ctrlA
Reytinq
+311.76
Güc
854.06

ctrlA

Mən yazıyam (esse)

Mən yazıyam. Yazılmışam. Qələmin mürəkkəbi sərf olunub mənə. Ya da XXI əsrdi, yəqin klavişlərə yazılmışam. Hər halda artıq yazıyam.

Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma  minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.

Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.

Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam.


Ardı →

Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 


Ardı →

Niyə də sevinməyim?!

  • Futbol

Aqustun 30-da Neftçi səfərdə Kiprin Apoel klubunu 3-1 hesabıyla məğlub edərək Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bu münasibətlə başda Neftçi azarkeşləri olmaqla, ümumilikdə Azərbaycan futbolunun bütün azarkeşlərini, Neftçi demədən, Xəzər demədən bütün Azərbaycan klublarının beynəlxalq uğurlarına sevinən futbolsevərləri təbrik edirəm. Neftçi həqiqətən də buna layiq idi və bununla bir daha Azərbaycan futbolunun flaqmanı olduğunu sübuta yetirmiş oldu.

Təbrikimi etdim indi də keçim əsas məsələyə. Onsuz bu və bu kimi cümlələri onsuz hələ telakanallarda, saytlarda çox görəcəksiz. Məsələ sadədir əslində. Mənim Xəzər Lənkəran azarkeşi olmağımdadır məsələ. Daha dəqiq isə mənim Xəzər Lənkəran azarkeşi olub da Neftçinin qələbəsinə sevinməyim, sosial şəbəkələrdə Neftçini dəstəklədiyimi göstərən statuslar yazmağımdır məsələ. Məsələnin tam mahiyyəti isə mənim cənubdan ola-ola bunları etməyimdir. Mənə deyirlər ki, sən cənubdansansa, Neftçiyə nifrət etməlisən, o bizim düşmənimizdir.


Ardı →

Maraqlı və Qəribə məlumatlar

1. 18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
2. İnsan DNK-sında 80 min gen var.
3.Təyyarələrin qara qutusu narıncı rəngdə olur.18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
18 fevral 1979-cu ildə Saxara səhrasına ilk və son dəfə qar yağmışdı.
4.Bir insandaki toplam damar uzunluğunun 150 min km.və dünya ilə gunəş arasındaki məsafənin də 150 milyon km. olduğunu...
5.Las-Veqasın kazinolarında bir dənə də olsun saat yoxdur.
6.Xeops ehramının plitələri arasından ülgüc də keçirtmək mümkün deyil. 
7.Delfinlər bir gözlərini açıq qoyaraq yatır. Həmçinin yatarkən dairələr çəkərlər.Dairənin xaricinə baxan gözləri ovçuları müşahidə etmək üçün açıq qalır. Müəyyən bir müddət sonra yan dönüb əks yönə dairələr çəkməyə davam edər və digər gözlərini açarlar.
8. Bütün tarix boyu Nil çayı iki dəfə — IX və XI əsrlərdə donub.
9.İl ərzində bir dəfə də olsun insan doğulmayan yeganə ölkə Vatikandır.
10.Uşaqlar dünyaya diz qapağı olmadan gəlirlər.
11. Albert Eynştein doqquz yaşına qədər düz-əməlli danışa bilmirmiş.
12. Eyfel qülləsinin təpəsinə çıxana qədər 1792 pilləkən qət etməlisən.
13. Dovşanlar gözləri açıq yatırlar.
14. Bayquş mavi rəngi görə bilən tək quşdur.
15. Prezident Con F.Kennedi 20 dəqiqədə dörd qəzet oxuya bilirmiş.
16. Gözlərimiz heç bir zaman böyüməz. Amma burnumuz və qulaqlarımızın böyüməsi əsla sona çatmaz.
17. Qağayılar duzlu suyu filtr edən xüsusi bir bezə sahib olduqları üçün duzlu su içə bilərlər.
18. Göyərçinlərin sümüklərinin ağırlığı, tüklərindən daha yüngüldür.
19. Zürafələrin səs telləri yoxdur, quyruqları ilə ünsiyyət qurarlar. 
20. Çinin Huanglo kəndində qadınların saçlarının uzunluğu adi halda 1,8 metrə çatır. Ən uzun saçlı qadnın saçının uzunluğu isə 2,7 metrdir.
21. Oarfish adındakı qeyri-adi balıq zəlzələni hiss edərək zəlzələdən əvvəl özünü sahilə atır.
22. Əsəbdən, sevincdən, üzüntüdən və s. səbəbdən ağlarkən axan göz yaşlarımızın səbədən asılı olaraq kimyəvi tərkibi dəyişir. 
23. Ağ evin iti olan Millie 1991-də George Bushun qazandığı maaşdan dörd dəfə çox pul qazanmışdı. 
24. İnsanlar — məməlilər sinfinin yegənə üzvləridi ki, eyni anda nəfəs ala və udquna bilmirlər.
25. Çilidə San Alfonso Del Mar otelinin hovuzu böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun ölçüləri görənləri heyrətə gətirir. Belə ki, 8 hektardan çox ərazini əhatə edən 1 km uzunluğunda hovuzun dərinliyi 35 metrdir. 
Davamı →

Ölməzdən əvvəl baxılmalı 50 film

  • Kino

"Ölməzdən əvvəl baxılmalı 50 film" (50 Films To See Before You Die) — 22 iyul 2006-cı ildə Britaniyanın Channel 4 televiziya studiyası tərəfindən göstərilən teleşou. Proqram Film4 televiziya kanalının ümumi efir buraxılışına hazırlanmışdır.

Proqramda 50 film təqdim edilmişdi. Filmlər televiziya tənqidçilərinin, ekspert və sadəcə izləyicilərin sorğusu nəticəsində seçilmişdir. Hər film öz janr və stilində ən mükəmməli kimi yığılırdı. Təzəlikcə prokata buraxılmış filmlər, yeni çəkilənlərdən daha çox idi. 


Ardı →

Qloballaşma nədir?




Qloballaşma və ya qloballaşma dünya səviyyəsində iqtisadi birlikdəlik möhkəm  məqsədiylə ortaya atılmış bir anlayışdır. 1980ci illərdə ortaya çıxan bu anlayış ilk olaraq müxtəlif alim və iqtisadçılar tərəfindən istifadə edilməyə başlandı və zamanla iqtisadçılar tərəfindən inkişaf etdirilərək bu günki kompleks mənasına qovuşdu.

Ən sadə və antik mənasıyla qloballaşma iqtisadi mənada sərmayənin dünya üzərində dövranının tək-tək ölkələr səviyyəsində deyil, dünya səviyyəsində yaradılan qlobal bir bazar üzərində gəzməsi mənasını verər. Fərqli bir şərh etsək kapitalizmin sənaye baxımından genişləməsinə və kütləvi informasiya vasitələrinin yayılması ilə iqtisadi, mədəni və siyasi səviyyədə dünyada cəmiyyətlərin iç-içə girməsi olaraq qəbul edilməkdədir.

Zamanla dünyadakı bir çox inkişaf nəticəsində cəmiyyət və cəmiyyəti meydana gətirən insanlar  fərdilikdən uzaqlaşmış və daha ümumi olan qlobal anlayışlardan bəhs etmiş olmuşdur. Səyahət, ünsiyyət, iqtisadiyyat, ticarət, idman müsabiqələri, peşələr və hətta sənət  işləri artıq ölkələr, dövlətlər və xalqlar üstü bir xüsusiyyətə bürünmüşdür. Bu qloballaşma zamanla qlobal bir sənət anlayışının, qlobal bir iqtisadiyyatın meydana gələcəyini və hətta tədbirlər alınmadığı təqdirdə dünya üzərində ənənəvi şəxsiyyət xüsusiyyətlərini itirmiş tək tip insan modelinin meydana gələ biləcəyini göstərməkdədir.


 
Davamı →

Dünyanın Ən Gözəl Tablosu [interesting]

 


Məşhur bir rəssam, bir gün dünyanın ən gözəl şəkilini çəkməyə qərar verdi. 
Bunun üçün dünya da ən gözəl şeyin nə ola biləcəyinə 
dair məlumat yığmaq üzrə uzun bir səfərə çıxdı.

Meşəliklə gedərkən, beli bükülmüş yaşlı bir adamın yol kənarına oturğunu gördü. 
Yanına gedərək ona dünyanın ən gözəl şeyinin nə olduğunu soruşdu. 
Qoca heç tərəddüd etmədən:
alt
- "İmandır" dedi.

Sonra, bir qəsəbədən keçərkən, bir qapı qarşısında toplanmış toy adamlarına rast gəldi. 
Adamların arasına keçərək gənc gəlinə:
— «Dünyanın ən gözəl şeyi nədir sizcə?» deyə sual verdi.
Gəlin, bəyin gözlərinin içinə baxaraq:alt
- «Dünyanın ən gözəl şeyi sevgidir!» dedi.

Rəssam yoluna davam etdi. Tozlu bir yolda gedərkən cəbhədən gələn yorğun 
bir əsgərlərə rast gəldi. Eyni sualı onlardan da soruşdu. Əsgərlər:
alt
- «Dünyada ən gözəl şey barışdır!» dedilər.

— «Rəssam öz-özünə əgər bu dünyanın ən gözəl şeyləri iman, eşq və barışsa mən 
bunların şəkilini necə çəkə bilərəm ki?» Deyə düşünməyə başladı. 
O düşüncəylə evinə döndü.
Evinin qapısından içəri girdiyində isə dünyanın ən gözəl mənzərəsinin qarşısında
 olduğunu düşündü. Uşaqların günahsız baxışlarında «iman», arvadının gözündə 
«eşq», evində isə «barış» halı hökm sürürdü. Bunlardan aldığı ilhamla rəssam, 
dünyanın ən gözəl şeyinin şəkilini çəkməyə başladı. Şəkil bitincə də tabloya bu adı verdi:
alt
- «Evim!»



Davamı →

Müharibə, yoxsa sülh?



Bütün dünyadakı aclıq problemini aradan qaldırmaq üçün ildə 30 milyard dollar pula ehtiyac var, bu rəqəm bütün dünyanın bir həftədə müharibə
üçün xərclədiyi məbləğə bərabərdir. Müharibə adı geyindirilmiş insan öldürmə, qətliyyam prosesinin isə yalnız bir səbəbi var: hökümətlərin bitməyən nəfsi! Təəssüf ki, hökümətlərin oynadığı bu oyunlara görə xalqlar nifrət etməyi, ölməyi və öldürməyi öyrənir. Təkcə 2-ci Dünya Müharibəsində 20 milyon əsgər, 40 milyon sivil xalq olmaqla 60 miylon insan ölüb. Bu rəqəm böyük bir ölkənin əhalisi sayıyla eynidir. 2-ci Dünya Müharibəsinin maddi ziyanı isə 1.944 trilyon ABŞ dollarıdır.

Statistikaya görə dünyada ən sülh dolu ölkə İslandiya, ən az sülhü olan ölkə isə Somalidir. Bu iki ölkəni mədəni, iqtisadi və siyasi cəhətdən müqayisə etsək aradakı dağlar boyda fərqi görə bilərik. Deməli müharibələr insanları öldürməkdən əlavə onların inkişafını da ləngidir.

Bəzi hallarda isə müharibələr hökümətlər tərəfindən süni olaraq davam etdirilir. Bu hal daha çox söz azadlığı olmayan, diktatura rejimli ölkələrdə baş verir. Belə ki, hökümətlər ölkədəki daxili problemləri gündəmə gətirtməmək üçün süni problemlər yaradır və xalqını nifrət etməklə, müharibəylə məşğul edir.

Thich Nhat Hanh: «Hökümətlərin xalqı susdura bilmək üçün düşmənlərə ehtiyacı var. Beləliklə xalq qorxmağı və nifrət etməyi öyrənərək hökümətin ətrafında toplaşacaq, əgər düşmən yoxdursa, heç nədən də olsa yaradılacaq.»

«Müharibə hökümətin sənə pis insanın kim olduğunu göstərdiyi vaxt, inqilab isə sənin pis insanın kim olduğunu müəyyən etdiyin vaxt baş verir.»


Bertnard Russel: «Müharibə kimin haqlı olduğunu yox, kimin sağ qalacağını müəyyən edir.»


Colonel Potter: «Bəzən düşünürəm ki, müharibədə belə bir qayda qoyulmalıdır: hər kəs qarşısındakı düşməni güllələməmişdən əvvəl onu yaxından tanımalıdır, necə bir insan olduğunu bilməlidir. Görək hələ də güllələmək istəyəcəkmi.»


Ronald Reagan: «Mən cənab Qorbaçevə dedim ki, əgər başqa bir planetdən bizim planetə hücum olsaydı bizim bu görüşlərdə müzakirə edəcəklərimizi daha asan olardı. Çünki hamımızın insan və bu yer kürəsinin hamımızın olduğunu başa düşərdik.»


Platon: «Yalnız ölülər müharibələrin sonunu görüb.»


Albert Eynşteyn: «Axmaqlara görə insanlar milliyyətinə, dininə, irqinə, cinsinə və s. kateqoriyalara bölünürlər. Lakin əslində insanlar iki kateqoriyaya aiddirlər; yaxşı insanlar və pis insanlar.»


George McGovern: «Mən yaşlı insanların cavan insanları öldürəcək müharibə planları qurmaqlarından bezmişəm.»


Muhəmməd Əli: «Mən İslam dininə inanıram. Mən Allaha və sülhə inanıram.»


Ronald Reagan: «Seçim azadlığı olan xalq həmişə sülhü seçər.»


Mahatma Gandhi: «Göz üzərində göz bütün dünyanın kor olmağına gətirib çıxarır.»


Teresa ana: "Əgər sülh yoxdursa, bu o deməkdir ki, biz bir-birimizə aid olduğumuzu unutmuşuq."


Eve Merriam: «Mən „Ana, müharibə nə deməkdir?“ soruşacaq olan övlad dünyaya gətirmək istəyirəm.


Eleanor Ruzvelt: „Sülh haqda danışmaq kifayət deyil, kimsə sülhə inanmalıdır. İnanmaq da kifayət deyil, kimsə sülh üçün nəsə etməlidir.“




mənbə: mexfi.info
Davamı →

Cəlil Məmmədquluzdə - "Azərbaycan" məqaləsi

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə 
söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı — inna lillahi 
və inna ileyhi raciun1, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; 
dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər 
üçün nicat yolu yoxdur. 

1 Qur'an ayəsindəndir: «Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun 
gərgahına] qayıdacağıq» (Qur'an, «Bəqərə» surəsi: 156) 
Bunuyla bərabər, yəni «bavücude inki» hər söz danışıldı, hər mətləbə əl 
vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin 
bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi 
aparır — haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata 
cumuram, özümdən soruşuram ki: 
— Mənim anam kimdir? 
Öz-özümə də cavab verirəm ki: 
— Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. 
— Dilim nə dildi? 
— Azərbaycan dili! 
— Yəni Vətənim haradır? 
— Azərbaycan vilayətidir. 
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, 
Vətənim də Azərbaycan vilayətidir. 
— Haradır Azərbaycan? 
— Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz 
şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti 
ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası 
ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. 
* * * 
Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma 
düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların Milli Komitəsində bir məsələyə 
baxılırdı ki, aya, bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun? Biri 
dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar 
qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə 
danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca 
danışsınlar. O ki qaldı rus darülfünunu oxuyub başa çıxan bəzi üzvlər - 
bunlara da izn verildi ki, rusca danışsınlar. Və həqiqətdə, mən ki gedib 
sümük sındırıb illər ilə kafirlər içində əlimi murdar prafessorlara verə-verə 
elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim 
və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar 
rusca danışılan mətləbləri başa düşmürdülər, cəhənnəmə düşmürdülər, 
gora düşmürdülər! 
* * * 
O ki qaldı Bakı qurultaylarında olan səliqə[yə], bu barədə yaxşısı budur ki, heç danışmayım; onsuz da, düşmənimiz çoxdur, xəbərdar olarlar və gəlib 
baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar, çünki 
nədənsə, bizim bədxahların hamısı bədnəzərdir. 
* * * 
Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi 
zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq 
çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, 
coruslu1 və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban 
vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı2 bəradərlərim! Gəlin, 
gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır, dünyavü və aləm 
dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz 
də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək görək 
haradır bizim Vətənimiz. 
1 goruslu — red. 
2 xalxallı — red. 
Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! 
Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən 
yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət 
başçılarımız sizə nə gün ağlayacaqlar. 
Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!..
 
 
P.S Paylaşdım ki, yadımızdan çıxmasın, əksəriyyət unudub belə şeyləri..
Davamı →

Dünya ilə döyüşən Franz Kafka

«Kitab içimizdə donmuş dənizi sındıran bir balta olmalıdır». 




 

Franz Kafka alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr və İtkin düşmüşlər),
hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka (1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Herman Kafka hələ uşaqlıqdan atasının mallarını yaxınlıqda yerləşən kəndlərə aparırdı. Sonralar o, atasının firmasının nümayəndəsi və daha sonra qalanteriya məhsulları üzrə ticarətlə məşğul olan iş adamı olur.
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik idi.

Kafkanın bacıları: Elli, Valli, Ottla
Frans Kafkanın uşaq ikən vəfat etmiş qardaşları Georq və Haynrihdən başqa üç bacısı da var idi: Qabriele (Elli) (1889–1942), Valerie (Valli) (1890–1942) və Ottilie (Ottla) Kafka (1892–1943). Onların hər üçü ikinci dünya müharibəsində alman faşistləri tərəfindən həbs düşərgəsində ölüdürülürlər. Valideynlər bütün günü işdə olduqlarından qızlar xadimələr tərəfindən tərbiyə edilmişdilər. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10 faiz əhali təbəqəsinə aid idi. Onun valideynlərinin hər ikisi çex dilində gözəl danışırdılar.

1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı «Alman uşaq məktəbi»nə getmişdir. Sonra o atasının arzusu ilə Praqanın köhnə hissəsindəki humanitar gimnaziyaya gedir. Burada da təhsil almanca aparılırdı.
Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məğşul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itmişdir. Güman olunur ki, o özü onları məhv etmişdir.
Kafkanın ilk dostları arasında məktəb yoldaşı Rudolf İllovi var idi. Sonralar Kafka Huqo Berqman, Evald Feliks Pribram, Paul Kiş ilə dostluq edir.
Gimnaziyanı «qənaətbəxş» qiymətlərlə bitirən Kafkanın bu nailiyyəti onun valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq 1901-1906-cı illərdə Karl-Ferdinads-Universitetində (Praqa) təhsil alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti dəyişərək hüquq oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1 semestr Qermanistik və incəsənət tarixi oxumağa cəhd edir. Ancaq sonda o öz təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır. Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası keçir.

«Assicurazioni Generali» şəxsi sığorta şirkətində qısa müddət işlədikdən sonra Kafka (Oktyabr 1907- iyul 1908) 1908-1912-ci illərdə Böhmen şahlığı üçün "İşçi-Qəza-sığortası şirkəti«ndə (Praqa) çalışır. Öz işini o sadəcə olaraq „Çörək peşəsi“ adlandırırdı.
Yarım hökümət idarəsində məmur kimi çalışan Kafka sənaye istehsalı və müəssisələrdə tətbiq olunan texnologiyalar haqqında yüksək biliyə malik olmalı idi. Əvvəlcə o qəza şöbəsində çalışır, sonralar isə sığorta şöbəsinə keçir. Burada o iş zamanı baş vermiş qəzalar, təhlükəli iş şəraiti haqqında bir başa məlumatlara yiyələnir. O bu sahədə bir çox təkliflərin müəllifi kimi tanınır. Əldə etdiyi təcrübə onu işçilərlə həmrəy olmağa vadar etmişdir. Nümayişlər zamanı o çox vaxt döşündə qırmızı qərənfil gəzdirərdi.
1910-cu ildə Praqada „Maşınqayırma texnologiyası“ üzrə mühazirələrə qulaq asdıqdan sonra Kafka zavod şöbəsində „Konseptçi“ kimi çalışır.
Kafkanın ətrafındakı sosial mühit o qədər pis olmasa da, hər halda onu daxilən narahat edirdi. 24 yaşlı Kafka məktublarının birində yazır: „İşimə görə o qədər narazıçılıq etmirəm, nə qədər ki, tənbəl vaxta görə“. Büroda oturmaq, tez-tez saata baxıb vaxtın keçməsini gözləmək, sonuncu iş dəqiqəsinin „həvəs üçün sıçrayış“ olması Kafkanı büro işində sıxan amillər idi. Milenaya məktublarının birində o yazır:» Mənim xidmətim gülməli şəkildə asandır...mən bilmirəm nəyə görə pul alıram".
«Aşağı səviyyəli» işlərlə müxtəlif yerlərdə tanış olan Kafka həm də sadə işçilərlə təmasda olurdu. O insanlarla maraqlanır və onların hüquqlarının qorunmasına çalışırdı. Onun sakit və insani rəftarı nəzərə çarpır. Sadə insanların problemləri və əziyyətləri ilə o birinci dünya müharibəsi ərəfəsində yaxından tanış olmaq məcburiyətində qalır. Öncə Praqada şərqdən gələn minlərlə yəhudi ilə, sonralar isə müharibə üçün hazırlıq çərçivəsində ağır yaralıların reabilitasiya olunması və yeni ixtisasa yiyələnmələri ilə məşğul olur. Bunun üçün o, işlədiyi sığorta şirkətindən tapşırıq almışdır. Bununla Kafka vacib ixtisasçı kimi arxa cəbhədə saxlanaraq müharibəyə aparılmır. Az sonra Kafka vərəm xəstəliyinə tutulur və öz işlədiyi şirkətdən təqaüdə çıxmaq haqqda xahiş edir. Onun bu xahişi yalnız 5 il sonra yerinə yetirilir.

Kafka gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə ki, o Frans ilə uşaqlıqda, gənclikdə və tələbəlik illərində kobud rəftar etmiş və onu həmişə alçaltmağa çalışmışdır. Bundan əlavə ailədə özünü patriarx kimi aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını məhdudlaşdırmışdır. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq o həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və bir tərəfli şəxs kimi təsvir etmişdir. "Çevrilmə", «Hökm» əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini «Atama məktub»-da bədii şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdir. Burada atasının onun üzərində həmişə hökmran olduğunu qeyd etmişdir. Yəqin Kafkanın belə mənəvi əzilməsi özünə olan tənqiddən irəli gəlmişdir. Bu onda da özünü göstərmişdir ki, Kafka onun əlində olan hər şeyi yandırmaq istəyirdi. Lakin bu alınmamışdır. Kafkanın həyatında və əsərlərində özünü tənqid və ata münasibəti əsas rol oynamışdır.

Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı Felise Bauerə yazdığı məktublar durur. Onunla Kafka 13 avqust 1913-cü ildə Maks Brodsun mənzilində tanış olmuşdur.
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi, nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini tapmışdır. Yüksək yazmaq qabiliyyətinə malik olan Kafka öz fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri qaytarılır.
«Hökm» əsəri ilə o dünya ədəbiyyatında gənc adlandırılsa da, sonralar bununla uzun müddət çarpışmalı olur.
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felice ilə ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə. Birincisi Kafkanın özünün dediyi kimi onun 1917-ci ildə vərəm xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının müdaxiləsi nəticəsində baş tutmayır. Bu haqqda o «Atama məktub»-da yazsa da, onu heç vaxt atasına göndərmir.
Özünə inamlı jurnalist Milena Yesenska ilə münasibətdə Kafka 1920-1921-ci illərdə məktub vasitəsilə ünsiyyət qurmaq və yaxınlaşmağa çalışır və sonralar özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun münasibət qurmaq qismət olur.

1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içki qəbul etməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə bir mənalı olaraq «qırtlaq vərəmi» diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan verməmişdir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir.


(Məlumat Franz Kafka Azərbaycan səhifəsindən götürüldü https://www.facebook.com/Franz.Kafka.Azerbaycan)




Kafkanın ən yaddaqalan sözləri: 
Hər şey bir aldatmacadır: Ən az yanılmağa baxmaq, normal ölçülər içində qalmaq, ən həddindən artığın arxasından getmək. 
İnsanlar səbirsiz olduqları üçün cənnətdən qovuldular, tənbəl olduqları üçün geri dönə bilmirlər.
Bir kitab, içimizdəki donmuş dənizə enən balta kimi olmalıdır. 
İşsizlik bütün pisliklərin qaynağı, bütün ərdəmlərin tacıdır.
Bir hədəf var, amma yol yox; bizim yol dediyimiz şey, bir fasilə məkanıdır.... 
Dünyayla aramdakı döyüşdə, dünyanın yanında ol. 
Sonsuzluq yolunda necə beləsinə asanca irəliləyə bildiyinə heyrətlənən biri vardı; gerçəkdə sürətlə üzü aşağı diyirlənirdi.
Özünü sonsuz kiçiltmək ya da sonsuz kiçik olmaq. Birincisi mükəmmelik yəni hərəkətsizlikdir; İkincisi başlanğıc yəni hərəkətdir. 
Müəyyən bir nöqtədən sonra geri dönüş yoxdur. Bu nöqtəyə çatmaq da lazımdır.
Sənətimiz, gözümüzün Gerçəklə qamaşmasıdır. Geri geri qaçan əcaib maskalara vuran işıqdır gerçək, başqa bir şey deyil.
Qiyamət Gününü belə adlandırmamızın səbəbi ancaq bizim zaman anlayışımızdandır; əslində o bir növ hərbi vəziyyət məhkəməsidir.
Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, niyə oxumağa zəhmət edək ki?
Din fədailəri bədəni kiçik hesab etməz, çarmıxa gərərək ucaldarlar onu; bu baxımdan düşmənləriylə eyni fikirdədirlər.
Gerçək bölünə bilməz, buna görə özünü tanıya bilməz; hər kim onu tanımaq istəsə bir yalan olmaq məcburiyyətindədir.
Mənəvi bir dünyadan başqa bir şeyin olmaması gerçəyi əlimizdən ümidimiz alar, amma bizə bir qətilik bağışlayar.
Özünü insanlığa baxaraq sına. Şübhə edəni şübhəyə, inananı inanca aparar bu.


 



Franz Kafkanın sön sözləri: “Öldürün məni, əks halda bir cani olacaqsınız”. 




Qeyd: Kafka haqqında azərbaycandilli informasiya çox azdır, ona görə tapdıqlarımı sistemləşdirib yazdım bura..
Davamı →