bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Qurtuluş müharibəsində bir türk qadını

Paroxod və katerlərlə İneboluya çıxarılan silah və döyüş ləvazimatı Kastomonudan Ankaraya, oradan da cəbhəyə göndərilirdi.
1921-ci ilin dekabr ayında birdən-birə yağmağa başlayan qar bütün yolları örtmüşdü.
İstanbuldan Kastamonuya kimi gedən və necə olubsa yolda qafilədən geri qalan gənc bir qadın fırtınalı bir gecədə sabaha qədər yağan qarın altında yoluna davam etmişdi. Döyüş sursatı yüklənmiş iritəkərli arabası ilə yorğun-arğın bir halda Kastamonu qışlağının qapısına qədər ancaq gələ bilmiş və daha şəhərə girmək ona qismət olmadan yolun kənarında durmuşdu.

Arabanın yanına gedənlər ürək ağrıdıcı və çox dəhşətli bir mənzərə ilə qarşılaşmışdılar.


Ardı →

Anamın kitabı

ANAMIN KİTABI — bu əsəri çox xoşlayıram.

«Anamın kitabı»- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb. 
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.

Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy «intelligent» paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi… İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda, oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər.



Ardı →

Loxotron

“Zəng elə, zəng elə, zəng elə; nə gözləyirsən, elə bu dəqiqə zəng elə və milyonlara sahib ol?! Bu sənin şansındır. Gözləyirəm, sizin zənginizi gözləyirəm – bu dörd hərfli sözü tapmaq heç də çətin deyil… Çox, çox, çox asan bir sual verilir və cavabı da çox rahatlıqla tapa bilərsən, indi, bu dəqiqə al telefonu əlinə, bizimlə əlaqə saxla, şansını əldən qaçırma. Unutma ki, sən… məbləğdə pul qazana bilərsən.”

Bla-bla-bla, dır-dır-dır. 
Bir gün TV-də kanalları fırladanda belə verlişlərdən birinə rast gəldim. Və pult əlimdə, ilişdim qaldım. Dedim ki, görüm bu nə qədər danışacaq? Sizi inandırım ki, heç 3-4 dəqiqə olmazdı bəlkə də, o danışan aparıcının əvəzinə mənim boğazım qurudu. Dayanmadan, fasiləsiz olaraq eyni sözləri təkrar edir. Özü də verlişin bir mənası ola. Yayım şirkətlərinin  belə bir işə imza atmasının nə mənası var axı? Həə, ucunda pul var…


Ardı →

Əxlaq

Peyğəmbərdən soruşublar: Allah dərgahında ən sevimli qullar kimlərdir?
O isə cavab verir: Əxlaqı gözəl olanlar.


Nəfs, mənfi vərdişlər… bu kimi xüsusiyyətlər dünya yaranandan bəri insanların içində cərəyan edərək yer üzündə bir iz buraxır. Elə bir iz ki, bunu heç də yaxşı adlandırmaq olmaz və o izi silmək də bəzən çox çətin olur. Əxlaqımız bizim kim olduğumuzu göstərir. Əxlaqsız insan isə daim yerin dibinə batmaqdadır, amma bununla yanaşı yer üzündə də həmişə əxlaqsızlığın nişanələrinə rast gəlinir.

Nədir əxlaq? Tərifi varmı? Mən belə deyərdim ki, biz insanlar müxtəlif cür xüsusiyyətlərə, xasiyyətlərə sahibik. Hansı ki, bu xasiyyət və xüsusiyyətlər də çox bir çox hallarda bizim ruhumuza hopmuş vərdişlərimizdən irəli gəlir. Demək ki, əxlaqa belə bir tərif versəm heç yanılmaram: əxlaq ruhumuzda, canımızda yerləşən vərdişlərdir. Bu vərdişlərdən doğan əxlaq göstəricisi xüsusiyyətlərimiz, davranışlarımız insanı göyün üzünə də çıxarar, yerin dibinə də batırar. Həm də düşünəndə ki, vərdişlər fikirləşməyə, düşünməyə macal vermir. Vərdişlər düşünmədən yaranan davranışlara səbəb olur. İndi baxır ki, ruhumuza hopmuş bu vərdişlər pis vərdişlərdirmi, yoxsa yaxşı. Burdan da gözəl əxlaq, ya da ki əksinə əxlaqsız kimi damğalar, ləqəblər meydana gəlir.


Ardı →

Zaman o zaman deyil

Bu gün tozları silərkən gözüm  video kasetlərə sataşdı. Üst-üstə düzülmüş bir sıra kaset, lent və s. Bu an video maqnitafona, DVD-yə, lentlərə və disklərə baxıb düşünməyə başladım ki, ehh..bunların da vaxtı vardı. Sanki bunlar da qocaldılar.

Köhnə video m.-zu hələ də xatırlayıram.
O bizdə peydah olan vaxt elə sevinmişdim ki… Onu hələ də xatırlayıram, yekə idi və sol tərəfdən qarşısında hərəkət gətirmə işarələri var idi. Mən də maq.-nun kasset salınan yerinin  «knopka» sını basmağı çox sevərdim, bu mənə əyləncəli gəlirdi, çünki, onu basan zaman kasset yerinin qapağı yuxarıya doğru açılardı ki, kasset içinə salınsın.


Ardı →

Sonet sevgisi.

İngilis intihabının nəhəngi Vilyam Şekspirin (1564-1616) “hamlet” faciəsindəki “Olum, ya ölüm?” monoloqu ilə 66-cı soneti bir mövzu birləşdirir. Amma sonetdə “ölüm istəyi”nə qarşı son misrada şairin (lirik qəhrəmanının) “qələbə hökmü” yaşatmaq yanğılı ürəyinin odundan xəbər verir:

Ölüm istəyirəm, çarə budur, bax,
Səni tək qoymağa qıymıram ancaq!
— deyən Şekspirin işıqlı qəlbininin nuruna, yaşayıb yaşatmaq eşqinə, hünərinə alqış deyirsən. V. Şekspir təxminən 1590-cı illərdə qələmə aldığı 154 sonetində dosta sədaqətinin, qadına mehr-ülfətinin, məhəbbətinin… gözəl, yadda qalan bədii lirik lövhələrini yaratmışdır.

“Hamlet” faciəsi şair-dramaturq Şekspirin yaradıcılığının, eləcə də ingilis intihabının şah əsəri kimi qiymətləndirildi. Bir müddət “kölgə”də qalan “Sonetlər” isə şairin zəngin ədəbi irsində öz ideya-estetik dəyərinə görə “Hamlet”dən sonra ikinci yeri qazandı.


Ardı →

Artıq dəyişəcəyəm!

Oğlum, sən indi yatmısan, mən sənə bunları sən yuxuda olan zaman deyə bilirəm. İndi sən yanağını kiçicik, toppuş əlinə söykəmisən. Mən də ki, sənin otağına gizlincə, sanki bir oğru tək girmişəm. Bir neçə dəqiqə öncə divanda əyləşib, qəzet oxuyurdum və bu an məni vicdan əzabı bürüdü. Buna dözə bilməyib, günahkar biri kimi  durub sənin çarpayının yanına gəldim. Bilmək istəyirsənmi ki, mən qəzet oxuyan zaman nə düşünürdüm?


Səhər əsəbləşmişdim. Sən səhər üzünü nəm dəsmalla necə gəldi quruladığın üçün səni danlamışdım.
Ayaqqabıların da çirkli idi. Səni məcbur etdim ki, onları yaxşı-yaxşı təmizləyəsən. Sonra da sən bəzi əşyaları yerə dağıtdığın zaman sənə hirslənib, qışqırdım.
Hələ səhər yeməyində də süfrə arxasında bir çox nöqsanlarını gördüm. Yediklərini ətrafa da tökürdün, tikələri yaxşı-yaxşı çeynəmirdin, bütövcəsinə udurdun.


Ardı →

Mütləq qəbul olmalısan

Ali və orta ixtisas təhsil ocaqlarına sənədlər verilib və imtahanlar da yaxınlaşmaqdadır. Sənəd verənlərimiz də çoxdur. Təsəvvür edirəm ki, indi uşaqlar necə hazırlaşırlar. Yəqin ki, çində hazırlaşmayanlar da var. Amma söhbət bunda deyil. Mənim yazımda söhbət hərlənib, fırlnıb valideyn övlad məsələsinə gəlib çıxır. Bu yerdə isə məsələ lap da dərindir. Belə ki, insan psixologiyası pozularsa insan heç bir yerdə uğur qazana bilmir. 

Valideyn övladını imtahana yolayaraq deyir: “Yaxşı, get sənə uğurlar, baxaa, orda fikrivi yayındırma, cavabların hamısını düzgün yaz, mütləq qəbul olmalısan, sənə illər ərzində nə qədər pul tökmüşük, müəllimlər tutmuşuq, bu əziyyəti yerə vurma, bizi el içində rüsvay eləmə! Onun-bunun uşaqları universitetə girə, sən girməyəsən, elə şey olar? Ürəyim partlayar. Bax aaa, qəbul olmasan sənə sərf olunan pullar, əziyyətlər hamısı haram olar, sən gərək qəbul olasan… Qəbul olmasan demək ki, il boyu oxumamısan, fikrin başqa yerlərdə olub, əgər girməsən sənin canıvı alaram! Bir dənə də səhv cavab yazma haa, di get, xoş xəbərlərlə gəl!” 


Ardı →

Pianinoya qulluq.

Çox gözəl pianinom var idi. Rastov-Don. Rəngi digər pianoların rəngi kimi tünd şabalıdı deyildi, əksinə açıq sarı, bej və kök rənglərin 3-də bir yerdə toplanmış və laklanmış halda idi. Yuxarı hissəsində kənarlarında da bej rəngdə incə bir naxış da var idi. Pianomla fəxr edirdim, onu elə çox sevirdim ki… Mənə o pianinonu aldıqları vaxt mən orta məktəbdə, bəlkə də 2-ci sinifdə oxuyardım. Çox keçmədi ki, valideynlərim məni musiqi məktəbinə də yazdırdılar. 7 illik təhsil alacaqdım. Hardasa musiqi təhsilimin 2-ci ilindəydim, deməzdim ki, çox uğurlu bir şagird idim, iki əllə eyni vaxtda işləməyə çətinlik çəkirdim. Bir əlimlə çaldığım zaman digərində akkordu tutmaq bəzən mənə çox çətin gəlirdi. 


Ardı →

Sevgi naminə dini dəyişmək..

Din ağlı olan insanları öz arzuları ilə dünyada və axirətdə yaxşılığa və xoşbəxtliyə çatdıran ilahi bir qanunur… İslamın gətirdiyi hökmlər insanları xoşbəxt etməyi qarşısına məqsəd qoymaqdadır. Bu hökmlərə uyğun hərəkət edənlər həm dünya, həm də axirətdə xoşbəxt olacaqdır.Hökmlər: iman, əməl və əxlaq.  ("Əsas dini biliklər" kitabından)

Çoxları zənn edəcək ki, mən islamdan, dindən danışacam, amma belə deyil. Daha doğrusu din mövzumun bir hissədir, amma mövzu sırf islamla bağlı deyil. Qısacası, bir qızla aramızda baş verən söhbətdən irəli gələrək, bu yazını yazmaq istədim. Qız deyir ki, “mən əgər birini sevərsəm və şəxs mənim dinimdən deyilsə, mən ona görə  dinimi də dəyişə bilərəm. Mən onu həqiqətən sevirəmsə, onun dinini də sevirəm deməkdir. Buna görə də bu işdə bir qəbahət görmürəm..”


Ardı →