eysar
Reytinq
+7.66
Güc
12.23

eysar

Şəmsi- Təbrizinin eşq fəlsəfəsi üzərinə söyləşi

Sual:Şəmsi-Təbriz tarixdə çox çətin şəxsiyətlərdən biri olmuşdur. Hətta onun adı çəkildiyində belə, insanın iç dünyasında bir şeylər olmuş. İnsanın ruhu aydınlanmış. Ancaq onun kimliyi tam olaraq açığa qovuşdurulmamışdır. Siz də Onun dühasının təsirində qalmışsınızmı?


Cavab: Şəmsi-Təbriz Cəlaləddin Rumi ilə buluşduqdan sonra bütün dünya onun dühasının, Onun eşqinin təsiri altına girmiş. Zaman keçdikcə və insanlıq Mövlananın əsərləri ilə tanış olduqca dünyanın bütün millətləri Şəmsin işığından feyzi-yab olmağa başlamışlar. Bilirsiniz ki, Mövlananın əsərləri bir çox dillərə tərcümə olur. Bu tərcümələr yolu ilə Şəmsi-Təbriz bir çox millətlərin mənəviyatını, dünyaya baxışını təsirləndirmiş olur. Cəlaləddin Rumi fiqhlə uğraşan bir din alimi idi. Soydan gəlmə onlar din alimləri olmuşlar. Ancaq Cəlaləddin Şəmslə görüşdükdən sonra Mövlana olaraq tanınır. “Mövlana” ərəbcə bir sözdür. 
Ardı →

Təbrizdən doğan günəş- Şəms Təbrizi

Təbrizlilərə «xər» deyən kəs bunu öz eşşəkliyindən deyib. O nə görüb? Bir şeyi görmədiyi və bilmədiyi halda bu sözü necə deyir?! Orada elə kişilər olub ki, mən onların ən kiçiyiyəm. Dəniz saman çöpünü qırağa tulladığı kimi, o dərya da məni kənara atıb. Mən beləyəmsə, gör onlar necədir!
Şəms Təbrizi

Ardı →

Həzrəti Xızırın izləri

“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” (“Kəhf”-60)


“Həzrəti Musaya insanların ən biliklisi kimdir?-deyə soruşuldu. O da “mənəm” cavabını verdi. Tanrı “Allah bilər” demədiyi üçün ona vəhy edib bildirdi: “Dənizlərin birləşdiyi yerdə bir qulum vardır ki, o səndən daha biliklidir”(Buxaridən).

Qurani-Kərimdə kitablı peyğəmbər olan Həzrəti Musanın müdriklik öyrənmək üçün iki dənizin qovuşduğu yerə gəlməsi və burada Xızır adlı bir şəxsdən elm öyrənməsindən bəhs edilir. İki dənizin qovuşduğu bu müqəddəs yer bu gün üzərində gəzdiyimiz Azərbaycan torpağıdır və Həzrəti Musa ilə Xızırın qayıqla üzdüyü dəniz də elə onun adını daşıyan Xəzər dənizidir.



Ardı →

Batini-Quran yaxud tarixin müəmmaları

Bu gün dəyərli kayzen oxucularına Firudin Gilar Bəgin ən sirli kitablarından biri olan Batini-Quranı təqdim etmək istəyirəm.Ümid edirəm ki,sizlərə bir faydam ola.Sonrakı postlarda digər kitabları da yerləşdirməyə çalışacam.Sizlərə xoş mütailələr arzulayıram.Kitab haqqında qısa məlumat.



Ardı →

Bir qalanın sirri

Uzun illər alimlər qalanın nə məqsədlə tikildiyini və onun tarixi barədə mübahisələr aparır



Bakıda bir yer var ki, özündə çoxlu sirrlər və müəmmalar qizlədir. Bu İçəri şəhər adlanan ərazidir. Burda hər bir daşın öz tarixi var. Qədim qalanın divarları bizə bir çox şeylərdən bəhs edə bilər, sadəçə eşitməyi istəmək və bacarmaq lazımdır. Məhz burda, İçəri şəhərdə, köhnə bir qala yerləşir. Bu tikilinin adı Qız qalasıdır.



Ardı →

"Avesta" Həqiqətləri


«Doğrusu odur ki, Zərdüşt Azərbaycandandır» 


Əbu Reyhan Biruni

«Avesta» və bu barədəki gizlinlər və acımasız saxtakarlıqlar haqqında danışmazdan əvvəl Zərdüşt peyğəmbərin özü haqqında da məlumat vermək lazım gəlir. Əslində Zərdüşt haqqında kifayət qədər yazıldığından bunun üzərində çox durmamaq da olar. Zərdüşt Peyğəmbərin haradan olması məsələsinə qədim və orta əsr tarixçilərinin baxışları isə maraq doğurduğundan bunun üzərində qısaca da olsa dayanmağı lazım bildik. Yuxarıda da qeyd etdiyimiz kimi, Babil tarixçisi Berossa göre, kutilerin 21 şah sülaləsi midiyalı olub ve onların içinde Zərdüşt də var. Əbu Reyhan Biruni və 9-cu əsr tarixçisi Əhməd Bəlazuri Zərdüştün ana vətəninin Azərbaycan olduğunu yazır. Yaqut Həməvinin (1179-1229) də bu barədə yazdığı qeydlər çox maraqlıdır: «Şiz Azərbaycanda nahiyədir. Deyilir: məcusların peyğəmbəri Zərdüşt buralıdır. Bu nahiyənin qəsəbəsi Urmiyədir». Və ya Qütbəddin Şiraziyə (1236-1311) müraciət edək. O, zərdüşt peyğəmbəri öz əsərində belə xatırladır: «görkəmli filosof, kamil imam Zərdüşt Azərbaycani…».
Ardı →