gileylənirik. Amma gərək yaxşını da deyək.
Azərbaycanda ailənin cəmiyyətdə rolu və yeri çox önəmlidir. Ana və ata öz övladına bioloji və psixoloji sarıdan dərin bir duyğu, dərin hisslə bağlı olurlar. Sadəcə olaraq bizdə və eləcə də bəzi türk xalqlarında ailə anlayışı, valideyn-övlad münasibəti tamam fərqldir.


Ardı →

Körpəmizdən nə xəbər?!

Zaman addımlayır, irəliləyir və keçdiyi yollarda yeni-yeni toxumlar səpərək yeni-yeni bitkilər yetişdirir. Çox şey ərsəyə gəlir, çox şey yaranır. Texnika genişlənir, müasir avadanlıqlar qurulur və s.


İndi müasir avadınlıqlar yaradılıb, istifadəyə verilib ki, biz insanlar onlardan yararlana bilək. Bü gün xəstəxanalara üz tutduğumuz vaxt tibbi avadanlıqlar olmadan düz-əməllib bir müayinədən söz belə gedə bilməz.


Belə müayinələrədən biri də ultrasəs müayinə adlanır — USM.


Ardı →

Yaradıcı insanlar və alimlər günahkardılarmı?

«Oxu»- Qurani-Kərim ilk bu sözlə, bu əmrlə başlayıb.

Deyirlər ki, alimlər günahkardılar. Necə ki, rəssamlar, heykəltəraşlar və s. incəsənət adamları kimi. Rəssamlar ona görə ki, onlar rəsmlərində çəkib yaradırlar, heykəltəraşlar ona görə ki, onlar insan heykələri quraraq “insan ”düzəldirlər. Yazarlar ona görə ki, hərəsi bir həyat yazıb yaradır. Alimlər də ona görə ki, onların öz inandıqları şeylər var ki, bunların sübutuna çatdıqlarında bəzən dini inkar etmiş olurlar.

Mən belə fikirlərlə razılaşa bilmirəm. Rəssam şəkil çəkə bilər, heykəltəraş heykəllər yarada bilər, yazarlar əsərlər yaza bilərlər, amma heç biri yaratdıqlarına can verə bilməzlər. Buna görə nə qədər can qoysalar da, bu nə qədər böyük sevgi və istəklə etsələr də bu sadəcə bir şəkil, bir heykəl və bir əsər olaraq qalacaqdır. Cansız bir əsər. Bəlkə də nəyisə canlandırır, amma yenə də sözün əsl mənasında cansızdır. Dursun o şəkildəki yaşasın, qaçsın, yesin, içsin, nəfəs alsın və yaxud da heykəl. Bu mümkün deyil axı… Belə əsərləri yaradanları yaradıcı, uca, dahi adlandırıq, amma bu o demək deyil ki, biz onları Allah səviyyəsinə qaldırırıq. Əsla!


Ardı →