bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.


Ardı →

Axmaq elçi

Sülh müqaviləsinin imzalanması üçün Padşah öz elçisini uzaq ölkəyə yollayır. Bu səyahətdən mənfəət əldə etmək qərarına gəlmiş elçi, həmin ölkə ilə ticarət əlaqələri olan bir neçə dostuna xəbər göndərir. Onlar isə öz növbəsində səyahəti gecikdirməyi xahiş edir və sülh müqaviləsi imzalanacağından yeni sifarişlər verərək, bütün planlarını dəyişirlər. Nəyahət elçi yola düşəndə onun çatdırmalı olduğu sülh müqaviləsinin imzalanması üçün artıq çox gec olur və nəticədə müharıbə başlayır. Həm padşahın, həm də elçini ləngiməyə vadar edən insanların bütün planları isə alt-üst olur.


“Bizim həyatımızda yeganə vacib bir şey var: öz həyatımızı olduğu kimi yaşayaraq – bizə verilmiş missiyanı həyata keçirtmək. Lakin, biz hər zaman bizə lazım olmayan işlər ilə məşğul olaraq, öz arzularımızı məhv edirik.”


 


Paolo Koelho -nun“Maktub” kitabından

Davamı →

“Oğrudan-oğruya halal…”

Baş vermiş bir xoşagəlməz hadisəni nəql edim: deməli oğul evlərinə evinə oğurluğa girərək, evdən müəyyən bir miqdarda pul oğurlayır. Bundan sonra ailə polisə müraciət edir ki, “bəs amanın günüdür, evimizi soyublar”. Polis bir sıra araşdırmalardan sonra oğrunun elə ailənin öz oğlu olduğunu tapıb və həbs edib. Belə olan halda da valideyn oğurluq sayəsində itirdiyi bir  o qədər də pul töküb oğlunu həbsdən xilas etməyə çalışır..


Bilmirsən belə hadisələri gülməli əhvalatlar, yoxsa ağlamalı əhvalatlar sırasına daxil edəsən. Oğurluq haram olan bir işdir. Hələ uşaq vaxtlarından bizi elə öyrtəmişdilər ki, oğurluq sözü gedəndə də qorxurduq. Yəni valideynlərimiz bizi öyrətmək və başa salmaqla bərabər həm də qorxudurdular ki, nə vaxtsa kiminsə malına göz dikib, oğurlu etsək əlimizi yandırarlar!  Düzü belə qorxuducu tərbiyə üsullarını dəstəkləməsəm də, amma, ən azından uşaq yaşından bilirim ki, bu çox pis bir şeydir.



Ardı →

Qastarbayter

Təhsili tam olmamış, ali təhsil almamış və ya hətta, belə deyim ki, ali təhsil olsa belə işszilik ucbatından bir çoxlarının qazanc yollarından biri də, məhz xarici ölkəyə getməkdir. 


Qastarbayter – ilk növbədə bu bir biznes-proekt kimi bir şeydir, hansı ki, qarşındakı ilk məqsəd məhz pul qazanmaqdır və xarici ölkələrə bu məqsədlə gedən şəxslər də qastarbayter sayılırlar. Fikir versək görərik ki, xarixi ölkələrdə qastarbayter adlandırılacaq şəxslərin çoxu məhz elə Qafqaz ölklərindən olanlardır.


İnsan böyüdükcə, illərin üstünə illər qalandıqca öz maraq dairəsini daha da artırır, həyatda daha çox şeylər görür və götürür… Mən əvvəllər belə şeylər haqqında düşünməzdim və onu bilirdim ki, bəzi rayonlarımızdan xaricə daha çox da Rusiyaya işləməyə gedən oğlanlar, kişilər var, elələri isə,  hətta ailəli, uşaqlıdılar.  Bizim millətdə də (hamıya aid deyil) nədənsə belə bir xüsusiyyət var – elə düşünürlər ki, filankəsin oğlu xaricdə işləyirsə, deməli, ailəsinin bir əli balda, digər əli isə yağdadır. Ola bilər, niyə də olmasın?! – yazıq orda soyuğun, qışın günündə daş daşıyıb daşın üstünə qoyub, əziyyət çəkir, bunun haqqını da ailəsinə göndərir… Bizdə isə toy məclislərində “ay dədəm vay, filankəs Rusiyadan gəlib, burda toy edir -deyib, başlayırlar onu soymağa ki, onsuz da cibləri dolu gəlib”. Daha demirlər ki, bu rəhmətliyin oğlu o ciblərini hansı əziyyətlərlə doldurub.




Ardı →

Xoş getdin, ay "müdür"!!!

İndi «müdür»lərin qulağı cingildəyəcək))))
İş, iş, iş..bunun ardınca bir «ahh» da çəkmək yerinə düşər.Son zamanlar işsizlik problemi çoxdur, amma, sanmayın ki, mən işsizlikdən söhbət açacam. Xeyir. İndi tələsdiyimdən ərinirəm ki, tərcümə edəm. Ümid edirəm ki, isdtifadəçilərimiz rus dilini bilmiş olarlar:
Qısacası mövzum budur ki, hər üçüncü şəxs öz başçısını qovmaq istərdi.



Каждый третий работник хотел бы уволить своего начальника



Ardı →

Rəqs edən təbiət

Başımız bəzən həyatın qayğılarına elə qarışır ki, gözümüzü qaldırıb, bu nazlı, rəngarəng təbiətin gözəlliyini görə bilmirik. Kimi ailə-məişət işlərində, kimi təhsildə, kimi işə tələsir, kimi karyera qurur və s., və i.a. Bunlar hamısı təbiidir. Belə də olmalıdır. Amma bu işlərlə vaxt ötürə-ötürə axı ətrafımızdakı gözəllikləri nəzərdən salmamalıyıq. Onları da dəyərləndirməliyik. Heç olmasa öz gözümüzü bu nəfis, təravətli gözəlliklərlə ərköyünləşdirməliyik, ya yox?! Məncə belə olsa heç də pis olmaz.


Ardı →