bloqçu
Reytinq
+151.18
Güc
285.82

bloqçu

Şəbnəm

Onlar Peyğəmbərdən danışdılar.

Ordan-burdan maraqlı yazılar oxuyandan sonra ağlıma maraqlı bir fikir gəldi. Belə ki, bir çox şəxsiyyətlər Məhəmməd Peyğəmbər haqqında maraqlı fikirlər bildiriblər. Mən də onlardan toplayıb, tərcümə edib, bura yerləşdirmək qərarına gəldim. Düşünürəm ki, sizin üçün də maraqlı olar. Baxaq görək, onlar Peyğəmbərimiz haqqında nələr danışıblar:


“İnsanlıq tarixinin ən böyük şəxsiyyəti Hz.Məhəmməddir.”
“Michael H. Hart adlı Amerikalı alim “İnsanlıq tarixinin ən böyük 100 şəxsiyyəti” adlanan tədqiqatında; tarixdə və bugünkü gündə ən əhəmiyyətli 100 adam arasında Hz.Məhəmmədin (s.a.s) dünyanın ən böyük şəxsiyyəti olduğunu yazmışdır. Amerikalı alimin yazmış olduğu bu kitab, 1978-ci ilin oktyabr ayında çap olunmuş və böyük maraqla qarşılanmışdır. Kitabın müəllifi Prof. Dr. Michael H. Hart əsərində Hz.Məhəmmədin (s.a.s) ən böyük şəxsiyyət olduğunu belə sübut edir:

“Dünyanın ən böyük şəxsiyyətlərinin başına Hz. Məhəmmədi seçmiş olmağım bəzi oxuyucuları təəccübləndirə bilər. Bəzilərinin sual vermələrinə səbəb ola bilər. Fəqət Hz. Məhəmməd tarixdə dini və dünyəvi baxımdan ən böyük uğurlar əldə etmiş tək şəxsiyyətdir.”


(“Diyanət qəzeti” 15 yanvar 1979-cu il, say:205)


Ardı →

Barmaqlıqlar arxasındakı muzey!

Bir ailədə dünyaya gəlib, böyüyürsün, məktəb oxuyub, sonra da hansısa bir sənətə yiyələnmək üçün ali məktəbə üz tutrsan. Kimi texniki, kimi humanitar fənlər üzrə təhsil alır və sabahkı günü üçün bir peşə sahibi olur.


Elələləri də var ki, ailə içində dünyaya gəlmir, istədiyi kimi məktəb oxuya bilmir, burda artıq ali təhsildən söz belə getmir. Çoxu güclü olur, bu vəziyyətin içində çıxmağı bacarırı, çoxunun üzünə şans üfürür, çoxuna isə acı tale. Bəli, çoxları həyat qazanında yaxşı qovrula bilmir, hayıf olur. Avara adını alıb, bu adı doğrultmağa səy göstərir. Bəlkə də bunu istəmir, bəlkə də buna məcburdur, ya əksinə, hər halda avaralana-avaralana axır-əvvəl gəlib çatacağı mənzil barmaqlılaqlar arxasındakı dörd divar olur. Türmə!


İndi düşünürük ki, türmə adı çəkildisə burda söz cinayətkarlardan, oğrulardan, fırıldaqçılardan gedəcək, amma, belə deyil. Əslində mənim demək istədiyim başqadır. İnsan azadlıqda azaddır, istədiyini edə bilər, öyrənə bilər və yaşaya bilər, türmədə isə yox. Amma, türmədəkilər elə şeylər öyrənirlər ki, azadlıqdakıların bir çoxları şeyləri ya təhsil alaraq, ya bir usta yanına gedərək öyrənirlər.


Ardı →

Muzeylər-canlı tarix

Tariximiz yeni don geyinir əyninə… Gündən-günə şəhər dəyişilir, modernləşir. Gözəlləşir, çirkinləşir və s. Kiminə gözəl, kiminə tam əksi. Mən şəxsən şəhərimizin tarixi abidələrinə toxunulmasını heç istəməzdim. Yenilənsin, təmizlənsin, gözəlləşsin — razıyam. Sadəcə tarixi abidələrə toxunulmasın. Nə isə sözüm bunda deyil. Əl-qərəz ki, mövzum başqadır. Bizim ki başımız qarışır bütün bu işlərə, gəzirik, əylənirik, işləyirik, lakin, zamanla tariximizi unuduruq. Teatrlara, incəsənət məkanlarına, muzeylərə, sərgilərə çox az baş çəkilir. Halbuki, o yerlərdə tarix yatır. Bloqlarda, saytlarda çox oxuyur, çox danışırıq, amma, elə məkanlara gesən, çox az sayda adamla qarşılaşarsan. Nədənsə bu tip məkanlara maraq azdır. Səbəb isə çoxdur. Günah da axtarsaq, çoxunun sinəsinə dirənmək olar. 


Ardı →

Hüzura qovuşmaq və xoşbəxt olmaq.

İnsan bədən və ruhun birləşməsindən meydana gələn bir varlıqdır. Bədənimizin yeməyə, içməyə ehtiyacı olduğu kimi, ruhumuzun da qidaya ehtiyacı var.
Ruhun ən önəmli qidası sağlam inancdır. Allaha inanan və güvənən bir insan mənəvi cəhətdən qidalanmış və böyük bir güc qazanmış olur. Çünki, insan həmişə Allahın köməyinə möhtacdır. Möhtac olduğumuz o yüksək Varlığa inanıb, Ona bağlanmaq, hüzur və güvənmə mənbəyidir.

Böyük Allah belə buyurur:
“Diqqət edin, ürəklər ancaq Allahı anmaqla hüzura qovuşar.”
İman insanı yalnızlıqdan, boşluqda qalmaqdan qurtarır. İman ruhumuzun qidası qəlbimizin işığıdır. İmansız bir insanın ruhu qidasız, qəlbi qaranlıq qalır və özü də ən böyük köməkdən məhum olur.


Ardı →

Artıq "uje" demirəm!

Dil, Dil, Dil… Milli qürurumuz. Ayaqlar altına atdığımız — qürurumuz! Bu haqda çox yazılıb, çox deyilib… Çox da deyiləcək hələ..Bu həm əziz, həm doğma, həm də dərin və yaralı bir mövzudur.
Savadsızlıq baş alıb gedir. Buna sübut lazım deyil, elə, küçələr, divarlar, pəncərələr bundan bar-bar bağırır. Maariflənmə mütləqdir, mütləq. Yoxsa dilimizin aqibəti necə olacaq bilmirəm. Özü də çoxlarımız buna öyrəşirik, çoxlarımızı qınamalı deyil, çünki, evdə belə eşidirik və belə də danışırıq, bu da ondan irəli gəlir ki, Azərbaycan Sovetin tərkibində olub və bu da insanlara dil baxımından az təsir etməyib. Bunun nəticəsini də müxtəlif qüsurlara məruz qalaraq dilimiz çəkir. Amma, bunu düzəltmək, dilimizdə olan bu xəstəliyi sağaltmaq bizim əlimizdədir. Lakin, çoxlarımız üçün təəssüf bu önəm daşımır və bu xəstə dil zamanla axı ölə də bilər.
Ardı →

Gərək iman sahibi olasan!

O vaxtlardan indiyədək gəlib, ayaq alıb gedən nahaq əməllərdən: südə su qatmaq, odunları sulamaq, tərəzidə bir fırıldaq bir iş tutmaq və s. Bununla bağlı bir rəvayət:

Həzrəti Ömər xəlifə olduğu dövrdə haqq naminə bir çox qadağalar qoymuşdu. Belə ki, bu qadağalardan biri də bu imiş ki, südçülər südə su qatmamalıdılar. Bir gün xəlifə Mədinədə nəzarətdən dolayı gəzdikdən sonra çox yorulduğunu hiss edir və bir az dincəlmək istəyir. istədi. Buna görə də o yolun kənarındakı bir evə söykənib, dincəlib, sonra da yoluna davam etmək fikrinə gəlir. Belə də edir. Amma, dincəldiyi an, o, evdə yaşayan qız ilə anasının söhbətinə də qulaq qonaqlığı etmiş olur.


Ardı →

Həyat da bir məktəbdir!

Aylar öncə bir film («Xarabalıqdan çıxmış milyonçu», “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!


Film mənə çox təsir etmişdi.


Ardı →

Baltanızı daşa çalın, təbiət lüt qalmasın!

"… Bitkilərə diqqət yetirirəm, diqqətimi hər zaman çəkən maraqlı nə iləsə qarşılaşıram. Məsələn, onlara fikir versəniz görəcəksiniz ki, onların hamısının budaqları yuxarı qalxır, üzləri yuxarı baxır. Bunları görürəm və düşünürəm ki, onlar da əl açıb, Allaha dua edirlər. Niyə də etməsinlər, elə deyilmi?!..." 

Bu misraları 1-2 il bundan qabaq təbiət haqqında yazdığım bir mətndə qeyd eləmişdim. Mövzularımda da helə hərlənib, fırlanıb, təbiətə dönürəm, çünki, təbiəti sevirəm və sevincinə sevinib, kədərinə də üzülürəm. Çünki, gözlərim önündə hər halı yaşayan mənim Vətənimdir, mənim ttorpağımdır və mənim təbiətimdir. Mənfəət qurbanları seriyasına daxil etdiyim yazılarımdan biri də bu oldu: Təbiətimin acısı.


Ardı →

Düyü unuyla tikək!

Təbiət bizə elə nemətlər bəxş edir ki… Elə bil ki, fəlakətləri üçün qoruyucu bir güc verir. Sadəcəb biz bunlardan bixəbər oluruq. Təzə bir üsul kəşf edilib ki, binalar davamlı, zəlzələyə dözümlü olsunlar. Hətta, demək olar ki, yüz illərlə ayaqda qalan məşhur Çin səddinin də sirri açılıb. Sual oluna bilər ki, birinin digərinə nə əlaqəsi. Elə maraq da, cavab da burda meydana çıxır. Çinin Zhejiand Universitetinin kimyaçı professoru olan Zhang Binjian bununla bağlı bir məqalə yazıb, hansı ki, bu məqalə də Amerika Kimya Cəmiyyətinin jurnalında dərc olunub. Belə ki, həmin professor araşdırmalar aparıb və burdan da məlum olub ki, həmin o Çin səddinin tikintisində düyü unundan və yandırılmış kirəcin tozundan istifadə olunub. Allah hər bir maddəni, hər bir qatqını özü bizə bəxş edib. Hər şeyin bir dərmanı var axı…


Ardı →

Əsl qonşuluq.

Bir gün Fatih Sultan Məhmət yeyəcək maddələrinin keyfiyyətini və qiymətlərini öyrənmək məqsədilə paltarını dəyişib (tanınmamaq üçün) bazara çıxmışdı. O bir dükana girib, salam verir və deyir: -“Yarım batman yağ, yarım batman bal və yarım batman pendir verin”.


Baqqal yarım batman yağ çəkib, pulunu hesab etdikdən sonra deyir:- “Ağam, digər istədikləriniz də qarşıdakı qonşumdan alın, çünki, onun malı həm daha yaxşıdır, həm də, qonşum daha heç siftə eləmədi.”


Bunu eşitdikdən sonra padşah həmin ikinci dükana girir və ordan yarım batman bal alınca bu baqqal ona: — “Allaha şükr olsun ağam, mən siftəmi etdim və uşaqlarımın yeyəcək pulunu qazandım, qonşum isə daha siftə eləmədi” dedi. Bunun üzərinə padşah:


— “Bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Millətin təmiz əxlaqını pozanlara Allah qənim olsun” dedi.


Tahsin Ünal, «Osmanlılarda Fəzilət Mücadiləsi»


Davamı →