erix
Reytinq
+1.41
Güc
0.00

erix

Erix

Ruslan Mollayev “ Turist ”

          Bu hadisə dünyanın ən qonaqpərvər ölkələrinin birində baş vermişdir. Sərhəddi yeni keçmişdim ki, qarşıma xalı sərib, tar-kamanı işə saldılar.Xüsusi işçilər var idi, sərhəddi kim keçirdisə onların qarşısında baş əyirdilər. Üç çantam vardı. Köməkçilər çantalarımı necə arabaya yükləyib apardılar xəbərim olmadı. Dönə dönə də tapşırdılar:
  — Heç narahat olmayın çantalarınız lap aylarla yadınızdan çıxıb  burda qalsa kimsə onlara dəyməz. Sizi indi restorana aparacaqlar orda nuş eləyənəcən biz də veşlərinizi avtobusa yerləşdirəcəyik.
Beləcə restoranın qapısını açıb içəri dəvət etdilər, masanın qarşısına gətirib, stulu çəkib rahatca əyləşdirdilər. Saatımı açıb xüsusi qutuya qoydular. Dərin qab gətirib  rus sayağı əllərimi  yuyub, qurutdular.  Afisiyant belimə nalça qoyub, iki dəqiqəyə hər şeyin hazır olacağını bildirdi.  Operativ işləsinlər deyə bütün restoran işçilərinin ayaqlarında rolik vardı.  Məndən kənarda oturanlara diqqət yetirəndə gördüm ki, afisiyantın biri müştərinin əllərini, biri ciynini, digəri də başını sinəsinə sıxaraq ağzını açıb, dördüncü afisiyant da  qaşıqnan kişinin ağzına yemək verir. Arxamda isə bir nəfər sakit sup içir, başının üstündə də bir nəfər əmr gözləyirmiş kimi dayanıb. Restoranda  mənimlə birlikdə üç müştəri idik. Abu — hava xoşuma gəlmədiyi üçün masadan durub getmək istədim. Çiynimdən astaca, sanki sığallayaraq:
— Əyləşin yeməyiniz hazırdı, bu dəqiqə gəlir.  – dedilər.Yemək sifariş etmədiyimi bildirdim. Ümumiyyətlə məni bura niyə gətirmisiniz? — soruşdum. Mənim veşlərim, avtobus....
Baş afisiyant qarşıma gəlib baş əydi:
— Narahat olmayın, çantalarınız avtobusa yerləşdirilib. Siz bizim torpaqlara gəldiyiniz üçün biz çox məmnunuq. Bildiyiniz kimi biz dünyada qonaq pərvərliyimizlə seçilirik. Odur ki siz burada bizim gözəl təamlarmızdan dadmalısınız.Ağzına məcburi yemək dürtülən adam artıq  qaytarırdı. Buna baxmayaraq yenə yeməklər gətirilib qaşıq — qaşıq ona yedizdirirdilər. Sakitcə dal — dala gedib,  masamda oturdum. Fikirləşdim yəgin dadmağa razı olmadığı üçün başına bu oyunu açırlar.Qarşıma ağ sərib, çörək, salat, su, meyvə şirəsi qoydular. Yarım pors toyuq supu içdim, daha sonra dolma gətirib isti — isti qarşıma qoyub yenə baş əydilər.
— Bu bizim dünyada çoxları tərəfdən mənimsənilmək istənilən milli yeməyimizdir. — dedilər.Kənd toylarında basdırmadan belə gözəl qoxu, təam gələrdi. Ağzına yemək dürtülənə fikir vermədən yeyib, hesabı soruşdum.  Biz bayaqdan bir birimizlə ingilis dilində danışırdıq, onlar ingiliscə danışdıqları üçün mən də ingiliscə fikrimi bildirirdim. 
– Siz nə danışırsınız?! Nə hesab? Bunlar hamısı sizə bizim hesabımızdandır. Bu torpaqlara gəldiyiniz üçün…
 Təəccüb içində, təşəkkür edib restorandan çıxdım. İşçilər baş əyib məni yola saldılar. Çıxışda çevrilib göz ucu yenə yemək yeyənlərə  baxdım, Məndən arxada oturan adam  aram — aram tələsmədən yeyirdi. Bizdən kənardan oturan üçüncü adamın ağzına isə yeməkləri hələ də dürtürdülər. Çolə çıxıb təmiz havanı ciyərlərimə çəkdim. Ayaq səsləri eşidib dayandım. Baş  afisiyant qarşıma gəlib baş əyərək:
— buyurun, bağışlayın saatınız. – deyib saatı uzatdı.  Saatı götürüb, o adamı soruşdum,
— bu nə haldı? Niyə o adamı bu qədər yedizdirirlər? O artıq yemək istəmir axı.
— Elədir,  deyib -  bir dəfə də baş əyib çıxıb getdi. Kefim kök, uzaqdan  suyu süzülə -  süzülə  gələn kəndlimizi görüb, daha da sevindim.
-  Əlövsət sən burda neynirsən?! – soruşdum.
Yaxınlaşıb,  gözlərini qıyaraq altdan yuxarı məni süzüb: ala buy,  elli sənsən ?!  Varrı olassan, tanımadım, lap turistlərə oxşayırsan. Ala bu nə saç – saqqaldı?! Eləbil Londondan gəlmisən. Şortikə, koftayazada bax.
Söhbət etdiyimizi görüb restoranın qapısı açıldı, rolikdə dörd nəfər bizi əhatəyə alıb, baş afisiyant  üzünü mənə tutub dilləndi: Siz bizim doğma dildə danışa bilirsiniz?Təbəssümlə cavab verdim:
Əlbəttə, mən elə sizlərdənəm də, bayaqdan ingilis dilində danışırsız, məndə sizin danışdığınız dildə cavab verirəm. Yeməklərə görə çox sağ olun, xeyli vaxt idi milli mətbəximiz üçün darıxmışdım.  Pul da götürmədiniz, heç yaxşı çıxmadı.Afisiyantların üz cizgiləri, baxışları dəyişmişdi. Qolumdan tutub bizimlə yenidən yeməkxanaya getməlisiz. – dedilər.
Axı niyə? – soruşdum.
Baş afisiyant:
-       Sizin yeməli olduğunuz yemək qalıbmış. – bildirdi.Iki nəfər qollarımdan tutub yenidən restorana apardılar, dönüb yerlim Əlövsətə baxdım, suyu süzülüb qurtarmış adam kimi dayanıb məni aparmalarına baxırdı.Son
6 sentyabr 2019  — cı il.
Davamı →

Ruslan Mollayev " Sən bir səhra gözəlisən! "

Sən bir səhra gözəlisən!
Ayaqların bir qarış havada
yellənərək, boşluqlarda yeriyib yaşayırsan.
Kötüyündən çıxan tikan kollarının,
gözlərinin qarşısında sürüşməsi,
dodaqların kimi qurumuş torpağın
çatlamasına baxmaq,
ən sevimli məşğuliyətindir.

Düşündüyüm kimi yaşayırsan.
Azadlığın məndədir
səhra gözəli!

Səhranın tən ortasında,
ayağın ayağının üstündə,
oturub,
nə üçün elə diqqətlə baxırsan mənə?
Yoxsa fikrin dağlardadır?

Yox!
Mən bir səhra gözəliyəm!
Düzənliklər dağdır mənə,
kürələrin zirvəsiyəm...
Məndə gəzib azmağına,
həqiqəti axtarmağına
oturub tamaşa edirəm.

Sən bir səhra gözəlisən!
Kölgən saatı bildirir.
Düşünürdüm əsirimsən,
saatlardı əsirinəm.
Əlim qolum havadadır,
ayaqlar toz içindədir.
Başına fırlanmaqdan,
dəyirmana çevrilirəm.
Keçirdəcəm dəyirmandan
bütün səhra qumlarını,
Dağ düzəldib, yüksələcəm
Sənə göydən baxmaq üçün...
Sənə torpaq lazım deyil,
nə də üstünü örtən göy.
Sənə məndən divar lazım,
yorularkən dayanmağa,
Səhralara sular lazım,
öpüşümdən oyanmağa...


Davamı →

Ruslan Mollayev " Payız "

            Bu səhər, yağışdan sonra Qərənfil küçəsində iki gənc bəstələdikləri mahnını elə ürəkdən çalıb oxuyurdular ki, ətrafa yayılan səs — sədanın ahəngindən  hər şey sehrlənmişdir. Kimi əyaq saxlayıb dinləyir, kimi binanın yuxarı mərtəbəsində pəncərəyə söykənərək çiyinlərini qucaqlayıb, baxırdı.   
 Küçənin çıxışında yerdə qərənfil vardı, yağış damcıları ləçəklərinin arasında jalə kimi  dayanmışdı. O, sevgilisinə qərənfil bağışlamaq, yenidən  o gülün dəyərini qaytarmaq istəmişdi...
 Bir qədər sonra küçəyə sakitlik çökdü. Pəncərədən baxan adam musiqiçilərin  gitara və klarnet futlarına qoyulan pulları görmürdü, ona elə gəlirdi insanlar onların qarşısında bir — bir təzim edib, keçib gedirlər...
 
                                                                                          17.10.16 


fotoqraf: Ruslan Mollayev  " Payız 2010 "
Davamı →

Ruslan Mollayev " Mauzer "

            Açıq şabalıdı rəngdə saçları az qədər də uzansaydı çiyninə tam çatardı. Kök, yumru üzlü bu qadını deyəsən həbsxanada, müsahibə alanda görmüşdüm. İndi qarşımda dayanıb əlindəki tapançayla məni nişan alır, aramızda on beş metr məsafə olar, mənim də əlimdə onun silahındandı.
Atəş açılır, üzərimə doğru gələn gülləni görürəm, çatar – çatmaz güllədən yayınıb cavab atəşi açıram, hədəfdən yan keçir. Qadının növbəti atəşi ilk güllədən daha sürətlidir, bu dəfə də yayına bilirəm. Baş nahiyyəsini nişan alıram, güllə sinəsinə tərəf uçub paltarına yapışır, sanki, çörəkdəndi, ya uzaqdan elə görünür; bir qədər də stulların ayağına vurulan keçəyə bənzəyir… Qadın atəş açmağa davam edir…
Bu qadın qoca dünyadı dostum, hər gün sənə atəş açır, yayına bildiyin qədər qədərini yaşayırsan, sənin atəşin isə hədəflərindir…




14 fevral 2019 cı il
Davamı →

Ruslan Mollayev " Qatil "

Aktrisa


       Bir qadınla tanış olursan. Çox keçmir sənə aşiq olduğunu bildirir. Onu tam tanımadığından, əsilində, özünə deyil, içindəki qüvvəyə aşiq olursan və o, birdən qeyb olur.
Əllərinin qanını yuya — yuya “bu son iş idi”- deyib, həyat tərzində dəyişiklik üçün axşam çağına teatra getməyi planlaşdırırsan. Pərdələr açılır və səhnədə o, peyda olur. Ürəyinin döyüntüsünü yanında oturanlar da eşidir.
Davamı →

Ruslan Mollayev "Qoca müdrik və kənd əhli "



            
                Bütün kənd əhli susuzluqdan əziyyət çəkdiyi üçün, yığışıb  yamacda yaşayan qoca müdrikin evinə məsləhətə gəlirlər.
— Salam olsun, ay ev yiyəsi… — kənd əhlindən bir nəfər səslənir.
-   ...çaylarımız quruyub, tarlalarımız yanır, heyvan-qara,   uşaq — qadın, hamımız susuzluqdan əziyyət çəkirik, bilmirik köç edək, nə edək, bəlkə  bizim üçün dua edəsən və ya bir çıxış yolu göstərəsən?! 
Qoca müdrik qapıdan çölə çıxıb hamının bir bir üzünə baxır, sonra şaxələnən dağı göstərib,  dağlara qalxmalarını tövsiyyə edir: Çayların mənbəyi dağlardı, başınız yaşam tərzinizə o qədər qarışıb, dağlara qalxmağı unutmusunuz,  odur ki, axan çayların qarşısını nə kəsdiyindən bixəbərsiniz. İnsan da elədir, iman da… — deyərək qoca müdrik bildirdi.

Ruslan Mollaye 16.08.2019


audio - https://www.youtube.com/watch?v=QlT41BUjH0s&t=5s
Davamı →

Avropa fəlsəfəsi

  • Kino
             
               Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa Tolerantlıq Festivalı çərçivəsində " Daha yaxşı bir dünya xəyal et”  xəttiylə  Azərbaycana  qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq. Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan faktoruna əhəmiyyət verdiyini görürük. Avropa «Hər kəs özü üçün” -  anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz əksini tapır. 
Davamı →

Ərini gözləyən qadın

Sevib ailə qurmuşdular, saatlarla sevişib, bir — birindən ayrı qala bilməyən cütlüklərdən idilər. Sonra necəsə oldu, o, getdi və qadın  pəncərə önündə dayanıb ərini gözləməyə başladı. 
Bayırda möhkəm payız yağışı yağırdı. Mətbəxdə boş masanın üzərində, gözünü bir nöqtəyə zilləyib şəhadət barmağı ilə rəsm çəkirmiş kimi, ehmalca gəzdirdi.
Buruq tünd qəhvəyi uzun saçları xalatının yarıaçıq qalmış yaxasından döşlərinin üstünə tökülmüşdü.  Yumru hamar üzü, şabalıdı iri gözləri, yetişmiş xurmanı xatırladan dodaqları vardı. Bədən quruluşunun iriliyindən amazon qadınlarını xatırladırdı. Gözünü qırpanda kipriklərinin bir birinə toxunması isə zərifliyindən, həssaslığından xəbər verirdi.
Davamı →

Cəfa

Beli divara tam  dəyməsin deyə, əllərinə söykənib danışırdı.  Başının üstündəki balaca dəmir barmaqlıqdan havanın yavaş-yavaş açıldığı görünürdü. Uzaqdan  əsgərlərin ayaq  səslərinin eşidilməsi səhər düzülüşünün keçirilməsindən xəbər verirdi. 
Gecədən dil boğaza sığmayan kamera yoldaşımın dediklərinə hərdən qulaq asır, hərdən isə bu otaq haqqında düşünürəm. Soyuqdur. Oturmağa, yatmağa yer yoxdur. Səs divarlardan içəri  girsə də, deyilənə görə, çölə çıxmır.  Qarşımdakı isə elə hey danışmaqdadır. Heç adını da soruşmamışam. Danışığından belə başa düşürəm ki, ya iblisi  təbliğ edir, ya da hər an çağırılıb aparılacağını bildiyi üçün danışmağın həzzini yaşayır.  
Davamı →

Salxım söyüd | Ruslan Mollayev


Cibindən filtersiz siqaret qutusunu çıxardıb əzilmiş siqareti düzəldib, kibritlə yandırdı.

Dan yeri yenicə sökülürdü, çoban bəndin üstü ilə qoyunları aparırdı.

Kür qırağındakı yosunlar axar su kimi susqun idi. Qayığın zəncirini açmadan çəpləri yerinə keçirdikdən sonra qayıqda oturub çayın sahilə dəyməyinə tamaşa etdi.

Arıq, sısqa bədəni, günun istisindən kömürə dönmüş dərisi, tüksüz üzü vardı.
Davamı →