ctrlA
Reytinq
+311.76
Güc
854.06

ctrlA

İranlı rejissorun çəkə bilmədiyi filmi

  • Kino

İranlı rejissor Cəfər Pənahinin “Bu bir film deyil” adlı sənədli filmini izlədim. 75 dəqiqəlik filmdə İran rejimi tərəfindən siyasi səbəblərə görə həbsolunan Pənahinin həbs olunmadan öncəki bir günü anladılır.

Pənahi İran rejimi tərəfindən siyasi səbəblərə görə 6 il həbs cəzası, 20 il peşəsini icra edə bilməmək, yəni film çəkməmək, ssenari yazmamaq və ölkədən çıxmamaqla cəzalandırılır. Çəkmək istədiyi yeni filmi də çəkə bilmir. Məhkəmə ərəfəsinin olduğu günlərdə Pənahi, “madam film çəkə bilmirəm, o zaman çəkmək istədiyim filmdən  danışaram” deyib dostu Mojtaba Mirtəhmasibi çağırır.

Dostu gəlir. Pənahi ondan kameranı yandırıb film barədə danışığını lentə almasını istəyir. Belə də edirlər. Pənahi film haqqında danışmaq üçün evində uyğun bildiyi guşəyə keçir və çəkə bilmədiyi filmi barədə danışmağa başlayır. Seçdiyi guşəni yapışqan kağızla sərhədləyir və göstərir – bu ev, bu qızın otağı, bu çarpayısı, bu pəncərə, bu qapı… Rejissor, izah etməyə çalışdığı filmdə həm də aktyoru əvəz edir. Birinci səhnənin bitdiyini deyib dayanır və: “bir filmi anlatmaq üçün əvvəl onu çəkmək lazımdır. Bir filmi çəkmədən, onu necə anlada bilərəm ki? Filmi anlada bilsək, niyə film çəkək ki?” — deyib dayanır.


Ardı →

1,6 milyard müsəlmanın elmdə cəmi 2 "Nobel"i var

ABŞ-ın Harvard Universitetinin 2005-ci ildə nəşr etdirdiyi elmi məqalələlərin sayı  17 ərəb ölkəsinin birlikdə çap etdirdiyi elmi məqalənin sayından çoxdur.
Dünyada yaşayan 1 milyard 600 milyon müsəlmanın elmdə cəmi 2 Nobel mükafatı laureatı var.  Onlardan biri kimya, biri də fizika üzrə Nobel alıb. Bu alimlərin hər ikisi Qərbə köçüb. Onlardan cəmi biri sağdır.
Müqayisə üçün, müsəlmanlardan 100 dəfə az olan yəhudilərin 79 Nobel mükafatı laureatı var.
Bütün bunları dünyanın ən nüfuzlu jurnallarından olan Economist yazır.

PUL AZDIR?

Müsəlman ölkələrində elmdə belə aşağı nailiyyətlərin səbəbi nədir?
Yəqin ki, bir səbəb elmə ayrılan pulun azlığıdır.
İslam Konfransı təşkilatına 57 müsəlman ölkəsi daxildir. Onların bir ildə elmə xərclədiyi pul orta hesabla ÜDM-un 0,81 faizidir. Bu da dünyada orta göstəricidən 3 dəfə azdır.
Ardı →

Nə üçün musiqini sevirik?

  • Musiqi

Musiqi nədir? Düz şəkildə danışaraq deyilə biləcək bir şeyin müxtəlif səs dalğaları ilə deyilməsindən niyə xoşumuz gəlir? Musiqi nə üçün kef və ya taməksinə hüzn duyğusu verə bilir?

Musiqi əslində səs dalğalarının, müəyyən qaydalar içində bir nizama salınmasıdır. Bilindiyi kimi, səs dalğalar halında yayılır. Bir saniyə içindəki dalğa sayı səsin xarakterini təsbit edir. Saniyədə 260 dalğa edən, yəni titrəşən səs 'Do' notudur.
Bu şəkildə 7 təməl not meydana gəlirr: Do-Re-Mi-Fa-Sol-La-Si. Son notdan sonra, Do`nun titrəşmə sayının bir misli qədər titrəşmədə daha incə bir Do gəlir ki, bu iki Do arasına bir oktav deyilir. İşdə bu oktav, qam, akkord deyilən riyazi silsilələr şəklində bir növ düzülərək musiqi yaradırlar. Ancaq bütün bunlar bizə, bu riyazi silsilələrdən bixəbər, Afrika yerlilərinin, dağ başındakı çobanın ləziz musiqisini açıqlaya bilməz.


Ardı →

Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir.


Ardı →

Tarixdə maraqlı sui-qəsdlər

Yuli Sezar – eramızdan əvvəl 49-44-cü illərdə Roma imperatoru

Yuli Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Qatillər isə yalnız qarşılarındakını parçalamaqdan başqa bir şey düşünmürdülər. Onların amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu onun ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız “Brut sən də?” deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş. Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi.
Ardı →

Yalan maşını necə işləyir?


Televiziya, qəzet və ya internetdən bizdə çox olmasa da (olsa da «demo» versiya olar) ABŞ — da polis sorğulamalarında ehtiyyac yaranarsa bir şübhəlinin yalan maşınına bağlanaraq, doğrunu söyləyib söyləmədiyini nəzarət edildiyini görmüş və ya oxumuşsunuz. Hətta ABŞda FBI və ya CIA kimi çox əhəmiyyətli dövlət vəzifələrinə alınmağa namizəd məmurlara da bu test tətbiq olunmaqdadır.



Ardı →

Yağışda qaçmaq, ya normal yerimək?

Yağış yağarkən qaçanların daha çox islanacağını iddia edən, insanı yağışda yellənə yellənə gəzməyə çağıran bir görüş ilə heç bir şey fərq etməyəcəyini iddia edən bir başqa görüş ortada dolanıb dayanmaqdadır.  

Heç bir şey dəyişməyəcəyini söyləyənlərin fikirinə görə bədəninizin bir düzbucaqlı olduğunu və yağış damlalarının yerə dik düşdüyünü fərz edək. İstər bir yüz metrçi kimi sürətli qaçın, istərsə yellənərək gedin bir şey fərq etməz. Sürətinizə bağlı olmadan bədəninizə düşən yağış dənəsi sayı eyni qalar. Qaçdıqca ön tərəfinizə bir saniyədə daha çox yağış dənəsi isabət edəcək amma müddət qısaldığından cəmi ədəd və nəticə dəyişməyəcək.

yağışds qaçaq yoxsa sakitcə gəzək?
Ardı →

Rənglərin təsiri

Rənglərin insan davranışına və psixologiyasına əhəmiyyətli dərəcədə təsir etdiyi artıq dəqiqləşmişdir. Kanadada bir məktəbdə edilən təcrübədə otaqların rəng və işıq nizamlarının dəyişdirilməsi ilə bəzi şagirdlərin zəka səviyyələri və intizam problemlərinin müsbət şəkildə təsirləndiyi təsbit edilmişdir. Ancaq insan gözünün işıq və rəngi qəbul edən şəbəkə təbəqəsinin görmə sinirləri vasitəsiylə bunu beynə çatdırdıqdan sonra beyində necə fizioloji təsirlər yaratdığını alimlər hələ açıqlaya bilmir.
Əslində gözümüzə gələn görünüş iki növ görmə hüceyrəsi vasitəçiliyi ilə daranır.
Davamı →

Dünyanın axırı: Tarixdə ən məşhur gözləntilərin «Top-10»u

 Dünyanın axırının nə vaxt olacağını birinci dəfə deyil ki, elan edirlər və gözləyirlər. Tarixdə bu dəfələrlə olub.

Bunların ən məşhurları:

500-ci il. 3 Roma ilahiyyatçısı elan etmişdi ki, 500-ci il dünyanın sonudur və bu vaxt İsa peyğəmbər
yenidən dünyaya gələcək.

 1666-cı il. 17-ci əsrin əvvəlində və ortalarında əminlik var idi ki, 1666-cı il dünyanın sonu olacaq. Bu əminlik 3 “6”-nın dalbadal gəlməyinə, 666 isə öz növbəsində Tövrata əsaslıanırdı ki, 666 şər qüvvə ilə bağlıdır.

1843-1844-cü illər. Amerikalı dini fəal Miller inanırdı ki, İsa peyğəmbərin ikinci gəlişi 1843-1844-cü illərdə olacaq. Bu vaxt Yer od tutub, yanacaq.

Ardı →

Ölülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir az təcrid edirsən, fərqli falan görünürsən, oldun filosof. Bir az da Niçşe, Freyd və digərləri barədə az-maz, necə deyərlər quyruğunu sudan çıxara biləcək qədər biliyin olsa bəsindi. Bilirsiz biz niyə fəlsəfəylə falan maraqlanır, dəbdə olan romanları və bu kimi zadları oxuyuruq? Yenə bilmirsiz. Ona görə ki, “cool” görünnmək istəyirik. Danışanda Niçşedən bir az as kəs, Nihilizmdən danış, Coelyonun filan əsərindən bir cümlə zad elə, sonra, əşi nə bilime sonra nə olacaq. Başıma gəlmiyib. Amma təsəvvür elə də nə olacaq, ən azı 2-3 qızın diqqətini çəkəcəksən. Nə çoxdu pessimistka hostedkalar! Nə olsun ki, sən saxta filosof olduğun qədər, onlar da pessimistkadılar, əsas odur ki, diqqətlərini çəkəcəksən. Mərc gəlirəm ki, 90% belə qızlar qlamurkalar, civilərdi. İnanmırsan? Cəhənnəmə ki! Amma o boş beynivi işlədib bir az fikirləş. Hər bir qlamurka özünə “cool” layiq bilmir bəyəm? Görürsən ki, haqlıyam. Fikirləşirəm, mən həmişə haqlı idim. Yadıma gəlir, o vaxt atalarınızla bir mübahisəm olmuşdu. Kişilər deyirdilər ki, ayağı yorğana görə uzatmaq lazımdı.Mən də etiraz edib dedim: – Boya uyğun yorğan tapmaq daha məqsədəuyğundu.


Ardı →