bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Yağ dostumuzdur, ya düşmənimiz?

Sizi üzmədən kəsə deyim: bitki yağları heyvan yağlarından üstündür. Heyvan yağlarından yalnız kərə yağı (duz vurmadan) az miqdarda istifadə etmək məsləhətlidir – gün ərzində bir çay qaşığı. Sutkada bir xörək qaşığı qaymaq yemək olar.

Təbii yağlar qoz-fındığın və tumların (təkcə günəbaxan tumunun deyil, digər tumların da) tərkibində kifayət qədərdir. Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal, yağ, karbohidrat, vitaminlər, mikroelementlər və günəş enerjisi cəmləşib. Lakin yağla zəngin ola bu qidaları çox qəbul etmək pis nəticə verə bilər.

Əgər siz qoz-meyvə dietası saxlamaq istəyirsinizsə, onda qozu və tumu 100 qramdan artıq yeməyin. Əgər bunları qatıq, balıq, ət, yumurta, kəsmik ilə bərabər yeyərsinizsə, onda qozu azaltmaq və ya rasiondan çıxartmaq lazımdır.
Evdar qadınlara ən başlıca məsləhətim budur ki, zəhmət çəkib qoz-fındığı, püstəni, badamı və s. maşından keçirməsinlər, süfrəni bəzəmək və özünü kulinriya bilicisi kimi göstərmək naminə onlardan şirniyyat bişirməsinlər.


Ardı →

Zibilləmək- zibilləşmək

Bir gün öncə pəncərədən baxıram və qarşıdakı binada nə görsəm yaxşıdır? – bir qadın 4-cü mərtəbədən pəncərədən boylandı, o yana-bu yana baxdı və sonra içəridən bir zənbil (paket) çıxartıdı və tulladı üzü aşağı..

Belə şeylərdən çox eşitmişdim, amma real olaraq görməmişdim, onu da gördüm. İndi artıq, “gözlər də gündə bir mənzərə görməsələr kor olarlar”. O mənzərəni görəndə dondum, qaldım. Bir anlığa nə deyəcəyimi belə bilmədim. Atam mənə baxdı, mən də atama… düşünürəm ki, mən adi bir sakinəm və tutaq ki, mənim evim təbiətdir, mən çöldə yaşayıram. Kimsə gətirib mənim evimə zibil atırsa, bu mənim xoşuma gəlmir. Bəs mən gətirib sizin evinizin içinə zibil atsam necə, xoşunuza gələrmi? 

Biz düşünürük ki, öz evimizi təmiz saxlayaq, küçə-bayır çirklənsə də olar. Bəs o küçə, o bayır bizim evimiz deyil? Yaxşı tutaq ki, torpağı önəmsəmir, vacib saymır və zibilləyirik. Sabah bu zibilin ziyanını da biz özümüz çəkirik ki axı. O zibilin, o mikrobun, infeksiyaların havasını biz uduruq, onları ayaqlarımızla evimizin içinə kimi gətiririk. O həyətdə uşaqlar oyun oynayırlar, məyə onlar bizim uşaqlarımız, bizim gəlcəyimiz deyillərmi? Niyə onlara da natəmizliyi aşılayaq, niyə onları xəstəliklərə məruz buraxaq?


Ardı →

Dünyanın möcüzələri

Bir gün müəllim şagirdlərindən soruşur ki, dünyanın yeddi möcüsəsi nələrdir. Şagirdlər də başlayırlar müəllimin verdiyi sualın cavabını dəftərlərində yazmağa. Demək olar ki, hər biri eyni şeyləri yazmışdılar:


1.Misir piramidaları
2.Tac Mahal
3.Panama kanalı
4.Amerikadakı böyük kanal
5.Empire State binası
6.Müqəddəs Pyotr kilsəsi
7.Çin səddi


Ardı →

Public Journalism – İctimai Jurnalistika

Səthi və populist jurnalistikaya qarşı etiraz reportyorlar arasında artmaqdadır. ABŞ-da bu etiraz public journalism, yəni ictimai jurnalistika adını daşıyan cərəyanın yaranmasına səbəb olmuşdur. Bu cərəyana qoşulan jurnalistlər qarşılarına belə bir vəzifə qoymuşlar: ölkənin vətəndaşları ilə birlikdə cəmiyyət üçün ən mühüm və vacib olan məsələləri müəyyən etmək, birlikdə aşkara çıxarılan problemli vəziyyətdən çıxış yollarını tapmaq və təklif etmək.

Bu məsələlərin müzakirəsi ictimaiyyət və ya ayrı-ayrı rayonların əhalisi ilə jurnalistlərin təşkil etdikləri görüşlərdə keçirilir. Qəzet, radiostansiya və ya televiziya kanalı müzakirə və təkliflər üçün meydan yaradır. Son illər Amerika Birləşmiş Ştatlarının yüzlərlə redaksiyası ictimai jurnalistika çərçivəsində çoxsaylı layihələr irəli sürmüşlər. Peşəkar dairələrdə public journalismə münasibət birmənalı deyil. Bu hadisə bizi cəmiyyətdəki rolumuz barədə yenidən düşünməyə vadar edir. Jurnalistin hansı bir problemisə həll etməkdə iştirakı nə qədər mümkun və nə qədər məsləhətdir?


Ardı →

Problemin kökünü həll etmək

Bəzən oturub düşünürəm. Düşünürəm ki, görəsən məsələnin kökünün həlli məqsədə uyğundur, yoxsa məsələnin nəticəsinin? Bir problem yaranır və biz onu ortadan qaldırmalıyıq və bunun üçün qarşıda iki yol var. Sən o peroblemin yaratdığını aradan götürməlisən və yaxud da o problemin kökünü tapıb, onu yox eləməlisən. Yəqin ki, bu yerdə məsələnin kökünün həlli daha məqsədə uyğundur, nəinki nəticəsi.

Son vaxtlar “xəstəliklər yayılıb, baş alıb gedir” deyə ifadələr eşidirik. Bu xəstəliklər sırasında sonsuzluğa gətirib çıxaran xəstəliklər heç də az deyil. Həqiqətən də fikir versək axır vaxtlar müəyyən səbəblərdən dolayı uşaq dünyaya gətirə bilməyənlərin sayı artıb. Bu səbəblər sırasında bəlkə də xəstəliklər başda gedir. Bu xəstəliklər sırasından isə “yumurtalıqların polikistozunu” misal çəkim. İndi həkimə gedirsən, sənə bu diaqnozu qoyur və bəziləri dərman yazır, ki yumurtalıqların üstündəki bu kistadırmı, hər nədirsə, o yoxa çıxsın, bəziləri isə, ümumiyyətlə, əməliyyat məsləhət görürlər ki, yumurtalıqların üstündəki qatı götürsünlər.


Ardı →

Əzəmətli üçlük: işıq, hava və su

İşıq və hava bədənin ən başlıca enerji daşıyıcılarıdır. İnsanı soyuqdan, yad gözlərdən qoruyan paltar eyni vaxtda bizi enerji daşıyıcılarından təcrid etdirər. Nəticədə bədəndə karbon oksidi yaranır. Bunun qarşısını almaq mümkündür. K. Nişi təklif edir: hər gün azı 2 dəfə kontrast hava vannası qəbul etmək; gah istia paltarla bədəni qızdırmaq, gah da 12-15 dəq. lüt qalmaq. Bu prosedura dərinin nəfəs almasını gücləndirir, orqanizm bol-bol oksigen qəbul edir, bu da karbon oksidini öldürür, orqanizmin xəstəliklərə qarşı immunitetini gücləndirir. İnsan soyuğa və xəstəliklərə qarşı, o cümlədən xərçəngə qarşı davamlı olur. Nəticə: dərinizə mümkün qədər çox hava dəyməlidir.



Ardı →

Beyində dumanın hökmü

Gənclərin beyni duman içindədir!


Son vaxtlar elə bil ki hər tərəfədən  narkomanlar, alkoqollu içkiyə aludə olanlar  barəsində yaman çox sözlər eşidirəm və burdan da elə təəssürat yaranır ki, elə bil indi Azərbaycanda içkiyə, narkotik maddələrə aludə olanların sayı çoxala-çoxala gedir. Bizlər saytlarda, bloqlarda, məqalələrdə siqaretin belə ziyanından danışdığımız vaxt, bundan qurtulmağı məsləhət gördüyümüz vaxt, eşidirsən ki, camaat nə haldadır. Siqaret, alkoqollu içkilər, narkotik maddələr —  bunlar insanlığı təhdid etmə cəhdinə malik olan və insanlığı barmağında oynadan böyük bir təhlükədir. Amma təəssüflər olsun ki bizlər bunu anlaya bilmirik. Müxtəlif problemlərdən dolayı çarə tapdığımız yollar dost-tanış adlandırdığımız kimlərinsə təsiri ilə bizi gətirib belə pis qapılara çıxarır. Halbuki anlasaq ki bu çarə deyil, bu həll deyil. Bu daha böyük problemdir.


Ardı →

Duz var dağıdır, duz var qurur

Xörək duzunun insan orqanizminə vurduğu zərər haqqında çox deyilib və çox yazılıb. Xörək duzunun və şəkəri “ağ ölüm” adlandıran həkimlər çox haqlıdılar. Amma elə duzlar da var ki onlarsız yaşamaq mümkün deyil. Belə duzları tanımağımız vacibdir.


Kalsium duzu.
Qan yaratmaq, maddələr mübaddiləsini yaxşılaşdırmaq, mikrobların damaralara daxil olaraq, qanı çirkləndirməsinin qarşısını almaq, sümüklərin (skeletin və dişlərin) normal inkişafını təmin etmək üçün xidmət göstərir. Əsəb sisteminə yaxşı təsir edir. Soyuqdəyməyə mane olur. Hava dəyişərkən orqanizmi tənzimləyir. Bədənində kifayət qədər kalsium olan şəxs nə kəskin hava dəyişkənliyindən qorxur, nə infeksiyadan, nə də epidemiyadan.
Əsas mənbə: bütün meyvələrin və tərəvəzlərin qabığı, kəpəklər, noxud, göy noxudlar, mərci, soya, paxlalı bitkilər, lobya, kök, turp, ərik, alma, albalı, çiyələk, kələm, kartof, qara qarağat, yumurta, xiyar, portağal, ananas, üzüm, şaftalı, göy-göyərti, turpun, kökün və çuğundurun yaşıl hissələri, cücərmiş buğda, yulaf yarması, soğan, badam, çuğundur, böyürtkən, qatıq məhsulları.



Ardı →

Vurğunluq və obyektivlik

Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdırki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun, oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq quldurları tutmaq və ya yanğını sondurmək onun vəzifəsi deyil. Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən peyğəmbərə çevrilir.


Ardı →

Bir damcı kifayətdir

Səhra əfsanələrindən birində deyilir ki, bir kişi var imiş, hansı ki, qonşu vahəyə (oazisə) köçmək istəyib. Buna görə də o başlayıb dəvəsini yükləmyə. Belə ki, xalçalarla, mətbəx ləvazimatlarıyla, geyimlər toplanmış sandıqlarla yüklənmiş dəvə də bütün bunlara dözürdü. Onlar yola çıxacaqları vaxt kişinin yadına atasının ona verdiyi mavi pero düşür. O bu peronu da götürür və qoyur dəvənin kürəyinə. O bunu elədiyi vaxt, heyvan ağırlıqdan yerə çırpılır və ölür. Kişi düşündü: “Mənim dəvəm heç bir dənə peronu belə saxlaya bilmədi”

Bəzən biz də başqaları kimi düşünürük-  balaca bir zarafatımız əzab badəsini daşdıracaq bir damcı ola biləcəyini anlamadan.


Paulo Koelyonun «Maktub»undan


Davamı →