ctrlA
Reytinq
+311.76
Güc
854.06

ctrlA

avatar
Ölkədə kinoteatrlarda göstərilən kinoların olduqca yersiz və mənasız olması normalda adamları teatra istiqamətləndirməlidi. Gənc Tamaşaçılar, Pantomim yaxşı teatrlardı. Oda da yaxşı başlamışdı. Məlum «art fotoları» hadisəsindən sonra onlar da öz mahiyyətlərini ortayan qoydular.
avatar

Birmənalı olaraq o adam film nədir bilmir. Əgər hansısa erotik, lap pornoqrafik səhnəyə görə filmə baxmaqdan imtina edəcəksə (və bunu əxlaqla əlaqələndirəcəksə. çünki ola bilsin erotofobiya problemli olduğu üçün baxmasın), onda getsin elə «Nu, Poqodi!»yə baxsın. Hər şeydən əvvəl ona görə ki, sənət (art house) filmlərində çox adi şeydir həmin o «pis səhnə»lər. Məsələn, Pasolini filmərini bu səhnələrsiz təsəvvür etmək mümkün deyil. Dünya film tarixini isə Pasolinisiz. Əxlaqsız səhnələri var deyə Pasolini filmlərinə baxmamaq, dünya filminin Pasolini səhifəsindən xəbərsiz olmaq deməkdir. Eynilə, Bertoluççi səhifəsindən, Trier səhifəsindən, Balabanovdan, Şarunas Bartasdan, lap Keslevskidən də və s. Yeri gəlmişkən, söhbət qətiyyən tamamilə kommersiya məqsədlərinə xidmət edən çoxlu mənasız Hollivud filmlərindən getmir. Heç kimə demirəm ki, «Two Moon Junction», «Basic Instinct»-ə baxsın. Ancaq «Salo o le 120 giornate di Sodoma», «Dreamers», «Nymphomaniac», «Namai» lap elə «Srpski film»ə (yeri gəlmişkən, sonuncu elə antiporno propaqandası xarakterlidir) baxmamaq ki, bunlarda «pis səhnələr» var, bu tamamilə dardüşüncəlilikdir. "Əxlaqının pozulmasını istəmir deyə baxmır" demək isə, sadəcə qeyri-səmimilikdir, iddia olduqca absurd və mənasız iddiadır. Yaşadığımız cəmiyyətin özü, hər gün gördüklərimiz, mətbuatdan izlədiklərimiz onsuz da əxlaqa o filmlərdən daha çox mənfi təsir (!) edir. Həm də, axı hansısa filmdə gördüyüm açıq səhnə niyə əxlaqıma mənfi təsir etməlidir, bəs mənim iradəm? Daha doğru olanı seçmək bacarığım? Əlbəttə, əxlaq (həmçinin doğru olan) anlayışının özü ilə bağlı da kifayət qədər mübahisə eləmək olar. Ki, bu da tamam ayrı mövzudur. Hələlik isə, onu deyim «18+» kimi dəyərləndirilən səhnələr də həyatdan götürülüb. Filmə baxanda da daha çox kadrların düzgün seçilib seçilməməsi, rejissor, operator işi, ssenari və əlbəttə, filmin insanlara çatdırmaq istədiyi əsas fikirə diqqət ayırmaq lazımdır, nəinki ordakı açıq-saçıq səhnələrə, ya da söyüşlərə (ki, bu da ayrı mövzudur, eni zamanda həyatımızın bir hissəsidir). Çıxışımı (aa yalandan) fikirlərə az-çox şərik olan yoldaşlara bu musiqi parçasını ərməğan etməklə yekunlarşıdrmaq istəyirəm :) 
P.S. Linkdəki 
 görüntülər Reha Erdemin «A Ay» filmindəndir. Bu filmə rahat baxmaq olar, bir dənə də "əxlaqa mənfi təsir edə biləcək" səhnə yoxdu :) Karaindrounu tanımayan olmaz yəqin, «Ulysses` Gaze» də Angelopulosun filmidir.

avatar
3-cü sualın cavabı televiziya və radio ola bilər. düzdü bu 250min rəqəmi uyğun gəlmir, amma hər halda
avatar
Narazı şirin pis emperyalistin biridi )
avatar
Bu layihə bir sıra ölkələrdə həyata keçirilib ümumiyyələ. Məsələn Türkiyədə belədir. Çox uğurlu alınıb bizdə də.
avatar
«Bu yol» dediyinizin altında nə gizlənir anlamadım, amma deyim ki, onlar N!DA-çılardılar. Bugün 15:00-da Fəvvarələr Meydanında etiraz aksiyası olacaq. Onlar da fəallardan idilər. Hakimiyyətdəkilər də tutub sındırdılar, şərlədilər onları. Bu qədər bəsitdi hər şey.
avatar

"İnsanın nəzərində meymun nədir? Lağ hədəfi, üzüntülü xəcalət. Bax, fövqəlinsan üçün də insan belə bir şey olmalıdır: lağ hədəfi, üzüntülü xəcalət".
Bunu Niçşe «Zərdüşt belə buyurdu» essesində yazıb, dəyərli sözdür.
Bir də bu var:
«Tanrı öldü, onu biz öldürdük» 

avatar
Eynən mən. Heç nəyə vaxt qalmır. Uzun müddətdir vaxt tapıb burdakı yazıları belə oxuya bilmirəm.
avatar
Təbrik edən hamıya təşəkkür :)
avatar
Adamlar kreativdilər
avatar
Amma mən hər cür yaza bilirəm. Hər iki əllə, sağa və sola əyərək, düz, iri və xırda.
Xasiyyətimin dəyişkənliyindən irəli gəlir bəlkə də.
avatar
Yazıda vacib məsələyə toxunulub. Amma tam yox. Dərinliklərə qədər gedilmiyib. Azərbaycan bayrağına olan hörmətsizliklər təkcə kimlərinsə onun rənglərindən geyim hazırlamaqları deyil. Çox daha vacib və gözəçarpan məqamlar var. Məsələn, birini deyim — bayrağın tərsinə tutulması. Yəni normalda göy, qırmızı və yaşıl olmalıdı. Amma bəzən bunun əksi baş verir, yəni olur, yaşıl, qırmızı və göy. Buna saysız hesabsız nümunələr göstərə bilərəm. Prezidentindən tutmuş, müğənnilərinə qədər. Məsələn, 2011-ci ilin iyununda İlham Əliyevin Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə görüşündə Azərbaycan bayrağı tərsinə asılmışdı. Qeyd elədiyim məsələilə bağlı bu linkdə bir sıra nümunələr var.
avatar
dəyərləndirən hamıya təşəkkürlər :)
avatar
Baxmağı düşünüb, amma vaxt tapıb baxa bilmədiyim filmlərdən idi. Bu yazını görəndən sonra izlədim bu filmi. Yazını deyəndə filmin adını görəndən sonra baxmağı qətiləşdirdim. İzləyəndən sonra isə yazını oxudum.
Filmə gəlincə isə həqiqətən çox gözəl filmdir. Topikdə yerləşdirdiyiniz şəkillə bağlı səhnə öz sadəliyi,gözəlliyi və məsumluğu ilə dünya film tarixinə düşə biləcək bir səhnədir.
Ümumiyyətlə isə, Majid Majidi`nin filmləri bir başqadır. Onun "Sərçələrin mahnısı" filmi də quruluşuna, müəyyən qədər mövzusuna və ideyasına görə bu filmlə oxşarlıq təşkil edir və mütləq izlənməlilər sırasındadır, mənə görə.
Bu gözəl paylaşıma və mənim yeni bir film izləməyimə səbəb olduğunuza görə təşəkkür edirəm.
avatar
Maraqlı məlumatlardır. Ümumiyyətlə, həyat və xüsusən də ölüm anlayışları qədər maraqlı və sirli çox az şey var.
avatar
Bir qeyd edim ki, yazı ilkin variantda çox uzun idi. Yəni əslində hər problem barədə bir normal topik həcmində yazmışdım. Sonradan qol-qanadlarını qırıb bir az kiçiltdim ki, oxunanda çox əziyyət olmasın :)
avatar
Qalibləri təbrik edirəm :)
avatar
Əvvəlcə, verdiyiniz yüksək dəyərə görə minnətdarlığımı bildirirəm. Şərhinizin uzun olması isə sevindirdi məni. Oxuyub fikir bildirdiyinizə görə təşəkkür edirəm.
İndi isə «Bir Çemiz də olmadı» ilə bağlı fikirimi aydınlaşdırım. Bu fikir qeyd etdiyim kimi, bir sosial şəbəkədə yazdığım fikirdi. Ola bilər yazıda düzgün izahı verməmişəm, amma mənim deməyim o deyil ki, xaricdən biri gəlib bizi xilas etsin. «Bir Çe`miz olmadı» ifadəsini, «aramızdan bir Çe çıxmadı» mənasında başa düşməyinizi xahiş edirəm. Bunun isə səbəbləri müxtəlifdir. İlk səbəb isə dediyiniz o «pascal»lara, «CtrlA»lara Çe olmaq imkanının verilməməsidir. Əbəs yerə türkçülük məsələsini qeyd etmmişəm. Məsələn, mən milliyyətcə türk deyiləm. Mənim üçün bunun əhəmiyyəti yoxdur, amma insanlar bunu öyrəndikləri zaman mənə qarşı ayrı-seçkilik edirlər çox zaman. Çe olmağa imkan verməyən digər səbəb isə, insanlarımızın «sındırılması»dır. Bunu isə, həbslərlə, külli cərimələrlə edirlər. Son zamanlar düzdü, bu yol o qədər də işə yaramır. Amma «cibinə ot atıb» neçəsini həbs ediblər indiyə qədər. Yaxud haqq sözünü dediyinə görə neçə qəzeti bağlayıb, külli miqdarda cərimələyiblər. Bunlar hamısı faktlardır. O ki qaldı, «biz özümüz niyə Çe olmuruq, niyə başqasından gözləyirik» məsələsinə, onda da qeyd edim ki, bu ölkədə əslində Çe olmaq qeyri-mümkündür. İlk öncə bu beyinlərlə bağlıdır. Məncə, birbaşa insanları meydanlara axıtmağa çalışmaqdansa, bu cür inqilab ruhlu yazılarla insanların beynində müəyyən etiraz rüşeymləri əmələ gətirməyə səy etmək lazımdır. Bu da maarifçi xarakterli yazılarla mümkündür. Təbii ki, bu ilk mərhələdir. Bu yazımda da bunu əsas götürmüşəm. Hələlik gileylənmək, xalqı, insanlarımızı qınamaqla başlamaq lazımdır. Bu tip yazılar nə qədər çox olsa o qədər yaxşı olar. Biz bu məsələləri ictimaiyyət səviyyəsinə qaldırmalıyıq. Artıq elə bir vəziyyət yaranmalıdır ki, bizim fikirlərimizə etiraz edənlərə qarşı, inqilaba çağırışı qəbul etməyənlərə qarşı ictimai qınaq yaransın. Bu yazı da məhz ona xidmət üçün yazılıb. Hələlik insanların beyin hüceyrələrini tidrədək, sonra Çe də, Fidel Castro da ola bilərik. Unutmayaq ki, adlarını çəkdiklərim hansısa yazılara, konkret Marksın nəzəriyyəsinə əsaslanaraq Çe, Castro olublar…
avatar
Sondakı sağ və sol haqdakı fikirlər, bir dosta aiddir, özümün deyil. Qeyd etməyi vacub bildim.
avatar
Təşəkkür edirəm bu yazıya görə. İmtahanım var və bu da suallardan biridir, vaxtsızlıqdan oxuya bilməmişəm. İndi yaza biləcəm :)