bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Musiqi ruhun qidasıdır, canın dərmanı!

Biz elə bir dairəylə maraqlana bilərik ki, bu istər-istəməz bizə mənfi təsir göstərə bilər və həmin maraq dairəmiz orqanizmimizə arzuolunmaz ziyan verə bilər. Hər cür insan olduğu kimi yer üzündə o qədər də zövqlər və maraqlar mövcuddur və bunların hər biri də öz həddini aşanda insana yorğunluq, stress və hətta depresiya da gətirə bilər. İşləyirik, çalışırıq, gedirik, gəlirik – dincəlmək bilmədən vurnuxuruq və nəticədə orqanizmimizdə baş verən fəsadlarla qarşılaşmaq məcburiyyətində qalırıq. Nəinki, işləmək, hətta seçdiyimiz əyləncələr də bizləri yora bilər. Professorlar deyirlər ki, diskotekalara, səs-küylü pop musiqisinə, kompüterlərə olan hədsiz maraq bəzən insanı yükləmiş olur, hətta psixikanı da məhv edir, ən əsası da ki, cavan orqanizmləri.

Xarici ölkələrdə bəzi tibbi mərkəzlərdə psixiatorlarla bərabər musiqiçilər də çalışırlar. Belə ki, musiqiçilər də insanı müalicə edirlər. Sırf səslərlə- sənətlə, musiqiylə. Kimisi orda şəkil çəkir, kimisi isə musiqi dinləyir. Daha çox da klassik musiqi.

Musiqi ilə müalicənin həyatı daha qədimdən başlayıb. Belə ki, qədim Misirdə və Yunanıstanda həkimlər xəstələri səslərlə müalicə edirdilər. Qədim Çinlilər də deyirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar, hətta xəstə üçün “musiqili reseptlər” də yazırdılar.


Ardı →

Bir mənzildən digərinə.

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
— Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!


Davamı →

Şəxsiyyətin strukturu və tipləri

Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər.


Ardı →

Söz sənətinin acı səhifələri.

Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim «qurban getdilər» deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!

20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr — Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.


Ardı →

Guess

“Cins bizim dünyamızdır” (“Denim is our world”)  - «Guess» yaradıcılarından.

80-cı illərin əvvəllərində artıq cins geyimlər köhnəlməyə başlamışdı, elə Marsiano qardaşları da bunu fürsət bilib, milli amerikan parçalasından avropa stilli cinslər yaradaraq bir yeniliyə imza atmış olurlar və bu yenilik də moda dünyasında çox uğurla qarşılanmış olur. Belə ki, 1981-ci ildə Marsiano qardaşları (Paul Marsiano, Maurice Marsiano) Kaliforniyada cinslərin istehsalı üzrə çox böyük olmayan bir kompaniya açmış olurlar.

Onların yaratdığı orijinal dizayna məxsus olan cinslər zamanla bütün vaxtların məhsuluna çevrilməyə başlayır. Və beləliklə Fransada boya başa çatmış iki qardaş Amerika vəhşilyi ilə avropa hissiyatını bir-birinə qataraq Guess brendinin möhürünü vurmuş oldular.


Ardı →

Zənginlik pulla ölçülmür.

Günlərin bir günü varlı bir kişi övladına göstərmək istəyir ki, “gör insanlar necə də kasıbdılar.”  Bu səbəbdən də oğlunu özüylə kəndə aparır
Onlar maddi cəhətdən çox kasıb olan bir adamın evinə gəlirlər və bütün günü o evdə qalır və gecə də o evdə gecələyirlər.  Səhər isə şəhərə qayıdanda yolda atası oğlundan soruşur ki, “hə, balam, de görüm səyahətimiz necə oldu?”
Oğul da cavab verir ki, “çox gözəl”.
Sonra atası soruşur:
— Bəs camaatın necə kasıb olduğunu gördünmü?
Uşaq cavab verir ki, “bəli, atacan, gördüm”.
Bu zaman atası yenə soruşur:
— Bəs bu kasıblığı görüb, nə öyrəndin?
Uşaq cavab verir: 
— Öyrəndim ki, bizim cəmi bir dənə itimiz var, onların isə dörd. Bizim hovuzumuz var, hansı ki, çox böyükdür, düz  bağımızın yarısı qədər, amma onların isə çayları, hansı ki, kilometrlərlə uzanır. Bizim bağımızda lampalar yanır, onlara isə ulduzlar işıq saçır. Atacan, öyrəndim ki, biz nə qədər də kasıbıq. Bunu mənə göstərdiyinçün sənə təşəkkür edirəm!


Davamı →

Sən belə olmalısan!

Bir psixatriya xəstəxanasında iki nəfər bir-birləri ilə maraqlanmağa başlayırlar. Beləcə biri o birisindən soruşur ki, bəs “sizin burda olmağınıza səbəb nədir?”
Digəri də belə cavab verir:

— Mən hamının istədiyi kimi biri deyiləm. Hamının istədiyi kimi bir şəxs ola bilmədiyim üçün.

— Başa düşmədim ki, siz nə demək istəyirsiniz?

— Atam mənimlə fəxr etmirdi, məndən utanırdı. Çünki mən çox yaxşı şagird deyildim və qiymətlərim də orta səviyyədə idi. Bu səbəbdən də məni həmişə ittiham edirdi ki, mən tənbələm. Çünki o zənn edirdi ki, bir kəs ki, onun uşağıdır, deməli o, adi insan olmamalıdır. Atam, bir gün məni də özünə qoşub, ova apardı. Orda isə məndən istədi ki, mən tüfəngi əlimə alıb, bir ceyran vurum. Çünki, belə olan halda mən onun gözündə əsl kişi hesab olunacaqdım.


Ardı →

Cəhalət sənin düşmənindir

Atanın oğula məktubu.

Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.

Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.


Ardı →

İnsan, fərd, fərdiyyat və şəxsiyyət.

İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.
İnsan ictimai varlıqdır, lakin o, ayrı — ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.

Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:
a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;

b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir  «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün işlədilir. Deməli, ikinci mənada fərd «ictimailəşmiş», sosial təkdir. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır.



Ardı →

Kəndçi, kəntoş - bu nə deməkdir ki?

Biz hər nə qədər desək də ki, özümüzü bölgələrə bölməməliyik, bölməyək, hamımız Azərbaycanlıyıq, amma gəlin qəbul edək ki, hər kəs özünü mütləq ki, hansısa bölgədən, rayondan sayır. Amma bu yerlibazlığa çevrilməməlidir. Hər nə isə, deməli məsələ belədir ki, mənim atam da, anam da Sabirabad rayonundandılar. Mən isə Bakıda anadan olmuşam. Məndən soruşanda ki haralısan, mən təbii ki, yad vətəndaşdırsa hər yerdə özümü Azərbaycan vətəndaşı kimi təqdim edir, Azərbaycanlıyam deyirəm. Öz elimizdə də məndən bölgə olaraq soruşulandan Sabirabadlıyam deyirəm. Lakin bir çoxları məni qınayır ki, sən belə deməməlisən. Çünki sən Bakılısan!
Axı mənim atam, babam haralıdırsa və mən də o nəslin yetirməsiyəmsə, deməli, mən də oralıyam. Elə deyilmi? Mən niyə o obaları danmalıyam ki?

Bəziləri bu fikirlərini də həqiqi saydığından, bəziləri isə Bakılı olmağı daha da gözəl, fərqli və perspektivli saydığından belə düşünürlər. Vallah, mənim ata-babalarımın Azərbaycanlı olub Sabirabad rayon sakini olmalarından nə utanıram, nə çəkinirəm. Mən rayonluyam, lap elə kəndliyəm, kəndçiyəm. Burda nə var ki? Nə bilim bəlkə o yer məsələsinə görə mən yanılıram, bəlkə də həqiqətən də mən də Bakılı sayılıram, hər-halda bu haqda bir bilgim yoxdur, sadəcə düşündüklərimi deyirəm. Bunun müzakirəsini və hardasa mübarizəsini etmək də ola bilsin ki, yersizdir. Çünki mən Azərbaycanlıyam. Azərbaycanın bütün şəhərlərindən, rayonlarından, kəndlərindənəm.


Ardı →