ctrlA
Reytinq
+311.76
Güc
854.06

ctrlA

Kommunizmi təbliğ edən "Şirinlər"

Şirinlər həqiqətənmi kommunist ideologiyanı mühafizə edən bir cizgi serialıdır?


İllərdir bu mövzu mövzu üzərində müxtəlif müzakirələr aparılmaqdadır. Əlavə olaraq, bu mövzu bir çox universitetlərdə cizgi film, serial, reklam vəfilm ilə birlikdə „media və mədəniyyət“, „mədəni imperialzm“ kimi dərslərdə dərs mövzusu olaraq keçirlir. Beləliklə, həqiqətən də şirinlər kommunistdir, yoxsa son illərdə italyan araşdırmacı Antonio Soronun bildirdiyi kimi massonmu? Yaxşı, dayanın, beyniniz qarışmasın!

„Necə yəni, illərcə izlədiyimiz və hələ bu gün də izləməkdə olduğumuz məsum şeylər, yəni şirinlər əzazil kommunistdirlərmi?“ (bu sual kommunizm fobiası olanların beynində çoxdan peyda oldu belə, məncə). İlkin olaraq, şirinləri analiz edərlən hansı üsuldan istifadə dəcəyimizi bəlli etməliyik. Həll üçün istifadə edəcəyimiz üsul mətn oxumaq olacaq. Yəni şirinlərin yaşayışı, davranışı, şəxslər, əslində nələri təmsil etdiyinə baxacayıq.

Mövzunun daha aydın olması üçün bir misalla başlayaq ki, İkinci Dünya Müharibəsi zamanı Hitler həm radionu, həm də kinomotoqrafiyanı özünün istədiyi kimi mesajlarla bəzəyərək alman xalqını uyuşdurmuşdu. Hitlerin dövründə Almaniya kinofilmlərinə nəzər yetirildikdə görülür ki, o dövrdə çəkilən bütün filmlərdə rol alan aktyor və aktirisalar sarışın və mavi gözlüdür. Burada məqsəd saf alman irqini təmsil etmək, tamaşaçının başında alman təsvirini formalaşdıraraq beyin yıxmaqdır (baxmayaraq ki, tamaşaçının sistem xaricində, televiziya və filmlərdə kodlaşdırılmış alt mətnlərə məruz qalmasına dair yazılacaq çox şey var, lakin burada qısa olaraq yalnız bir misal vermək istədim, çünki mövzu şirinlərdir).


Ardı →

Molotov kokteyli hazırlayacaq barmenə bəzi tövsiyələr

barmen
mənə bir badə
molotov kokteyli hazırla
rica edirəm
əl altında etil spirti yoxundursa belə təlaş etmə
mən deyingən
hər şeyin 100/100 olmasını tələb edən müştərilərdən deyiləm
benzin işə yarar
amma bir azcıq da motor yağı əlavə et o zaman
həm yanmaya kömək edir həm də qara tüstüdə görünməz edir
motor yağı yoxundursa fosfor da əlavə edə bilərsən
və ya
qudron
və ya
maye sabun
və ya
şəkər
Ardı →

Qadın evdə oturmalıdır?

Suriyalı vaiz Houda al-Habash ilk dəfə 1982-ci ildə qızlara Quran öyrətmək üçün yay məktəbini açıb və “Gözündəki nur” filmində 30 il boyunca Dəməşqdə davam edən bu kurslardan danışılır. 
 
Qızlar burada ayə-ayə Quranı əzbərləyirlər, onun əsl mənasını anlamağı və başqa İslami bilikləri öyrənirlər. Amerikalı film müəllifləri Julia Meltzer və Laura Nix deyir ki, onlar filmlərində  Al-Habash kimi müsəlman qadınların həyatlarını və dəyərlərini göstərməyə çalışıblar.
 
Laura Nix:
 “O qadınların məscidə gəlmələrinin tərəfdarıdır. Onların çox ciddi şəkildə oxumalarını istəyir. O, qadınların təhsilli olmasını, istəsələr işə düzələ bilməsini istəyir. Təbii ki, bunun önündə cəmiyyətdə müəyyən əngəllər var, ancaq o inanır ki, bu önyarğıları məhz İslamın vasitəsi ilə dəyişdirə bilər”.
 
Filmdə Al-Habashın sözlərinə görə, İslamda öyrənmək də ibadətdir. Və o, “qadın evdə oturmalıdır” deyən mühafizəkar ruhanilərə qarşı çıxır.
 
HOUDA AL-HABASH:
Müsəlmanlar özləri qadına çox şeyi qadağan edirlər – öyrənmək — öyrətmək haqqını, hətta məscidə girməyi. Amma bu cahillikdir, bunun dinə dəxli yoxdur. 
Ardı →

Jan Melye - vəsiyyətnaməsi yandırılan ateist keşiş

O, keşiş və ateist kimi ziddiyyətli cəhətləri özündə birləşdirən şəxsiyyət kimi tarixə düşüb. Ondan əvvəl də ateistlər var idi, amma onların heç biri sadə xalqı inqilaba səsləməyib. Həmçinin, ondan əvvəl də inqilab tərəfdarları olub, lakin onların heç biri ateist deyildi. Sağlığında heç kəs tərəfindən tanınmayan bu kənd rahibi fəlsəfi ideyaları ilə Fransa maarifçilərinə və Böyük Fransa inqilabına güclü təsir göstərib. Qırx il keşişlik edən dindar qiyafəli ateist mütəfəkkir, ölümündən əvvəl yeganə əsəri sayılan “Vəsiyyətnamə”sində həyatı boyu Tanrıya inanmadığını etiraf edərək, ictimai fikir tarixində ilk dəfə ateizm və materializmi xalq inqilabı ilə birləşdirib. 
Davamı →

Yoxsul prezident Xose Muxika

Yer kürəsinin ən yoxsul və ən gözütox prezidenti marksist Xose Muxikadır. Onun yoxsulluğu elə gözütoxluğunun nəticəsidir.
2009-cu ilin noyabr seçkilərində qalib gələn Uruqvay prezidenti Xose Muxikanın nə 74 milyonluq imarətləri var, nə də ölkəsindən 48 milyard dollar çıxarıb. Aldığı ən bahalı əşya isə “Folksvaqen böcək” avtomobilidir (Sovet illərinin “Zaporojets” maşınını yadınıza salın). Bu dranquletə prezident cəmisi 1945 dollar pul sayıb.
77 yaşlı Muxikanın prezident kimi aylıq maaşı 12500 dollardır. Bu pulun 90 faizini o, mütəmadi olaraq xeyriyyə üçün ayırır və özünə yalnız 1250 dollar saxlayır.
Davamı →

Samir Sarı "X Günü" romanından parça. "Hansı millət daha yaxşıdır?"

Son mövzularla bağlı bugün belə bir material tapdım. Samir Sarının «X Günü» kitabından bu hissəni kayzençilərə təqdim edirəm. Ümid edirəm ki, nə demək istədiyim düzgün anlaşılar. Aşağıdakı parçanın daha yaxşı anlaşılması üçün isə, zaman-zaman mötərizədə izahlar verəcəm. Bəzi xüsusi çatdırmaq istədiyim fikirləri isə qara şriftlə verəcəm.

 

Bəzən elə olur ki, adam sözün düzünü deyəndə ətrafdakılar deyirlər ki, əsl vətənpərvər adam elə söz danışmamalıdır. Guya ki, həqiqət və əsl patriotizm bir-birinə zidd olanda ikincinin trəfində durmaq və birincini boğmaq gərəkdir. Elə adamlar da var ki, vətənini, millətini hamıdan çox sevirlər, amma həqiqəti deməkdən də çəkinmir, utanmır, qorxmurlar.

Abış kişinin oğlu Qaraşla bir palatada yatan erməni Qrişa (hər ikisi Rusiyaya iş dalınca gedənlərdi) belələrindən idi. Ömrünün 57 ilini Azəristanda (Azərbaycan nəzərdə tutulur) yaşamış bu kişi doğulduğu torpağı sevsə də, erməni oğlu erməni olaraq öz millətinə də bağlı adam idi. Düzdür, Gəncədən Gümrüyə köçəndən sonra o, öz millətinin içində baş çıxara bilməmişdi, hər yerdə aşağılanmışdı, amma bu onun öz millətinə sevgisini o qədər də sarsıtmamışdı. Qrişa bu haqda palata yoldaşına, özü demişkən eloğlusuna danışırdı ki, sadəcə, onu Gümrüdə “azar”, yəni “azerbaydjanskie armyane” adlandırılması narahat edirmiş, amma artıq buna da vərdiş eləyib. Sonradan Moskvaya, oğlunun yanına köçən Qrişa yalan-gerçək gəncəli dostları ilə ermənilərin arasında fərq qoymadığını, onlara eyni gözlə baxdığını deyirdi. Bununla belə, Qrişa kişi səmimi şəkildə etiraf və iddia edirdi ki, onun millətində ağıl var, nə də Qaraşın millətində. O bu sözləri zarafata salıb deyirdi, amma fikirlərində möhkəm idi.


Ardı →

Qoşalıq və ya tənhaların qəm nəğməsi

  • Esse
Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.
“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.
Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.
Çoxları da heç ayrılmır. Ömürlərini özgələrinin yarıları ilə başa vururlar, ona görə də heç vaxt bütöv olmurlar.
Niyə belədir axı görəsən? Niyə hər şey qoşa olanda gözəl olur? Tənha qadın...Tənha kişi…
Heç vaxt inana bilmərəm ki, dünyada elə bir tənha qadın (yaxud kişi) tapılsın ki, özünü xoşbəxt hiss etsin.
Yarımçıq insan deyilmi tənhalar? Nədir axı bunun sirri? Bəlkə də ona görə ki, qoşalıqdan gəlir dünyaya insan övladı?
Tənha quşun yuva qurduğunu görən olubmu? Bəlkə Günəş elə tənha olduğuna görə alışıb-yanır?

Kim bilir, bəlkə tənha olduğu üçün belə solğundur Ay?
İnsan bədəninin neçə üzvü qoşadır. Qulaqlarımız, gözlərimiz, kirpiklərimiz, qaşlarımız qoşa deyilimi?
Qoşa deyilmi sifətimiz? Qoşa deyilmi dodaqlarımız?
Qoşa deyilmi damaqlarımız? Burnumuz birdir, bəs qoşa deyilmi onun dəlikləri? Birdir başımız, bəs qoşa deyilmi beyin yarımkürələrimiz?

Ürək birdir, ancaq ürəyin şöbələri qoşa deyilmi? Böyrəklərimiz, ağ ciyərlərimiz qoşa deyilmi?
Onurğa sütunu insan kürəyini iki yerə bölmürmü? Qoşa deyilmi ayaqlarımız? Qollarımız qoşa deyilmi?
Hər iki olan qoşadırmı? Qoşalıq və iki olmaq eynidirmi? İki olmaq ayrı-ayrı iki ədəd birin mövcud olmasıdır.
Qoşanın bir birləşən yeri var axı...qoşalıq həm də bir olmaqdır. Yəni, kökü eyni olur qoşanın.
Ayaqlarımız və ya qollarımızın biri o birindən uzun yaxud gödək olanda anormallıq əlaməti sayılır.
Gözün birinin o birindən balaca olması eyib hesab edilir.

Qoşalıq bərabərlikdir həm də. Cütlük bütövlükdür. Kimlərdir həyatda ən xoşbəxt?
Kimlərdir ən bədbəxt? Öz tayını, öz yarını tapıb bütövləşənlər xoşbəxtlər xoşbəxti deyilmi?
Öz yarılarını tapmayanlar dünyanın ən bədbəxti deyilmi?
Hər şeyin əlacı var. Şirin şeydən doyub bezəndə turş nəsə axtarırıq.
Yanan odu su ilə söndürürük. İstidən alışıb yananda sərin bir axtarırıq.
Budur odun əlacı. Soyuqdur istinin çarəsi. Hər şeyin əlacı var.
Hər şeyin çarəsi var. Bəs həyatda öz yarılarını tapmayanların əlacı nədir görəsən?

Öz yarılarının başqa birinə zorla calaq edildiyini görənlərin dərdinə dərman varmı görəsən?
Öz yarısını gec də olsa tapan, amma ona yalnız xəyalən qovuşanlar bədbəxtdir yoxsa xoşbəxt?
Öz yarılarını tapmayanların al-əlvan çılçıraqları o evi nurlandıra bilərmi, ilahi?
Öz yarılarını tapanların evində yanan zəif şam şölələri ən işıqlı çılçıraqdan işıqlı deyilmi?
Qoşaların ruhu ayrıdır, yoxsa birdir, ay Allah?
Qoşa olanlar xoşbəxtdir. Yarımçıqdır tənhalar! Tənhaların evlərinin divarları qəm nəğməsi dinləyir hər gecə.

Tənhaların göz yaşları içlərinə axır hər gecə.
Tənhaların dodaqlarında qəm nəğməsi oxunur hər gecə.

Mahnı qulaqlarımda əks-səda verir...

Hamı gəzir yarısını
Qoca gəzir qarısını...
gəzir....

© Sevil Gültən

Davamı →

Diktatorları necə yıxmalı?

Nobel mükafatlı Peru yazıçısı Mario Varqas Lyosanın noyabrın 7-də ABŞ-ın “Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsi

 

AZADLIQ AXTARIŞLARI VƏ ƏDƏBİYYAT

İndi biz bütün dünyada Azadlığa qovuşma səadətinin və bunsuz yaşamağın doğurduğu təhlükələrinin şahid ola bilərik. Məhz bunun üçün mən də indiyəcən yazılarımda fərdi azadlıq ideyasının yayılmasına bu qədər şövqlə çalışmışam.Mənimlə eyni nəsildən olan xeyli insanın aldandığı Marksizm miflərindən əl çəkəndən az sonra mən həqiqətə qovuşduğumla bağlı qəti qənaətə gəldim. Həmin həqiqəti bacardığım ən yaxşı üsulla, söz sənəti vasitəsilə başqaları ilə bölüşməliydim.

Sağ və sol düşərgəyə mənsub tənqidçilər çox vaxt mənim romanlarımı yalnız ona görə tərifləyirdilər ki, ifadə etdiyim ideyalardan danışmasınlar. İnanmıram ki, mənim yazılarım həmin yazılardakı ideallardan təcrid oluna bilər.Romançının vəzifəsi fövqəlzaman və bəşəri həqiqəti nizamlı təhkiyə vasitəsilə ifadə etməkdir. Bir incəsənət nümunəsi olaraq əsərin əhəmiyyəti onun ifadə etdiyi mesajdan təcrid edilə bilməz.Necə ki cəmiyyətin azadlıq və firavanlıqla bağlı planları onun təməl prinsiplərindən təcrid edilə bilməz.


Ardı →

Gənclər gününə sözardı...

Bugün 2 fevral, Azərbaycan gənclər günüdür. Gənclərin başqa günü də var ki, bu 10 noyabr tarixinə təsadüf edir və Ümumdünya gənclər günü adlanır. Bu yazının mövzusu isə Azərbaycan gənclər günü, konkret isə Azərbaycan gəncləridir.

Əvvəlcə yazını oxuyan hər bir gəncin bayramını təbrik edir, onlara bütün ictimai-siyasi, iş, karyera, şəxsi həyat kimi sahələrdə uğurlar arzulayıram.

İndi isə keçək əsas məsələyə — Bugün üçün Azərbaycan gəncinin hansı problemləri var, o gənclərin bayramını təbrik etmək olarmı? Hazırda problemləri bir neçə yerə ayırmaq olar. Mən belə böldüm:

  1. Şəxsi problemlər – bu ad altında ailədə olan problemlər, sevgi məsələləri və s. ümumiləşir.
  2. Təhsil, iş və karyerada olan problemlər
  3. İctimai-siyasi fəaliyyətdə qarşılaşılan problemlər – proseslərdə iştirak, hüquq və azadlıqlar və s.

 

İndi isə bu 3  kateqoriyanı ayrı-ayrılıqda şərh edək. Ailədə yaşanan problemlər əsasən valideyn-övlad münasibətləri kontekstində nəzərdən keçirilməlidir. Burda da əsas məsələ valideyn və övlad arasında fikir ayrılıqlarının olmasıdır. Gənclərin dilindən çox vaxt “Valideynlərim məni başa düşmür” tipli ifadələr eşidirik.


Ardı →

Vikipediyamızı birlikdə yazaq.

Əvvəlcə gəlin görək vikipediya nədir? Vikipediyanı bir sözlə ifadə etsək, bu açıq ensiklopediyadır. Bəs açıq ensiklopediya nədir? Açıq ensiklopediya odur ki, o ensiklopediyanı hamı zənginləşdirə bilər, onun ərsəyə gəlməsində hamının əməyi ola bilər — professorundan tutmuş tələbəsinə, mühəndisindən tutmuş həkiminə, ağ yaxalıqlısından tutmuş göy yaxalıqlısına qədər hamının. Qısaca, onlayn mediaya çıxışı olan, evində interneti mövcud olan hər kəs vikipediya`ya yaza bilər.

Hazırda vikipediya dünyada işlənən dillərin demək olar ki, hamısında, dəqiq desəm, 281 dildə məqalələri özündə birləşdirir. Bəzilərində çox, bəzilərdində isə az olmaqla. Vikipediyadakı azərbaycandilli məqalələr «az» kateqoriyasına daxildirlər. Təbii ki, bu xoşagəlməz haldır. Şəxsən mənim onlayn mediada ən güvəndiyim şəbəkə vikipediya`dır. Nəsə axtaranda ilk olaraq vikipediya`dakı nəticələrə diqqət edirəm. Güvənməyimin sas səbəbi isə, orada bir sıra digər xidmətlərdən fərqli olaraq mənbələr göstərilməsidir.

Bu azlığı nəzərə alıb Azərbaycan dilində vikipediya istifadəçilərinə müracit ünvanlanıb. Həmin müraciətin tam mətnini bu link`dən oxuya bilərsiz. Amma özüm də müraciətin nədən ibarət olduğunu qısaca bildirməyi lazım bilirəm. Müraciətdə diqqət vikipediyada azərbaycandilli informasiyaların az olmasına yönəldilir və təklif olunur ki, azərbaycandilli vikipediyanın zənginləşdirilməsinə, orada məqalə sayının artırılmasına hamı öz töhvəsini versin — təklif olunur ki, vikipediyamızı birlikdə yazaq.


Ardı →