fevral31
Reytinq
+10.88
Güc
21.48

fevral31

Uşaqlıq

Uşaq vaxtı çox tələsik, ütələk və diqqətsiz olduğumdan başım çox əziyyət çəkib. Yadımdadır, «Uşağı buyur, dalınca yüyür!» atalar sözünü nənəm uşaq yerinə birbaşa adımı deyirdi. Pilləkənləri bir-bir qalxmağa hövsələm çatmır, iki-üç addımı birdən qalxırdım. Hətta bunu inkişaf etdirmişdim. Evdəki pilləkanları sayıb, uyğun rəqəmə bölüb, addımları minimuma endirirdim. Bir dəfə babam məni yanına çağırıb:
  — Ay bala çox diqqətsizsən. Bir az gözüaçıq ol, ətrafına fikir ver!
 Biraz keçəndən sonra:
  — Bir de görüm balkona neçə pilləkən var?
 Heç fikirləşmədən:
  — 7
  — Yaxşı bəs həyətdən tövləyə?
  — 7
  — Ondan sonrakı?
  — 5
  — Yaxşı get işinlə məşğul ol.
Davamı →

O mütəfəkkirdir ya iq`u aşağı olan bir insan?

Məktəb illərimdən tanıdığım yaxın bir dostumun zəkası ilə bağlı həmişə düşünmüşəm: o mütəfəkkirdir ya iq`u aşağı olan bir insan? Məsələ orasındadır ki, onun həyat seçimləri və akademik qavrama səviyyəsi heçdə bir-birini tutmur. O dindar, alicənab, qürurlu və hörmətcil bir insandır. Məktəbdə o, tərbiyəsi, mülaimliyi və təvəzökarlığı ilə tanınan bir uşaqdı. Lakin nə qədər öyrənməyə çalışsa da, o adi vurma cədvəlini öyrənə bilmədi. Yadımdadır kimya dərsində sadə məntiq tələb olunan məsələyə müəllim onu qaldırmışdı. Məsələyə cavab verə bilmədiyini görən müəllim ona hirsindən 8 + 7 sualını verdi. Bilmirəm həyəcandan olsa gərək, ona belə düzgün cavab verə bilməmişdi. Olduqca səliqəli və səviyyəli geyinən, modernliyə üstünlük verən bir insan sosyal şəbəkələrdə isə siyasi məsələlərə toxunur, aforizmlər paylaşır. Bu yaxınlarda mənə bildirdi ki, Türkiyəyə qohumlarının yanına işləməyə gedəcək. Xudafizləşmək məqsədi ilə bir kafeyə getdik. Facebookda paylaşdığı bir aforizm çox xoşuma gəldiyini söylədim və başladıq müzakirə etməyə. Paylaşdığı sadə bir aforizmi heç düzgün qavraya bilməmişdi. Axı necə? Çaşıb qalmışdım. Qərar aldım ki, bunu elə özündən soruşum. Evə qayıdarkən yolda ona dedim ki, qərar verə bilmirəm — sən ya ən axmaqsan ya ən ağıllı. Heç emosiyalarını dəyişmədən: elə məndə, biri var axmaqlar içində ağıllı, biri də var ağıllılar içində axmaq olmaq. Bu cavabı necə dəyərləndirəcəyimi hələ də düşünürəm.
Davamı →