dr_mahmud
Reytinq
+49.80
Güc
111.63

dr_mahmud

Dr.Elnur Rəhimov

Müasir Məcunlar

Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.

Boy-inkişafı artırmaq üçün məcun:

Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.

Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.

10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.

10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.

Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.

 


Ardı →

Qadınlarda kista və miomalar

Tərkibi. Rodiolanın qatı ekstraktı.

Farmakoloji təsiri. Rodiola bitkisi çox geniş təsir spektrinə malikdir. Rodiola iltihab əleyhinə təsiri gücləndirən və qadın cinsi sferasına aid hormonal pozğunluğun qarşısını alan bu fitoşam yardımçı profilaktik-gigiyenik vasitə kimi vaginal formada istifadə edilə bilir. Rodioladan təbabətdə qadınlarda uşaqlığın miomasının, eroziyasının, kista, endometriozun, ağrılı və qeyri-müntəzəm menstrual siklin, müxtəlif etiologiyalı şişlərin müalicəsi zamanı istifadə edilir.
Kimyəvi tərkibi: Soyuq rodiolanın tərkibində daha əhəmiyyətli təsirə malik olan kimyəvi maddələr bunlardır – fenol qlikozid olan salidrozid (onkoprotektor, iltihab əleyhinə, infeksiya əleyhinə və adaptogen təsir göstərir, ginekoloji xəstəliklər zamanı yaranan endokrin pozğunluqların qarşısını alır), rodiolanın köklərinə qırmızı rəng verən antosianlar (güclü antioksidant olub ginekoloji xəstəliklər zamanı iltihab əleyhinə təsir edir), aşı maddələri (bu maddələr selikli qişada səthi eroziya və xoraların yaranmasının qarşısını alır). Fitoşamların əsas təsiredici komponenti soyuq rodiolanın qatı ekstraktıdır. Femina forte şamının komponenti olan rodiola ekstraktın tərkibində fenol birləşmələri, antosianlar, aşı maddələri, sadə fenollar yüksək konsentrasiyada olur. Femina Forte preparatının effektivliyi ondan ibarətdir ki, yerli istifadə olunaraq yüksək konsentrasiya yaradır və zədələnmiş nahiyəyə birbaşa təsir göstərə bilir

Ardı →

Xolesterin haqda bilmədiklərimiz

Ateroskleroz haqda dəhşətli statistika

Dünyada ürək-damar sistemindən baş verən ölüm səbəblərinin 60%-i ateroskleroz xəstəliyinin payına düşür. Ateroskleroz müasir sivilizasiyanın əsas başlıca xəstəliyidir. Bəs aterosklerozdan və ölümün bu cür dəhşətli statistikasından necə qurtulmaq olar? Bir şeyi qeyd etmək lazımdır ki, xəstəlik birdən-birə yaranmır. Bu uzun illərin nəticəsi olaraq meydana çıxır. Burada əsas faktor kimi qidalanma göstərilir. Buna görə də hətta qadınlar artıq hamiləlik anından etibarən öz gələcək körpələrini düşünərək qidalanmalarına ciddi fikir verməlidirlər. Xəstəliyin müalicəsində ən gözəl yol profilaktikadır. Son illərdə bütün dünya kimyəvi preparatlara deyil, bitki mənşəli dərmanlara müraciət edir. Bunda da bir əsas vardır. Antiaterosklerotik dərman maddələri daha çox qaraciyərin zədələnməsinə səbəb olurmuş! Buna görə də imkan olduqca bitki əsaslı preparatlara müraciət edilir. Bu məqsədlə Antixol çayı içmək gözəl effekt verə bilər. Unikal tərkibli Antixol çayı qanda xolesterini azaldaraq gələcəkdə aterosklerozun yaranmasının qarşısını alır, həmçinin aterosklerozlu xəstələri yaranacaq fəsadlardan da müdafiə etmiş olur. Antixolun dəmlənmə qaydası çox sadədir –2 filtr-bağlamanın üzərinə 200 ml qaynar su əlavə edilərək dəmlənir, soyuduqdan sonra süzülüb gündə 2-3 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

ÖZÜNÜZÜ PİS XOLESTERİNDƏN MÜDAFİƏ EDİN!


Davamı →

Öd daşı dərmanı

Daşlı xolesistit – öd kisəsində və öd yollarında daşların yaranması və öd kisəsi divarının iltihablaşması ilə gedən xroniki xəstəlikdir.

Dünya əhalisinin hər 10 nəfərindən 7-si bu xəstəlikdən əziyyət çəkir.

Bir neçə onillik bundan öncə daşlı xolesistit təkcə orta yaşlı və yaşlı insanlarda aşkar olunurdusa, bu gün hətta yeniyetmələrdə də rast gəlinir.

Qadınlar kişilərə nisbətən öd daşı xəstəliyinə iki dəfə çox tutulurlar. Bu da onların orqanizmində gedən hormonal proseslərlə əlaqədardır. Vegetarianlarda bu xəstəliyə demək olar ki, təsadüf olunmur. Öd daşı xəstəliyin müalicə və profilaktikasında ursoxol istifadə olunur.


Ardı →

kardiologiyada yenilik - kardioarginin

Файл для скачивания

Unikal kardioprotektor

 

Tərkibi: 1 ml-də 170 mq arginin asparaginat, 140 mq diarginin suksinat, 40 mq maqnezium asparaginat, 45 mq kalium asparaginat.

 

Farmakoloji xüsusiyyətləri: Antihipertenziv və adaptogenxüsusiyyətlərə malik olan kardio- və endotelprotektiv metabolik vasitədir. Preparat miokardın işemiyasını azaldır, koronar qan dövranını yaxşılaşdırır, tac və periferik damarların endotelinin funksional vəziyyətini normallaşdırır, antihipoksik, membranstabilləşdirici, antioksidant və antiradikal xüsusiyyətlərə malikdir. Arterial hipertenziya zamanı arterial təzyiqin normallaşmasını təmin edir və damarların ümumi periferik müqavimətini azaldır. Preparatın antihipertenziv təsiri azot oksidin donoru kimi argininin endotelasılı vazodilatasiyanı gücləndirməsi hesabına reallaşır, bundan əlavə bu aminturşunun arterial təzyiqi normallaşdırması və orqanizmin maye mühitlərinin osmolyarlığını və qan  həcmini stabil saxlaması xassəsi onun sintezə peptidergik hormon olan arginin vazopressini qoşması ilə bağlıdır. Preparatın metabolik kardioqoruyucu təsiri arginin, asparaginat və suksinatın ürək əzələsinin enerji təminatı proseslərini aktivləşdirməsi, hüceyrələrdə energetik potensialı bərpa etməsi, qələvi-turşu balansını və aralıq mübadiləni, həmçinin miokardda proteinlərin mübadiləsini normallaşdırması, aminturşu, aminoşəkərlər və nukleotidlərin sintezini stimullaşdırması ilə əlaqədardır. Asparaginat K+ və Mg2+ kimi ionların hüceyrədaxili daşıyıcısıdır. Kalium və maqnezium asparaginatın hesabına orqanizmdə elektrolit disbalansın qarşısı alınır, koronar qan dövranı yaxşılaşır. Mg2+ ionları Na+-K+-ATFaza-nı aktivləşdirir, bunun da nəticəsi olaraq hüceyrədaxili Na+ ionlarının konsentrasiyası azalır və hüceyrəyə K+ ionlarının daxil olması artır. Hüceyrə daxilində Na+ ionları konsentrasiyasının azalması zamanı damarların saya əzələlərində Na+ ionlarının Ca2+ ionlarına mübadiləsi tormozlanır, bu da öz növbəsində əzələlərin relaksasiyasına gətirib çıxarır. K+ ionları ATF, qlikogen, zülal, asetilxolinin sintezini stimullaşdırır. Hüceyrə metabolizminin substrat induksiyası hesabına preparat adaptogen-aktoprotektor təsir göstərir. Arginin, asparaginat və suksinat Krebs dövranının fermentativ proseslərini aktivləşdirir, fiziki yüklənmə zamanı hüceyrələrdə yağ turşuları və qlükozanın utilizasiyasını stimullaşdırır, hüceyrənin enerji təminatının aerob proseslərinə müsbət təsir edir, süd turşulu asidozu azaldır.

İstifadəsinə göstəriş: xroniki ürək çatışmazlığının kompleks terapiyası, ürəyin işemik xəstəlikləri (damarların disfunksiyası və ya spazmı ilə əlaqədar olan stabil stenokardiya, miokardın ağrısız işemiyası), arterial hipertenziya, miokard infarktından sonrakı erkən periodda reabilitasiya.

İstifadə qaydası: Kardioarginin damardaxili damcı və ya şırnaq formasında təyin edilir. 5 ml preparat 100-200 ml-lik 5%-li qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edilərək gündə 1-2 dəfə dəqiqədə 20-30 damcı sürətilə damardaxili yeridilir.

Şırnaq şəklində (5 ml/dəq. sürətindən çox olmamaqla) gündə 1-2 dəfə 5 ml damardaxili yeridilir. Müalicə müddəti: 5-10 gün. Sutkalıq yüksək doza 10 ml.

Əks göstəriş: preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, hiperkaliemiya, I və II dərəcəli atrioventrikulyar blokada.

Buraxılış forması: 5 ml-lik ampullarda inyeksiya üçün həlledici №10. сentrumpharma


Davamı →

Ana südünü artırmaq

Ana südünün faydaları

. Ana südü ilə qidalanan südəmər körpələrin tərbiyyə və davranışında daha az problemlər yaranır.

. 0-1 yaş müddətində ana südü körpənin  vitamin,  mineral,  zülal, yağ və s. ehtiyaclarını ödəyən tək mənbədir.

. Ana südü körpədə pediatrik patogen mikroblara qarşı təbii immunitet yaradır.

. Körpənin zehni inkişafını sürətləndirir.

. Körpədə dəmir defisitli anemiyanın əmələ gəlməsinə mane olur.

. Ana südünü həzm etmək daha asandır.


Ardı →

Uşaqlarda köp

CURECOL — köp əleyhinə yeni vasitə1 ml-in (25 damcı) tərkibi:                       

Simetikon              40 mq

Şüyüd yağı         0,005 ml

Razyana yağı    0,0007 ml

Farmakoloji təsiri:  

Curecol-un tərkibinə daxil olan simetikon qaz qovuqcuqlarının səthi gərilməsini aşağı salaraq parcalayır və nəticədə meteorizmi azaldır. Qazların bir hissəsi bağırsaq divarı tərəfindən udulur və peristaltika hesabına orqanizmdən xaric olunur.

Şüyüd yağı spazmolitik təsir göstərir. Qidanın həzm olunması prosesinə, bağırsaqda çürüməyə musbət təsir göstərir. Qarın ağrılarını, ağrılı spazmları aradan qaldırır, qazların xaric olmasına səbəb olur.

Razyana yağı meteorizmi aradan qaldırır və sakitləşdirici təsir göstərir. İştahanı artırır.

Göstərişlər:  

Meteorizm, aerofagiya, funksional dispepsiya

Mədə xorası, xroniki xolesistit, xroniki pankreatit

Bağırsaq infeksiyaları

Qarın boşluğunun rentgenoloji müayinəsi zamanı (öd kisəsi, bağırsaq, böyrəklər və s.)

Əks göstərişlər:  

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Qəbul qaydası:  

Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur.

0 — 6 ay: 5-10 damcı gündə 4 dəfə

6 — 12 ay: 10-20 damcı gündə 4 dəfə

1 yaşdan yuxarı: 20-25 damcı gündə 4 dəfə

Əlavə təsiri: Yoxdur.

Buraxılış forması: 30 ml damcı.


Davamı →

Kardioloji praktikada yüksək nəticələr əldə edən

Maqnikor dünya miqyasında məşhurlaşan və kardioloji praktikada yüksək nəticələr əldə edən dərmandır. Maqnikorun kompleks şəkildə iltihab əleyhinə, antilipid və antiaqreqant təsir göstərir. Başlıca effekt tromboksan və prostaqlandinlərin əmələ gəlməsini ingibə edir. Siklooksigenazanın ingibitoru kimi analgetik effekt verir. Qanda trombositlərin miqdarını normallaşdırır. Maqnikorun tərkibində olan maqnezium hesabına mədə-bağırsaq sistemini müdafiə edir. Eləcə də antasid təsir yaradır. Farmakodinamik olaraq plazma zülallarına yaxşı bağlanır və orqanizmə tam transport olur. Metabolizmi zamanı qaraciyərə mənfi təsir göstərmir və sürətli şəkildə transformasiya olur. Qan təzyiqini normallaşdırıcı və qan durulaşdırıcı təsiri ilə qəfləti ürək tutmalarının və ölümlərinin qarşısnı alır. Maqnikorun tərkibi və dozası ürək-damar sistemi xəstəlikləri zamanı ideal təsir yaratmasına şərait verir. Ürək xəstəliklərinin simptomlarını tez aradan qaldırır və müalicədə asılılıq yaratmır.

GÖSTƏRİŞLƏRİ:

Kəskin və xroniki ÜİX

Kəskin Miokard İnfarktı

Ürək əməliyyatlarından əvvəl və sonra

Kəskin koronar sindrom

Qeyri-stabil Stenokardiya

Hiperxolesterinemiya və Şəkərli diabet

Təkrar trombozlar zamanı

50 yaşdan yuxarı infarkt riski olanlar

Ürək-damar sisteminin müalicə və profilaktikası


Profilaktik olaraq gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Kəskin miokard infarktı zamanı gündə 1-2 dəfə və daha çox.

Qeyri-stabil Stenokardiya zamanı gündə 2-3 tablet.

Tromb riski olan xəstələr gündə 1-3 tablet.

Ürək-damar sistemi xəstəlikləri zamanı 1 tablet.


Davamı →

Qadınlarda damar genəlməsi zamanı

Esplant

Esplant angioprotektor, kapilyarstabilləşdirici, dekongestant (ödem əleyhinə), iltihab əleyhinə təsirlərə malik dərman vasitəsidir. Esçinin təsir mexanizmi mukopolisaxaridlərin  parçalanmasının azalmasına, venoz damar divarı və ətraf birləşdirici toxumalarda trofiki proseslərin yaxşılaşmasına səbəb olan lizosomal membranların stabilləşməsinə, autolitik hüceyrə fermentlərinin xaric olmasının tormozlanmasına əsaslanır. Preparat patoloji səviyyədə yüksəlmiş damar-toxuma  keçiriciliyini azaldır, hüceyrəarası sahədə aşağı molekullu zülalların, elektrolitlərin və suyun transkapilyar filtrasiyasının qarşısını alır, venoz damar divarının tonusunu artırır, venoz durğunluğun qarşısını alır (xüsusilə aşağı ətraflarda), periferik ödemləri, ayaqlarda olan ağırlıq hissini, yorğunluğu, gərginliyi, qaşınmanı, ağrını azaldır.


Göstərişləri

  • Müxtəlif mənşəli xroniki venoz çatışmazlıq və onun ağırlaşması
  • o cümlədən qan təchizatının funksional pozğunluqları (ödemlər, baldır əzələlərinin qıcolmaları, ayaqlarda ağrı və ağırlıq hissi, venaların varikoz genişlənməsi, trofiki dəyişikliklər, hemorroidal düyünlər)
  • posttromboflebitik sindrom
  • yumşaq toxumaların iltihabi və əməliyyat sonrası ödemləri

 

İstifadə qaydası və dozalanma

Böyüklərə — gündə 3 dəfə yeməkdən sonra 1-2 tab. Müalicə kursu müalicənin effektivliyindən və davamlılığından asılı olaraq fərdi təyin olunur. Müalicə kursu 3 aydır.

Hamiləlik və laktasiya

Esplantın hamiləliyin I trimestrində qəbulu əks göstərişdir. Hamiləliyin III trimestrində, xüsusilə aşağı ətraflarda ödem yarandıqda və nefropatiya olmadıqda preparatın qəbulu mümkündür. 

Buraxılış forması

Qutuda 20 mq-lıq 40 tab.


Davamı →

Arıqlamaq üçün çay

Afrodita (arıqlamaq üçün çay)
Tərkibi:
Səna yarpağı, yaşıl çay, məkkəgülü çiçəkləri, istiotlu nanə yarpağı.
Kimyəvi tərkibi:
Səna yarpağının tərkibində antraqlikozidlər (3%-ə qədər) – qlikoaloeemodin, qlükorein, dimer birləşmələr – A və B senozidləri, flavonoidlər – izoramnetin, kempferol, kempferin, fitosterin, fitosterolin, salisil, palmitin və d. üzvi turşular, alkaloid izləri və s. var. Yaşıl çayın tərkibində 12%-dən 19%-ə qədər aşı maddələr (tannidlər), 1,5-3,5% kofein, teofillin, polifenol birləşmələr – katexinlər (20-24%), flavonoidlər və s. var. Məkkəgülü çiçəklərinin tərkibində antosianlar, kversetin flavonoidi, askorbin turşusu, tərkibinə 13 aminturşu daxil olan 7,5%-dən 9,5%-ə qədər zülal, pektin (2,4%) və s. var. İstiotlu nanə yarpağının tərkibində efir yağı (mentol, menton, puleqon, mentofuran), izovalerian və sirkə turşusunun mentol ilə efirləri, karotin (40%-ə qədər), hesperidin, betain, ursul və oleanol turşuları, Zn, Se, Mo, Sr və s. maddələr vardır.
Farmakoloji təsiri:
Çay bağırsaqların peristaltikasını artırır, yoğun bağırsağın boşalmasını sürətləndirir, sidik ifrazını artırır və orqanizmi şlaklardan təmizləyir. Çayın qəbulu zamanı iştaha pozulmur, piy toxumasının parçalanması, maddələr mübadiləsi və oksidləşmə prosesləri sürətlənir. Effekti artırmaq üçün çayın qəbulu ilə yanaşı pəhriz, aktiv həyat tərzi, idman və ya gimnastika ilə məşğul olmaq məsləhətdir.
İstifadəsinə göstəriş:
Çay müxtəlif etiologiyalı piylənmələrdə istifadə olunur.
İstifadə qaydası:
İki fıltr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 1-2 dəfə, hər dəfə 200 ml (1 stəkan) daxilə qəbul edilir. Müalicə kursu 5 həftədir. Bir il ərzində 7-8 kurs keçmək olar. Hər kursdan sonra bir həftə fasilə vermək məsləhətdir.
Davamı →